Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
90 
 
Xocalı sakinləri nicat gözləyirdilər 
 
Bu yol Xocalı kurqanlarının qədimliyindən baĢ alıb gəlirdi. Tarixin daĢ yaddaĢından keçib gəlirdi və bu 
yol  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  qara  geydi,  qana  boyandı,  yüzlərlə  günahsız  insanın  son 
harayında yanaraq kösövə döndü. Əsrin böyük faciəsində, soyqırımında çatladı. Bu yol ağlar qaldı... Xocalının 
özü kimi, dinc sakinləri kimi, köməksiz qalan yurd yerləri kimi... 
Xocalıya  baĢqa  bir  yol  da  gəlirdi.  Ġt  xılı  kimi  dünyanın  hər  yerinə  səpələnmiĢ  ermənilərin  iddiasından, 
erməni dəyirmanından keçib gələn bu yol 1988-ci ildə göyərməyə baĢladı. 
Xocalıya  daha  bir  yol  gəlirdi.  O  vaxtkı  Azərbaycan  rəhbərlərinin  kabinetlərindən.  Bu  yolun  adı  səbirli 
olun,  emosiyalara  uymayın,  ermənilərə  toxunmaq  olmaz,  bir  qarıĢ  torpaqdan  ötrü  onlarla  müharibə  etməyə 
dəyməz idi. 
Qarabağ  hadisələrinin  ilk  günlərindən  qeydlər  apardığım  dəftərin  solmuĢ  vərəqlərini  çevirdikcə  xəyanət 
yüklü o yol gözlərim qarĢısında bir daha canlanır. Yol dünyanın hər yerindən uzanıb gəlirdi. Bu yolun qarĢısını 
kəsmək  üçün  bir  yol  vardı:  yumruq  tək  birləĢmək  lazım  idi.  Çox  təəssüf  ki,  erməni  boğazından  yapıĢası 
əllərimiz öz hülqumumuzdan yapıĢdı, yumruq kimi birləĢməli olan əllərimiz Ģilləyə çevrilib öz üzümüzə dəydi... 
1988-1991-ci illər ərzində Qarabağ çox ziddiyyətli, mürəkkəb dövrünü yaĢayırdı. Ermənilər silaha sarılır, 
terrora  qurĢanır,  yurd  yerlərimizi  yandırır,  dinc  əhalini  qırır,  güllələyir,  didərgin  salırdı.  Azərbaycanlılar  isə 
Ģivən qopararaq Moskvadan kömək istəyir, qayda-qanun tələb edirdilər. Daha soruĢan yox idi ki, hansı qayda-
qanunu  istəyirsiniz?  Aydın  həqiqət  baĢa  düĢülmürdü  ki,  düĢmənə  yalnız  öz  silahı  ilə  cavab  vermək  lazımdır. 
Orada  isə  hər  Ģey  tərsinə  idi.  1990-cı  ilin  iyul  ayında  Azərbaycanın  o  vaxtkı  prezidenti  A. Mütəllibov  daha 
"uzaqgörən" bir göstəriĢ vermiĢdi: "Azərbaycanlı və erməni kəndləri arasında barıĢıq müqaviləsi bağlayın". BoĢ, 
mənasız  bir  göstəriĢi  əldə  dəstəvuz  edən  ziyalıların  çoxu,  əmək  qabaqcılları  televizor  ekranlarından  qəzet 
səhifələrindən, radio dalğalarından ermənilərə deyirdilər: "Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoĢun 
düzəltsələr,  onda  nə  baĢ  verə  bilər?  Ġki  millət  bir  qarıĢ  torpaqdan  ötrü  bir-birini  qırıb  məhv  etsinmi?"  Bizcə, 
əlavə  Ģərhə  ehtiyac  yoxdur.  Xankəndində  nəĢr  olunan  "Sovetski  Karabax"  qəzeti  isə  10  iyul  1990-cı  il  tarixli 
sayında  yazırdı:  "Artsaq  iqtisadi  suverenlik  qazandı"  və  bu  münasibətlə  ermənilər  Moskvanın  Dağlıq 
Qarabağdakı  hakimi-mütləqi,  Azərbaycandan  SSRĠ  Ali  Sovetinə  deputat  seçilmiĢ  A. Volskinin  xidmətlərini 
xüsusi  qeyd  edirdilər.  Məgər  Azərbaycanın  o  vaxtkı  rəhbərləri,  xüsusilə  A. Mütəllibov  bu  iqtisadi  suverenliyi 
görmürdü? Əksinə, onlar ermənilərin  iqtisadi suverenlik əldə etmələri üçün lazım  olan bütün sənədlərə  qol  da 
çəkmiĢdilər. Əvəzində isə respublikada əsassız dedi-qodular, qarayaxmalar baĢ alıb gedirdi. 
Bundan  baĢqa,  1991-ci  ilin  sentyabr  ayında  Rusiya  prezidenti  B. Yeltsin,  Qazaxıstan  prezidenti 
N. Nazarbayev  və  A. Mütəllibov  Xankəndinə  gəlmiĢdilər.  Həmin  vaxt  bu  sətirlərin  müəllifi  də  Xocalı 
aeroportunda  idi.  Aeroport  bayramsayağı  bəzədilmiĢ,  hər  tərəfdə  Rusiyanın,  Qazaxıstanın,  Ermənistanın 
bayraqları  asılmıĢdı.  Azərbaycanın  bayrağı  gözə  dəymirdi.  Yüzlərlə  erməni  aeroportu  mühasirəyə  almıĢdı. 
Erməni  qızları  duz-çörək,  Ģərbətlə  B. Yeltsini,  N. Nazarbayevi  yüksək  səviyyədə  qarĢıladılar.  Azərbaycan 
prezidenti  A. Mütəllibov  isə  bir  kənarda  büzüĢüb  qalmıĢdı.  Ermənilər  Xankəndindəki  danıĢıqlara  da  onu 
buraxmadılar. Və azərbaycanlı  jurnalistlər  döyülərək təhqirə  məruz qaldılar. Bir türk jurnalistini  isə  ermənilər 
girov götürdü. Həmin vaxt Xankəndində fəaliyyət göstərən respublika TəĢkilat Komitəsi, Ģəxsən V. Polyaniçko 
belə bir rüsvayçı)  maskarad düzəltmiĢdi. Məqsəd  isə tamamilə aydın idi. Bu səfərdən sonra, yəni 1991-ci  ilin 
sentyabrından 1992-ci il fevralın 25-nə qədər ermənilər Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərini oda 
qalayaraq boĢaltdılar. Fikir verin, cəmi beĢ aya Qarabağın  dağlıq  hissəsindəki dədə-baba yurdlarından, Ġmarət 
Qərvənddən,  Kərkicahandan,  Cəmillidən,  MeĢəlidən,  Malıbəylidən,  QuĢçulardan,  Kosalardan,  Nəbilərdən, 
Xocalıdan  və  baĢqa  kəndlərdən  qovulan  dinc  əhalinin  harayını  respublikanın  o  vaxtkı  rəhbərləri  eĢitmədilər. 
Daha doğrusu, heç bu həvəsdə olmadılar da. 
Qarqar  çayının  sağ  və  sol  sahilləri  boyunca  yerləĢmiĢ  Xocalı  elə  bir  starteji  əhəmiyyətə  malik  idi  ki, 
ermənilərin  hava  və  quru  yolları  buradan  keçirdi.  Xocalı  erməni  kəndlərinin  əhatəsində  qalsa  da  Əsgəranla 
Xankəndi arasında məğrur dayanmıĢdı. Xocalıya görə ermənilər çox əl-qol aça bilmirdilər. Dinc əhali isə bütün 
məhrumiyyətlərə  dözürdü.  Həmin  vaxt  "Qarabağ"  qəzeti  redaksiyasının  əməkdaĢları  müharibə  Ģəraitində 
yaĢayıb-iĢləsələr  də  yaxınlaĢmaqda  olan  təhlükəni  dəqiq,  obyektiv,  qərəzsiz  Ģəkildə  respublikaya  çatdırırdılar. 
Lakin onları nə eĢidən var idi, nə də ki sözlərinə məhəl qoyan. Belə bir vaxtda respublikanın bütün var-dövləti 
Xocalıya daĢınmıĢdı. Tikinti materiallarından tutmuĢ qiymətli avadanlıqlara qədər. Dəfələrlə müĢahidə etmiĢdik 
ki, ermənilər Xocalıya üz tutmuĢ bu maĢın karvanlarına, yük qatarlarına dəyib toxunmurdular. Onların məqsədi 
aydın idi. DaĢınan bütün var-dövlət 1992-ci ildə onların özünə qaldı. 
Və  yaxud respublika TəĢkilat Komitəsi Xankəndində  erməni  və  Azərbaycan rayonları rəhbərlərinin tez-
tez iclaslarını keçirirdi. Rus jurnalistlərinin müsəlmanlar içərisində bir xaçpərəst adlandırdıqları V. Polyaniçko 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə