Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   2   3   4   5   6   7   8   9   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

1991-ci  ilin  sonunda  baĢlayan  müharibədən  bir-iki  il  keçəndən  sonra  demək  olar  ki,  Yuxarı  Qarabağın 
azərbaycanlılar yaĢayan kəndlərinin əksəriyyəti boĢaldılmıĢdı, qalan yalnız bir neçə iri kənd, ġuĢa və Xocalı idi. 
1992-ci  ilin  baĢlanğıcı  Azərbaycan  üçün  çox  ağır  oldu.  Yanvarda  DaĢaltı  əməliyyatı  uğursuzluqla  sona 
yetdik-dən  sonra  bilərəkdən  əhali  arasında  belə  bir  rəy  formalaĢdırırdılar  ki,  guya  Milli  Ordumuz  hərbi 
əməliyyatlar keçirməyə hazır deyil. Məhz bu, bir daha sübut edirdi ki, DaĢaltıda baĢ verənlər qəsdən hazırlanmıĢ 
planın həyata keçirilməsi imiĢ. Bunu əməliyyatda bilavasitə iĢtirak edənlər də təsdiqləyirdilər. 
Fevralın 11-12-də Qarabağın qədim yaĢayıĢ məskənlərindən biri, ən inkiĢaf etmiĢ kəndlər - Malıbəyli və 
QuĢçular  kəndləri  erməni-rus  hərbi  birləĢmələrinin  hücumlarına  məruz  qaldı.  Hələ  yanvarın  sonu,  fevralın  ilk 
günlərində  bu  kəndlərin  müdafiəçiləri  gözlənilən  təhlükə  haqqında  respublika  rəhbərliyini  məlumatlandıraraq, 
hərbi yardım barədə müraciət etsələr də, nəticə olmadı. Daha doğrusu, yuxarıdan "panika yaratmayın" cavabını 
aldılar. Sonradan isə onlara yardım göndəriləcəyi vəd edildi və bu, vəd olaraq da qaldı. 
Mütəllibov  hakimiyyətinin  baĢı  ayrı  iĢlərə  -  cəbhəçilərlə  münasibətləri  aydınlaĢdırmağa  qarıĢmıĢdı. 
Rəhbərlik yaxınlaĢan bəlaları görmək iqtidarında deyildi. 
Bu  ərəfədə  Xocalı  ermənilərin  mühasirəsində  özünün  son  günlərini  yaĢayırdı.  Ağdamın  Mərkəzi 
meydanında  hər  gün  keçirilən  mitinqlərdə  Xocalıya  təcili  kömək  göndərilməsi  məsələsi  qaldırılsa  da,  kömək 
yalnız  ərzaqdan  ibarət  olurdu  ki,  bunu  da  rus  ordusunun  Gəncədəki  hissəsinin  vertolyotları  edirdi.  Müharibə 
odu, alovu ilə Qarabağı udmağa baĢlamıĢdı. 
Malıbəyli və QuĢçular kəndləri iĢğal edildikdən sonra Xocalı, demək olar ki, tam olaraq arxasız-dayaqsız 
qaldı. Ermənilərin əl-qolu açılmıĢdı, qətnamələr bir-birini əvəz edirdi. 
 
Növbə Qaradağlıya çatırdı 
Müharibə  alovu  Qarabağı  bürümüĢdü.  Azərbaycan  dövləti  sanki  bu  bölgəni  kiminsə,  nəyinsə  qurbanına 
çevirmək  niyyətindəydi.  Erməni-rus  hərbi  birləĢmələri  ilə  bir  bölgə  -  Ağdamdakı  könüllü-özünümüdafiə 
dəstələri  və  yeni  yaradılmıĢ  Milli  Ordunun  təcrübəsiz  əsgərləri,  əksəriyyəti  xəyanətkarcasına  yuxarıların 
əmrlərinə tabe olan zabitlər müharibə aparırdılar. 
Dinc sakinlərin ərĢə qalxan ah-naləsi, tüstüsü göylərə bülənd olan  yaĢayıĢ  məntəqələrinin harayı Bakıda 
eĢidilmirdi.  Paytaxt  iqtidar-müxalifət  savaĢına  hamilə  olduğu  bir  vaxtda  cəbhə  bölgələrində  ermənilər  at 
oynadır,  yurd  yerlərimizi  darmadağın  edirdilər.  Kəndlərimiz  bir-bir  Azərbaycanın  xəritəsindən  silinir, 
Ermənistana qatılırdı. Bu, tarixin ən rüsvayçı müharibəsi idi. 
Xocalı  faciəsinə  gedən  yolun  son  kilometrliyində  olan  düĢmən  Xocalıdan  əvvəl  Qaradağlı  qətliamını 
törətdi.  Fevralın  16-17-də  qədim  türk  məskəni  olan  Qarabağlı  kəndi  dörd  tərəfdən  düĢmən  hücumuna  məruz 
qaldı. Damarın-dan qeyrət, namus, vətənpərvərlik qanı axan oğul və qızlarımız nə qədər müqavimət göstərsələr 
də, mühasirə həlqəsi getdikcə daralırdı. Nəhayət, zülm ədalətə qalib gəldi və daha bir kəndi itirdik. Onlarla igid 
oğlumuz qətlə yetirildi, insanlar diri-diri silos quyularına dolduruldu, əsir götürülənlərin əksəriyyəti Xankəndiyə 
gedən yoldaca güllələndi. Min cür əzab-əziyyət, iĢgəncə verilən uĢaqlar, qadınlar və qocalar cəhənnəmi gözləri 
ilə gördükdən sonra vəhĢicəsinə öldürüldü. Hətta yaralılara da aman verilmədi. 
VəhĢiləĢmiĢ daĢnak tör-töküntüləri böyük bir elin varlığına son qoymaqla Xocalıya gedən yolu tamamilə 
açdı və yeni hücumlara hazırlaĢmağa baĢladılar. 
 
Ağdam paytaxt olmuĢdu 
Qarabağın  yeganə  ümid  yerinə  çevrilmiĢ  Ağdamda  hamı  qan  ağlayırdı.  Kimi  düĢmən  silahlarını 
susdurmaq  üçün  səngərlərə  atılır,  kimi  yurd  yerlərindən  qovulmuĢ  soydaĢlarımıza  dayaq  durmaq  üçün  yollar 
axtarır, kimi evsiz-eĢiksiz insanları ovutmaq üçün əlindən gələni edirdi. Ancaq bu, dövlət səviyyəsində deyildi - 
Ağdam Azərbaycan iqtidarının bütün vəzifələrini təkbaĢına həyata keçirmək iqtidarında deyildi. Bir tərəfdən də 
məğlubiyyətlərimizi  gerçəkləĢdirmək,  əhalini  ruhdan  salmaq  üçün  Bakıdan  göndərilən  emissarların  fəaliyyəti. 
Bütün  bunlar  cəmisi  10  gün  sonra  baĢ  verəcək  soyqırımına  gedən  yolun  qısa  tarixçəsidir.  Zaman  əleyhimizə 
iĢləyirdi. Fevral soyqırımına hamilə idi. Ġrəlidə bizi ağrılı-acılı günlər gözləyirdi. 
Ağdamın baĢ meydanında mitinqlər davam edirdi. Adamlar dövlətdən təcili tədbirlər görməyi tələb edirdi. 
Dövlət isə öz baĢının hayındaydı. Belə bir Ģəraitdə faciə labüd idi... 
Bakının Azadlıq meydanında və parlamentin binası ətrafında xalqı mitinqlərə toplamaqla, hakimiyyəti ələ 
keçirməyə çalıĢan Xalq Cəbhəsini də, vəzifə kreslosunu qoruyub-saxlamağın yollarını arayan ölkə rəhbərliyini 
də hələ ki, Xocalının taleyi maraqlandırmırdı. Orda - müharibə bölgəsində 2-3 gülləyə belə, ehtiyac duyulduğu 
bir  vaxtda  Bakıda  əlisilahlıların  bir  qrupu  rəhbəri  müdafiə  etmək,  digəri  isə  rəhbərliyi  ələ  keçirmək  üçün 
səfərbər  edilmiĢdi.  Bakı  baĢ  Ģəhər  rolunu  oynaya  bilmirdi.  Vətəni,  xalqı,  milləti  düĢünənlərin  bütün  diqqəti 
Ağdamda idi-indi baĢ Ģəhər Ağdam olmuĢdu. Amma topsuz, topxanasız... 
Ağdam camaatı, rayon rəhbərliyi, könüllü özünümüdafiə dəstələri bir tərəfdən erməni basqıçılarına cavab 
verir, yurdundan qovulmuĢ soydaĢlarımızın yerləĢdirilməsi və onlara yardım göstərilməsi ilə məĢğul olur, o biri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə