Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
73 
Anklavın  Azərbaycan  Ģəhəri  Ağdamla  sərhəddə  yerləĢən  Xocalı  Ģəhərindən  olan  qaçqınlar  fevralın  25-i 
gecə  ermənilər  tərəfindən  onların  evlərinə  edilən  hücumu  təsdiq  edən  küllü  miqdarda  faktlar  söyləyir.  Onlar 
bildirir  ki,  ermənilər  onları  qaçmağa  məcbur  etmiĢ  və  ətrafdakı  meĢələrdə  güllələmiĢdir.  Dünən  mən 
qəbiristanlıqların  birində  təzə  qazılmıĢ  75  qəbir  gördüm.  Ondan  bir  gün  əvvəl  isə  Ağdam  məscidində  deĢik-
 deĢik  olunmuĢ  4  meyit  görmüĢdük.  Biz  həmçinin  vaqonlardan  ibarət  olan  müvəqqəti  xəstəxanalarda  güllə 
yaraları almıĢ qadın və uĢaqları gördük.  
Əhalisinin əksəriyyətini azərbaycanlılar təĢkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 
nəfərdir. Ağdamın polis komandiri RəĢid Məmmədov Ağdama yalnız 500 nəfərin qaçdığını dedi. "Bəs qalanları 
hanı?" deyən C-b Məmmədov onların əsir götürüldüyünü yaxud qaçdıqlarını dedi. Çoxları hələ də dağlardadır, 
çünki vertolyot yoxdur. O, onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi.  
Azərilər silahlanmıĢ erməniləri gördükdə baĢa düĢdülər ki, özlərini müdafiə edə bilməyəcəklər və meĢələrə 
qaçdılar. Bir neçə saatdan sonra soyqırım baĢlandı.  
Cənab Nasir arvadının və iki uĢağının əsir götürüldüyünü güman edir. Digər qaçqınlar kimi, o, da keçmiĢ 
sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə kömək etdiyini dedi: "Bu mənim fikrim deyil, gözlərimlə 
gördüklərimdir".  
 
Nyu York Tayms, 6 Mart 1992 
 
AZƏRBAYCANDA VĠDA MƏRASĠMĠ 
 
"Azərbaycanın  Ağdam  Ģəhərindəki  qəbiristanlıqda  ermənilərin  Dağlıq  Qarabağda  törətdiyi  soyqırım 
qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir.  
Çingiz Ġsgəndərov qardaĢının cənazəsi olan tabutu qucaqlamıĢdı. Cənazənin üstündə isə Quranın surəti var 
idi.  
 
VaĢinqton Post, 6 Mart 1992 
 
SON VĠDALAġMA 
 
"Dünən  azərbaycanlıların  qəbiristanlığında  Dağlıq  Qarabağda  ermənilər  tərəfindən  öldürülmüĢ  qurbanlar 
dəfn  olunarkən  onların  qohumları  kədər  içində  idi.  Çingiz  Ġsgəndərov  qardaĢının  cənazəsi  olan  tabutu 
qucaqlayıb ağlayırdı".  
 
Sandey  Tayms,  8  Mart  1992  Tomas  Qolts  erməni  əsgərlərinin  törətdiyi  soyqırım  haqqında 
Ağdamdan ilk olaraq xəbər verir.  
Xocalı qeyri-məhsuldar bir Azəri Ģəhəri idi. Burada mağazalar bomboĢ, yollar çirkli idi. Heç bir yaĢıllıq isə 
yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoĢbəxt həyatını yaĢayırdı. Ötən həftə o, xəritədən 
silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet Ġttifaqı dağılandan bəri ən 
dəhĢətli soyqırımın baĢ verdiyi güman olunur.  
Mən  Xocalıya  səfər  edən  sonuncu  qərbli  idim.  Bu  yanvarda  baĢ  vermiĢdi.  Dörd  uĢaq  anası  Zümrüd  bizi 
Ģəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölümünü gözləyir. O və ailə üzvləri fevralın 26-da 
ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər.  
BeĢ  övlad  atası  55  yaĢlı  BalakiĢi  Sadıqov  dedi:  "Ermənilər  uzaq  kəndlərin  hamısını  bir-bir  iĢğal  etdilər, 
hökumət isə heç nə etmədi". Onun həyat yoldaĢı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da 
öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüĢdü.  
"Biz  ermənilərin  mövqelərinə  çox  yaxın  idik,  amma  oranı  keçməli  idik.  Güllələr  hər  tərəfdən  yağıĢ  kimi 
yağdırılırdı.  Biz  sadəcə  tələyə  düĢmüĢdük".  Azərbaycanlılar  bir-bir  qətlə  yetirilirdi.  Sağ  qalanların 
söylədiklərinə görə görmədikləri halda ermənilər tərpənən hər bir Ģeyə atəĢ açırdılar. Bir azəri operatoru ağlaya-
 ağlaya  hər  bir  meyiti  lentə  almıĢdı.  Onun  çəkdiyi  kadrlardan  birində  azərbaycanlıların  ermənilərdən  qaçaraq 
sığınacaq  tapdığı  ağaclıq  göstərilmiĢdi.  Burada  insan  meyitləri  təpə  əmələ  gətirmiĢdi.  Ağdam  xəstəxanasına 
gətirilmiĢ  Ömər  Veysəlov  dedi:  "Ermənilər  dayanmadan  atırdılar.  Mənim  arvadım  və  qızım  düz  yanımda 
öldürüldülər".  
Hospitalın  dəhlizlərində  gəzən  adamlar  öz  yaxınlarından  bir  xəbər  axtarırdılar.  Bəziləri  öz  qəzəbini 
əcnəbilərin  üstünə  tökürdü.  Bir  ana  bağırırdı:  "Hanı  mənim  qızım,  hanı  mənim  oğlum?  Zorlanıb.  Öldürülüb. 
Ġtib".  
 
Mond, Paris, 14 Mart 1992 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
74 
 
Ağdamda  olan  əcnəbi  jurnalist  öldürülmüĢ  adamlar  arasında  baĢlarının  dərisi  soyulmuĢ  qadın  və  uĢaqları 
görüb. Onların dırnaqları çıxarılmıĢdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazır.  
 
Nyusuik, 16 Mart 1992 
 
SOYQIRIMIN ÜZÜ 
 
Paskal Priva və Stiv Lö Vən, Moskva 
Ötən  həftə  Azərbaycan  yenidən  qəbiristanlığa  dönmüĢdü:  matəm  içində  olan  qaçqınlar  və  onlarla  insan 
meyiti  məscidin  arxasında  müvəqqəti  meyitxana  yaratmıĢdı.  Onlar  fevralın  25-i  və  26-sı  ermənilər  tərəfindən 
darmadağın  edilmiĢ  Xocalıdan  olan  sadə  Azəri  kiĢi,  qadın  və  uĢaqları  idi.  Onların  çoxu  qaçan  zaman  yaxın 
məsafədən vurulmuĢdu, bəzilərinin üzləri dağıdılmıĢ, baĢlarının dərisi soyulmuĢdu.  
 
Taym, 16 Mart 1992 
 
XOCALIDA QIRĞIN Cil SMOLOU 
 
Yuri ZARAXOVĠÇ, Moskva  
Mübahisələrə  baxmayaraq  aydın  olan  bir  Ģey  var:  iki  həftə  öncə  Azərbaycan  Ģəhəri  Xocalıda  qəddar  və 
vicdansız  bir  hadisə  törədilib.  Ġndiyədək  200  azərbaycanlı  öldürülüb,  çoxları  iyrənc  hala  salınıb,  ermənilərin 
üstünlük təĢkil etdiyi Dağlıq Qarabağdan dəfn olunmaq üçün qonĢu rayona gətirilib. Azərbaycanlılar iddia edir 
ki, 1324 mülki vətəndaĢ qətlə yetirilib. Onların çoxu - qadınlar və uĢaqlar barədə heç bir məlumat yoxdur…  
 
Svoboda, 12 Ġyun 1992 
 
FACĠƏNĠ TÖRƏDƏNLƏR CƏZALANDIRILMALIDIR 
 
Moskvada  yerləĢən  Memorial  insan  hüquqları  qrupunun  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə 
Xocalının  erməni  silahlı  birləĢmələri  tərəfindən  iĢğalı  zamanı  insan  hüquqlarının  kütləvi  Ģəkildə  pozulması 
haqqında hesabatı  
Hesabatda  dinc  əhalinin  Ģəhərdən  qaçması  haqqında  yazılır:  "Qaçqınlar  ermənilər  tərəfindən  qurulmuĢ 
pusquya  düĢərək  atəĢə  tutuldular.  Onların  bəziləri  Ağdama  çata  bildilər:  digərləri,  əsasən  qadınlar  və  uĢaqlar 
(dəqiq  sayı  məlum  deyil)  dağlarda  azmıĢ  və  donub  ölmüĢlər.  Ağdama  çatanların  dediklərinə  görə,  onların 
bəziləri  Pircamal  və  Naxçıvanik  kəndləri  yaxınlığında  əsir  götürülüblər.  Artıq  dəyiĢdirilmiĢ  Xocalı  əsirlərinin 
dediyinə  görə,  əsirlərin  bəziləri  öldürülmüĢdür…  4  gün  ərzində  Ağdama  təxminən  200  meyit  gətirilmiĢdir. 
Ağdam  qatar-xəstəxanasının  həkimləri  bildirdi  ki,  4  meyitin  baĢlarının  dərisi  soyulmuĢ,  birinin  isə  baĢı 
kəsilmiĢdi.  Ağdamda  181  cənazə  (130  kiĢi,  51  qadın,  13  uĢaq)  üzərində  yoxlama  aparılmıĢdır  və  aĢkar 
olunmuĢdur  ki,  151  nəfər  güllə,  20  nəfər  qəlpə  yarasından  və  10  nəfər  küt  alətlərdən  aldıqları  yaralardan 
ölmüĢdür.  Xocalıdan  olan  bütün  yaralıların  gətirildiyi  Ağdam  qatar-xəstəxanasının  sənədlərində  göstərilir  ki, 
597 nəfər yaralanmıĢ, yaxud donmuĢ, bir nəfərin diri-diri baĢının dərisi soyulmuĢdur.  
 
Ġndependent, London, 12 Ġyun 1992 Frederik LENQAN, Röyter  
Arif  Sadıqov  Bakıda  Xəzər  dənizinin  sahilindəki  bir  kafenin  kölgəliyində  sakitcə  oturdu  və  düz  3  ay 
bundan qabaq, Xocalı Ģəhərindən qaçan zaman erməni gülləsinin cırdığı Ģalvarını göstərdi.  
51  yaĢlı  xarrat  dedi:  "Mən  hələ  də  bu  paltarları  geyinirəm,  çünki  baĢqası  yoxumdur.  Mən  5  dəfə 
yaralandım, amma bəxtim gətirdi və sağ qaldım".  
Cənab Sadıqov və arvadı bir aydan çox ac və iĢıqsız qalıblar.  
Cənab  Sadıqov  dedi:  "Təxminən  axĢam  saat  11-də  bombardman  baĢlandı.  Biz  hələ  heç  vaxt  beləsini 
eĢitməmiĢdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır puleyotlardan istifadə olunurdu".  
Tezliklə qonĢular küçələrə tökülüĢdü. Bəziləri gizləndi, digərləri isə qarın içi ilə meĢələrə doğru qaçmağa 
baĢladı.  
Xilas olmaq üçün Ģəhər camaatı təxminən 15 mil məsafədə yerləĢən Azərbaycan Ģəhəri Ağdama çatmalı idi. 
Sübh çağı iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı yerə çatanadək onlar düĢünürdülər ki, bunu 
edə biləcəklər.  
Cənab Sadıqov dedi: "Buna qədər mənlə gələn qrupun heç birinə heç nə olmamıĢdı… sonra yolda bizi bir 
maĢın gördü və ermənilər bizə atəĢ açmağa baĢladılar. Bizimlə olan 80 nəfərdən yalnız on nəfəri sağ qaldı. 67 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə