Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
91 
həmiĢə  ilk  sözü  azərbaycanlılara  verirdi.  Ayrı-ayrı  kəndlərin,  rayonların  nümayəndələri  çıxıĢ  edirdilər.  Viktor 
Petroviç  isə  çox  dəqiqliklə  soruĢurdu  ki,  nə  iĢ  görə  bilirsiniz?  Həmin  adamlar  da  baĢlayırdı  ki,  filan  kənddə, 
filan  yerdə  səngərlər  qazmıĢıq,  üç  avtomat  əldə  etmiĢik,  filan  yerdə  post  qurmuĢuq,  filan  yerdə  bir  top 
quraĢdırmıĢıq  və  s.  və  i.a.  Bəli,  müsəlmanların  xaçpərəst  dostu  adamları  qəsdən  danıĢdırırdı  ki,  həmin 
məlumatlar  aĢkarlansın.  Bəs,  ermənilər  öz  çıxıĢlarında  nə  deyirdi:  biz  mühasirədəyik,  ərzaq  çatmır, 
Azərbaycanlılar bizi qırıb çatır, silah-sursatımız yoxdur. Azərbaycan dövləti bizi müdafiə edə bilmir. 
Həmin iclasların birindən sonra baĢ vermiĢ hadisəni olduğu kimi nəzərinizə çatdırıram: "Aprelin 1-dən 2-
nə  keçən  gecə  saat  3  radələrində  Əsgəran  rayonunun  DaĢbulaq  kəndindən  10  nəfər  erməni  Xocalı  Ģəhərinə 
basqın  etmiĢdir.  Basqın  zamanı  ermənilər  raketlərdən,  qumbaraatanlardan  istifadə  etmiĢdir.  Nəticədə  xeyli  ev 
dağıdılmıĢ,  bir  neçə  evə  isə  od  vurulmuĢdur.  Ġnsan  tələfatı  var"  (1991-ci  il).  Bəli,  bu  da  həmin  iclasların 
azərbaycanlılara dəyən xeyri. 
Xocalı  1991-ci  ilin  əvvəllərindən  hər  tərəfdən  mühasirəyə  alınmıĢdı.  Yollar  tamam  kəsilmiĢdi,  ümid 
qalmıĢdı  hava  yoluna. Onu da  ermənilər  hər  vaxt atəĢə tuta bilirdilər. Bir neçə  vertolyot  və  "AN-2" təyyarəsi 
ermənilər tərəfindən vurularaq məhv edilmiĢdi. Həmin illər ərzində Azərbaycan hökuməti tərəfindən Xocalının 
müdafiəsi üçün heç bir iĢ görülməmiĢdi. Və bütün rəhbərlər də bilirdi ki, Xocalı mühasirədə qalıb. Fevralın 25-
də  isə  Xocalının  ölüm  hökmü  oxundu.  KeçmiĢ  SSRĠ-nin  366-cı  motoatıcı  alayı  və  erməni  hərbi  birləĢmələri 
Xocalıya divan tutdu. Əsl soyqırım törədildi: 613 nəfər həlak oldu, 1275 nəfər əsir düĢdü, 8 ailə büsbütün məhv 
edildi,  200  nəfərdən  artıq  insan  müxtəlif  dərəcəli  əlil  oldu.  Faciənin  miqyası  böyük  və  dəhĢətli  idi.  Ağdam 
istiqamətində  düzlər, dərələr, dağlar günahsız insanların  meyitləri  ilə  dolu  idi. Körpədən tutmuĢ qocaya qədər 
hamısı  süngüdən  keçirilmiĢdi.  Və  həmin  dəhĢətli  mənzərə  mərhum  jurnalist  Çingiz  Mustafayevin  çəkdiyi 
lentlərdə  öz əksini tapa bilib. O  vaxt hamını bir sual  düĢündürürdü: Xocalını xilas  etmək  mümkün  idimi?  Bu 
sualın üstündə isə baĢ sındırmaq lazım deyil. Sadə bir cavabı var: bəli, mümkün idi! Sadə, dinc əhalinin taleyi 
üzərində  hakimiyyət  uğrunda  gedən  oyunlar  qurulmasaydı,  o  iyrənc,  Ģərəfsiz  oyunda  udan,  uduzan  prinsipi 
olmasaydı, Xocalını xilas etmək mümkün idi. Fevralın 26-sı gününü yaxĢı xatırlayıram. Soyuq, sazaqlı bir qıĢ 
günü  idi.  ġelli  dağında  ölümün,  qəsdin,  tələnin  pəncəsindən  qurtulan  uĢaqları,  qadınları,  qocaları  qarĢılayıb 
xəstəxanaya yola salırdıq. Yaralarından qan Ģoralanan bu insanlar bir-birindən, ana baladan, ata oğuldan, qardaĢ 
bacıdan  ayn  düĢmüĢdü.  Bunları  ovundurmaq  mümkün  deyildi.  Həmin  vaxt  Ağdam  özünümüdafiə  dəstələri 
ermənilərə  qarĢı  döyüĢərək  qan  bahasına  meyitləri  düzlərdən,  meĢələrdən  toplayırdı.  Xocalı  sakinlərini 
danıĢdırır,  onların  necə  qurtulduqlarını  soruĢurduq.  Bu  adamlar  öz  müsibətlərini,  faciələrini  göz  yaĢları 
içərisində  danıĢsalar  da  söhbətlərinin  sonunda  deyirdilər:  bizim  bu    sözlərimizi  bütün  Azərbaycana  çatdırın. 
Respublika  rəhbərlərini  lənətləyirik.  Onlar  satqın  və  namərddirlər.  Bizi,  torpaqlarımızı  qumara  qoyublar.  Ona 
görə  də  Heydər  Əliyev  Azərbaycana  gəlməlidir.  Gəlsin,  bu  xalqı  qırğından,  müsibətdən,  zülmdən  xilas  etsin. 
Nicatımız  yalnız  onadır!  1992-ci  ilin  qarlı-çovğunlu  fevral  günündə  soyqırımın  dəhĢətini  gözləri  ilə  görmüĢ 
insanlar elə o vaxtdan Heydər Əliyevə arxalanırdılar, ondan imdad, kömək gözləyirdilər. Onu da qeyd edim ki, 
həmin  vaxt  Heydər  Əliyevin  adını  belə  çəkmək  çox  qorxulu  idi.  Lakin  bu  çarəsiz,  aldadılmıĢ,  təhqir  edilmiĢ 
insanlar tələb edirdilər. Sadə adamlar böyük bir həqiqəti baĢa düĢürdülər. Çox təəssüf ki, respublikanın o vaxtkı 
rəhbərləri,  deputatlar, ziyalıların böyük  əksəriyyəti, Azərbaycan Xalq Cəbhəsi bu aydın  həqiqəti baĢa düĢmək 
istəmirdilər.  Məhz  elə  buna  görə  də  Azərbaycan  torpaqlarının  20  faizi  itirildi,  uduzan,  məğlub  edilən  tərəfə 
çevrildik. YaxĢı yadımdadır, fevralın 27-də Ağdamın mərkəzi meydanında mitinq keçirilirdi. Dövlət, hökumət 
rəhbərlərinə  etimadsızlıq  göstərilirdi  və  həmin  mitinqdə  Xocalıdan  bir  qadın  çıxıĢ  edərək  dedi  ki,  bizim 
qisasımızı, qanımızı almağa gücü çatmayan  Azərbaycan Respublikasının  vətəndaĢlığından  imtina  edirik. Əgər 
Heydər  Əliyev  Azərbaycana  qayıtsa  biz  bu  fikrimizdən  daĢına  bilərik.  Mən  Heydər  Əliyevi  tələb  edirəm!  Bu 
vaxt bütün mitinq iĢtirakçıları "Heydər Əliyev" deyərək qıĢqırmağa baĢladılar. Bəli, bu insanlar haray çəkirdilər, 
haqq-ədalət  tələb  edirdilər.  Mitinq  təĢkilatçıları  belə  olacağını  gözləmədikləri  üçün  tez-tələsik  aradan  çıxdılar. 
Bəli, 1992-ci ilin adi bir həqiqəti idi... 
Xocalı soyqırımından altı il keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin səyi və 
təkidi  nəticəsində  Xocalı  soyqırımına  siyasi  qiymət  verildi.  Xocalı  sakinləri  ilə  görüĢdə  möhtərəm  Prezident 
demiĢdir ki, "... biz toplaĢıb Xocalı faciəsinin cavabını verək, Ģəhidlərin qanının yerdə qalmaması gününü görək. 
Azərbaycanın  ərazi  bütövlüyünü  təmin  edək.  Müstəqil  Azərbaycanın  hüdudlarını  tamamilə  bərpa  edək. 
Ġnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir".  
 
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, S.75-79. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə