Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
96
ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləĢdirdi. Bu məqsədlə
atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləĢdiyimiz milli faciələrimizə siyasi-hüquqi
qiymətin verilməsi oldu.
Ulu öndərin təĢəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında"
qərar qəbul etmiĢ, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti
erməni terrorizminə qarĢı təsirli tədbirlər görməyə çağırmıĢdır. Son 18 ildə Xocalı həqiqətlərinin dünyaya
tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq
miqyasda ifĢası istiqamətində xeyli iĢ görülmüĢ, xarici dillərdə kitablar, sənədlər dərc olunmuĢ, Xocalı genosidi
müxtəlif təĢkilatlarda gündəmə gətirilmiĢ, bununla bağlı bir çox internet saytı yaradılmıĢdır.
Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaĢmıĢdır. Ulu öndər Heydər Əliyev
hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iĢtirak etmiĢ, Xocalı soyqırımını kədər hissi ilə xatırlamıĢdır.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaĢı olduğunu dəfələrlə bəyan etmiĢ ulu öndər hadisələrə
beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulamıĢ, bu məsələnin dünya ictimaiyyətinə
çatdırılması üçün çox səy göstərmiĢdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmıĢ Heydər
Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu Ģanlı, uğurlu yol kimi
dəyərləndirmiĢdir.
Ulu öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi
haqqında" 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan
edilir. Azərbaycan Respublikası Milli Məclisinin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiĢ "Xocalı
soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan
edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin
edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təĢkilatçılarının və
icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti Ġlham Əliyev Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təĢkilatlarımız qarĢısında vacib məsələ kimi
müəyyənləĢdirmiĢdir.
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud Ģəkildə pozulması ilə nəticələnmiĢ Xocalı soyqırımına
hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiĢ, ermənilərin terrorçu, iĢğalçı əməllərinə qarĢı qəti
tədbirlər görülməmiĢdir. Lakin ölkə rəhbərliyinin bu məsələ ilə bağlı gördüyü iĢlər bizə əminliklə deməyə əsas
verir ki, gec-tez nüfuzlu beynəlxalq təĢkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, iĢğalçı Ermənistan
dövlətinə qarĢı sanksiyalar tətbiq edəcəklər.
Tatyana QOLDMAN,
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
―Azərbaycan‖.-2010.-23 fevral.-N 42.-S.6.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
97
Erməni vandalizmi təkcə Xocalını yox, oradakı mövcud olan
ən qədim maddi-mədəniyyət abidələrini də yer üzündən sildi
26 fevral 1992-ci ildə Xocalı Ģəhərində dünyada misli görünməyən dəhĢətli bir vəhĢiliyin Ģahidi
olduq. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı Ģəhərini yerlə yeksan etdilər.
Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara,
qadınlara, uĢaqlara belə aman verilmədi. Bütövlükdə, Azərbaycan xalqına qarĢı yönəldilmiĢ Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəĢər tarixində tayı-bərabəri olmayan
bir vəhĢilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəĢəriyyətə qarĢı tarixi bir cinayətdir.
Heydər ƏLĠYEV
Ümummilli lider
Azərbaycanın dilbər guĢələrindən birində, Qarabağın dağlıq hissəsində Xocalı adlı bir yaĢayıĢ məskəni
var idi. Əsrlərin dərinliklərindən gəlirdi onun səsi. Neçə-neçə arxeoloji qazıntılar nəticəsində 6000 il bundan
əvvələ aparıb çıxaran sübutlar, dəlillər aĢkara çıxarılmıĢdı.
Xocalı öz abidələrinin növləri, onların xarakterik xüsusiyyətləri və maddi-mədəniyyət qalıqlarının
zənginliyi etibarilə, hələ keçən əsrdən dünya alimlərinin diqqətini cəlb etmiĢdir. Bu abidələrlə alman arxeoloqu
E. Resler, rus ĢərqĢünası M. Xanikov, ingilis F. Bayer, fransız A. Berje və baĢqaları tanıĢ olmuĢ və oradan
tapdıqları əĢyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeyləri bəzəməyə çalıĢmıĢlar.
Azərbaycan alimləri tərəfindən Xocalı abidələrinin tədqiqinə 1920-ci illərdə baĢlanmıĢdır. Burada ilkin
tədqiqat iĢləri aparmıĢ Azərbaycanın görkəmli alimi Ə. Ələkbərov Xocalı abidələri kompleksini Azərbaycan
abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmıĢdır.
Əsasən, eramızdan əvvəl XII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaĢayıĢ yerlərindən, daĢ
qutu qəbirləri, müxtəlif tipli kurqanlar, siklop tikililər, kromlexlər və menhirlərdən ibarətdir.
Adını çəkdiyimiz mədəniyyətə aid yaĢayıĢ yerləri bir qayda olaraq çay kənarlarında, təbii-coğrafi
cəhətdən əlveriĢli yerlərdə, xüsusilə strateji cəhətdən müdafiəsi qismən asan olan təpələr üzərində salınırdı.
YaĢayıĢ yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamıĢ çay daĢlarından
palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olub, bütün tayfa üzvlərinə aid idi. Arxeoloji
qazıntılar nəticəsində müəyyən edilmiĢdir ki, çox vaxt tayfa evləri uzunsov Ģəklində, düzbucaqlı formada inĢa
edilmiĢdir. Bəzən uzunluğu 17-18 metr, eni isə 8-10 metr olan bu cür evlər xüsusi arakəsmələr vasitəsi ilə bir
neçə hissəyə bölünmüĢdür.
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təĢkil edir. Əsasən,
yüksək təpələrdə və alçaq dağlarda bina edilmiĢ bu abidələr yerli əhali tərəfindən hazırda ―Qalaça‖, ―Örtük
daĢı‖, ―Hasar‖, ―Düzülü daĢ‖ və s. adlanır. Məlum olmuĢdur ki, bu abidələr əsasən, eradan əvvəl II minillikdə
və I minilliyin əvvəllərində mövcud olmuĢdur. Onların dövrü qəti müəyyən edilsə də, lakin nə məqsədlə
tikilməsi hələ də mübahisəlidir. Bəzi alimlər onların yaĢayıĢ yeri və ya böyük ticarət yolları üzərində müdafiə
məntəqələri, bəziləri siklopların böyük bir qisminin müqəddəs yer olub, ibadətgah məqsədilə bina edildiyini,
bəziləri bağ-bostan yeri, daha baĢqaları isə bu tikililəri köçərilərin mal-qara saxlamaq üçün inĢa etdiklərini
söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuĢdur ki, bütün Kiçik Qafqaz dağlarının köç yolları
kənarında inĢa edilmiĢ siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmiĢdir və baĢlıca olaraq üç məqsəd
daĢımıĢdır: iri ticarət yolları üzərində bu yolları müdafiə etmək, düĢmən hücumları zamanı əhalini müvəqqəti
mühafizə etmək və müqəddəs yerləri əbədiləĢdirmək məqsədilə bina edilmiĢdir.
Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkiĢaf səviyyəsini öyrənmək üçün
həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmıĢ maddi-mədəniyyət qalıqları böyük
əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuĢdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir
abidəsi olmuĢdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təĢkil edir.
Qarabağ düzlərinin bir növ təbii yaraĢığı olan bu kurqanlar müxtəlif quruluĢlu və müxtəlif tərkibli hündür
təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüĢdür. Kurqanlar bəzən, sadəcə olaraq,
torpaqdan, yaxud daĢdan, bir çox hallarda isə daĢla torpağın qarıĢığından tökülmüĢdür.
Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuĢdur. Ölünü dəfn
etmək üçün bəzən kurqanın altında ―ev‖ tikilmiĢ, dairəvi hasar çəkilmiĢ, bəzən isə daĢ qutular düzəldilmiĢdir.
Xocalı kurqanlarında aparılmıĢ qazıntılar nəticəsində müəyyən edilmiĢdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə
iki cür dəfn adəti (biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək) olmuĢdur. Hər iki
Dostları ilə paylaş: |