Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
119 
sonralar da əl çəkmədilər. Yerli əhalini qorxudaraq yurd-yuvasından didərgin salmaq, torpaqlarını mənimsəmək 
üçün  hər hansı  hadisə üstündə azərbaycanlılar kütləvi  Ģəkildə cinayət  məsuliyyətinə cəlb  edildi, əsassız olaraq 
cəzalandırıldı  (7,  s.  23).  Ermənilərin  yeritdiyi  siyasətin  mahiyyəti  Veliçkonun  qeydlərində  aĢkar  görünür: 
"Haqqında danıĢılan siyasətbazlar (ermənilər) bölgənin  müsəlman əhalisini xəbərdar edirlər və  müsəlmanların 
Ģərəfinə toxunurlar ki, onların torpaqlarından gələcəkdə istifadə etsinlər" (12). 
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından sıxıĢdırılması siyasəti sonrakı dövrdə daha geniĢ vüsət 
aldı.  Sovetlər  dövründə  də  ermənilər  Azərbaycana  qarĢı  öz  ərazi  iddialarını  vaxtaĢırı  olaraq  XX  əsrin  80-ci 
illərinin sonlarına qədər davam etdirdilər (5). 
SSRĠ-nin  dağılması ərəfəsində  dünyanın  müxtəlif  ölkələrində  kök salmıĢ  erməni təĢkilatlan və  erməni 
mafiyası  ilə  müxtəlif  yollarla  əlaqə  saxlayan  DQMV-də  yaĢayan  ermənilər  guya  Azərbaycan  hökumətinin 
onlara  qarĢı  milli  ayrı-seçkilik  siyasəti  yeritməsini,  buna  görə  də  onların  sosial  vəziyyətlərinin  ağır  olmasını 
bəhanə gətirərək separatizmə baĢladılar (11). 
Ermənistanın  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinə  iddiası  nəticəsində  1987-ci  ildən  etibarən 
Ermənistan SSR-də etnik təmizləmə siyasətinə baĢlandı. Bu zaman 240 min nəfərdən artıq azərbaycanlı zorla öz 
ata-baba yurdlarından çıxarılaraq Azərbaycana qovuldu (8, s. 22). Öz mənfur niyyətlərini həyata keçirmək üçün 
erməni  ideoloqları  1988-ci  ildə  "Böyük  Ermənistan"  uydurmasını  ortaya  ataraq  Azərbaycana  qarĢı  ərazi 
iddiasını canlandırdılar. 
SSRĠ-də  "yenidənqurma»nın  baĢlanması  ilə  paralel  olaraq  milli  ədavət  qızıĢdırıldı.  1988-ci  ilin 
fevralından etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vəziyyət kəskin Ģəkildə gərginləĢdi. 1988-ci il 
iyunun  16-da  Ermənistan  SSR  Ali  Sovetinin  sessiyası  belə  bir  qərar  qəbul  etdi:  "DQMV  Xalq  Deputatları 
Sovetinin növbədənkənar sessiyasının 20 fevral 1988-ci il tarixli qərarını hərtərəfli öyrənib, Dağlıq Qarabağda 
və onun ətrafında yaranmıĢ mürəkkəb vəziyyəti, Dağlıq Qarabağın və Ermənistanın erməni əhalisinin arzusunu 
nəzərə  alıb  və  "millətin  öz  müqəddəratını  təyin  etmək  hüququ  haqqında"  SSRĠ  Konstitusiyasının  70-ci 
maddəsini rəhbər tutaraq DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə keçməsinə razılıq 
veririk". 
Ġyunun  17-də  isə  Azərbaycan  SSR  Ali  Soveti  bu  qərarı  qanunsuz.  konstitusiyaya  zidd,  baĢqa 
respublikanın  daxili  iĢlərinə  qarıĢmaq  kimi  qiymətləndirib  rədd  etdi  və  bununla  da  öz  iĢini  bitmiĢ  hesab  etdi. 
1988-ci il iyunun 18-də SSRĠ Ali Soveti Rəyasət Heyətinin "Dağlıq Qarabağ" məsələsinə həsr olunmuĢ xüsusi 
iclası keçirirdi. Ġclasın gediĢində Qorbaçovun ermənipərəst mövqeyi açıq-aydın bilinirdi. Uzun müzakirələrdən 
sonra SSRĠ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin sessiyasının DQMV-nin Ermənistana 
birləĢdirilməsi haqqında 15 iyun 1988-ci il tarixli xahiĢini və Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il 
sessiyasında  bunun  yolverilməz  olduğunu  elan  edən  qərarlarını  müzakirə  edərək  DQMV-nin  Ermənistana 
birləĢdirilməsini  qeyri-mümkün  hesab  edir  bu  qərarı  qəbul  edərkən  SSRĠ  Ali  Soveti  SSRĠ  Konstitusiyasına 
uyğun  olaraq  belə  hesab  edir,  respublikaların  sərhədləri  onların  öz  razılıqları  olmadan  dəyiĢdirilə  bilməz. 
"Güman  etmək  olardı  ki,  bu  qərardan  sonra  hər  Ģey  yoluna  düĢəcək,  təəssüf  ki,  əksinə  oldu.  S.Kaputikyan 
Ermənistan televiziyası ilə çıxıĢ edərək xalqı inandırmağa çalıĢırdı ki, o, Zori Balayanla birlikdə M.Qorbaçovla 
görüĢüb söhbət  etmiĢ, Qarabağın taleyini  həll  etmiĢik  demiĢdir. Azərbaycan rəhbərliyi  isə susur, xalqı  kütləvi 
informasiya  vasitələri  bu  iĢdən  Moskvanın  xəbəri  olmadığına  inandırmağa  çalıĢırdı.  Elə  bu  vaxtlarda 
Azərbaycan  torpaqlarına  sahib  olmaq  məqsədilə  ġuĢa  Ģəhəri  yaxınlığındakı  Topxana  meĢəsində  SSRĠ  Əlvan 
Metallurgiya  Nazirliyinin  Ermənistanda  yerləĢən  Kapaker  alüminium  zavodunun  filialının  tikilməsi  barədə 
xəbər Azərbaycanda xalqın ayağa qalxmasına səbəb oldu. 18 gün davam edən mitinqlər dekabrın 7-də Bakıya 
yeridilən  Sovet  qoĢunları  tərəfindən  yatırıldı.  1988-ci  ilin  sonlarında  artıq  qaçqınların  sayı  müntəzəm  Ģəkildə 
artmağa baĢladı. 
Artıq 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləĢdirilməsi haqda 
qərar qəbul edən erməni separatçıları bölgədə ədavəti qızıĢdırmaq və münaqiĢə yaratmaq üçün azərbaycanlılara 
qarĢı silahlı basqınlar törətməyə baĢladılar. 1989-cu il yanvar ayının 12-də  Moskvada  M.Qorbaçovun sədrliyi 
ilə SSRĠ Ali Soveti Rəyasət Heyətinin keçirdiyi iclasda tarixi qərar verildi: Dağlıq Qarabağın Azərbaycan SSR 
tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilsin. 
A.Ġ.  Volskinin  sədrliyi  ilə  DQMV-nin  Xüsusi  Ġdarə  Komitəsi  yaradılsın.  YaradılmıĢ  Xüsusi  Ġdarə  Komitəsi 
Moskvaya tabe edildi. Ermənilərə də bu lazım idi. Bu komitə qayda-qanun yaratmaq əvəzinə mövcud vəziyyəti 
daha  da  kəskinləĢdirirdi.  Bunu  görən  xalq  Volski  hökumətinin  ləğv  olunmasını  tələb  edirdi.  Volski  isə 
azərbaycanlıların Qarabağdan köçürülməsi ilə məĢğul idi. 1989-cu ilin sentyabr ayının 15-də Azərbaycan SSR 
Ali  Sovetinin  növbədənkənar  sessiyası  çağırıldı,  xüsusi  idarə  komitəsinin  ləğvi,  qadağan  saatının  götürülməsi 
haqda  qərar  qəbul  edildi.  Elə  həmin  il  həmin  ayın  1-də  Ermənistan  SSR  Ali  Soveti  öz  sessiyasında  yenidən 
DQMV-ni  Ermənistana  birləĢdirmək  haqqında  qərar  qəbul  etdi,  daha  sonra  DQMV-nin  1990-cı  il  üzrə  sosial-
iqtisadi  planını  və  büdcəsini  Ermənistan  SSR-in  plan  və  büdcəsinə  daxil  etdi.  Bu  açıq-aĢkar  Azərbaycana 
müharibə  elan  edib,  meydan  oxumaq  idi.  Mitinqlər.  nümayiĢlər  bütün  Azərbaycanı  bürümüĢdü.  Ə.Vəzirov 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə