Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
109 
təqdim etməlidir. Əks halda həmin əməllər hərbi və ya insanlıq əleyhinə cinayətlərin elementlərini təĢkil etmiĢ 
olacaq və Genosid haqqında Konvensiyanın təsiri altına düĢməyəcək.  
Məhkəməyə  görə  genosid  cinayətinin  müstəsna  ağırlığını  nəzərə  alaraq  Məhkəmə  tələb  etdi  ki, 
ittihamlar  «tam  sübutedici  qüvvəyə»  malik  elementlərlə  sübut  edilsin.  Məhkəmə  deyir  ki,  biz  özümüz  bizə 
təqdim  olunan  sübut  elementləri  kontekstində  faktları  müəyyən  etdik,  lakin  bizə  həmçinin  fərdlərlə  bağlı 
prosedurlar  çərçivəsində  keçmiĢ  Yuqoslaviya  üçün  Beynəlxalq  Tribunalın  (TPIY)  faktları  əsasında  formulə 
edilmiĢ nəticələr (rəylər) əhəmiyyətli dərəcədə kömək etdi.   
Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal olmasa da, ölkə daxilində aparılan istintaqın faktoloji 
materiallarından,  məcburi  köçkünlərin  Ģikayətləri  ilə  bağlı  Avropa  Məhkəməsinin  qəbul  edəcəyi  qərarlardan 
istifadə oluna bilər.(?) 
Məhkəmə hesab edir ki, Bosniya-Herseqovinanın bütün ərazisində dəqiq yerləĢən saxlanma (həbsxana) 
zona  və  düĢərgələrində  qətllərin  və  əslində  fiziki  və  əqli  bütövlüyə  ciddi  qəsdlər  olan  aktların  kütləvi  Ģəkildə 
törədilməsi  inandırıcı  Ģəkildə  müəyyən  olunmuĢdur.  Məhkəmə  deyir  ki,  biz  eynilə  qurbanların  dəhĢətli 
mövcudluq Ģəraitinə məcbur edilməsi barədə də qəti nəticəyə gəlmiĢik. Bir çox hallarda Bosniya müsəlmanları 
bu  aktların  qurbanları  olmuĢlar.  Lakin,  Hiqqins  qeyd  edir  ki,  bir  istisnaya  diqqət  yetirmək  lazımdır  –  sübut 
elementləri  dəhĢətli  aktların  genosidi  sübut  etmək  üçün  zəruri  olan  qrupun  məhv  edilməsi  spesifik  niyyəti  ilə 
müĢayiət olunduğunu göstərmir, sübut etmir. 
Ġddiaçı ona əsaslanır ki, spesifik niyyət barədə vəhĢiliyin sistematik xarakterindən nəticə çıxarmaq olar. 
Lakin  Məhkəmə  bu  arqumenti  qəbul  etmir.  Spesifik  niyyət  dəqiq  Ģəraitə  münasibətdə  inandırıcı  Ģəkildə 
müəyyən  olunmalıdır  ki,  sistematik  davranıĢ  belə  niyyətin  sübutu  kimi  qəbul  oluna  bilsin  və  zəruridir  ki,  bu 
davranıĢın yeganə izahı genosid olsun. 
Deməli,  Azərbaycan  Xocalı  soyqırım  ilə  bağlı  məsələni  qaldırarkən  ermənilərin  (Ermənistan  silahlı 
qüvvələrinin)  Xocalı  sakinlərini  öldürməkdə  xüsusi  niyyətlərinin  olması  barədə  sübutlar  təqdim  edərkən  belə 
davranıĢın sistematik xarakter daĢıdığını və yalnız genosidlə izah olunduğunu sübuta yetirməlidir. 
Lakin  bu  nəticələrdən  vacib  istisna  da  mövcuddur.  Məhkəmə  hesab  etmiĢdir  ki,  Bosniya 
müsəlmanlarına qarĢı yönələn qətllərin və əslində fiziki və əqli bütövlüyə ciddi qəsdlər olan aktların 1995-ci ilin 
iyulunda  Srebrenikada  törədilməsini  sübut  edən  dəlillər  mövcud  olmuĢdur.  Bu  aktlar  VRS  (Sprıska 
Respublikasının  ordusu)  baĢ  qərargahının  rəhbərliyi  altında,  genosidi  sübut  etmək  üçün  tələb  olunan  spesifik 
niyyətlə törədilmiĢdir.  
Genosidin  Srebrenikada  törədildiyini  müəyyən  edərək  Məhkəmə  daha  sonra  cavabdehin  hüquqi 
baxımdan VRS- in aktlarına görə məsuliyyət daĢıyıb - daĢımamasını müəyyən etməlidir. Əgər VRS Serbiya və 
Çernoqoriyanın  orqanı  idisə  (o  vaxt  o  belə  adlandırılırdı),  belə  nəticəyə  gəlmək  olardı  ki,  cavabdeh  VRS-nin 
hərəkətlərinə  görə  məsuliyyət  daĢımaq  hüququnda  olmuĢdur.  VRS  sonuncunun  (Serbiya  və  Çernoqoriyanın) 
təlimatları  və  ya  direktivləri  əsasında  və  nəzarəti  altında  hərəkət  etmiĢdirsə,  cavabdeh  eynilə  məsuliyyət 
daĢımaq  hüququnda  olmuĢdur.  Malik  olduğu  informasiya  kontekstində  Məhkəmə  bildirmiĢdir  ki, 
Srebrenikadakı  kütləvi  qırğınların  cavabdehin  orqanları  tərəfindən  törədildiyi  müəyyən  edilməmiĢdir.  O,  eyni 
zamanda bildirmiĢdir ki, kütləvi qırğınların cavabdehin təlimatları və ya direktivləri əsasında həyata keçirilməsi, 
nə sonuncunun kütləvi qırğınların törədildiyi əməliyyatlar üzərində effektiv nəzarəti həyata keçirməsi müəyyən 
olunmamıĢdır.  Bu  beynəlxalq  hüquqda  tətbiq  olunan  meyardır.  Həqiqətdə  hər  Ģey  onu  göstərirdi  ki, 
Srebrenikanın müsəlman icmasının yetkinlik yaĢına çatmıĢ kiĢi əhalisinin öldürülməsi qərarı VRS baĢ qərargahı 
tərəfindən  qəbul  olunmuĢdu,  lakin  Yuqoslaviya  Federativ  Respublikasının  təlimatları  və  effektiv  nəzarəti 
olmadan.  
 
«Scorpions»  yarımhərbi  bölməsinə  gəlincə,  iddiaçı  1995-ci  ilin  iyulunda  Srebrenikanın  yaxınlığındakı 
zonada yerləĢən Trnovoda 6 Bosniya müsəlmanının hərbiçilər tərəfindən edam edilməsini göstərən videoyazını 
Məhkəməyə  təqdim  etdi.  Bu  yazı  əvvəlcə  serb  televiziyasında  və  TPIY  (keçmiĢ  Yuqoslaviya  üçün  Tribunal) 
qarĢısında MiloĢeviçin iĢi üzrə prosesdə yayımlanmıĢdır. Bu videoyazıdan baĢqa, cavabdehin «Scorpions»-ların 
hərəkətlərinə  görə  məsuliyyət  daĢıdığını  hesab  edən  iddiaçı  Məhkəməyə  digər  sübutlar  təqdim  etmiĢdir. 
Məhkəmə  ona  təqdim  olunan  bütün  məlumatları  sistematik  nəzərdən  keçirmiĢdir.  Lakin  o,  yalnız  ona  təqdim 
olunan  dəlillər  əsasında  fikrini  bildirə  bilər.  Beləliklə,  bu  dəlillər  əsasında  Məhkəmə  1995-ci  ilin  ortasında 
Trnovoda  «Scorpions»  ların  hərəkətlərinə  görə  cavabdehin  məsuliyyət  daĢıması  barədə  nəticəyə  gəlmək 
imkanında olmamıĢdır. 
Genosid  haqqında  Konvensiyada  göstərilən  iĢtirakçılıqla  əlaqədar  Məhkəmə  müəyyən  etməli  idi, 
doğrudanmı cavabdeh Srebrenikadakı hadisələrə imkan verən və ya asanlaĢdıran vasitələr təqdim etmiĢdir və bu 
köməyin  genosid  törədilməsi  üçün  istifadə  olunacağını  tam  dərk  etmiĢdir.  Aydındır  ki,  cavabdeh  Sprıska 
Respublikasına  və  VRS-yə  siyasi,  hərbi  və  maliyyə  baxımından  əhəmiyyətli  dərəcədə  kömək  etmiĢdir  və  bu 
Srebrenikadakı  faciəvi  hadisələrə  qədər  olmuĢdur  və  bu  kömək  həmin  hadisələr  zamanı  da  davam  etmiĢdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə