Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
92 
 
ġəhidlər və Ģahidlər 
 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  silahlı  dəstələri  və  keçmiĢ  sovet  imperiyasının  366-
motoatıcı  alayı  Xocalıda  misli  görünməyən  soyqırım  törətdilər.  Buna  qədər  isə  Xocalı  aylarla  ermənilərin 
mühasirəsində qalmıĢdı. Böyük bir elin harayı eĢidilmirdi. 
Ermənilərin azərbaycanlılara qarĢı törətdikləri Xocalı soyqırımının üstündən 11 il keçir. Hələ də bu qanlı 
faciənin  üstü  açılmayan,  gizli  qalmıĢ  məqamları  çoxdur.  Bir  çox  suallara  hələ  də  cavab  tapılmayıb.  Hələ 
yüzlərlə insanın taleyindən heç bir soraq yoxdur: 
Aydın  görünən  isə  budur  ki,  Azərbaycanın  o  vaxtkı  rəhbərləri  dinc  insanların  faciəsinin  əsl 
günahkarlarıdır,  onların  əlləri  öz  soydaĢlarının  qanına  batıb.  DəhĢətli  olanı  budur  ki,  günahsız  insanların  qanı 
üzərində hakimiyyət uğrunda dava gedib. 
O  vaxt  hakimiyyətdəkilər  Xocalı  sakinlərini  aldadır, onlara  yalan  vədlər  verirdilər.  DüĢmən  isə  qapının 
ağzını kəsmiĢdi. 
Xocalı  ən  mühüm  strateji  bir  yerdə  yerləĢmiĢdi.  Çox  təəssüf  ki,  bu  adi  həqiqəti  unudan  naĢı,  səriĢtəsiz, 
manqut rəhbərlər əhalinin mühasirədən çıxmasına heç bir cəhd etmədilər. 
Bu qanlı hadisələrin Ģahidlərini dinlədikcə ürək parçalanır, damarlarda axan qan donur. 
ElĢən AbıĢov Xocalı sakinidir. On bir il bundan əvvəl törədilmiĢ faciəni ən xırda detalına qədər xatırlayır: 
- Ərzaq, silah-sursat, dava-dərman tükənmiĢdi. Kəndin bütün kiĢiləri növbə  ilə postlarda dayanırdıq. Ġki-
üç nəfərə bir avtomat düĢürdü. 
Həmin  gün  mən  evdəydim,  qardaĢım  ElĢad  isə  postda.  Gecə  möhkəm  atıĢma  baĢladı.  Mən  evdən  çıxıb 
posta tərəf getdim. QardaĢım ElĢadla yolda rastlaĢdıq. Qan-tər içində dedi: Ermənilər aeroportu tutdular, kəndə 
tərəf gəlirlər, ata-anamı götür gəlin çökəyə. 
Onları  götürüb  geri  qayıdanda  artıq  səhər  açılırdı.  Çökək  deyilən  yerdə  80  nəfərə  yaxın  adam  vardı. 
Qərara  gəldik  ki,  yeni  salınmıĢ  qəsəbədəki  beĢmərtəbəli  binaya  gedək.  Çünki  artıq  hava  iĢıqlaĢmıĢdı.  Binada 
gözlədik. QardaĢım və kəndçimiz Natiq camaata keĢik çəkirdilər. 
Həmin vaxt ermənilər snayperlə qardaĢımı vurdular. Camaat pərən-pərən düĢdü. Atamı itirdim, anamı isə 
götürüb  bir  neçə  nəfərlə  çaya  tərəf  getməyə,  baĢladıq.  Yolda  ermənilər  bizi  yenidən  atəĢə  tutdular.  Geri 
qayıtmağa məcbur olduq. Artıq axĢam düĢürdü. Bir neçə  nəfərlə çayı  keçərək  meĢəyə  girə bildik. Dörd əmim 
uĢağı,  bibim  və  dörd  nəfər  kənd  sakini  beĢmərtəbə  tərəfdə  girov  götürdülər.  MeĢədə  bir  neçə  dəfə  pusquya 
düĢdük.  Yelmar  kiĢini  öldürdülər,  oğlu  Zahid  isə  itkin  düĢdü.  Yalnız  səhəri  gün  saat  11  radələrində  Ağdama 
çatdıq. 
Vəliyəddin  Quliyevin  yaĢı  60-ı  haqlayıb.  1989-cu  ildə  ermənilər  DaĢbulaqdan  onları  qovduqdan  sonra 
Xocalıda yaĢayıblar. Vəliyəddin kiĢinin dediklərindən: 
-  Bizi  çox  aldatdılar:  kömək  gəlir,  yol  açılacaq.  Amma  nə  kömək  gəldi,  nə  də  yol  açıldı.  Oğlum  Natiq 
Bakıda Neft və Kimya Ġnstitutunda əyani oxuyurdu. O, institutu doğma kəndin soyuq səngəri ilə dəyiĢdi. 
Fevralın  25-də  eĢitdim  ki,  Ağdam  tərəfdən  üç  nəfər  Xocalıya  gəlib.  Gəldim  poçtun  qabağına.  Hamı 
ümidini  yeganə  əlaqə  vasitəsi  olan  telefona  bağlamıĢdı.  Gördüm  ki,  Ağdamdan  gələnlər  öz  kəndlilərimizdir. 
Məlum oldu ki, Xocalıya heç bir kömək olmayacaq. AxĢamdan bir az keçmiĢ atıĢma baĢlandı. Oğlum Natiqin 
arxasınca  gedəndə  Xankəndi  tərəfdən  tankların  gəldiyini  gördüm.  Oğlumu  tapa  bilmədim.  AtıĢma  isə 
Ģiddətlənirdi,  aeroport  alova  bürünmüĢdü.  Geriyə  qayıtmağa  məcbur  oldum.  1988-ci  ildə  Xocalıya 
Ermənistandan pənah gətirmiĢ bir ailəni ermənilər diri-diri yandırdılar. Əlimdə çomaqdan baĢqa heç nəyim yox 
idi. Onlara kömək edə bilmədim... 
Kövrəlir, göz yaĢlarını əllərinin arxası ilə silib köksünü ötürür: 
-  Ġstədim  evimizə  tərəf  gedim,  mümkün  olmadı.  Kənd  alova  bürünmüĢdü.  Mərmi,  güllə  səsindən  qulaq 
tutulurdu. Fevralın 26-da Gecə saat 3-də kənddən çıxdım. 
MeĢədə  bir  neçə  dəstə  qadına  rast  gəldim.  Əsgəranın  tuĢunda  yenə  baĢ  götürüb  qaçan  xocalılarla 
rastlaĢdıq.  Onlardan  çoxu  yaralanmıĢdı.  Qar,  Ģaxta  irəli  getməyə  imkan  vermirdi.  QarĢıma  çıxan  hər  kəsdən 
oğlumu soraqlayırdım. Gördüm  deyən olmadı. Yaralılar və qadınları çox böyük çətinliklə ġelli  kəndinə  gətirə 
bildik. Yenidən geriyə qayıtdım. Hər tərəf cəsədlərlə dolu idi. Gördüm ki, meyitlərin arasında bir nəfər tərpənir. 
Onu plaĢımın arasına qoyub sürüyə-sürüyə öz postumuza gətirə bildim. 
Bir neçə gün dağ-dərəni çox axtarsam da oğlumu tapa bilmədim... ġəfiqə Həsənova sağ qaldığına möcüzə 
kimi baxır: 
-  Fevralın  25-də  kiĢilərin  hamısı  postda  idi.  Evimizdəki  təklülə  tüfəngə  patron  qoyub  elə  pal-paltarlı 
yerimə  uzandım.  Gecə  saat  11  olardı.  AtıĢma  baĢlandı.  Tez  qalxıb  qardaĢım  uĢağı  Rəcəbi  də  götürərək  posta 
tərəf qaçdım. Postdan bir qədər aralıda çökək var idi. Camaat bura yığıĢmıĢdı. Qərara gəldilər ki, meĢəyə tərəf 
gedək. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
93 
Çayı  keçəndə  ermənilər  bizi  atəĢə  tutdular,  hamı  pərən-pərən  düĢdü.  Anam  Növrəstə,  qardaĢımın  həyat 
yoldaĢı Mehriban,  onun uĢaqlan Rəcəb, ġəbnəm  və Məhzərdən aralı düĢdüm,  -  deyir və  göz  yaĢlarını saxlaya 
bilmir... 
...  Doğmalarımı  həmiĢəlik  itirdim.  Soyuq  bıçaq  kimi  kəsirdi.  Ayaqlarımızı  Ģaxta  vurmuĢdu.  Üst 
paltarlarımızı cıraraq ayaqlarımıza sansaq da xeyri olmadı. 
Ermənilər  gülləni  üstümüzə  yağıĢ  kimi  yağdırdılar.  Ölənlərin,  yaralıların  sayını  itirmiĢdik.  Bu  müsibətə 
dözmək mümkün deyildi... 
Tahir Bəxtiyarov da öz gördüklərini danıĢır: 
-  Postdan  çıxanda  gördüm  ki,  Boz  dağın  yamacı  tanklarla,  VMR-lərlə  doludur.  Ordan  poçta  gəldim. 
Ratsiyada  ermənilər  deyirdi  ki,  axırınız  çatıb,  sizi  qıracağıq.  Dayana  bilməyib  evə  gəldim.  AxĢam  Əsgəran 
tərəfdən bir fiĢəng atıldı, heç yarım saat keçməmiĢ kəndimiz bir neçə istiqamətdən güclü atəĢə tutuldu. Kəndin 
kənarına  yığıĢdıq.  Təxminən  350  nəfərə  yaxın  adam  vardı.  Qadınları,  qocaları,  uĢaqları  dövrəyə  alaraq  çayı 
keçdik. Bu vaxt ermənilər bizi atəĢə tutdular. Hərə bir tərəfə qaçmağa baĢladı. Ara sakitləĢən kimi yenidən bir 
yerə toplaĢdıq. Ancaq adamların sayı xeyli azalmıĢdı. Meyitləri götürməyə heç bir imkan tapmadıq. Qadınların 
ayaqlarını Ģaxta vurmuĢdu, yeriyə bilmirdilər. Qar-çovğun getdikcə  güclənirdi. Səhərə yaxın bir kəndə  çatdıq. 
Gördük ki, bu kənddə də ermənilərdir. Azıb baĢqa istiqamətə gəlmiĢdik. Yenidən geriyə qayıtdıq. Ermənilər bizi 
görmüĢdülər.  AtəĢ  açıb  bir  neçə  nəfəri  də  burda  öldürdülər.  Artıq  fevralın  26-sı  idi.  Gündüz  xeyli  yol  gedə 
bildik. Yenidən pusquya düĢdük və böyük bir xəndəyə doluĢduq. 350 adamdan 27-si qalmıĢdı. Ġki gün meĢə ilə 
gedəndən  sonra  gecə  bir  qayanın  üstünə  çatdıq.  Bura  Abdalgülablı  kəndi  idi.  Bizi  qarĢılayıb  kəndə  apardılar, 
çay-çörək verdilər. Bu tək xocalıların  yox, bütün  Azərbaycanın ürəyinə  vurulmuĢ bir dağdır, onun intiqamını, 
qisasını ermənilərdən almasaq, yaĢamaq bizə haram olar... 
 
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, 
S.84-87.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə