Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
120 
iqtidarı ilə xalqın arasındakı ziddiyyətlər son həddə çatmıĢdı. Bütün bunlar Azərbaycan tarixinə qanlı hərflərlə 
yazılan  20  Yanvar  faciəsinə  gətirib  çıxardı.  Yanvarın  19-dan  20-nə  keçən  gecə  133  nəfər  dinc  əhalinin 
ölümüylə, 700-dən çox insanın yaralanması ilə nəticələnən Qanlı Yanvar hadisəsi baĢ verdi. 
Xankəndidə  nəĢr olunan  "Sovetskiy  Karabax" qəzeti 10 iyul 1990-cı il tarixli sayında "Artsax iqtisadi 
suverenlik  qazandı"  adlı  məqalə  çap  etmiĢ  və  bu  münasibətlə  Volskinin  xidmətlərini  xüsusi  vurğulayırdı. 
Doğrudan  da  Volski  DQMV-ni  müstəqil  bir  quruma  çevirdi,  idarələri  isə  Ermənistana  tabe  etdi.  1992-ci  ildə 
artıq Dağlıq Qarabağın 65 min azərbaycanlı vətəndaĢı yaĢayan 53 kəndi ermənilər tərəfindən boĢaldılmıĢdı. 
Getdikcə  geniĢ  vüsət  alan  münaqiĢə  müharibəyə  çevrildi.  Azərbaycanın  əzəli  bölgəsi  olan  Qarabağın 
Ģəhər və kəndləri Ermənistan və rus hərbi dəstələrinin hücumlarına məruz qaldı. 
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhĢətli faciələrindən hesab olunan, tarixə 
məlum  olan  Babiyar,  Xatın,  Liditse,  Sonqimi  faciələri  ilə  eyni  səviyyədə  duran  Xocalı  soyqırımı  baĢ  verdi. 
1992-ci  il  fevralın  26-da  Ermənistan  qoĢunları  Rusiya  Federasiyasının  silahlı  qüvvələrinin  366-cı  qvardiya 
motoatıcı polkunun köməyi ilə Azərbaycanın Xocalı Ģəhərini yerlə-yeksan etdi. Həmin dəhĢətli gecə ermənilər 
nə  uĢaqlara,  nə  qocalara,  nə  də  qadınlara  aman  verərək  onları  görünməmiĢ  vəhĢiliklə  qətlə  yetirdilər  (6).  613 
nəfər  Xocalı  sakini  məhv  edildi,  1271  nəfər  dinc  sakin  girov  götürüldü.  Onlardan  150  nəfərin  taleyi  hələ  də 
məlum  deyil.  Soyqırımı  zamanı  1000  nəfər  dinc  sakin  müxtəlif  dərəcəli  yara  aldı,  106  nəfər  qadın,  83  nəfər 
azyaĢlı uĢaq, 70 nəfər qoca öldürüldü. 76 insan, həddi-buluğa çatmamıĢ gənc oğlan və qız əlil oldu. Meyitlər və 
əsir düĢənlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların baĢı və digər bədən üzvləri kəsildi, baĢlarının dərisi 
soyuldu,  uĢaqların  gözləri  çıxarıldı,  hamilə  qadınların  qarınları  yarıldı.  Erməni  silahlı  qüvvələri  bütün 
beynəlxalq normalara zidd olaraq əsirlərə qarĢı qeyri-insani rəftar etdilər. Onlar Cenevrə Konvensiyasının bütün 
maddələrinə,  protokollara  zidd  olaraq  qaçıb  canını  qurtarmaq  istəyən  dinc  sakinlərin  yollarını  kəsdilər 
iĢgəncələr verdilər, məhv etdilər (6). 
Xocalı  faciəsini  iĢıqlandırmaq  üçün  32  ölkədən  47  jurnalist  iĢtirak  edirdi.  Həmin  jurnalistləri  Xocalı 
faciəsinə baĢçılıq edən Yuri Zaviqarov təlimatlandırır, çəkiliĢlər aparmağa , qeydlər götürməyə Ģərait yaradırdı. 
Onlar  dağılmıĢ,  viranə  qalmıĢ  yerləri  dünyaya  göstərir  və  acı  bir  təəssüflə  qeyd  edirdilər  ki,  "azərbaycanlılar 
günahsız erməniləri qırdılar". Ermənilər Azərbaycanı qan tökməklə günahlandıran materialları təkrar-təkrar çap 
etdirirdilər.  Məsələn,  ermənilər  "azərbaycanlılar  Xocalını  yandırıb  getdilər"  reportajını  49  dəfə  dünya 
mətbuatında çap etdirdilər. 
Xocalı  soyqırımında  iĢtirak  edən  hərbi  hissələrin  birinin  əks-kəĢfiyyat  bölməsinin  rəisi,  polkovnik  V. 
Savelyev  özünün  "Məxfi  arayıĢında  erməni  terror  təĢkilatlarına  Rusiya  qoĢun  birləĢmələrinin  birlikdə 
keçirdikləri  hərbi  əməliyyatları  izləyərək,  bütün  olub-keçənlərin  Ģərhini  verərək  etiraf  edirdi:  "Mən  bütün 
bunları yazmaya bilmərəm. Ġnsanların, uĢaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiĢ bədənlərini unuda 
bilmərəm.  Qoy  azərbaycanlılar  məni  bağıĢlasınlar  ki,  bütün  bu  qanlı  və  amansız  sonluğu  olan  hadisələrdə 
əlimdən  heç  nə  gəlmədi.  Təkcə  yazdığım  arayıĢı  həm  Kremlə,  həm  SSRĠ  Müdafiə  Nazirliyi  BaĢ  KəĢfiyyat 
Ġdarəsinin  generalına  göndərdim.  Oxuyun,  dedim.  Biz  rusların  zabit  Ģərəfi  görün  necə  ləkələndi".  Jurnalist 
Y.Pompeyev  "Qarabağ  qan  girdabında"  kitabında  yazır:  "Xocalı  hadisəsi  Hitler  faĢizminin  Xatın  kəndində 
törətdiyi  müsibətlə  müqayisədə  daha  dəhĢətli  idi.  Ermənilər  bu  qəddar  terror  aktı  ilə  öz  vəhĢiliklərini  bütün 
dünyada bəyan etdilər. Xocalıda yalnız ölülər qaldı"(9). Bu müsibəti gözləri ilə görən jurnalist V.Ġvleva isə bu 
faciəni  belə  təsvir  edir:  "Xocalının  küçələrində  buluda  bənzər  nəyinsə  hərəkət  etdiyini  gördüm.  Bu  bulud 
yarıçılpaq  insanların  toplusu  idi.  Bu  dəstənin  sonunda  üç  uĢaqlı  qadın  gedirdi.  O,  qar  üzərində  ayaqyalın 
çətinliklə  yeriyir  və  tez-tez  yıxılırdı.  Sən  demə  onun  uĢaqlarından  biri  ikigünlük  imiĢ.  Digər  yüzlərlə 
azərbaycanlılar kimi bu qadının taleyini mən televiziya lentlərindən izlədim. Bu televiziya lentlərində səs zolağı 
operatorun hönkürtüsündən ibarət idi. Ġnsanların eybəcərləĢdirilmiĢ cəsədləri qar üzərində qalaqlanmıĢdı." "Ġlk 
dəfə  fevralın  28-də  iki  hərbi  vertolyotla  hadisə  yerinə  gəldik.  Böyük  bir  sahə  insan  meyitləri  ilə  dolu  idi. 
Təyyarəçilər  vertolyotu  yerə  endirməyə  qorxurdular. Çünki  həmin  ərazi  artıq  ermənilərin  nəzarəti  altında  idi. 
Buna  baxmayaraq  biz  vertolyotdan  çıxdıq  və  bu  zaman  güclü  atəĢə  məruz  qaldıq.  Gördüyümüz  mənzərədən 
Ģoka  düĢmüĢdük.  Ġki  nəfər  isə  bu  dəhĢətdən  huĢunu  itirdi.  Martın  ikisində  xarici  jurnalistlərlə  hadisə  yerinə 
qayıdanda  artıq  meyitlər  tanınmaz,  dəhĢətli  hala  salınmıĢdı.  Onların  üzlərində  təhqiredici  əməliyyatlar 
aparılmıĢdı".  Bu  açıqlama  isə  bu  soyqırımı  ilk  dəfə  lentə  alan  telejurnalist  Çingiz  Mustafayevindir.  Qanlı 
olayları  gözləri  ilə  görüb  lentə  çəkən  Janiv  Yunet  isə  yazır:  "Biz  Xocalı  faciəsinin  Ģahidi  olmuĢuq.  Yüzlərlə 
ölənlərin  meyitlərini  gördük.  Onların  arasında  qadınlar,  qocalar,  uĢaqlar  və  Xocalının  müdafiəsində  duran 
adamlar var idi. Bizim ixtiyarımıza vertolyotlar verildi. Hündürlüyə qalxaraq havadan gördüklərimizi kameraya 
çəkirdik. Mən müharibə haqqında çox eĢitmiĢəm, alman faĢistlərinin qəddarlığını oxumuĢam, ancaq ermənilərin 
törətdikləri  vəhĢiliklər  onları  kölgədə  qoymuĢdur.  "Ġzvestiya"  qəzetinin  müxbiri  V.Bellax  isə  baĢları  kəsilmiĢ 
insan  cəsədlərini  görüb  yazırdı:  "Ağdama  çoxlu  meyitlər  gətirilirdi.  Tarixdə  belə  Ģeylər  görünməmiĢdi. 
Meyitlərin  gözləri  çıxarılmıĢ,  qulaqları  və  baĢları  kəsilmiĢdi.  Bır  neçə  meyit  zirehli  maĢınlara  qoĢularaq 
sürüklənmiĢdi.  ĠĢgəncələrin  həddi-hüdudu  yox  idi.  "Haydad",  "Asala"  erməni  terror  təĢkilatlarının  maliyyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə