Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
122 
17:00-da  Azərbaycan  Respublikasının  ərazisində  Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  ehtiram  əlaməti 
olaraq sükut dəqiqəsi  elan  edildi. Erməni silahlı qüvvələri Dağlıq Qarabağı bütövlükdə  və 7 rayonu qan tökə-
tökə iĢğal etdi. Bu iĢğal nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilmiĢ, 50 min nəfərdən çox insan əlil 
olmuĢ, 4 mindən çox insan əsir və itkin düĢmüĢ, girov götürülmüĢdür. Bır milyondan çox Azərbaycan vətəndaĢı 
öz  ata-baba  yurdlarından  qovularaq  məcburi  köçkünə  çevrilmiĢdir.  Bütün  dünyanın  gözü  qarĢısında  bu 
vəhĢilikləri  törədən  ermənilər  heç  bir  beynəlxalq  qanuna,  hüquqi  normalara  məhəl  qoymur  və  dünya  susur. 
Dünya susduqca onlar daha da azğınlaĢır və Azərbaycanın maddi və mənəvi sərvətlərini qəddarcasına talan edir, 
od vurub yandırırlar. Bu alovun dilləri göylərə bülənd olduqca Azərbaycanın dərdini dünyaya hayqırır, təəssüf, 
çox  təəssüf  ki,  dünya  bu  hayqırtını  ya  eĢitmir,  ya  da  eĢitmək  istəmir.  Ümummilli  liderimiz  Heydər  Əliyev 
Xocalı soyqırımı haqqında demiĢdir: "Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhĢətli kütləvi 
terror aktlarından biri kimi daxil oldu"(6). 
Bu hərbi-siyasi cinayət zamanı 8 ailə tamamilə  məhv  edildi, 25 uĢaq hər iki  valideynini, 130 uĢaq isə 
valideynlərindən  birini  itirdi,  56  nəfər  Ģəhid  oldu,  xüsusi  amansızlıq  və  qəddarlıqla  diri-diri  yandırıldı. 
Ümumiyyətlə, iĢğala haqq qazandırmaq üçün erməni təbliğatçılarının ortaya atdığı saxta ərazi iddiaları zaman-
zaman  xalqımıza  böyük  bəlalar  gətirdi.  Təəssüf  ki,  Ermənistanın  hərbi  təcavüzü  dünya  ictimaiyyəti  tərəfindən 
ittiham  edilmədi,  bu  dəhĢətli  cinayət  cəzasız  qaldı.  Beynəlxalq  Cenevrə  Konvensiyasına  əsasən,  Ermənistan 
Respublikasına  qarĢı  sanksiyalar  tətbiq  edilməli  olduğu  halda,  bu  cinayətin  iĢtirakçılarının  heç  biri 
cəzalandırılmadı. 
Ġkrah hissi yaradan məsələlərdən biri də Xocalı faciəsini törədən erməni mənfurlarının bu faciə üzərində 
siyasi  oyunbazlıqlarıdır.  Belə  ki,  onlar  xarici  ölkə  mətbuatında  yalanlar  uydurur,  Xocalı  faciəsinin  faktlarını 
qəsdən  əksinə  izah  edir,  heç  bir  əndazəyə  sığmayan  iftiralar  yayırlar:  bu  vəhĢiliyi,  guya,  azərbaycanlılar 
ermənilərə qarĢı edib. Xocalı faciəsi, guya, azərbaycanlıların özləri tərəfindən törədilib. 
Dünya  birliyi  və  beynəlxalq  təĢkilatlar  Ermənistanın  bu  təcavüzünün  qarĢısını  almaq  üçün  vaxtında 
təsirli tədbirlər görmədiyi üçün "həvəslənən" ermənilər Azərbaycan Respublikasının 14 min kv. km (20 %-ni) 
ərazisini iĢğal etdilər (1). 
Ümumiyyətlə,  ermənilərin  Azərbaycana  qarĢı  təcavüzü  zamanı  20  mindən  çox  adam  öldürüldü.  50 
minədək  adam  yaralandı  və  ya  Ģikəst  oldu.  4  min  nəfər  əsir  düĢdü,  yaxud  girov  götürüldü.  1  milyonadək 
azərbaycanlı  ev-eĢiyini  itirdi.  100  mindən  çox  yaĢayıĢ  evi,  1  milyondan  çox  iqtisadi  obyekt,  600-dən  çox 
məktəb  və  tibb  müəssisəsi  yandırıldı,  talan  edildi  və  100  milyonlarla  dollar  dəyərində  Ģəxsi  əmlak,  dövlət 
əmlakı,  maddi  sərvətlər  iĢğal  olunmuĢ  ərazilərdən  Ermənistana  daĢındı.  Erməni  vandalizmi  nəticəsində 
azərbaycanlılara  məxsus  minlərlə  tarix  və  mədəniyyət  abidəsi  dağıdıldı,  muzey  eksponatları  və  kitabxanalar 
məhv edildi. 
Hələ  o  zaman  Azərbaycan  Prezidenti,  ulu  öndərimiz  Heydər  Əliyev  Ermənistan-Azərbaycan,  Dağlı 
Qarabağ  münaqiĢəsinin  nizamlanmasında  beynəlxalq  təĢkilatların  və  dünya  dövlətlərinin  laqeydliyini  önə 
çəkərək  "ATƏT-in  sərhəd  və  ərazilərin  toxunulmazlığı  prinsiplərinə  Azərbaycan  həmiĢə  tərəfdar  olmuĢdur" 
deməklə  beynəlxalq  təĢkilatların.  dünya  səviyyəsində  böyük  nüfuza  malik  dövlətlərin  Ermənistanın  iĢğalçılıq 
siyasətinin qarĢısını almaq üçün təsirli tədbirlər görmədiyini təəssüflə ifadə edirdi (2, s. 10). Ermənistan isə bir 
qayda  olaraq  beynəlxalq  təĢkilatların  və  dünya  dövlətlərinin  bəyanat  və  xəbərdarlıqlarına  məhəl  qoymayaraq 
Dağlıq Qarabağ probleminin həll edilməsinə "kompromislər" bəhanəsi ilə mane olmaqda davam etmiĢdir. 
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Ġlham Əliyevin 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  həllində  qətiyyətli  və  sərt  mövqe  tutması  və  hücum 
diplomatiyasına  üstünlük  verməsi  bu  məsələyə  barmaqarası  baxan  beynəlxalq  təĢkilatların,  xüsusilə  ATƏT-in 
Minsk  Qrupunun  fəaliyyətinin  canlanmasına  səbəb  oldu.  Bu  istiqamətdə  məntiqi  ardıcıllıqla  atılan  qətiyyətli 
diplomatik  addımlar  qarĢı  tərəfi  reallıqla,  ədalətlə  barıĢmağa  məcbur  etməyə  baĢladı.  Hələ  Azərbaycan 
Respublikasının baĢ naziri olarkən Ġlham Əliyev sentyabrın 24-də BMT BaĢ Məclisinin 58-ci sessiyasında çıxıĢı 
zamanı  demiĢdir:  "Azərbaycan  Dağlıq  Qarabağ  münaqiĢəsinin  "mövcud  reallıq"  əsasında  həll  variantı  ilə  heç 
zaman razılaĢmayacaq və torpağının bir qarıĢını belə heç kimə verməyəcəkdir" (3, s. 62). Azərbaycan dövlətinin 
beynəlxalq  təĢkilatlarda  apardığı  diplomatik  səylər  nəticəsində  respublikamızın  ərazi  bütövlüyünün  bərpa 
edilməsində  onu  dəstəkləyən  dövlətlərin  sayı  artsa  da,  ermənilərin  iĢğalçı  siyasəti  günbəgün  ifĢa  edilsə  də, 
Azərbaycan  hökumətinin  haqq  iĢini  dəstəkləyən  dövlətlərin  Ermənistana  təzyiqi  güclənsə  də,  təəssüf  ki, 
Ermənistan-azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  hələ  də  öz  həllini  tapmamıĢdır.  Belə  ki,  Azərbaycan 
dövlətinin   ATƏT-in Minsk qrupu üzvləri ilə, ATƏT üzvü olan dövlətlərlə apardığı fəal və məqsədyönlü iĢin 
Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli və sülh  yolu ilə  həllinə yaxınlaĢdırsa da münaqiĢə hələ  də 
həll edilməmiĢdir. 
1992-ci  ildə  birbaĢa  Xocalı  faciəsinə  baĢçılıq  edən  Serj  Sarkisyan  Ermənistan  prezidenti  seçildikdən 
sonra, elə bu yaxınlarda verdiyi müsahibələrində bir daha bu vəhĢiliyi, bu qəddarlığı törədən "qəhrəman" kimi 
utanmadan, çəkinmədən danıĢır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə