Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
71 
VaĢinqton Tayms, 3 Mart 1992 
 
VƏHġĠLĠKLƏR AZƏRBAYCANI DƏHġƏTƏ GƏTĠRĠR Brayn KĠLLEN, Ağdam, Azərbaycan 
Dağlıq  Qarabağda  onlarla  insan  meyitləri  səpələnmiĢdir  və  bu,  bu  mübahisəli  ərazi  uğrunda  4  ildən  bəri 
döyüĢlərdə törədilmiĢ ən dəhĢətli soyqırımın sübutudur.  
Bu Ģəhərdən  yenicə  qayıdan  Azərbaycan rəsmiləri  özləri ilə 3 uĢaq  meyiti  gətiriblər və onların baĢlarının 
arxa hissəsi tamamilə dağıdılıb.  
Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuĢ, üzləri isə soyuqdan qaralmıĢdı.  
Qadınlardan  biri  öldürülmüĢ  atasının  sinəsinə  qəzəblə  vuraraq  "Telman!"  deyə  qıĢqırırdı.  Cənazə  arxası 
üstə uzanmıĢ və sağ əli havada donmuĢdu.  
Ötən  həftə  ermənilərin  iĢğal  etdiyi  Xocalıya  vertolyotla  qısa  səfərdən  qayıdanlar  dedi  ki,  onlar  da  oxĢar 
mənzərənin Ģahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik 
sahədə 30 meyit saymıĢdır.  
Dağlıq Qarabağın  ikinci böyük  Azərbaycan Ģəhəri  olan Xocalının təpədən  dırnağadək silahlanmıĢ  erməni 
hərbçiləri  tərəfindən  ötən  çərĢənbə  axĢamı  iĢğal  olunmasından  sonra  ermənilər  azərbaycanlıların  soyqırımını 
inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.  
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin  köməkçisi  Əsəd Fərəcov  dedi  ki,  qadın  və uĢaqların baĢlarının 
dərisi soyulmuĢdu.  
Cənab  Fərəcov  bildirdi  ki,  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  niĢanladığı  yerə  enən  və  MĠ-24 
vertolyotlarının  müĢayiət  etdiyi  vertolyot  erməni  hərbçiləri  gülləborana  baĢlamazdan  əvvəl  yalnız  3  uĢaq 
meyitini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa baĢlayanda onlar bizi atəĢə tutdular.  
Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya iĢarə 
edərək dedi: "Hərbi vertolyotlar qırmızı fiĢənglər buraxaraq ermənilərin yaxınlaĢdığını xəbər verdilər. Biz artıq 
çıxmalı idik. Əsir götürüləcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim".  
Röyters-in  fotoqrafı  Frederik  Lenqan  Ağdam  yaxınlığında  azərbaycanlıların  meyitləri  ilə  dolu  iki  yük 
maĢını görmüĢdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maĢında da bir o qədər meyit var idi. Onların 
bəzilərinin  baĢı  kəsilmiĢ,  çoxları  yandırılmıĢdı.  Onların  hamısı  kiĢi  idi  və  bir  neçəsi  hərbi  rəngdə  forma 
geymiĢdi".  
Ağdam məscidi insan meyitlərilə dolu idi. Ġnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmıĢ 
təhqirlər  səsləndirir  və  bildirirdilər  ki,  o,  Qarabağın  azərbaycanlı  əhalisini  qorumaq  üçün  kifayət  qədər 
çalıĢmamıĢdır.  
Çöldə  isə  yüzlərlə  insan  islam  duaları  oxuyurdular.  Onların  bəziləri  huĢlarını  itirərək  öldürülmüĢ 
qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmiĢdi) yanına yıxılırdılar.  
Qarlı təpələrə səpələnmiĢ onlarla insan meyitini əks etdirən dəhĢətli film sağ qalmıĢ qaçqınların, qadın və 
uĢaqlara qarĢı törədilmiĢ soyqırım haqqında söylədiklərini təsdiq edir.  
Azərbaycan televiziyası Azərbaycan Ģəhəri olan Ağdama bir yük maĢını ilə meyit gətirildiyini göstərmiĢdir. 
Onların  çoxlarının  üzləri  bıçaqla  doğranmıĢ,  gözləri  çıxarılmıĢdı.  Balaca  bir  qızın  qolları  havaya  açılı 
vəziyyətdə qalmıĢdır. O, sanki kömək diləyirdi.  
Ağdam  hərbi  komandiri  RəĢid  Məmmədov  Ġkinci  Dünya  Müharibəsi  zamanı  Nasistlərin  əməllərini 
xatırlayaraq dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmıĢdır. Heç faĢistlər də bunu etməmiĢdir"  
Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük Ģəhəri olan Gəncədəki Sovet hərbi bazasına 
zəng  edərək  kömək  diləyirdi:  "Meyitləri  gətirmək  və  insanlara  nə  baĢ  verdiyini  göstərmək  üçün  bizə  kömək 
edin".  
Operator  və  Qərbli  jurnalistləri  ərazidən  götürən  vertolyotun  pilotu  dedi  ki,  o  Xocalıda  və  Əsgəran 
dərəsində onlarla meyit görüb.  
 
Nyu York Tayms, 3 Mart 1992 
 
ERMƏNĠLƏR TƏRƏFĠNDƏN TÖRƏDĠLƏN SOYQIRIM 
 
Ağdam, Azərbaycan, 2 Mart (Röyters)  
Bu gün sonuncu sovet qoĢunları Dağlıq Qarabağı tərk edir.  
Ġtar-Tass  Ġnformasiya  Agentliyi  xəbər  verir  ki,  366-cı  Motoatıcı  Alayı  ərazidən  çıxmağa,  əslində  isə 
müharibə edən iki etnik qrup - ermənilər və azərbaycanlılar arasındakı buferi aradan götürməyə baĢlamıĢdır.  
Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib.  
Dağlıq  Qarabağ  Azərbaycan  Respublikasının  tərkibindədir,  onun  əhalisinin  çox  hissəsini  isə  ermənilər 
təĢkil edir.  


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
72 
 
ġəhərin bombardman edilməsi  
Azərbaycanın informasiya agentliyi AZERĠNFORM xəbər vermiĢdir ki, Bazar günü gecə Dağlıq Qarabağın 
azərbaycanlılar məskunlaĢan ġuĢa Ģəhəri ermənilər tərəfindən raket atəĢinə tutulub. Vəncəli qəsəbəsinə edilmiĢ 
digər bir hücum zamanı isə bir neçə adam yaralanmıĢdır.  
Ermənistan  respublikası  keçən  həftə  azərbaycanlıların  yaĢadığı  Xocalı  Ģəhərində  1000  nəfərin  onun 
hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüĢ dağlardan qaçan kiĢi, qadın və 
uĢaqların soyqırımını inkar edir.  
Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.  
Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə baĢlarının arxa 
hissəsi  tamamilə  dağıdılmıĢ  3  uĢaq  meyiti  gətirmiĢlər.  Onlar  bildirdi  ki,  ermənilərin  gülləbaranı  meyitlərin 
hamısını yığmağa onlara mane olub.  
Dağlıq  Qarabağın  Azərbaycan  rəhbərinin  köməkçisi  Əsəd  Fərəcov  dedi  ki,  qadın  və  uĢaqların  baĢlarının 
dərisi soyulmuĢdu, biz meyitləri yığmağa baĢlayanda onlar bizi atəĢə tutdular.  
Azərbaycanlı  hərbi  komandir  RəĢid  Məmmədov  dedi:  "Meyitlər  qoyun  sürüsü  kimi  yığılmıĢdır.  Heç 
faĢistlər də bunu etməmiĢdir".  
 
Ġki yük maĢını meyitlə dolduruldu  
Röyters-in  fotoqrafı  Frederik  Lenqan  Ağdam  yaxınlığında  azərbaycanlıların  meyitləri  ilə  dolu  iki  yük 
maĢını görmüĢdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maĢında da bir o qədər meyit var idi. Onların 
bəzilərinin  baĢı  kəsilmiĢ,  çoxları  yandırılmıĢdı.  Onların  hamısı  kiĢi  idi  və  bir  neçəsi  hərbi  rəngdə  forma 
geymiĢdi".  
Etnik  zorakılıq  və  iqtisadi  böhran  dekabrda  11  keçmiĢ  Sovet  respublikası  tərəfindən  yaradılmıĢ  Müstəqil 
Dövlətlər  Birliyinin  parçalanmasına  səbəb  ola  bilər.  Birlik  üzv  dövlətlər  olan  xristian  ermənilərlə  müsəlman 
azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarĢısında aciz qaldı.  
Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baĢ verən döyüĢ 
xüsusilə dəhĢətli idi.  
Dağlıq  Qarabağın  mərkəzi  Stepanakert  Ģəhərində  yerləĢən  366-cı  alay  döyüĢlərin  mərkəzində  idi  və  bu 
döyüĢ  nəticəsində  onun  3  əsgəri  həlak  olmuĢdur.  Ermənistanın  paytaxtı  Yerevanda  parlamentdə  çıxıĢ  edən 
prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoĢunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi 
əməliyyatlarda iĢtirak etmədiyini, onun yalnız vəziyyəti stabilləĢdirdiyini bildirmiĢdir.  
 
Boston Qlob, 3 Mart 1992 Pol Kuin - Cac, Bakı, Azərbaycan 
Dünən Azərbaycan erməni hərbçilərini keçən həftə kiĢi, qadın və uĢaqları Dağlıq Qarabağdakı bir Ģəhərdən 
çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.  
Azərbaycan rəsmiləri Xocalı Ģəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüĢ dağlardan 
qaçan kiĢi, qadın və uĢaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir.  
Erməni rəsmiləri bunları inkar edir.  
Hadisə  yerində  olan  jurnalistlər  qətlə  yetirilmiĢ  insanların  dəqiq  sayını  söyləməklə  çətinlik  çəkir.  Ancaq 
Röytersin  fotoqrafı  iki  yük  maĢının  azərbaycanlıların  meyitləri  ilə  doldurulduğunu  dedi.  Bir  rus  jurnalisti  isə 
rayonun hər yerində qırğınlar törətdiyi barədə xəbər verir.  
Röyters  xəbər  verir  ki,  vertolyotla  bölgəyə  səfər  edən  azərbaycanlı  rəsmilər  və  jurnalistlər  baĢlarından 
vurulmuĢ 3 uĢaq meyiti tapıblar. Ermənilərin atəĢ açmağı isə onlara digər meyitləri yığmağa mane olub.  
ĠĢğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır.  
Azərbaycan televiziyası bazar günü  Ağdam  meyitxanasından  qadın  və uĢaqlar da daxil  olmaqla 10  meyit 
göstərmiĢdir.  Bakının  əsas  televiziya  stansiyasının  redaktoru  bildirmiĢdir  ki,  indiyə  qədər  180  meyit  aĢkar 
olunub.  Bölgənin  ətrafında  uçan  vertolyot  çoxlu  sayda  meyitlər  görmüĢdür.  BBS  xəbər  vermiĢdir  ki,  Fransız 
fotoqraf  31  cənazə  saymıĢdır.  O  bildirmiĢdir  ki,  içərisində  qadın  və  uĢaqlar  olan  meyitlərin  çoxu  yaxın 
məsafədən baĢlarından güllə ilə vurulmuĢdur.  
Bu  arada  Xocalı  icra  hakimi  Elman  Məmmədov  Bakıda  mətbuat  konfransında  bildirmiĢdir  ki,  hücum 
zamanı  1000  adam  öldürülmüĢ,  200-dən  artıq  itkin  düĢmüĢ,  300  əsir  götürülmüĢ,  200  nəfər  yaralanmıĢdır. 
Məmmədov 366-cı alayı hücuma baĢçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.  
 
Eyc, Melburn, 6 Mart 1992 Elen VOMAK, Ağdam, Azərbaycan, ÇərĢənbə axĢamı 
ġəhidlərin dəqiq sayı hələ  də  məlum  olmasa da ötən  həftə Ermənistan  ordusunun Dağlıq Qarabağın  qarlı 
dağlarında dinc azərbaycanlılara qarĢı soyqırım törətdiyi ehtimal olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə