Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
48 
«BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260A saylı «Soyqırımı siyasətinin qarĢısının alınması və 
ona  görə  cəza  barədə»  Konvensiyasının  prinsipləri  Xocalı  faciəsinin,  həqiqətən,  soyqırımı  olduğunu  bir  daha 
sübut edir. Həmin soyqırımını istintaq materialları və faktları da təsdiqləyir. Bütün beynəlxalq normalara görə, 
Xocalı  faciəsi  soyqırımı  aktıdır.  Gec  də  olsa,  bütün  dünya  ölkələri  bu  soyqırımı  aktını  etiraf  etməli  və 
tanımalıdır. 
Bəzi  erməni  ziyalıları  artıq  bu  etirafı  ediblər  və  erməni  olduqları  üçün  xəcalət  çəkdiklərini  bildiriblər. 
«Zerkalo»  qəzetinin  23  fevral  2008-ci  il  tarixli  nömrəsində  Elçin  Həsənovun  «Təmiz  erməni  hökmü»  adlı 
məqaləsi  dərc  olunmuĢdur.  Müəllif  Xocalı  faciəsindən  bəhs  edən  sənədli  filmə  baxan  Yerevan  ziyalılarının 
mülahizələrini belə Ģərh etmiĢdir: 
Marina  Mamuns,  proqramçı-mühəndis:  «Əgər  bu  faciəni  ermənilər  törədiblərsə,  onda  mən  millətimə 
nifrət edirəm, ona tüpürürəm. Mən keçən gecəni tamamilə yata bilmədim. Bəyəm Allah bunu görmür?» 
Alina  Qabrielyan,  həkim-rentgenoloq:  «Bu  dəhĢətli  faciəyə  inana  bilmirəm.  Bəyəm  mənim  millətim  bu 
cür dəhĢətli və qəddardır, insanlıqdan uzaqdır? Lakin fakt reallıqdır. Millətimə görə mən xəcalət çəkirəm». 
Aleksandr Pokoryan, hüquqĢünas: «Mən türklərə və azərbaycanlılara hörmət etmirəm, ancaq bu vəhĢilik 
aksiyası bizə Ģərəf gətirə bilməz». 
Ə.Ələsgərov və b.,  
«Xalq qəzeti», 1 aprel 2008 
 
Ənvər Mete, Nadir Əhmədov. Ġblis Xisləti Erməni. Bakı: 2009, S. 387-392. 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
49 
 
Xocalı. Bizim bilmədiyimiz həqiqətlər 
 
Vladimir Savelyev Xankəndindəki 366-cı Alayda yerləĢən 02270 nömrəli hərbi hissəsinin əks-kəĢfiyyat 
Ģöbəsinin rəisi  olub. Xocalı faciəsinin ilk  məlumatlarını toplayan, hadisələrin Ģahidi  olan polkovnik  1992-ci il 
noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin 
iyul  və  dekabr  aylarında  BMT-yə,  Avropa  ġurasına....  sonda  BaĢ  KəĢfiyyat  Ġdarəsinə  «Məxfi  ArayıĢ»ını 
təqdim edir. O, son arayıĢlarını «zabit Puqaçov» imzası ilə göndərib. 
Polkovnik  erməni  terror  təĢkilatları  ilə  Rusiya  qoĢun  birləĢmələrinin  Dağlıq  Qarabağda 
keçirdikləri  hərbi  əməliyyatları  izləyərək,  fakt  və  sənədlərdə,  «Agentura»  gücü  ilə  əldə  etdiyi 
informasiyalarda bütün olub keçənlərin Ģərhini verib etiraf edir: «... Mən bütün bunları yazmaya bilmərəm. 
Hər  Ģey  gözlərim  önündə  baĢ  verib.  Ġnsanların,  uĢaq  və  qadınların,  hamilə  gəlinlərin  güllədən  keçmiĢ 
bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağıĢlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan 
hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayıĢ həm Kremlə, həm də MN-ə, VKĠ-
nin generallarına göndərdim. Oxuyun - dedim». 
El  Messanyan  Qriqoryan  Beyrutda  çıxan  «Zartunk»  («Oyanma»)  qəzetində  «Bir  erməni 
yardımı»  yazısında  qeyd  edir:  «...Xocalı  uğrunda  vuruĢan,  döyüĢə  atılanları  unutmaq,  yaddan  çıxarmaq  biz 
ermənilərə yaraĢan iĢ deyil. Onlara - o igidlərə yardım edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və 
zəngin erməni iĢ adamları «Artsax yardım fondu» təsis ediblər. O fond həm də bizim gələcək nəsillərin taleyi 
üçündür...  Londonda  erməni  iĢ  adamı  satdığı  villasının  dəyərini,  VaĢinqtonda  erməni  biznesmeni  Araz 
Süleyman  öz  ticarət  mərkəzindən  gələn  illik  gəlirləri...  Parisdə  «Erməni  ana  dili»  cəmiyyətinin  üzvləri 
topladıqları ianələri... Xocalı qəhrəmanları üçün ayırdılar...» 
1992-ci il 24 mart. 
 
Bakıda isə boĢ qalmıĢ kreslolar üstündə adamlar dəstələrə bölünür, qruplarda cəmləĢir, hakimiyyətə can 
atırdılar.  Ali  BaĢ  Komandanın  buraxdığı  strateji  səhvləri  isə  nə  siyasi  mühitdən  ayrı  düĢmüĢ,  baĢını  itirmiĢ 
millət, nə də ayrı-ayrı siyasi liderlər dərk etmirdilər. DüĢdükləri burulğandan çıxmaq üçün heç kəs bir-birinə əl 
uzatmırdı,  yardım  etmirdi.  Xocalı  isə  qan  içində  can  verirdi.  Ordudakı  xəyanətlə  Prezident  Aparatındakı 
xəyanətlər üst-üstə düĢdüyündən hamı çaĢıb qalmıĢdı... Bütün bu çaĢqınlıqları araĢdıran kəĢfiyyatçı V. Savelyev 
Kremlə,  Bakıya...  üst-üstə  18  eyni  məzmunlu  teleqram  göndərir.  Amma  heç  kəs  onun  teleqramlarını 
oxumurdu... 
 
1992-ci  ilin  fevral ayının 4-  isə Roma Papası II Ġohanın Dağlıq  Qarabağ özünümüdafiə  dəstələrinə 
(!)  və  rus  qoĢun  birləĢmələrinin  generallarına  məxfi  məktubu  daxil  olur.  Roma  Papası  erməni  müdafiə 
dəstələrinə  «Allahdan  aldığı  gücü»  (?)  göndərirdi.  Ruslara  isə  bu  vuruĢmanın  «dini  bir  vuruĢma»  olduğunu 
xatırladır,  onlara  dua  edəcəyini  açıqlayırdı.  Roma  Papası  Dağlıq  Qarabağ  uğrunda  vuruĢmanı  «Dini 
vuruĢma... Din uğrunda vuruĢma» kimi qiymətləndirib, yazır: «... Ġmkan olarsa, Xocalıya gəlib orada həlak 
olan  erməni  qardaĢlarının  vuruĢ  və  döyüĢ  məkanlarında  baĢ  əyəcəm...»  (2003-cü  ilin  sentyabr  21-də  Roma 
Papası Ermənistana gəlir. Qarabağın iĢğalı zamanı öldürülən ermənilərin məzarlarına yad edir). 
 
Hətta Roma papası Bakıya da gəldi və yüksək səviyyədə qarĢılandı. Bax biz də belə millətik. Məgər 
Roma papasını qarĢılayanlar bu xristian Ģovinistini tanımırdılar?!  
Polkovnik V.Savelyev daha sonra yazır: «... Xocalının iĢğalında, ölüm və kütləvi qırğın hadisələrində 
azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm... Bu necə Vətəndir? Bu necə ordudur?... Bütün bunları 
anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoĢmaqla onları alçatdılar, Ģərəfinə lənət damğasını vurdular... 
Mən  on  addımlığımda  güllə  yarasında  can  verən  səkkiz-doqquz  yaĢlı  qızcığaza  heç  cür  kömək  əlimi 
uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...» 
LənətlənmiĢ  günlər  isə  bir-birini  əvəz  edirdi.  Həmin  ərəfədə  Fransadan  gəlmiĢ  «Operator-II»  özəl 
studiyasının  erməni  əməkdaĢları  isə  (Jül  Barelyan,  ġerin  Sitaryan)  Xocalı  ətrafında  qalaqlanmıĢ  meyitlərin 
yandırılmasını  lentə  köçürürdülər.  Rusiyanın  2-ci  batalyonunda  vuruĢan  zabit  Ġvan  Karabelnikovun  verdiyi 
məlumata görə bu yer «...Xocalının Ģimal-Ģərq hissəsində kiçik təpəcikləri olan bir yer idi...» 
Xocalı faciəsini «iĢıqlandırmaq» (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 
32 ölkəsindən 47 nəfər erməni  jurnalisti gəlmiĢdi. Onların bir qismi polkovnik  Y.Zarviqarovun ayırdığı zirehli 
maĢınların  gözlüklərindən,  qərargah  mərkəzlərindən  hadisələri  izləyir,  qeydlər  götürür,  bəziləri  də  operativ 
çəkiliĢlər aparırdı. DağılmıĢ, viranə qalmıĢ yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər:  «... 
Azərbaycanlılar günahsız qırırlar...» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə