Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
113 
Siyasi  qiymət:  Ümummilli  lider  Heydər  Əliyev  18  dekabr  1997-ci  ildə  ―1948-1953-cü  illərdə 
azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi  etnik  torpaqlarından  kütləvi  surətdə  deportasiyası 
haqqında‖ fərman imzalayıb.  
 
Zaman: 16 mart 1968  
Məkan: Sonqmi vilayəti, Vyetnam  
Fakt: 500 vyetnamlının qətli, qadınların kütləvi zorlanması  
Hadisə: DöyüĢlərdən birində əsgərlərin sevimli serjantı Corc Koks  həlak  olur. Kapitan Medina and  içir 
ki, serjantın qisası alınacaq. Sonqmi bölgəsinə üç istiqamətli hücum təĢkil olunur. Kənddə heç bir silahlı aĢkar 
etməyən əsgərlərə dinc sakinlərə atəĢ açmaq əmr edilir (əmri leytenant Uilyam Kelli verilir). Kənd bombardman 
olunur. Qaçanlar yerindəcə güllələnir. Ümumilikdə, 173 uĢaq, 182 qadın, 149 kiĢi qətlə yetirlib.  
Səbəb: Əsgər yoldaĢının qisası  
Nəticə: Hərbi tribunal qarĢısında 6 nəfər dayanıb, yalnız Uilyam Kelli cəzalanıb. O da ki, 3 il yarım....  
Siyasi qiymət: Sonqmi soyqrımı bəzi ölkələr tərəfindən tanınıb. 
 
Zaman: 25-26 fevral 1992-ci il.  
Məkan: Xocalı, Azərbaycan  
Akt: azərbycanlıların soyqırımı  
Hadisə:  1992  –  ci  ilin  fevral  ayının  25  –  dən  26  –  a  keçən  gecə  erməni  silahlı  dəstələri  Xankəndi 
Ģəhərində  yerləĢdirilmiĢ  keçmiĢ  SSRĠ  –  nin  366  –  cı  motoatıcı  hərbi  alayının  bilavasitə  iĢtirakı  ilə  Xocalı 
Ģəhərinə  hücum  etmiĢlər. Fevral ayının 26  –ı səhər saat 5 – ə qədər Ģəhər zəbt  edilmiĢdir. ġəhəri tərk  etməyə 
məcbur  olan  əhali  dağlara,  meĢələrə,  kimi  isə  yaxınlıqda  azərilərin  yaĢadığı  Ağdam  Ģəhərinə  üz  tutmuĢ,  bu 
zaman  əvvəlcədən  qurulmuĢ  pusquya  düĢərək  güllə-baran  edilmiĢlər.  Cinayətkar  erməni  hərbi  birləĢmələrinin 
vəhĢiliyi nəticəsində 613 nəfər Ģəhid, 487 nəfər Ģikəst olmuĢ, 1275 nəfər dinc sakin – qocalar, uĢaqlar, qadınlar 
əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmıĢlar. 150 nəfərin taleyi hələ 
də məlum deyildir. ġəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaĢlı uĢaqlardır. Bu cinayət nəticəsində 8 
ailə bütövlükdə  məhv  edilmiĢ, 24 uĢaq hər iki  valideynini  itirmiĢ, 130 azyaĢlı uĢaq isə  valideynlərindən birini 
itirmiĢdir.  
Səbəb: azərbaycanlı olmaları  
Nəticə:  Xocalı  faciəsini  törədənlərdən  biri  Robert  Köçəryan  və  Serj  Sarksyan  Ermənistan  prezidenti 
seçiliblər. Batalyon komandiri Seyran Ohanyan isə hazırda iĢğalçı dövlətin müdafiə naziridir. Bundan baĢqa 366 
alayın komandir müavini B. Baymukov, birinci batalyonun komandiri Ġ. Moiseyev, ikinci batalyonun komandiri 
S.  Ohanyan,  üçüncü  batalyonu  komandiri  E    Naboknik,  birinci  batalyonun  qərargah  rəisi  Çitçiyan,  alayın 
kəĢfiyyat  rəisi  mayor  Hayriyan,  rota  komandiri  O.  Mirzoyan,  kəĢfiyyat  bölmə  rəisi  Xrinxua,  tank  rotasının 
komandiri QarmaĢ, rota komandiri baĢ leytenant Hakonyan, batareya komadir Əzizyan, kəĢfiyyat komandirinin 
müavini Bondarev hələ də azadlıqdadırlar və Xocalının iĢğalı zamanı qazandıqlarını xərcləyirlər. 
 
Zaman: 6 -25 iyul 1995-ci il.  
Məkan: Srebrenniça, Bosniya-Hersoqovina  
Fakt: Müsəlman boĢnakların məhvi  
Hadisə:  1992-ci  ildən  baĢlayan  etnik  təmizləmənin  məntiqi  yekunu.  1993-cü  ildə  bağlanan  atəĢkəs 
saziĢini Bosniya serbləri pozurlar. Serblər iki ildən sonra tank və ağır artilleriyanın dəstəyi ilə hücuma keçdilər. 
BMT sülhməramlıları müqavimət göstərə bilmirlər. Təkcə 2500 kiĢi və uĢaq meyidi yalnız bir qəbirstanlıqdan 
tapıldı. Ümumi say 8 min nəfər olub.  
Səbəb: etnik təmizləmə, boĢnakların hücumlarına cavab.  
Nəticə:  Srebrenniça  etnik  təmizləndi.  Serb  respublikasının  prezidenti  Radovan  Karacic,  Radko  Mladiç, 
Radislav  Krstiç  (ömürlük  həbs),  Milorad  PelemiĢ,  Drajen  Erdemoviç  (1996-cı  ildə  5  il  müddətinə  azadlıqdan 
məhrum edilib), Mladiç həbs olunublar.  
Siyasi  Qiymət:  2007-ci  ildə  Beynəlxalq  Tribunal  serblərin  bu  hərəkətini  soyqırım  kimi  qiymətləndirib. 
2009-cu ildə Avropa Parlamenti 11 iyulu ―Srebreniça soyqırımının anım günü kimi‖ tanıyıb 
Belə.  Ġndiyə  qədər  yazdıqlarımızı,  dediklərimizi  müqayisəli,  lakin  təhlilsiz  verdik.  Bəlli  oldu  ki,  bu 
hadisələri  törədənlər  ən  azı  3  il  yarımlığa  da  olsa  belə  cəzaya  məruz  qalıblar.  Təkcə  ermənilərdən  baĢqa. 
Baxmayaraq  ki,  1918-ci  ildən  bu  günə  kimi  ermənilərin  təkcə  azərbaycanlılara  qarĢı  törədikləri  soyqırım 
siyasətinin nəticəsi ötən əsrdə törədilən digər hərbi cinayət və soyqırımların nəticəsindən ağırdır. Amma nəticə 
yoxdur.  Bəli,  Hitler  və  Stalin,  Mussoloni,  Pol  Pot  qaniçən  cəlladlar  olublar.  Onların  ayrı-ayrı  səngərlərdə 
yazdıqları ssenarilərə görə 50 milyon insanın həyatına son qoyub. Bəs, Köçəryan, Sarksyan, Ohanyan, Mikoyan, 
Qaregin,  Njde,  Hamazaps?  Bunlar  kimlərdir?  Oradurda,  Lidiçedə,  Xatında  cəmi  5  min  adam  qətlə  yetirilib, 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
114 
onlara siyasi qiymət soyqırım adı altında verilib. Bəs, 1918-ci ildə Bakıda, ġamaxıda, Qubada baĢ verənlərə kim 
qiymət  verəcək?  Yalnız  Ġslam  Konfransı  TəĢkilatımı?  Yalnız  prezidentimizmi?  Axı,  yuxarıda  sadalanan 
kriteriyalardan hansı soyqırım kriteriyalarına uyğunlaĢmır? Hanı dünya ictimaiyyəti, hanı sülhpərvər qüvvələr, 
hanı haqq-ədalət? Yenədəmi ikili standartlar?  
 
Sənan Nəcəfov 
 
“Kaspi”.-2010.-27 fevral-1 mart.-N.37.-S.6. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə