Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
98 
halda  kurqanlar  həm  ailəvi,  həm  də  tək-tək  Ģəxslərə  məxsus  düzəldilmiĢdir.  Ailəvi  kurqanlarda  bəzən  50-dən 
çox skelet aĢkara çıxarılmıĢdır. 
Ölüyandırma  hadisəsi  Qarabağda  uzun  ömür  sürməmiĢdir  və  alimlərin  ehtimalına  görə  bu  adət  indi  də 
dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs od ayini ilə əlaqədar idi. 
Xocalıdakı  5  saylı  kurqandan  aĢkar  edilmiĢ  bir  ədəd  gil  qabın  qulpu  üzərində  buğda  dənələri  təsvir 
edilmiĢdir.  Alimlərin  tədqiqatı  nəticəsində  məlum  olmuĢdur  ki,  3-4  min  il  bundan  əvvəl  Qarabağın  sakinləri 
mədəni  buğda  əkinçiliyi  ilə  məĢğul  olmuĢdur.  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  Xocalıda  qədim  bağçılığın 
inkiĢafını da sübut edəcək xeyli maddi-mədəniyyət qalıqları aĢkar edilmiĢdir ki, bunların içərisində Ģaftalı, üzüm 
tumları və s. əsas yer tutur. 
Xocalı  abidələrinin  öyrənilməsi  nəticəsində  burada  bütün  Azərbaycan  üçün  yeganə  olan  iki  tip  mühüm 
abidə  də  aĢkar  edilmiĢdir.  Onlardan  biri  menhirlərdir.  Menhir  ingilis  sözü  olub,  uzun  daĢ  deməkdir.  Bu 
abidələrin əsas vətəni Böyük Britaniyadır. Orada elə menhirlər vardır ki, ağırlığı 50-60 tona yaxın olur.  
Xocalı  menhirləri  isə  nisbətən  kiçikdir.  Menhir  qəbilə  quruluĢu  dövrünün  məhsulu  olub,  ölən  adamın 
qəbri üzərində dik basdırılmıĢ, bir növ heykələ oxĢar daĢdır. Adətən, belə daĢları qəbilə baĢçılarının qəbirlərinin 
üzərinə  qoyurdular.  Qədim  dini  əqidəyə  görə,  guya,  ölən  adamın  ruhu  bədəni  tərk  edir  və  həmin  ruh  daĢa 
keçirdi.  DaĢa  keçmiĢ  ruh  isə  orada  əbədi  yaĢayırdı.  Hətta  qəbilə  baĢçısı  ölərkən  uzun  müddət  qəbilə  üzvləri 
onun  əvəzinə,  qəbiləyə  baĢçı  seçmirdilər.  Qəbilə  baĢçılığını  mərhumun  daĢa  keçmiĢ  ruhu  əvəz  edərdi.  Hətta 
qəbilə  üçün  müəyyən  təhlükələr  baĢ  verdikdə,  üzvlər  yığıĢıb  menhirin  (yəni  qəbilə  baĢçısının  ruhu  yaĢayan 
daĢın)  yanına  gəlir  və  orada  müxtəlif  dini  ayinlər  icra  etməklə,  guya,  qəbiləni  yaranmıĢ  təhlükədən  xilas 
edərmiĢlər.  
Maraqlı  burasıdır  ki,  ibtidai  dini  təsəvvürlərin  qalığı  olan  həmin  daĢlardan  biri  son  zamanlara  kimi 
dindarların ibadət yerinə çevrilmiĢdir. Onlar havalar quraqlıq və ya həddindən artıq yağmurlu keçdikdə, həmin 
daĢın  yanına  gəlib  ona  ibadət  edir,  daĢdan  mərhəmət  diləyirdilər.  Bu  ayinlərin  icrası  zamanı  həmin  daĢı  yerə 
yıxıb, yenidən basdırır və digər əməliyyatlar aparırmıĢlar. 
Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüĢ bir neçə 
dik və onların üzərinə qoyulmuĢ bir ədəd köndələn daĢdan ibarətdir. Yenə də ibtidai dini əqidənin məhsulu olan 
bu abidə dindarlar arasında axirət evi adlanırdı. 
Nəhayət, göstərməliyik ki,  Azərbaycanda ən qədim  yazı  da  məhz  Qarabağda aĢkar edilmiĢdir. Xocalıda 
tədqiq  olunan  11  saylı  kurqandan  üzərində  mixi  yazısı  olan  bir  ədəd  kiçik  muncuq  tapılmıĢdır.  Akademik  Ġ. 
MeĢĢaninov  müəyyən  etmiĢdir  ki,  bu  muncuğun  üzərində  eramızdan  əvvəl  VIII  əsrdə  yaĢamıĢ  Assuriya  çarı 
Adadnirarinin  adı  yazılmıĢdır.  Bu  yazı  təkcə  Qarabağın  deyil,  eləcə  də  bütün  Azərbaycanın  siyasi  tarixinin 
öyrənilməsində böyük əhəmiyyətə malikdir. 
Xocalı-Gədəbəy  arxeoloji  mədəniyyətinə  məxsus  abidələrə  yekun  vurarkən  qeyd  etməliyik  ki,  bu 
mədəniyyətin izi ilə məĢğul olan bir çox qafqazĢünas alim təkcə Azərbaycanın deyil, ümumiyyətlə, Yaxın ġərq 
ölkələrinin maddi-mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniĢ istifadə edirlər. Bu 
problemlərdən biri, 3-4 min il bundan əvvəl Yaxın ġərq ölkələrinin bir - biri ilə mədəni və iqtisadi əlaqələrinin 
səviyyəsini  öyrənməkdir.  Xocalı  abidələri  sübut  edir  ki,  belə  əlaqələr  geniĢ  olmuĢ  və  müxtəlif  etnik  qruplar 
iqtisadi və siyasi təmasda yaĢamıĢlar. 
Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləĢmiĢ qoĢunları Xocalı 
əhalisini vəhĢicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur 
bir əmələ əl atmıĢ və bəĢəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmıĢlar. 
XX  əsrdə  Xocalı  faciəsindən  əvvəl  iki  yaĢayıĢ  məntəqəsi  də  eyni  aqibətə  uğramıĢ,  eyni  metodla  yer 
üzündən silinmiĢ, sakinləri məhv edilmiĢdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə nasistlər 
Xatın  kəndini  tamamilə  yandırmıĢ,  dinc  sakinləri  soyuqqanlıqla  məhv  etmiĢlər.  Buna  bənzər  ikinci  hadisə 
Vyetnam  müharibəsi  zamanı  Sonqmi  kəndində  yaĢamıĢ  yankilər  Sonqmi  kəndini  və  sakinlərini  partizanlara 
dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə bütünlüklə məhv etmiĢlər. 
Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuĢ və bütün dünyada geniĢ əks-
səda doğurmuĢdur. Lakin  onlar Xocalı faciəsi ilə  müqayisə  oluna bilməzlər. Bu iki  kənd  olsa-olsa, Xocalıdan 
əvvəl sakinləri qətl edilən beĢ Azərbaycan kəndi – Bağanis-Ayrım, Kərkicahan, MeĢəli, Cəmilli və Malıbəyli ilə 
müqayisə  edilə  bilər.  Çünki  dünya  tarixində  tayı-bərabəri  olmayan  Xocalı  soyqırımı  miqyasına  görə  onların 
hamısından daha dəhĢətli, daha müdhiĢdir. 
1990-cı  ilin  Qanlı  Yanvarından  sonra  Azərbaycan  xalqı  1992-ci  ilin  fevralın  25-dən  26-na  keçən  gecə 
tarixə ən dəhĢətli faciələrdən biri kimi daxil olmuĢ Xocalı soyqırımının Ģahidi oldu. Kənd ikən Ģəhərə çevrildi 
Xocalı.  Gec  də  olsa,  bütün  diqqət  buraya  yönəldi,  quruldu  ,  tikildi,  abadlaĢdırıldı.  Ermənilərə  göz  dağı, 
Qarabağın  qeyrət  qalasına  çevrildi  Xocalı.  1992-ci  ildə  respublika  dərin  siyasi  böhran  içində  idi.  Hakimiyyət 
uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləĢdirmək üçün 
bütün vasitələrə əl atırdılar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə