Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
47 
Ağdama Xocalıda qətlə yetirilmiĢ 200 azərbaycanlının meyiti gətirilmiĢ, onlarla meyitin təhqirə məruz qalması 
faktı  aĢkar  edilmiĢdir.  Ağdamda  181  meyit  (130  kiĢi  və  51  qadın,  o  cümlədən  13  uĢaq)  məhkəmə-tibb 
ekspertizasından keçirilmiĢdir. Ekspertiza zamanı müəyyən edilmiĢdir ki, 151 nəfərin ölümünə güllə, 20 nəfərin 
ölümünə isə qəlpə yaraları səbəb olmuĢ, 10 nəfər küt alətlə vurularaq öldürülmüĢdür. Hüquq-müdafiə mərkəzi 
diri adamların baĢ dərisinin soyulması faktını da qeydə almıĢdır.  
Xocalı  soyqırımının  epizodları  insanı  dəhĢətə  gətirir.  Xocalı  sakini  Əntiqə  erməni  hərbiçilərinin  tələb 
etdiyi  «bu  yerlər  böyük  Ermənistanın  bir  hissəsidir»  sözlərini  dilinə  gətirmədiyinə  görə  ermənilər  tərəfindən 
diri-diri  yandırıldı.  Digər  Xocalı  sakini  Səriyyə  Talıbova  danıĢırdı  ki,  «4  Məshəti  türkü  və  3  azərbaycanlının 
erməni qəbri üzərində baĢlarını kəsdilər. Daha sonra 2 azərbaycanlının gözlərini çıxartdılar». 
Ermənilər  sağ  qalmıĢ  insanlar  üzərində  tamamilə  təhqiredici  hərəkətlər  həyata  keçirmiĢdilər.  Onların 
baĢının dərisini soymuĢ, baĢlarını və bədənlərinin digər orqanlarını kəsmiĢ, uĢaqların gözlərini çıxarmıĢ, hamilə 
qadınların qarnını yarmıĢlar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuĢ 5,45 kalibrli patronlardan və 
kimyəvi  silahlardan  istifadə  edilmiĢdir.  Bütün  bunlar  Ermənistanın  Cenevrə  Konvensiyasının  protokollarını 
pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarĢı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. 
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikan və digər 
ölkələrin vətəndaĢı olan jurnalist və publisistləri dəhĢətə gətirmiĢdir. 
Xocalı soyqırımı  ilə bağlı  yeni faktlar aĢkarlanıb. Bu barədə Azərbaycanın  iĢğal  olunmuĢ ərazilərindəki 
Tarix  və  Mədəniyyət  Abidələrini  Müdafiə  TəĢkilatı  ictimai  Birliyinin  sədri  Fuad  Ġsmayılov  məlumat  verib. 
Onun sözlərinə görə, araĢdırmalar zamanı məlum olub ki, Xocalıya hücumda Rusiyanın 366-cı motoatıcı alayı 
ilə yanaĢı, SSRĠ-nin xüsusi təyinatlı briqadalarında xidmət keçmiĢ könüllülərdən ibarət 150 nəfərlik qrup iĢtirak 
edib. 
Eyni  zamanda  o  da  məlum  olub  ki,  Ermənistan  Dağlıq  Qarabağın  hava  dəhlizinə  nəzarəti  ələ  keçirmək 
üçün  Xocalı  üzərinə  hücumu  hələ  1989-cu  ildən  planlaĢdırıb.  Belə  ki,  1989-cu  ilin  dekabrında  Ermənistan 
ordusunun zabitləri  Baqdasar Gevorkyan,  Bano Siraderyan  və Samvel ġarinyan SSRĠ quru qoĢunlarının 12-ci 
briqadasının  tərkibində  Əfqanıstanda  döyüĢmüĢ  rus  zabiti  Vladimir  Voronovla  danıĢıqlar  apararaq,  onu  Sovet 
ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiĢ könüllülərdən ibarət xüsusi təyinatlı qrup təĢkil etməyə 
və  bu  qrupla  Xocalıya  hücum  etməyə  razı  salıblar.  Vladimir  Voronov  1990-cı  ilin  birinci  rübündə  artıq  150 
nəfərlik  batalyon  təĢkil  edərək,  döyüĢə  hazır  vəziyyətə  gətirib.  Bu  batalyonun  qərargah  rəisi  tanınmıĢ  sovet 
kəĢfiyyatçısı Ġvan Qukasov, onun yardımçıları isə Alik Petrosyan və Feliks Qeoxlyan təyin edildilər. 
Yeni  yaradılmıĢ  xüsusi  təyinatlı  batalyonun  döyüĢ  komandirləri  QukaĢov,  Sumbat  Akopyan,  Karen 
Gevorkyan  olublar.  PeĢəkarlardan  seçilmiĢ  bu  batalyonun  partizan  metodu  ilə  hərəkət  cədvəlinə  və  hücum 
xəttinə Vladimir Vardanov və Vazgen Sarkisyan rəhbərlik ediblər. 
Xocalı  qaçqınlarının  BMT,  Avropa  Ġttifaqı  və  Avropa  Təhlükəsizlik  və  ƏməkdaĢlıq  TəĢkilatına 
müraciətində  deyilir:  «Artıq  15  ildən  artıqdır  ki,  biz,  qaçqın  vəziyyətinə  düĢmüĢ  xocalılar,  ürəkağrısı  və  eyni 
zamanda  böyük  ümidlə  bütün  dünyanın  sülhsevər  xalqlarına,  beynəlxalq  təĢkilatlara  müraciət  edirik,  sizdən 
xahiĢ edirik, erməni hərbi təcavüzü nəticəsində bizim baĢımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq 
ki,  dünyanın  BMT,  AĠ  və  ATƏT  kimi  kifayət  qədər  nüfuzlu  beynəlxalq  təĢkilatları,  sülhsevər  ölkələri 
Ermənistan kimi dövlətin belə təcavüzkarlığına qarĢı tədbir görəcəklər». 
Dünyada qəbul olunmuĢ beynəlxalq konvensiyalar, ümumbəĢəri qanunlar Xocalı faciəsi kimi soyqırımları 
pisləyir, yolverilməz  olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9  dekabr tarixli  «Soyqırımı cinayətinin 
xəbərdarlıq  edilməsi  və  cəzalandırılması»  konvensiyasını  rəhbər  tutaraq,  Ermənistan  Respublikasına  qarĢı 
BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, 
bu  cinayət,  təkcə  Azərbaycan  xalqına  qarĢı  deyil,  həm  də  bütün  sivilizasiyalı  dünyaya,  bəĢəriyyətə  qarĢı 
yönəldilmiĢdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də 
Robert Köçəryan və digərləri baĢ vermiĢ soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarĢısında cavab 
verməlidirlər.  
Cinayət  cəzasız  qalmamalıdır.  Ermənistanın  hərbi-siyasi  təcavüzü  dünya  ictimaiyyəti  tərəfindən  ittiham 
edilməlidir. Beynəlxalq təĢkilatlar, dünya dövlətlərinin parlamentləri  Ermənistan Respublikasının  Azərbaycan 
torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi 
qiymət verməlidirlər. 
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. 
Azərbaycan  Respublikası  Prezidenti  Heydər  Əliyev  1  mart  1994-cü  ildə  bu  haqda  xüsusi  Fərman 
vermiĢdir.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarı  ilə  26  fevral  «Xocalı  soyqırımı  və  milli  matəm 
günü» elan olunmuĢ, bu barədə bütün beynəlxalq təĢkilatlara məlumat verilmiĢdir. 
25 fevral 1997-ci ildə «Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında» 
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmiĢdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə