Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
75 
yaĢlı böyük qardaĢım da daxil olmaqla 7 yaxın qohumum qətlə yetirildi. Mən ancaq qardaĢımın papağı ilə onun 
gözlərini bağlamağa imkan tapdım və biz heç vaxt o meyitlərdən heç birini qaytara bilmədik".  
Cənab  Sadıqov  dedi  ki,  birinci  qrupdakı  qaçqınların  bəzilərinin  bəxti  gətirdi.  Evakuasiyanın 
qəhrəmanlarından biri  Arif Hacıyev üçüncü qrupun  qaçmasına kömək  etmək üçün silahın  darağını  dəyiĢərkən 
baĢından aldığı güllə yarasından öldü.  
Digər bir qəhrəman, Xocalının meri Elmar Məmmədov bildirdi ki, o, bir neçə nəfər ilə birlikdə fevralın 26-
 nı meyitlərlə əhatə olunmuĢ kollu təpələrdə keçirib.  
Cənab Sadıqov  dedi:  "Biz Ģəhərə çatandan bir gün sonra ermənilər geniĢ raket  hücumu  həyata keçirdilər. 
Mən  müalicə  olunmaq  üçün  xəstəxanaya  getməli  idim,  çox  pis  vəziyyətdə  idim.  Hətta  mənim  ayaqqabımın 
içində də güllə tapdılar".  
Qırğının  qurbanları:  Bir  azəri  qadın  fevral  ayında  törədilmiĢ  Xocalı  qırğınında  qətlə  yetirilmiĢ  oğlunu 
ağlayır.  Qatar-xəstəxanada  tibb  bacıları  primitiv  üsullarla  yaralı  bir  kiĢini  xilas  etməyə  çalıĢırlar.  Ağdamda 
insanlar  qətlə  yetirilmiĢ  qohumlarının  tabutu  üstündə  ağlayırdılar.  Ölənlərin  sayını  müəyyən  etmək  mümkün 
deyil. Çünki müsəlmanlar ölünü 24 saat ərzində dəfn edirlər.  
 
Ġndependent, London, 12 Ġyun 1992 
 
AĞRILI AXTARIġ 
 
Azərbaycanlıların  Xocalı  Ģəhərində  törədilmiĢ  fevral  soyqırımı  nəticəsində  təxminən  600  kiĢi,  qadın  və 
uĢaq öldürülmüĢdür.  
Dövlət  ittihamçısı  Aydın  Rəsulov  15  nəfərdən  ibarət  olan  istintaq  qrupunun  rəhbəridir.  Bu  qrup 
azərbaycanlıların "Xocalı Qırğını" adlandırdıqları hadisəni araĢdırmaqla məĢğuldur. Cənab Rəsulov bildirdi ki, 
600 nəfər ilkin axtarıĢlar zamanı tapılmıĢ meyitlərdir. Xocalı meri Elmar Məmmədov da oxĢar rəqəm söylədi. 
May  ayında  isə  Bakıda  nəĢr  olunan  Ordu  qəzeti  bu  rəqəmin  daha  böyük  olduğunu  yazırdı  -  ölənlərdən  479 
nəfərin Ģəxsiyyəti müəyyən olunmuĢ, 200-dən çoxu isə naməlumdur. Azərbaycan müdafiə nazirliyinin mətbuat 
xidmətinin rəhbəri Leyla Yunisova ölənlərin sayının 700 olduğunu dedi.  
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi 
ki, Ağdam Ģəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meyit gətirilmiĢdi 
və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. 
Çünki biz meyitləri yumaq üçün ləvazimat verdik.  
43  yaĢlı  hüquqĢünas  Cənab  Rəsulov  son  rəqəmin  söylənilməsi  üçün  bir  neçə  ay  vaxt  lazım  olduğunu 
söylədi.  
Cənab Rəsulov bu iĢləri yaxĢı bilir. Uzun illər araĢdırdıqdan sonra, o, 1990-cı ilin yanvarında Bakıda sovet 
qoĢunları  tərəfindən  törədilmiĢ  qırğın  zamanı  131  nəfərin  öldürüldüyü  və  714  nəfərin  yaralandığı  barədə  qəti 
rəqəm  söyləmiĢdir.  Ədliyyə  iĢçisi  Rafiq  Yusifov  dedi  ki,  indiyə  qədər  184  nəfər  Respublikanın  Ədliyyə 
Departamenti tərəfindən tibbi müayinədən keçirilmiĢ və ölü kimi qeydə alınmıĢdır. Cənab Yusifov bu rəqəmin 
ölənlərin  çox  az  hissəsinə  Ģamil  olunduğunu  bildirdi.  Bizə  yalnız  meyitlər  gətirilmiĢdi.  Gəlin  o  zamanki 
özbaĢınalığı və bizim müsəlman olduğumuzu unutmayaq. Ölü 24 saat ərzində yuyulmalı və basdırılmalıdır.  
Professor Yusifov bildirdi ki, bu 184 nəfərin 51-i qadın, 13-ü isə 14  yaĢından aĢağı olan uĢaqlar idi. 151 
nəfər güllə yarasından, 20 nəfər qəlpə yarasından, 10 nəfər isə küt alətlərdən aldığı yaralardan ölmüĢdür. Son üç 
nəfər  isə  qar  uçqununa  düĢüb.  33  nəfərin  qulağı,  burnu,  döĢləri,  cinsiyyət  orqanları  kəsilmiĢ  və  gözləri 
çıxarılmıĢdır. Cənab Rəsulov dedi ki, müayinədən keçmiĢ 184 meyit ölənlərin üçdə bir hissəsindən də azdır.  
Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları 
dəqiq saymaq  mümkün  olmadı. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik  kəndi ətrafında 
85-100 idi.  
"Ġnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uĢaq meyiti və sağ qalmıĢ iki yaĢlı uĢaq 
gördük.  Onun  anası  isə  ölmüĢdü.  UĢaq  anasının  qolundan  tutaraq  onu  durğuzmağa  çalıĢırdı.  Biz  enməyə 
çalıĢdıq, amma ermənilərin bombardmana baĢlaması bizi qayıtmağa məcbur etdi".  
Kommersant, Moskva, 27 Fevral 2002 
 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Dağlıq  Qarabağın  azərbaycanlılar  məskunlaĢan  Xocalı  Ģəhəri 
ermənilər tərəfindən kütləvi hücuma məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iĢtirak etdi. Nəticədə 
613 nəfər öldürüldü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itgin düĢdü. Xocalı hadisələri 
münaqiĢənin xarakterini kökündən dəyiĢdi.  
 
Human Rights Watch Helsinki, Dekabr, 1994. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
76 
 
Xarici ölkə jurnalistləri Xocalı soyqırımı haqqında 
 
Soyqırımın ilk günlərində, martın 2-də Xocalının adını ilk dəfə eĢidən, bu Ģəhərin dinc əhalisinin baĢına 
gətirilən  faciələr  qələmə  alıb  çəkiliĢ  aparmaq  istəyən  xarici  ölkə  jurnalistləri  hadisə  yerinə  yollandılar.  Onları 
cəsur jurnalist, Xocalı fəlakətini ilk dəfə dünyaya yayımlayan Çingiz Mustafayev müĢayiət edirdi. Artıq Çingiz 
ikinci dəfəydi ki, Kətik meĢəsində, Naxçıvanik yolunda üst-üstə qalaqlanan meyitləri, baĢının yarısı soyulmuĢ, 
gözləri  çıxarılmıĢ uĢaqları çəkirdi. Xocalını  ölü bir sükut bürümüĢ, qar üstə səpələnən  insan  meyitləri vahimə 
yaradırdı. Hər yerdən qan iyi gəlirdi. VəhĢiliyə, qəddarlığa görə daĢnakları belə arxada qoyan erməni-rus hərbi 
birləĢmələrinin törətdikləri faciə xarici  ölkə  jurnalistlərini dəhĢətə gətirmiĢ, bəziləri əlləri ilə gözlərini tutaraq, 
onları gətirən vertolyota tərəf gəlmiĢdilər. Özünü itirmiĢ, göz yaĢlarını saxlaya bilməyənlər də olurdu. 
Qanlı olayları gözləriylə görüb lentə alan fransalı Jan-Ġv-Yunet yazır:  
"Biz Xocalı faciəsinin Ģahidi olmuĢuq. Yüzlərlə ölənlərin meyitlərini gördük. Onların arasında qadınlar, 
qocalar,  uĢaqlar  və  Xocalının  müdafiəsində  duran  adamlar  var  idi.  Bizim  ixtiyarımıza  vertolyot  verildi. 
Hündürlüyə qalxaraq havada gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman 
erməni  hərbi  birləĢmələri  bizim  vertolyotu  atəĢə  tutdular  və  biz  məcburiyyət  qarĢısında  qalaraq,  çəkiliĢi 
yarımçıq  qoyub  geri  qayıtdıq.  Mən  müharibə  haqqında  çox  eĢitmiĢəm,  Alman  faĢistlərinin  qəddarlığını 
oxumuĢam,  ancaq  ermənilər  dinc  əhalini  və  5-6  yaĢlı  uĢaqları  öldürməklə  vəhĢilikdə  belə  onları  arxada 
qoymuĢdular.  Biz  xəstəxanada,  vaqonlarda,  hətta  uĢaq  bağçaları  və  məktəblərin  otaqlarında  çoxlu  sayda 
yaralananlar gördük". 
BaĢları kəsilmiĢ insan cəsədləri. Bu mənzərəni çalıĢdığı "Ġzvestiya" qəzetində V. Bellax belə qələmə alır: 
"Zaman-zaman  Ağdama  meyitlər  gətirilirdi.  Tarixdə  belə  Ģeylər  görünməmiĢdi.  Meyitlərin  gözləri 
çıxarılmıĢ,  qulaqları  və  baĢları  kəsilmiĢdi.  Bir  neçə  meyit  zirehli  maĢınlara  qoĢularaq  sürüklənmiĢdi. 
ĠĢgəncələrin həddi-hüdudu yox idi". 
"Haydad",  "Asala"  erməni  terror  təĢkilatlarının  maliyyə  dəstəyi  ilə  "Artsağ  iĢi"nə  dəstək  vermək,  qan 
üzərində  qurmaq  istədikləri  "Böyük  Ermənistan"a  xidmət  üçün  Xocalıya  gələn  avropalı  erməni  jurnalistləri 
faciəni  Azəri  türklərinin  etdiyi  haqda  məlumatlarla  dünyanı  aldatmağa  çalıĢırdılar.  Erməni  yaraqlılarının,  iri 
hərbi  qruplaĢmalarının  soyqırım  törətmədikləri,  hərbi  əməliyyat  zamanı  14  nəfərin  qətlə  yetirildiyi  barədə 
beynəlxalq  ictimaiyyətə  ötürülən  informasiyalar  fakta,  həqiqətə  əsaslanmadığından  cəhdlər  puça  çıxdı. 
VəhĢiliyi,  qan-qadanı  ilk  dəfə  görən  Avropa  ermənisi  olan  jurnalistlərdən  biri  törədilən  faciəni  olduğu  kimi 
çatdırmağa  çalıĢmıĢdı:  "Xocalıda  qətlə  yetirdikləri  100  nəfərin  cəsədini  yan-yana  düzərək  körpü  düzəltdilər. 
Mən  bu  körpüdəki  cəsədlərin  üzərindən  keçəndə,  ayağımı  körpə  bir  uĢağın  sinəsinə  qoyanda  elə  titrədim  ki, 
fotoaparatım, bloknotum, qələmim yerə düĢərək körpənin al qanına boyandı. Özümü tamamilə itirdim. Bədənim 
tir-tir  titrədi.  Bəlkə  də  bu,  avropalı  erməninin  soyqırım  faktını  təsdiqləməsi,  qələminin  günahsız  körpə  qanına 
bulaĢması səbəbindəndir. Qəddarlıq, arxadan zərbə vurmaq, qanlı olayların  mərkəzində dayanmaq  ermənilərin 
dəyiĢməz gen yaddaĢıdır. Dünyanın harasında, hansı məskənində olur-olsun, erməni xisləti gec-tez büruzə verir 
və verəcək də. Bilmirik, bu avropalı erməniyə öz irqindən, dinindən olanlar terror edib, ya yox. Çünki "Haydad" 
erməni  terror  təĢkilatı  "Millətin  cəlladı  olmaq  istəməyənləri",  terror  düĢüncəsindən  uzaq  erməniləri  qətlə 
yetirməklə  vahimə,  qorxu  yaradıb  cərgələrinə  qoĢurdular.  Erməni  yazarı  S. Qabrelyan  "Haydad"  və 
DaĢnaksütyun  barəsində  belə  söyləyib:  "Mən  öz  paramla  məmləkətin  cəlladı  olmaq  istəmirəm".  DaĢnakların 
Moskvada  öldürdükləri  Jamharyan  da  "Millətin  cəlladı  olmaq  istəmədiyindən"  qətlə  yetirildi.  Jamharyan  o 
kəslərdən  idi  ki,  bir  erməni  yetimxanasının  ehtiyacını  ödəyirdi.  Fəqət  ondan  DaĢnaksütyuna  maliyyə  köməyi 
umanda o bundan imtina etmiĢ, nəticədə qətlə yetirilmiĢdi. Yenə də eyni səbəblərdən Türkiyə ermənisi Ġzmirdə 
yaĢayan  Balyozman  da  öldürülüb.  "Haydad"ın  təhdid  məktubları  ilə  istədikləri  paranı  verməyən  rus  ermənisi 
Bahaliyan  10  dekabrda  Novorossiysk  Ģəhərində  boğazlandı.  DaĢnakların  "Haydad"ın  ünvanına  bu  zülmlərin, 
qətllərin,  cinayətlərin  uzun  bir  siyahısını  yazmaq  olar.  Birisi  bu  hərəkətlərə  qarĢı  Ģikayətlərdə  bulunurdusa,  o 
adam Ölümə məhkum edilirdi. Bu, vəhĢi ruhun təcəssümüdür. Bu, erməni xarakterinin iç üzüdür. Tarix heç vaxt 
unutmaz  ki,  Xocalı  soyqırımını  Qarabağda  həyata  keçirən  "Haydad"  terror  qrupunun  rəhbəri  Suren  PaĢayan 
olub.  Bu  Suren  PaĢayan  "canavar"  ləqəbi  ilə  tanınır.  Türklərə  qarĢı  qəddarlığı,  amansızlığı  ilə  öyünürdü. 
Soyqırımla  bağlı  xarici  ölkə  mətbuatında  digər  jurnalistlərin  qələmə  aldıqları  yazılardan  bəzi  epizodları 
diqqətinizə çatdırırıq: 
"VaĢinqton-Post"  qəzeti:  "Dağlıq  Qarabağ  qurbanları  Azərbaycan  Ģəhərində  torpağa  basdırılıb. 
Qaçqınlar  deyirlər  ki,  ermənilərin  hücumu  zamanı  yüzlərcə  adam  həlak  olub.  Həlak  olmuĢ  yeddi  nəfərin 
meyitini  bu  gün  göstərdilər,  onlardan  2-ci  uĢaq,  3-ü  qadındır.  120  qaçqın  Ağdam  hospitalındadır,  onların 
bədənlərində çoxsaylı dərin yaralar var. 
"Tayms" qəzeti: "Erməni əsgərləri yüzlərcə qaçqın ailəsini qırıblar. Sağ qala bilənlər xəbər veriblər ki, 
erməni  əsgərləri  450-dən  artıq  azərbaycanlını  güllələyiblər,  onlardan  çoxu  uĢaq  və  qadınlardır.  Yüzlərcə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə