Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
106 
«Həyatdan  məhrumetməni genosid cinayəti təĢkil  etdiyi zaman  nəzərə almaq  lazımdır ki, bu  maddədə 
heç bir Ģey bu Paktda iĢtirak edən dövlətlərə hər hansı bir yolla Genosid haqqında Konvensiyanın müddəalarına 
uyğun olaraq qəbul olunmuĢ istənilən öhdəliklərdən geri çəkilmək hüququ vermir». 
BaĢqa sözlə, Paktın 6-cı maddəsinin 3-cü bəndi Genosid haqqında Konvensiyada nəzərdə tutulan hüquq 
və vəzifələrin erga omnes öhdəliyi xarakterini bir daha təsdiqləyir. 
«Genosid  cinayətinin  qarĢısının  alınması  və  ona  görə  cəzalandırma  haqqında  Konvensiyaya  qeyd 
Ģərtlərin  qanuniliyi  və  etibarlılığı»  barədə  Beynəlxalq  Məhkəmənin  1951-ci  ildə  BMT  BaĢ  Assambleyasının 
xahiĢi  ilə  verdiyi  MəĢvərətçi  Rəydə  (International  Court  of  Justice.  I.C.J.  Rep.  1951.  P.  15.  —  L.C.  Green. 
International Law through the cases. Fourth Edition. The Carswell Company Limited. Toronto, Canada; Oceana 
Publications, Inc. Dobbs Ferry, New York, USA. 1978. P. 573—579) deyilir ki,  
«Konvensiyanın  mənĢəyi  göstərir  ki,  BMT-nin  genosidi  bütöv  insan  qruplarının  yaĢamaq  hüququnun 
inkar  edilməsində  ifadə  olunan  (hansı  ki,  yaĢamaq  hüququnun  belə  inkar  edilməsi  insan  düĢüncəsini  dəhĢətə 
gətirir,  bütövlükdə  bəĢəriyyətin  böyük  itiklərinə,  bu  qrupların  mədəniyyət  və  digər  sferalarına  verdiklərinin 
itirilməsinə gətirib çıxarır, eləcə də BMT-nin mənəvi normalarına, ruhuna və məqsədlərinə ziddiyyət təĢkil edir) 
«beynəlxalq hüquq üzrə cinayət» (Rezolöüiə Qeneralğnoy Assamblei 96(I) ot 11 dekabrə 1946 q.; Preambula i 
st. 1 Konvenüii)  kimi  məhkum  edilməsi və cəzalandırılması  niyyətini  nümayiĢ  etdirir. Bu konsepsiyadan əldə 
olunan  ilk  nəticə  ondan  ibarətdir  ki,  Konvensiyanın  əsaslandığı  prinsiplər  sivil  ölkələr  tərəfindən  və  hətta 
müqavilə  yolu  ilə  möhkəmləndirilmədən belə  məcburi prinsiplər Ģəklində tanınır. Ġkinci  nəticə  həm  genosidin 
məhkum  edilməsinin,  həm  də  «bəĢəriyyəti  bu  dəhĢətli  bəladan  xilas  etmək  üçün»  zəruri  olan  əməkdaĢlığın 
ümumi  xarakterində  ifadə  olunur.  (Konvensiyanın  preambulası)  Beləliklə,  BaĢ  Assambleya  və  razılığa  gələn 
tərəflər genosid haqqında Konvensiyaya müəyyən universal xarakter vermək niyyətində olmuĢlar. Konvensiya 
açıq Ģəkildə əsl humanitar və sivil məqsədlər üçün qəbul olunmuĢdur. ..  
Onun məqsədi, bir tərəfdən, bir qrup insanın mövcudluğunun təmin edilməsi, digər tərəfdən isə ən əsas 
mənəvi  prinsiplərin  təsdiq  edilməsidir.  Belə  konvensiyalarda  razılığa  gələn  dövlətlər  öz  məqsədlərini 
güdmürlər;  onların,  hər  birinin  ayrılıqda  və  hamısının  birlikdə  ümumi  maraqları  var,  hansı  ki,  Konvensiyanın 
raison d’etre – i (mövcudluq səbəbi) olan həmin ali məqsədlərin əldə olunmasıdır. Konvensiyanı ruhlandıran ali 
ideallar  iĢtirakçı  dövlətlərin  ümumi  iradəsinə  əsasən  onun  müddəalarının  xarakter  və  məzmununu  müəyyən 
etmiĢdir. 
2.1. Erga omnes öhdəliyi və üçüncü dövlətlər üçün yaranan nəticələr 
Artıq  qeyd  etdiyimiz  kimi  Genosid  haqqında  Konvensiyada  nəzərdə  tutulan  hüquq  və  vəzifələr  erga 
omnes  öhdəliyidir  (CIJ,  Application  of  Convention  for  the  prevention  and  the  repression  of  the  crime  of 
genocide  (Bosnia-Herzégovine  against  Yugoslavia),  preliminary  exceptions  of  July  11,  1996,  Rec.,  1996,  p. 
616.). Bir sıra müqavilələrin mövcudluğunun yalnız bəzi qeyri-üzv dövlətlərə münasibətdə deyil, həm də «bütün 
dövlətlərə» münasibətdə nəticələr doğurması artıq mübahisə doğurmur.  
Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 36-cı maddəsində deyilir ki,  
«Müqavilə  öhdəliyindən  üçüncü  dövlət  üçün  hüquq  yaranır,  əgər  bu  müqavilənin  iĢtirakçısı  həmin  müddəa 
vasitəsilə  üçüncü  dövlətə  və  ya  məxsus  olduğu  dövlətlər  qrupuna  və  ya  bütün  dövlətlərə  belə  hüquq  vermək 
niyyətinə  malikdirsə  və  əgər  üçüncü  dövlət  bununla  razılaĢırsa.  Müqavilədə  baĢqa  hal  nəzərdə  tutulmayıbsa, 
belə razılıq əksi sübut edilməyincə, ehtimal olunacaq.» (Article 36 §1 of the Convention of Vienna on the right 
of the treaties of May 23, 1969).  
3. Konvensiyanın geriyə qüvvəsi 
Azərbaycan qanunvericisi bu problemi həll etmək üçün «Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən 
qanunun  qüvvəsinin  geriyə  Ģamil  olunması  haqqında»  Azərbaycan  Respublikasının  Konstitusiya  Qanununu 
qəbul edir (12 may 2006-cı il).  
Qanunun 1-ci maddəsində deyilir ki: 
Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və 
müharibə  cinayətlərinə  görə  məsuliyyət  nəzərdə  tutan  mövcud  cinayət  qanunvericiliyi  normalarının  tətbiqini 
«Ġnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında»  Konvensiyanın  və  «Mülki  və  siyasi 
hüquqlar haqqında» Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaĢdırmaq məqsədi ilə qəbul edilir.  
Bəzi  dövlətlərin  konstitusiyaları  da  (məsələn,  PolĢa,  Portuqaliya)  beynəlxalq  cinayətlərə  görə 
məsuliyyət müəyyən edən qanunun geriyə qüvvəsinin geriyə Ģamil olunmasına icazə verir. Beynəlxalq təcrübə 
göstərir  ki,  cinayət-hüquqi  normalara  yalnız  istisna  hallarda  retroaktiv  qüvvə  verilir.  Belə  ki,  Ġkinci  Dünya 
Müharibəsindən  sonra  hərbi  cinayətkarları  cəzalandırmaq  üçün  (1945-ci  il  Nürenberq  və  1946-cı  il  Tokio 
tribunallarının nizamnamələri əsasında) cinayət məsuliyyəti müəyyən edən normalara geriyə qüvvə verilmiĢdir 
(R.K.  Məmmədov  «Beynəlxalq  cinayət  hüququ  və  Azərbaycan  Respublikasının  cinayət  qanunvericiliyi», 
dis.aıtoreferat, Bakı 2005).  
Avropa Ġnsan hüquqları Konvensiyasının 7-ci maddəsinin 2-ci hissəsinə görə  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə