Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
121 
dəstəyi  ilə  Xocalıya  gələn  erməni  mənĢəli  avropalı  jurnalistlər  bu  faciəni  Azəri  türklərinin  etdiyi  haqda 
məlumatlarla  dünyanı  aldatmağa  çalıĢırdılar.  Bütün  bu  cəhdlər  həqiqətə  əsaslanmadığı  üçün  puça  çıxdı. 
VəhĢiliyi,  qan-qadanı  ilk  dəfə  görən  avropalı  erməni  jurnalistlərdən  biri  gördüklərini  belə  ifadə  etmiĢdi: 
"Xocalıda  qətlə  yetirilmiĢ  100  nəfərin  cəsədini  yan-yana  düzərək  körpü  düzəltmiĢdilər.  Mən  bu  körpüdəki 
cəsədlərin  üzərindən  keçəndə,  ayağımı  körpə  bir  uĢağın  sinəsinə  qoyanda  elə  titrədim  ki,  fotoaparatım, 
bloknotum,  qələmim  yerə  düĢərək  körpənin  al  qanına  bulaĢdı.  Özümü  itirdim,  tir-tir  titrədim".  Bəlkə  də  bu 
günahsız körpənin qanı bu etirafı etdirdi. O günlərdə xarici mətbuatda da bu faciənin dəhĢətlərindən bəhs edən 
xəbərlər  dərc  olunurdu.  "VaĢinqton-Post"  qəzeti  yazırdı:  "  Dağlıq  Qarabağ  qurbanları  Azərbaycan  Ģəhərində 
torpağa  basdırılıb.  Qaçqınlar  deyirlər  ki,  ermənilərin  hücumu  zamanı  yüzlərlə  adam  həlak  olub.  Onlardan  7 
nəfərini  bu  gün  göstərdilər,  2-si  uĢaq,  3-ü  qadındır.  "Tayms"  qəzeti:  "Erməni  əsgərləri  yüzlərlə  qaçqın  ailəni 
qırıblar.  Sağ  qalanlar  xəbər  veriblər  ki,  erməni  əsgərləri  450-dən  artıq  azərbaycanlını  güllələyiblər,  onlardan 
çoxu uĢaq və qadınlardır..." "onlar atəĢ açırdılar, atəĢ açırdılar, atəĢ açırdılar" - deyə Xocalıdan Ağdama qaçmıĢ 
Raziyə  Aslanova  bildirib  ki,  əri  və  oğlu  öldürülüb,  qızı  isə  itkin  düĢüb.  "Ġzvestiya"  qəzeti:  "Video-kamera 
qulaqları  kəsilmiĢ  uĢaqları  göstərib.  YaĢlı  qadınlardan  birinin  üzünün  yarısı  göstərilib.  KiĢilərin  baĢ  dərisi 
soyulub". Tomas Qolts erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumat verən ilk reportyordur. Xocalı 
sadə  Azərbaycan  Ģəhəri  olub.  Ötən  həftə  Ģəhər  yer  üzündən  silinib.  "FayneyĢl  Tayms"  qəzeti  bildirirdi  ki, 
"ermənilər  Ağdama  gedən  qaçqın  kalonunu  güllələyib.  Azərbaycanlılar  1200  meyit  sayıblar.  Livandan  olan 
reportyor təsdiq edir ki, varlı  daĢnaq  icması Qarabağa silah  və adam göndərir". "Le Mond" qəzeti: "Ağdamda 
olan  xarici jurnalistlər  Xocalıda öldürülmüĢ qadın və uĢaqlar arasında 3 nəfərin baĢ dərisi soyulmuĢ, dırnaqları 
çıxarılmıĢ  meyit  görüblər.  Bu  Azərbaycan  təbliğatı  yox,  reallıqdır".  Bolqarıstanda  çıxan  "Nie"  qəzeti  Xocalı 
faciəsinə bütöv bir nömrə həsr etmiĢdi. V.Parvanovanın "Xocalı bəĢəriyyətin faciəsidir" adlı böyük bir məqaləsi 
bolqar  ictimaiyyətini  olanlardan  hali  edərək,  hadisələrə  insani  qiymət  verilməsinə  çağırmıĢdı:  "Hər  dəfə 
Xocalıda sağ qalmıĢ insanlarla görüĢüb söhbət edəndə düĢünürəm ki, ölənlər bir dəfə öldü, amma bu guya sağ 
qalıb əslində isə mənəvi Ģikəst olanlar isə gündə min dəfə ölüb-dirilirlər. O faciəni gözləri ilə görüb, dəhĢətləri 
yaĢayan,  doğmalarının,  əzizlərinin  görünməmiĢ  vəhĢiliklərlə  öldürülməsinin  Ģahidi  olanların  həyatının  hər  anı 
əzabdır, iĢgəncədir. Onlar üçün də, bizim üçün də nə qədər çətin, ağrılı olsa da,  danıĢmalıyıq, unutmamalıyıq. 
Heç olmasa, bu dəhĢətlərin bir də təkrar olunmaması xatirənə. Xocalıdan danıĢan, içindəki yanğını, dərdi boğa-
boğa  boğulan  insanların  ürəyi,  arzusu.  ümidi  Ģəhiddir.  Bu  dirigözlü  Ģəhidləri  dinləyin,  dözmək  çətin  olsa  da 
dözərək dinləyin". 
10  yaĢlı  Ramil  Həsənov:  "Ermənilər  gələndə  meĢəyə  qaçdım.  3  gün  ac-susuz  orada  qalmıĢam. 
Susuzluqdan ölürdüm, çoxlu qar yemiĢəm". 
4 yaĢlı Fuad Gülməmmədov: "Ermənilər məni tapança ilə ayağımdan vurdular". 
Sənan  Abdullayev  o  günləri  belə  xatırlayır:  "Bir  gün  meĢədə  qaldıqdan  sonra  ermənilər  bizi  tapıb 
Əsgərana gətirdilər. Anam, atam, 16 yaĢlı bacım meĢədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uĢaqların gözü 
qarĢısında mənə iĢgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuĢ zirzəmiyə saldılar. Suda boğulmamaq 
üçün uĢaqları bir gün əlimdə saxlamıĢam". 
Camal  Orucov:  "16  yaĢında  oğlumu  güllələdilər.  23  yaĢlı  qızımı  iki  əkiz  oğlu  ilə,  18  yaĢlı  hamilə 
qızımı əlimdən aldılar". 
Xədicə  Abdullayeva:  "  Bir  sutka  meĢədə  qaldıqdan  sonra  atam,  anam  və  16  yaĢlı  bacım  Ģaxtaya  tab 
gətirmədilər. Sağ qalan xocalılarla birgə  məni  də  girov  götürdülər. Bizi ac-susuz. döĢəməsinə su  doldurulmuĢ 
zirzəmidə saxladılar. Bir daĢnaqla dəyiĢdırıldım. Ġndi iki ayağımdan da məhrumam." 
Mizə Allahverdiyev: "Ermənilərin hücumundan sonra meĢəyə çəkildik. 3 gün ac-susuz qaldıqdan sonra 
bizi tutub Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı iĢgəncə ilə öldürürdülər. Qızıl diĢlərimi 
kəlbətinlə çıxardılar, iki qabırğamı sındırdılar. Atamı, qardaĢımı, qardaĢım oğlunu öldürdülər. 18 gündən sonra 
bir alt paltarında bizi dəyiĢdirdilər". 
8  yaĢlı  Xatirə  Orucova:  "Gözümün  qabağında  atamı,  anamı  və  6  yaĢlı  bacımı  öldürdülər.  Mənə  də 
güllə dəyib". 
Gülalı Mehrəliyev: "Altı günə kimi meĢədə qaldıq. Ac-susuz, gecələr meĢənin vahiməsi, soyuq, erməni 
qorxusu yazıq qızımın bağrını yardı. Nakam balam dözə bilmədi, keçindi. Balamın 20 yaĢı vardı, 8 ay idi gəlin 
köçmüĢdü. Sağ qalıb, min bir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyitindən nigaranam. Bircə onu 
gətirib basdırsaydım, bəlkə bir az rahatlanardım"(6). 
Zavallı xocalılar, arzu etdiyiniz o azca rahatlığı ermənilər o soyuq, müdhiĢ fevral gecəsində əlinizdən bir 
yolluq  aldılar.  Nə  qədər  ki,  haqq,  ədalət  bərpa  olunmayıb,  torpaqlarımız  alınmayıb,  nə  dirilərin  ürəyi,  nə  də 
Ģəhidlərin ruhu rahatlıq tapacaq. Ermənilər belə faciəni yaĢamıĢ olsaydılar dünyanı ayağa qaldırardılar. 
Yalnız böyük siyasətçi ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu faciə siyasi qiymətini 
ala bildi.  Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral  "Xocalı soyqırımı  və  milli  matəm 
günü" elan olundu, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin qərarı ilə hər il fevral ayının 26-sı saat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə