Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
111 
 
Soyqırımlar arasında nə fərq var? 
 
Soyqırım - müasir dünyamızda qəbul edilmiĢ mənasına görə bir millətin dil, din, məzhəb və milli fərqləri 
ilə əlaqədar olaraq məqsədli Ģəkildə yox edilməsi prosesidir. Ən qorxulusu odur ki, bu cinayət insanlar birliyinin 
müxtəlifliyinin  itirilməsinə  və  beynəlxalq  nizamlama  qanunauyğunlarının  əsaslarının  sarsılması  təhlükəsi 
yaradır.  Soyqırım-  beynəlxalq  hüququn  qəbul  edilmiĢ  ümumi  prinsip  və  normalarının,  habelə  insan  hüquq  və 
azadlıqlarının kobud sürətdə pozulmasıdır.  
BəĢər  tarixində  elə  hərbi  cinayətlər  olub  ki,  onlar  xarakter  etibarilə  soyqırım  kimi  xarakterizə  edilib, 
elələri də olub ki, beynəlxalq cinayət kateqoriyasına uyğun tövsih olunub, elələri də olub ki, bütün kateqoriyalar 
üzrə  həm  soyqırım,  həm  beynəlxalq  cinayət  kimi  xarakterizə  olunsa  da  layiqli  qiymətini  almayıb.  Kateqoriya 
deyiləndə  cinayətlərin  mahiyyətinin  Ġkinci  Dünya  müharibəsindən  sonra  yaradılmıĢ  beynəlxalq  hərbi 
tribunalların  (Nürnberq,  Tokio)  nizamnaməsində  istifadə  olunmuĢ,  sonradan  həmin  cinayət  tərkibləri 
Yuqoslaviya  və  Ruanda  beynəlxalq  cinayət  tribunallarının  nizamnamələrində,  habelə  Beynəlxalq  Cinayət 
Məhkəməsinin Statusunda təkmilləĢdirilməsindən sonra yekun çərçivəyə salınmıĢ müddəalar nəzarətdə tutulur.  
Bu yazıda dünyanın siyasətdə olduğu kimi, insan məhvinə, tələfatına, uĢaqların göz yaĢlarına, milyonlarla 
insanın yurdsuz-yuvasız qalmasına, o insanların öz torpaqlarına qayıda bilmək qədər sadə istəklərinə belə ikili 
yanaĢmasına diqqət yönəldilir. Soyqırımlar arasında fərq qoymaq müasir dünyanın əsl simasıdır. Beləliklə,  
 
Zaman: mart-aprel 1918-ci il.  
Məkan: Azərbaycan  
Fakt: Azərbaycanlıların soyqırımı  
Hadisə: 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhĢiləri 
xüsusi  amansızlıqla  qətlə  yetirmiĢlər.  1918-ci  ildə  erməni  quldur  dəstələri  insanlara  qarĢı  vəhĢi  amansızlıq 
etdikləri kimi,  mədəniyyət abidələrini  və tarixi abidələri də  vəhĢicəsinə  dağıdır, məscidləri  yandırır, memarlıq 
incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir 
çox  qədim  binaları,  o  cümlədən  Cümə  məscidini,  Ġsmailiyyə  binasını  top  atəĢinə  tutaraq  dağıtmıĢlar.  2007-ci 
ildə  Qubada  aĢkar  olunan  ―Quba  kütləvi  məzarlığı‖nda  1918  ildə  ermənilər  və  bolĢeviklər  tərəfindən 
vəhĢicəsinə  öldürülmüĢ    azərbaycanlılar  və  Yahudilər  basdırılıb.  Ġndiyənədək  burada  min  nəfərdən  çox  insan 
qalığı tapılıb  
Səbəb: Azərbaycanlı olmaları  
Nəticə: Ġstintaq bu cinayətdə əli olan Stepan Lalayevin, Qavril Qaraoğlanovu, ArĢak Gülbəndovu, Mixail 
Arzumanovun,  Sedrak  Vlasovu,  Samvel  Doliyevi,  Petrosyançı  və  ―bərbər‖  Ovanesin  günahını  tam  sübuta 
yetirən  faktlara  malik  olsa  da  onlar  cəzadan  yaxa  qurtara  bilmiĢlər.  DaĢnak  dəstələrinin  komandiri  Hamazasp 
uzun müddət xaricdə yaĢayıb. DaĢnaksutyun ideoloqlarından biri Simon Vraçyan (o, Naxçıvan, Zəngəzurda 10 
mindən çox azərbaycanlının qatili kimi tarixdə tanınır) 1921-ci ilin yanvarında Sovet Ermənistanın rəhbəri təyin 
olunur.  1936-cı  ildə  ABġ-a  qaçır  və  uzun  müddət  ABġ  prezidentinin  Yaxın  ġərq  məsələləri  üzrə  məsləhətçisi 
iĢləyir.  Digər  erməni  faĢisti,  azərbaycanlılara  qarĢı  ən  qəddar  cinayətlərə  imza  atan  quldur,  Qaregin  Njde 
sonradan Hitler Almaniyasında general olub.  
Siyasi  qiymət:  Azərbaycan  xalqına  qarĢı  törədilmiĢ  bütün  soyqırım  faciələrini  qeyd  etmək  məqsədilə 
azərbaycanlıların ümummilli  lideri Heydər Əliyevin 27  mart 1998-ci  il  «31  mart Azərbaycanlıların Soyqırımı 
haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilib. 
 
Vaxt: 1933-1945  
Məkan: Avropa  
Fakt: yəhudi soyqırımı (holokost) 
Hadisə:  Holokost-  günahsız  insanların  alman  millətçiləri  və  kollaborasionistlər  tərəfindən  sistematik 
olaraq  təqib  edilməsi  və  məhvi.  Yəhudi  xalqının  1/3-i  bu  dəhĢətli  faciələrin  qurbanı  olub.  Avropada  yaĢayan 
yəhudilərin  60%-i,  qaraçıların  isə  ¾-ü  soyqırım  qurbanları  olublar.  Əsirlər  üzərində  insanlıqdankənar  tibbi 
sınaqların aparılması da holokost cinayətləri sırasına aid edilib. Ümumilikdə 6 milyon yəhudi məhv edilib.  
Səbəb: antisemitizm  
Nəticə:  Oktyabr  1945-  noyabr  1946-cı  illər.  Nyurnberq  prosesi.  FaĢist  Almaniyasının  25  yüksək  çinli 
məmurunun  məhkəməsi  keçirilmiĢ,  onlardan  Herinq,  Ribbentrop,  Keytel,  Kaltenbrunner,  Rozenberq,  Franka, 
Frika,  ġtrayxer,  Zaykel,  Zeys-Ġnkvarta,  Borman(qiyabi),  Yodl  ölüm  cəzasına,  Hessa,  Funka,  Reder  ömürlük 
həbsə, ġirax və ġpyera 20 illik həbs cəzasına məhkum olunublar.  


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
112 
Siyasi qiymət: bir neçə ölkəni çıxmaqla bütün dünya ―xolokost‖u bəĢəriyyətə qarĢı cinayət kimi tanıyıb. 
Almaniya  təzminat  ödəyir.  Bəzi  ölkələrin  qanunlarında ―Xolokost‖u  tanınmaqdan  imtinaya  görə  ciddi  cəzalar 
nəzərdə tutub. 
 
Zaman: 10 iyun 1942.  
Məkan: Lidiçe, Çexiya.  
Fakt: Lidiçenin yer üzündən silinməsi  
Hadisə:  Bohemiya  və  Moraviyanın  Protektoru  Raynhard  Heydrixin  27  may  1942-ci  ildə  qətlə 
yetirilməsində  almanlar  bu  kəndin  əhalisini  günahkar  biliblər.  10  iyunda  ―Prins  Yevgeni‖  diviziyası  kəndi 
mühasirəyə alaraq, dəhĢətli cinayət törədirlər. 16 yaĢdan yuxarı 172 kiĢi qətlə yetirilir, 172 qadın Ravensbryuk 
konslagerinə göndərilir. Onlardan 60 nəfəri orada dünyasını dəyiĢib. 105 uĢaq almanlaĢdırılıb, qalan 82-si qətlə 
yetirilib. Bütün kənd yandırılıb. Hadisənin səhərisi günü kənddən yalnız dağıntılar qalıb.  
Səbəb: alman məmurun ölümü  
Nəticə: hərbi cinayəti törətmiĢ bütün canilər məhkəmə qarĢında dayanıblar.  
Siyasi qiymət: 60 ildən çoxdur ki, Lidiçe faciəsi soyqırım kimi qeyd olunur.  
 
Zaman: 22 mart 1943-cü il  
Məkan: Xatın kəndi, Belorus  
Fakt: Kəndin yer üzündən silinməsi, əhalinin qırılması  
Hadisə: Xatın kəndindin 6 km aralıda partizanlar alman qərargah maĢınını partladaraq aradan çıxmıĢlar. 
Partlayan  maĢının içərisində 118-ci  mühafizə polisinin zabitləri  olub. Onlardan  hauptman Hans  Völke  yüngül 
atletika üzrə olimpiya çempionu olmuĢ ilk almandır. Almanların qənaətinə görə hadisəni törədənlər Xatın kənd 
sakinləri  və  ya bu  kənddə  gizlənən partizanlar ola bilər. Qoca, uĢaq, qadın  hamı  məhv  edilib. 149  nəfər taxta 
binaya yığılaraq yandırılıb. Onlardan 75-i uĢaq olub.  
Səbəb: alman zabitinin qətli  
Nəticə: Müharibə bitəndən sonra həmin batalyonun qərargah rəisi Qırmızı Ordunun leytenantı Vasyura və 
MeleĢko güllələnmə cəzasına məhkum ediliblər.  
Siyasi qiymət: Xatın bəĢəriyyətə qarĢı cinayət kimi tanınıb. 
 
Zaman: 10 iyun 1944-cü il.  
Məkan: Oradur-sür-Qlan, Fransa  
Fakt: 2600 nəfərlik qəsəbə tarixdən silinib  
Hadisə:  10  iyun  1944-cü  ildə  hauptĢturmfürer  Kanın  rəhbərliyi  altında  kənd  mühasirəyə  alınır. 
Almanların  qənaətinə  görə  kənd  yaxınlığında  partladılaraq,  qarət  edilən  alman  kolonuna  hücumu  fransız 
partizanlar (maklar) təĢkil ediblər və onlar Oradurda gizləniblər. KiĢilər güllələnəndən sonra, yandırılıblar. 197 
nəfər qətlə yetirilib. 240 qadın və 205 uĢaq kilsədə yandırılıb.  
Səbəb: talanmıĢ 6 milyon franklıq qızılın axtarıĢı  
Nəticə:  1953-cü  ildə  Bordoda  28  nəfər  məhkəmə  qarĢısına  çıxıb:  7  alman,  21  elzaslı.  1958-ci  ilə  qədər 
amnistiya aktı ilə bütün almanlar azad olunublar.  
Siyasi  qiymət:  Prezident  ġarl  de  Qoll  Oradur-sür-Qlanı  ―Memorial  mərkəz‖  elan  edib.  Genosid  kimi 
qiymətləndirilib.  
 
Zaman: 1948-1952  
Məkan: Ermənistan.  
Fakt: Azərbaycanlıların deportasiyası  
Hadisə:  Azərbaycanlıların  Ermənistandan  kütləvi  deportasiyası  əsasən  1948-1953-cü  illərdə  Stalinin 
göstəriĢi  ilə  həyata  keçirilmiĢdir.  1947-ci  il  dekabrın  23-də  Ġ.  Stalin  "Ermənistan  SSR-dən  kolxozçuların  və 
digər  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi  haqqında"  SSRĠ  Nazirlər 
Sovetinin 4083  nömrəli  qərarını  imzalayıb. 1948-ci  ildə 10  min, 1949-cu  ildə 40  min  və 1950-ci  ildə 50  min 
nəfərin köçürülməsi nəzərdə tutulurdu.  
Səbəb: azərbaycanlı olmaları, etnik təmizləmə  
Nəticə:  Bu  proseslər  zamanı  ermənilər  Qərbi  Azərbaycanda  yaĢayan  azərbaycanlıların  yüzlərlə  yaĢayıĢ 
məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uĢaq və qadınların da daxil olduğu 
140  min  insanı  vəhĢicəsinə qətlə  yetirib, 750  mindən  artıq azərbaycanlı  didərgin salınıb. Bu cinayətin  memarı 
SSRĠ-nin erməni Mikoyan, Stalin, Ermənistan KP MK-nın birinci katibi Q. Harutyunov, SSRĠ Xarici iĢlər naziri 
Molotov və digərləri heç bir cəza almayıblar  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə