Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
110 
Lakin  iĢtirakçılığın  baĢlıca  Ģərti  yerinə  yetirilməmiĢdir:  Məhkəmə  cavabdehin  hakimiyyət  orqanlarının  bu 
köməyi  təqdim  edən  zaman  VRS-nin  genosidi  xarakterizə  edən  spesifik  niyyətlə  hərəkət  etdiyini  tam  dərk 
etmələrini sübuta yetirən heç bir inandırıcı dəlilə malik olmamıĢdır. 
Hüquqi baxımdan  genosiddə  iĢtirakçılıq  və  genosidin  qarĢısının alınması  öhdəliyinin pozulması arasında fərqi 
müəyyən  etmək  çətindir.  Məhkəmə  hesab  etmiĢdir  ki,  inandırıcı  Ģəkildə  sübut  olunmuĢdur  ki,  Yuqoslaviya 
Federativ  Respublikasının  rəhbərləri  və  ilk  növbədə  MiloĢeviç  Srebrenika  regionunda  Bosniya  serbləri  və 
müsəlmanları arasında hökm sürən xüsusi nifrət dolu iqlimi, nə də orada ehtimal oluna biləcək kütləvi qırğınları 
qətiyyən  inkar  etmirdilər.  Ola  bilsin,  onlar  genosidin  törədilməsi  ilə  əlaqədar  xüsusi  niyyətin  olması  barədə 
bilməmiĢlər,  lakin  Srebrenikada  ciddi  genosid  riskinin  mövcudluğu  aydın  olmalı  idi.  Bu  bənd  vacibdir,  çünki 
genosidin qarĢısının alınması öhdəliyini yaradır. Bu öhdəlik Genosid haqqında Konvensiyanın 1-ci maddəsində 
öz əksini tapmıĢdır.  
Burada  dəqiqləĢdirmək  lazımdır  ki,  hüquq  məsələsi  cavabdehin  genosiddən  yayınmaq  üçün  Sprıska 
Respublikası və VRS ilə sıx əlaqələrindən istifadə edib-etmədiyi halı bilmək deyil. Hüquq məsələsi cavabdehin 
genosidin qarĢısını almaq üçün ixtiyarında olan bütün tədbirləri görüb-görməməsini bilməkdən ibarətdir.  
Məhkəmə hesab etdi ki, cavabdeh genosidin qarĢısını almaq üçün hərəkət edə bilərdi və etməli idi, lakin 
o, bunu etmədi. Cavabdeh bir tərəfdən onun hakimiyyət orqanları digər tərəfdən Sprıska Respublikası və VRS 
arasında  siyasi,  hərbi  və  maliyyə  əlaqələrinin  olmasına  baxmayaraq  Srebrenikada  kütləvi  qırğınların  qarĢısını 
almaq  üçün  heç  nə  etməmiĢdir.  Nəticədə  Genosid  haqqında  Konvensiyada  təsbit  olunan  genosidin  qarĢısını 
almaq öhdəliyini pozmuĢdur.  
Digər öhdəlik genosidin cəzalandırılmasıdır. Genosid haqqında Konvensiyanın VI maddəsi tələb edir ki, 
genosiddə  və  ya  III  maddədə  göstərilən  əməllərin  birində  ittiham  olunan  Ģəxslər  həmin  əməlin  törədildiyi 
dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidir. 
Qeyd olunan halda genosid cavabdehin ərazisində yerləĢməyən Srebrenikada baĢ vermiĢdir. Beləliklə, sonuncu 
Srebrenikada  genosiddə  iĢtirak  etməkdə  ittiham  olunan  Ģəxsləri  öz  məhkəmələri  qarĢısında  təqib  edə 
bilmədiyinə görə məsuliyyət daĢıya bilməz. Deməli, vacib məsələ cavabdehin onun ərazisində yerləĢən və TPIY 
tərəfindən  Srebrenikada  kütləvi  qırğınlarla  əlaqədar  genosiddə  ittiham  olunan  bütün  Ģəxslərin  həbsi  və 
verilməsini  həyata  keçirərkən  TPIY  ilə  əməkdaĢlıq  etmək  öhdəliyinə  riayət  edib  etməməsini  bilməkdən 
ibarətdir.  
Məhkəmənin bu cür yanaĢmasını nəzərə alaraq, Ermənistan tərəfindən genosidin qarĢısının alınması və 
cəzalandırılması  öhdəliyinin  pozulması  sualının  qoyulmasıdır.  Yəni  Ermənistan  genosidin  qarĢısını  almaq  və 
cəzalandırmaq üçün hərəkət edə bilərdi və etməli idi, lakin o, bunu etmədi. 
Belə  ki,  Məhkəmə  çoxlu  sayda  və  müvafiq  informasiyanı  qeyd  etməyi  yaddan  çıxarmadı.  Bu 
informasiya fikirləĢməyə imkan verirdi ki, TPIY tərəfindən Srebrenika genosidinin baĢlıca məsul Ģəxslərindən 
biri  kimi  təqib  olunan  general  Mladiç  bir  sıra  hallarda  və  son  illər  bir  sıra  mühüm  vaxtlarda  cavabdehin 
ərazisində olmuĢdur və  ola bilsin  hazırda hələ də onun ərazisindədir və serb hakimiyyət orqanları onun  yerini 
müəyyən  etmək  və  həbs  etmək  üçün  səlahiyyətlərində  olan  və  məntiqlə  istifadə  edə  biləcəkləri  vasitələrdən 
istifadə etməmiĢlər. Məhkəmə belə nəticəyə gəlmiĢdir ki, cavabdeh TPIY ilə tam əməkdaĢlıq öhdəliyini yerinə 
yetirməmiĢ və nəticədə genosidi cəzalandırmaq öhdəliyini pozmuĢdur.  
Məhkəmə  hesab  etmir  ki,  cavabdeh  özü  Srebrenikada  genosid  törətmiĢdir,  ya  da  ona  görə  məsuliyyət 
daĢıyır.  Bu  mənada  əhəmiyyətli  reparasiya  (kompensasiya)  məsələsi  qoyulmur.  Genosidin  qarĢısının  alınması 
öhdəliyinin  pozulmasına  gəlincə,  Məhkəmə  həmçinin  hesab  etmiĢdir  ki,  iddiaçının  təklif  etdiyi  kimi 
Məhkəmənin bəyanatı özü-özlüyündə müvafiq satisfaksiyadır. Cavabdeh tərəfindən genosidin cəzalandırılması 
öhdəliyinin pozulmasına gəlincə, Məhkəmə hesab etmiĢdir ki, bu davam edən pozuntudur. Ona görə də, Serbiya 
dərhal  bu  öhdəliyi  tam  yerinə  yetirmək  üçün  effektiv  tədbirlər  görməli,  genosiddə  ittiham  olunan  Ģəxslərin 
mühakimə olunmaq üçün  TPIY–yə verməli və bu Tribunala tam əməkdaĢlıq etməlidir. 
BaĢqa sözlə, Məhkəmə genosidin cəzalandırılması  öhdəliyinin pozulmasının uzanan, yəni davam  edən 
pozuntu hesab edir. Bundan əlavə, artıq yuxarıda qeyd olunduğu kimi Genosid haqqında Konvensiya bəyan edir 
ki, «Konvensiyada nəzərdə tutulan hüquq və vəzifələr erga omnes öhdəliyidir» (CIJ, Application of Convention 
for  the  prevention  and  the  repression  of  the  crime  of  genocide  (Bosnia-Herzégovine  against  Yugoslavia), 
preliminary exceptions of July 11, 1996, Rec., 1996, p. 616.), yəni hamı üçün nəzərdə tutulan öhdəlikdir, baĢqa 
sözlə ümumi xarakter daĢıyır. 
Beləliklə, Məhkəmədə beynəlxalq hüquqda ümumi öhdəlik kimi, yəni bütün dövlətlərin yerinə yetirməli 
olduğu  öhdəlik  kimi  qiymətləndirilən  genosidin  qarĢısını  almaq  və  cəzalandırmaq  öhdəliyinin  pozulması  və 
pozuntunun davam etməsi, Ermənistan tərəfindən satisfaksiyanın təmin edilməsi məsələsi qaldırılmalıdır. 
 
Səadət Yusifova
 
“Bizim yol”.-2010.-27 fevral.- .-№28.-S.11. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə