Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
115 
 
Xocalı faciəsi beynəlxalq hüquqda soyqırımı kimi tövsih olunur 
 
Ermənilərin törətdikləri vəhĢiliklər birbaĢa olaraq beynəlxalq hüquqa ziddir 
 
Son  20  ilin  ən  dəhĢətli  hərbi  cinayətlərindən  biri  1992-ci  ilin  fevral  ayının  25-dən  26-na  keçən  gecə 
Ermənistanın və Dağlıq Qarabağ bölgəsinin erməni silahlı dəstələri və Xankəndində yerləĢən keçmiĢ SSRĠ-nin 
366-cı motoatıcı alayının mayor Seyran Ohanyanın baĢçılığı altında Xocalıya hücumu zamanı qeydə alınıb. Bu, 
dinc əhaliyə qarĢı soyqırımı aktı idi. 
Xocalıda  baĢ  verən  hadisələri  bütün  dünya  ictimaiyyəti  ermənilərin  azərbaycanlılara  qarĢı  törətdiyi 
soyqırımı  kimi  tanımalıdır.  Çünki  soyqırımının  beynəlxalq  hüquqda  tövsihi  Xocalıda  faciəsində  əks  olunur. 
Soyqırımı hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə 
ifadə olunan və aĢağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir: 
• Bu qrupların üzvlərinin öldürülməsi; 
• Onların sağlamlığına ağır zərər yetirilməsi; 
• UĢaqların doğulmasına zorakı əngəllər yaradılması; 
• Bir qrupa mənsub olan uĢaqların zorla baĢqa qrupa keçirilməsi; 
• Zorla köçürmə; 
• Qrupun məhv edilməsinə yönələn Ģəraitin yaradılması. 
Soyqırımı  cinayəti  ilk  dəfə  olaraq  1948-ci  il  9  dekabr  BMT  BaĢ  Assambleyasının  260  A  (III)  saylı 
qətnaməsi ilə beynəlxalq hüquqi status alıb. Bununla yanaĢı, Xocalı hadisələrinə soyqırımı kimi qiymət verməyə 
istinad ediləcək bir çox beynəlxalq hüquq norması və müqavilə mövcuddur. Bunlardan: 
- Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (burada soyqırımı təĢkil  edən hərəkətlər bəĢəriyyətə qarĢı 
cinayətlər və hərbi cinayətlər kimi tövsih olunur). 
- Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi. 
- Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi. 
- Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi. 
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi. 
-  Azərbaycan  Respublikası  Prezidentinin  "Azərbaycanlıların  soyqırımı  haqqında"  26  mart  1998-ci  il 
tarixli fərmanı. 
Bütün  bunları  nəzərə  alaraq  "Soyqırımı"  hüquqi  norması  cinayət  kimi  beynəlxalq  hüquqa  əsasən 
aĢağıdakı hüquqi nəticələri doğurur: 
a) Soyqırımı cinayəti törətmiĢ Ģəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır. 
b) Cinayət tərkibi təkcə soyqırımı aktının törədilməsi  deyil, həm  də soyqırımı törədilməsi  məqsədi  ilə 
sui-qəsd,  soyqırımı  törədilməsinə  birbaĢa  və  açıq  Ģəkildə  təhrikçilik,  soyqırımı  törədilməsinə  qəsd  və 
soyqırımında iĢtirakdır. 
c) Soyqırımı törətmiĢ Ģəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir. 
d) Soyqırımı cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir. 
e)  Rəhbərlər  soyqırımı  cinayətinin  qarĢısının  alınması  üzrə  hərəkətləri  həyata  keçirmədiklərinə  görə 
məsuliyyət daĢıyırlar. 
f) Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir. 
g) Soyqırımı cinayətinə münasibətdə qanunun retroatik tətbiqinə yol verilir. 
h)  Soyqırımı  cinayəti  törətmiĢ  Ģəxslər  cinayət  məsuliyyətinə  cəlb  edilmələri  üçün  tələb  edən  ölkəyə 
verilməlidir. 
Tarixin  bu  səhifəsində  beynəlxalq  hüququn  ümum  tanınmıĢ  normaları  ilə  qorunan  insan  hüquq  və 
azadlıqları  kobudcasına  pozulub.  Ermənilərin  Xocalıda  azərbaycanlılara  qarĢı  törətdikləri  vəhĢiliklər  birbaĢa 
olaraq  beynəlxalq  hüquqa  ziddir.  Birincisi,  Xocalıda  baĢ  verən  hadisələrdə  azərbaycanlıların  təbii  hüquqları  - 
xüsusilə  yaĢamaq,  azadlıq,  Ģəxsi  toxunulmazlıq,  mülkiyyət  hüquqları  kəskin  Ģəkildə  pozulub  və  tapdanılıb. 
Ġkincisi,  ermənilərin  Azərbaycan  xalqına  qarĢı  törətdiyi  bu  soyqırımında  Ġnsan  hüquq  və  azadlıqlarını  özündə 
əks  etdirən  Cenevrə  konvensiyası,  BMT-nin  BaĢ  Məclisinin  10  dekabr  1948  -ci  ildə  elan  olunan  Ġnsan 
hüquqlarının  Ümumi Bəyannaməsinin, "insan hüquqlarının ümumi  və əsas azadlıqlarının  müdafiəsi  haqqında" 
Avropa Konvensiyasının, BMT-nin Mülki  və Siyasi  hüquqlar haqqında Paktın  maddələri  ermənilər tərəfindən 
ciddi Ģəkildə pozulub. 
Üçüncüsü,  1948-ci  il  10  dekabrda  elan  olunan  BMT  BaĢ  Məclisinin  Ġnsan  hüquqlarının  Ümumi 
Bəyannaməsinin aĢağıdakı maddələri pozulub: 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
116 
a)  maddə  2:  Hər  bir  Ģəxs  dilindən,  dinindən,  milliyyətindən  və  digər  səbəbdən,  fərq  qoyulmadan  bu 
Bəyannamədə təsbit olunmuĢ bütün hüquq və azadlıqlara malik olmalıdır. 
b) maddə 3: Hər kəsin yaĢamaq, azadlıq və Ģəxsi toxunulmazlıq hüququ var. 
c) maddə 5: Ġnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır. 
d) maddə 9: ÖzbaĢına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır. 
e) maddə 17: Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaĢına məhrum 
edilməsi qadağandır. 
Xocalıda  baĢ  verən  soyqırımı  aktında  "Ġnsan  hüquqlarının  ümumi  və  əsas  azadlıqlarının  müdafiəsi 
haqqında" Avropa Konvensiyasının da maddələri pozulub: 
a) maddə 2: Hər bir insanın həyat hüququ qanunla mühafizə olunur. Cəzalandırılması qanunla nəzərdə 
tutulmuĢ cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından baĢqa, heç kəs 
qəsdən həyatdan məhrum edilə bilməz. 
b)  maddə  3:  Heç  kəs  iĢgəncələrə,  qeyri-insani  rəftara  və  ya  ləyaqətini  alçaldan  cəzaya  məruz 
qalmamalıdır. 
c) maddə 4: Heç kəs köləlikdə və ya məcburi vəziyyətdə saxlanılmamalıdır. 
d) maddə 5: Hər bir insan azadlıq və Ģəxsi toxunulmazlıq hüququna malikdir. 
e)  maddə  8:  Hər  bir  insan  onun  Ģəxsi  və  ailə  həyatına  hörmət  edilməsi,  mənzil  toxunulmazlığı  və 
yazıĢma sirri hüququna malikdir. 
Rusiyanın  "Memorial"  hüquq  müdafiə  mərkəzi  təsdiq  edir  ki,  Xocalıya  hücum  zamanı  erməni  silahlı 
dəstələrinin  dinc  əhaliyə  qarĢı  hərəkətləri  Cenevrə  konvensiyasına,  həmçinin  Ümumdünya  Ġnsan  Haqları 
Bəyannaməsinin (BMT-nin BaĢ Assambleyası 10.12.1948-ci ildə qəbul etmiĢdir) aĢağıdakı maddələrinə kobud 
qaydada ziddir. 
Silahlı  dəstələrin  hərəkətləri  Fövqəladə  vəziyyətlərdə  və  hərbi  münaqiĢələr  zamanı  qadınların  və 
uĢaqların müdafiəsi Bəyannaməsinin kobud surətdə pozulması deməkdir (BMT BaĢ Assambleyası 14.12.1948-
ci ildə qəbul etmiĢdir). 
Soyqırımı  cinayəti  üçün  xüsusi  niyyətin  olması  zəruri  element  sayılır.  Bu  obyektiv  cizgi  soyqırımı 
cinayətini  digər  analoji  beynəlxalq  cinayətlərdən  fərqləndirir.  Soyqırımı  cinayətini  təĢkil  edən  əməllərdən  hər 
biri  Ģüurlu  və  əvvəlcədən  düĢünülmüĢ  olur.  Bu  əməllər  heç  bir  halda  təsadüf  və  ya  ehtiyatsızlıq  nəticəsində 
törədilə bilməz. Eyni zamanda, belə bir  hərəkətin törədilmə  niyyətinin  vaxtı  və  onların  mümkün  nəticələrinin 
ümumi  dərki onların soyqırımı kimi tövsih  olunması  üçün  kifayət  deyil.  Burada hərəkətin  mənfi  nəticələri  ilə 
bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can 
atan  Azərbaycan  mülki  əhalisinin  əvvəlcədən  xüsusi  olaraq  hazırlanmıĢ  pusqu  yerlərindən  avtomatlardan, 
pulemyotlardan  və  digər  silah  növlərindən  atəĢə  tutulması  soyqırımı  niyyətini  sübut  edir.  Bu  cinayətin  məhz 
azərbaycanlı milli qrupuna qarĢı yönəlmiĢ olduğu göz önündədir. 
Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır: 
- məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı; 
- belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea); 
-  məlum  qrupa  münasibətdə  soyqırımı  kimi  təfsir  olunan  hərəkətlərdən  hansısa  birinin  törədilməsi 
(actus reus). 
Deməli, soyqırımı aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarĢı yönəlmiĢ olmalıdır. Digər qrupa 
qarĢı, məsələn, siyasi və sosial qrupa qarĢı yönəlmiĢ belə hərəkətlər soyqırımı kimi tövsih oluna bilməz. 
Soyqırımı  anlayıĢı  qadağan  olunmuĢ  hərəkətin  ümumi  nəticələri  üzrə  konkret  niyyətin  olmasını  tələb 
edir.  Soyqırımı  cinayətinin  tövsih  olunmuĢ  əlaməti  olaraq  niyyət  özündə  bir  neçə  fərqli  tərkib  hissələrini 
birləĢdirir: 
-  niyyət  bu  və  ya  digər  konkret  qrupa  mənsub  Ģəxslərin  təsadüfi  olaraq  bir  nəfərinin  və  ya  bir  neçə 
nəfərinin  məhv  edilməsindən  ibarət  olmamalı,  bütövlükdə  qrupun  məhv  edilməsindən  ibarət  olmalıdır. 
Soyqırımı  qurbanlarının  müəyyən  edilməsinin  həlledici  əlaməti  onların  fərdiliyi  deyil,  məhz  onların  qrupa 
mənsubluğudur; 
-  niyyət  qrupun  məhv  edilməsindən  ibarət  olmalıdır.  Soyqırımı  bütöv  bir  insan  qrupunun  mövcudluğu 
hüququnu  tanımaqdan  imtina  etməkdir.  Ayrıca  bir  insanın  qətlə  yetirilməsi  (soyqırımı)  ayrıca  bir  fərdin 
yaĢamaq  hüququnu  tanımaqdan  imtina  kimi  xarakterizə  olunur.  Müvafiq  olaraq,  actus  reus  (qadağan  edilmiĢ 
hərəkət) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarĢı yönəlmiĢ olmalıdır; 
- niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır; 
- niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır. 
Soyqırımı  cinayətinə  görə  məsuliyyətin  tövsih  olunması  üçün  bütöv  qrupun  məhv  edilməsi  kimi  son 
nəticəyə nail olunma tələb edilmir. Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə