Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
127 
Xocalı faciəsi kollektiv sarsıntı, kollektiv yaddaĢ və  
milli identiklik amili kimi 
 
Rauf QARAGÖZOV 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji 
Araşdırmalar Mərkəzinin əməkdaşı, psixologiya elmləri namizədi. 
 
Xocalı  faciəsinin  müxtəlif  aspektləri  (siyasi,  hüquqi,  sosial  və  s.)  mövcuddur.  Mən  bu  faciənin  bəzi 
psixoloji  və  sosial-mədəni  aspektlərini  vurğulayaraq,  əsas  3  mövzuya  aydınlıq  gətirmək  istərdim:  1.  Xocalı 
faciəsi kollektiv sarsıntı kimi; 2. Kollektiv sarsıntıya yanaĢma növləri; 3. Kollektiv sarsıntının öhdəsindən necə 
gəlməli. 
Mətləbə keçməzdən əvvəl sizlərə hafizənizi yoxlayan bir eksperiment təklif edirəm. Oxuculardan xahiĢ 
edirəm  ki,  bir  dəqiqəlik  diqqətlərini  cəmləyərək  yada  salmağa  çalıĢsınlar:  ilk  dəfə  Xocalı  hadisələri  haqqında 
eĢidəndə harada idilər və nə edirdilər? 
Əminəm ki, azərbaycanlıların əksəriyyəti üçün o gün elə bil "canlı Ģəkil" kimi gözlərinin önündə durur. 
Nə  üçün  hadisədən  18  il  keçməsinə  baxmayaraq  o  gün  bizim  yaddaĢımızda  belə  təfərrüatı  ilə  həkk  olunub? 
Psixoloqlar bu hafizə növünə flashbulb memory, yəni fotoiştq hafizə adı vermiĢlər. Bu cür hafizə insanları Ģoka 
salan  məlumatlara  cavab  reaksiyası  olaraq  meydana  gəlir.  Erməni  silahlı  dəstələrinin  Xocalı  Ģəhərini  məhv 
etməsi barədə səslənən xəbər bizim üçün məhz belə bir sarsıdıcı məlumat olmuĢdur. 
Mən  xüsusilə  vurğulayıram:  bu  hadisə  yalnız  Xocalıda  zorakılığa  məruz  qalmıĢ  insanlar  üçün  deyil, 
həm  də  bu  faciənin  bilavasitə  Ģahidi,  yaxud  iĢtirakçısı  olmayan  bütün  azərbaycanlılar  üçün  psixi  sarsıntı 
törətmiĢdir.  Psixoloqlar  bu  növ  sarsıntını  kollektiv  sarsıntı  adlandırırlar.  Bu  cür  sarsıntı  hansısa  bir  toplum 
üzvlərinə  xas  olan  kollektiv  kimliyə  (identikliyə)  təhlükə  hiss  olunanda  törənir.  1990-cı  ilin  "Qara  Yanvar" 
hadisələrindən  sonra  Xocalı  azərbaycanlıların  bu  cür  iri  miqyasda  ikinci  kollektiv  sarsıntısı  idi.  Kollektiv 
sarsıntıya  məruz  qalmıĢ  cəmiyyətin  emosional  əhvalında,  davranıĢında,  dünyaya  münasibətində  müxtəlif 
dəyiĢikliklər müĢahidə edilir. Məsələn, Ģok vəziyyətində olan cəmiyyət öz təhlükəsizliyinə əmin ola bilmir və öz 
siyasi  rəhbərlərinə  inamını  kəskin  Ģəkildə  itirir.  Bu  isə  öz  növbəsində  siyasi  böhran  vəziyyətini  yarada  bilər. 
Nəticədə,  cəmiyyət,  yaxud  dövlət  iflasa  uğramaq  təhlükəsi  ilə  üzləĢir.  Digər  tərəfdən  kollektiv  sarsıntı  geniĢ 
kütlə arasında çaxnaĢma və təĢviĢ hissləri törədə bilir. O dövrdə hər iki fəsad bizdə yaĢadıldı: həm dərin siyasi 
böhran  müĢahidə  edildi,  həm  də  kütlə  çaxnaĢma  və  təĢviĢ  içində  idi.  Bu  nöqteyi-nəzərdən  ermənilərin  dinc 
əhalini  xüsusi  qəddarlıqla  qətlə  yetirməsi  bir  sıra  məqsədlər  güdürdü:  azərbaycanlılar  arasında  təĢviĢ  yaradıb 
ermənilərin  hücumlarına  qarĢı  müqaviməti  zəiflətmək,  ümumiyyətlə  isə  Azərbaycan  cəmiyyətini  iflic 
vəziyyətinə salmaq və mümkün qədər çox ərazini iĢğal etmək. Bu barədə o zaman Xocalıya basqın edən səhra 
komandiri, hazırda isə Ermənistanın prezidenti Serj Sərkisyan  özü  etiraf edir: "Xocalıya qədər azərbaycanlılar 
hesab  edirdilər  ki,  bizimlə  zarafat  etmək  olar.  Onlar  elə  bilirdilər  ki,  ermənilər  dinc  əhaliyə  əl  qaldırmağı 
bacarmırlar. Biz bu stereotipi qırdıq". Onda həmin o Sərkisyanın bu yaxınlarda Böyük Britaniyanın Beynəlxalq 
Münasibətlər  Ġnstitutunda  çıxıĢı  zamanı  "Biz,  ermənilər  soyqırım  keçirmiĢ  xalq  kimi  bəĢəriyyət  və  tarix 
qarĢısında  soyqırımların  qabağını  almaq  məsələsində  mənəvi  məsuliyyət  daĢıyırıq"  deməsi  istehza  və  hətta 
dünya  ictimaiyyətini  məsxərəyə  qoymaq  deyilsə,  bəs  nədir?  Xocalı  qətliamında  birbaĢa  məsuliyyət  daĢıyan 
keçmiĢ səhra komandirinin dilində səsləndirilən "soyqırım və mənəvi məsuliyyət" kimi sözlər təkcə riyakarlığın 
zirvəsi deyil, bu həm də simvolik bir məna kəsb edir. Necə deyərlər: "Quzu cildində canavar". Bu həm də Avro-
pa  qitəsinin  mərkəzində  sahə  komandiri  və  Bosniya  serblərinin  keçmiĢ  prezidenti  Radovan  Karaciçin 
məhkəməsini təĢkil edən və eyni zamanda, həmin qəbildən olan cinayətləri törədən Sərkisyanın Avropanın digər 
bir  mərkəzində  mötəbər  tribunadan  çıxıĢına  imkan  verən  beynəlxalq  qurumların  qeyri-mükəmməlliyinin  və 
zəifliyinin rəmzidir. Nəyə  görə bunlar baĢ verir? Səbəb nədir? Qərb dünyası  nə  dərəcədə baĢ verən  hadisələri 
qərəzsiz,  yekdil  nöqteyi-nəzərdən,  stereotiplərdən  azad  olaraq  qiymətləndirməyə  hazırdır?  Bunlar  mürəkkəb 
suallardır və cavab tapmaq üçün bir çox məqamlara aydınlıq gətirmək lazımdır. Burada isə mən yalnız kollektiv 
yaddaĢ və identiklik ilə əlaqəsi olan səbəblərə toxunacağam. 
 
Kollektiv sarsıntı və kollektiv yaddaĢ 
 
Yəqin ki, hər bir xalqın tarixində kollektiv sarsıntı törədən hadisələr tapmaq olar. Lakin xalqlar məruz 
qaldıqları kollektiv sarsıntıya yanaĢma tərzində fərqli ola bilirlər. Prinsip etibarilə sarsıntıya müxtəlif yanaĢma 
tərzi mümkündür. Bəzən cəmiyyət hansısa səbəblərə görə aldığı sarsıntını "unudur". Məsələn, azərbaycanlıların 
əksəriyyəti  erməni  quldur  dəstələrinin  XX  əsrin  əvvəllərində  Bakıda,  ġamaxıda,  Qarabağda,  Zəngəzurda  və 
digər yerlərdə yerli əhaliyə qarĢı həyata keçirdikləri qətliamları sovet dövründə, demək olar ki, unutmuĢdular. O 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
128 
qanlı  günlər  haqqında  yaddaĢ  yalnız  yaĢlı  nəslin  hafizəsində  və  nağıl  etdikləri  xatirələrində  cəmlənirdi. 
Maraqlısı bu  idi ki,  o zorakılığın  hətta canlı Ģahidi  olan insanlar baĢ vermiĢ əhvalatları  öz uĢaq  və  nəvələrinə 
danıĢmaqdan  çəkinərdilər.  Ona  görə  çəkinərdilər  ki,  bu  əhvalatlar  sovet  məktəblərində  tədris  olunan  rəsmi 
tarixlə ziddiyyət təĢkil edirdi. Yəni bu əhvalatlar, sosioloqların dili ilə desək, cəmiyyətdə qəbul edilmiĢ "sosial 
çərçivəyə"  yerləĢmirdi.  Sosial  çərçivələr  dövlət,  dini  və  digər  ictimai  qurumlar  tərəfindən  aparılan  "yaddaĢ 
siyasəti" nəticəsində cəmiyyətə bəzən zorla  qəbul  etdirilir. Sovetlərin  "pantürkizm"  və  "panislamizm" Ģüarları 
altında  yeritdikləri  "yaddaĢ  siyasəti"  azərbaycanlıların  (həm  türk,  həm  də  müsəlman  olduqları  üçün)  mədəni 
yaddaĢına və tarixi-ədəbi irsinə xüsusilə amansız olmuĢdur. Nəticədə, XX əsrin sonunda yeni qəddarlıqla tüğyan 
edən, ölüm  və kin-küdurət səpən  erməni  millətçiliyi və separatizmi bizim üçün  gözlənilməz oldu. Hal-hazırda 
ermənilərin azərbaycanlılara qarĢı yenidən alıĢan  düĢmənçiliyi, torpaqlarımıza təcavüzü, törətdikləri zorakılıq, 
ilk növbədə Xocalı qətliamı bizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsində agah olmağa və onu 
kollektiv  yaddaĢda  saxlamağa  məcbur  edir.  Xocalının  yaddaĢımızda  qorunub  saxlanılmasına  artıq  əmin  ola 
bilsək  də,  bizim  üçün  vacib  olan  onun  hansı  Ģəkildə  saxlanılmasından  ibarətdir.  Bu,  müəyyən  mənada  həm 
bizim  milli  identikliyimizin  inkiĢaf  perspektivlərini,  həm  də  dünya  ictimaiyyətinin  Xocalı  faciəsinə 
münasibətini müəyyən edir. Sarsıdıcı hadisənin yadda saxlanılması iki formada baĢ verə bilər. Psixoloqların dili 
ilə  desək:  "təsirə  impulsiv  cavab  vermə"  («импульсивное  отреагирование»  (acting  out))  və  "sarsıdıcı 
təcrübənin üzərində çalıĢma" («проработка (work through) травмирующего опыта») formasında. 
Götürək  "təsirə  impulsiv  cavab  vermə"  variantını:  bu  halda  yaĢanmıĢ  sarsıntı  yaddan  çıxmır.  Əksinə, 
sarsıntı  törətmiĢ  hadisə  bir  növ  bəslənir  (daim  xatırlanır,  yaddaĢlara  həkk  edilir),  əbədiləĢir.  Ancaq,  bununla 
yanaĢı,  icma  arasında  sarsıdıcı  hadisəni  törətmiĢ  səbəblərin,  onun  nəticələrinin  sərbəst, azad  Ģəkildə,  müxtəlif 
mövqelərdən çıxıĢ edərək müzakirəsi qadağan olunur və hər vasitə ilə bundan boyun qaçırılır. Sarsıntı törətmiĢ 
hadisə hansısa siyasi məqsədlərə nail ol-maq üçün məqsədli Ģəkildə istifadə olunur. Sarsıdıcı hadisələri dərindən 
dərk  etmə  imkanı  qapanır,  bloklanır.  Nəticədə,  hadisəyə  düzgün  qiymət  verə  bilməyən  toplumun,  xalqın 
gələcəkdə  yenidən  bu  cür  sarsıdıcı  hadisələrlə  qarĢılaĢması  təhlükəsi  aradan  götürülür.  Erməni  kollektiv 
yaddaĢının  təhlili  mənə  tam  əminliklə  iddia  etməyə  əsas  verir  ki,  bu  topluma  kollektiv  sarsıntıya  yanaĢma 
tərzinin  məhz bu  variantı xasdır. Tarixən belə  olmuĢdur ki,  ermənilərin  kollektiv  yaddaĢının sosial çərçivələri 
erməni kilsəsi tərəfindən cızılmıĢ və ruhanilər tərəfindən ilk tarixi rəvayətlər tərtib edilmiĢdir. Mənim burada bu 
rəvayətləri  geniĢ  Ģəkildə  təhlil  etmək  imkanım  yoxdur  (bunu  baĢqa  yerdə  artıq  qeyd  etmiĢəm).  Lakin  deyə 
bilərəm  ki,  bu  rəvayətlərin  əsas  ideyasını  "ermənilərin  daima  düĢmənlərin  əhatəsində  yaĢayıb  incidilən  xalq 
olması"  təĢkil  edir.  Əgər  onların  tarixi  rəvayətlərini  oxusanız,  orada  digər  xalq  və  konfessiyaların 
nümayəndələrinə  qarĢı  nə  qədər  kin  və  nifrət  dolu  mətnlərin  olduğunu  görərsiniz.  Nəticədə,  erməni  kollektiv 
yaddaĢının  formaları  kollektiv  sarsıntını  produktiv  Ģəkildə  dəf  etməyə  deyil,  daha  çox  özlərinin  real  və 
uydurulmuĢ  məĢəqqətlərini  yadda  saxlamağa,  kultlaĢdırmağa  və  hətta  onlardan  həzz  almağa  yönəlmiĢdir. 
Kollektiv  yaddaĢın  digər  konfessiyaların  nümayəndələrinə  qarĢı  nifrət  hissi  oyadan  məhz  bu  xüsusiyyətləri 
ermənilər  arasında  sonradan  onlar  üçün  acı  nəticələrə  gətirib  çıxarmıĢ  türkəfobiyanın  geniĢ  intiĢarına  səbəb 
olmuĢdur.  Vaxt  ötdükcə  özlərinin  qurban  obrazını  təbliğ  edən  rəvayətlərin  hazırlanması  üzrə  geniĢ  Ģəbəkə 
yaradaraq,  siyasi  məqsədlərinə  çatmaq  üçün  erməni  təĢkilatları  Qərb  auditoriyasının  stereotipləri  və 
zehniyyətlərindən  bacarıqla  istifadə  edərək  qurbanlara  təbii  mərhəmət  hissini  istismar  etməyə  müvəffəq 
olmuĢlar.  Tarixi  detallardan  xəbərsiz  Qərb  ictimai  fikrinin  özü  çox  zaman  ermənilərin  fakt  və  obrazlarla 
manipulyasiyasının qurbanı olur. Misal üçün, "Nyu-York Tayms"ın ("New York Times") 3 mart 1992-ci il və 
"Taym"ın ("Time") 16 mart 1992-ci il tarixli saylarında dərc olunmuĢ informasiyaya nəzər yetirmək kifayətdir. 
Həmin  yazılarda  Xocalı  faciəsindən  bəhs  olunarkən  "xristian  Ermənistan"  və  "müsəlman  Azərbaycan"  kimi 
epitetlərdən  istifadə  olunmuĢ  və  belə  təəssürat  yaranmıĢdır  ki,  guya  müharibə  universal  bəĢəri  qanunların 
pozulması ilə müĢayiət edilmir və dini xarakter daĢıyır. Ġqtibas gətirə bilmədiyim digər yazılarda isə hadisələr 
elə təsvir olunur ki, sankı reportyorlar ermənilərin bu cür vəhĢilik törədə biləcəyinə inanmırlar. 
Qurban  obrazı  -  uduĢlu  obrazdır.  Buna  görə  də  bu  obraza  uyğun  gəlməyən  bütün  fakt  və  hadisələr 
erməni identikliyinin mühafizəkarları tərəfindən müqavimət və aqressivliklə qarĢılanır. Onlar hər vəchlə bu fakt 
və  hadisələri  gizlətməyə,  yaxud  diskreditasiya  etməyə  çalıĢırlar.  Təsadüfü  deyil  ki,  erməni  quldur  dəstələri 
tərəfindən  Xocalıda  törədilmiĢ  cinayətləri  ermənilər  inkar  edir,  cinayətkarları  müdafiə  etmək  və  onların 
hərəkətlərinə  bəraət  qazandırmaq  məqsədilə  hər  cür  saxtakarlığa  və  uydurmalara  yol  verir,  hətta 
azərbaycanlıların  özlərini belə xocalıların  qətliamını təĢkil  etməkdə ittiham  edirlər. Ġnanmıram ki, Sərkisyanın 
Böyük  Britaniyanın  Beynəlxalq Münasibətlər Ġnstitutunda söylədiyi fikirlərlə təhlükəsizliyə bu cür nail  olmaq 
olar.  Əslində,  ermənilər  bu  cinayəti  törətməklə  nəinki  azərbaycanlıların,  hətta  bütün  qafqazlıların  nifrətini 
qazanaraq, yenidən özlərini həyəcanla qisas gününü gözləməyə məhkum etdilər. 
Nəhayət,  "sarsıdıcı  təcrübənin  üzərində  çalıĢma"  variantı.  Burada  kollektiv  sarsıntı  yaddaĢda  qorunur. 
Ən  önəmlisi  odur  ki,  bu  variantda  cəmiyyətin  özü  aldığı  sarsıntı  ilə  iĢləməyə  hazırlıq  nümayiĢ  etdirir.  Bunun 
üçün cəmiyyətdə sarsıdıcı hadisələrin baĢ vermə səbəblərinin aĢkarlanmasına, buna gətirib çıxarmıĢ amillərin və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə