Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
129 
hadisələrin  nəticələrinin  dərk  edilərək,  baĢ  vermiĢlərə  görə  mənəvi  məsuliyyəti  müəyyən  etməyə 
istiqamətlənmiĢ  geniĢ  və  hərtərəfli  müzakirələrə  Ģərait  yaradılır.  Bu  cür  yanaĢma  nəticəsində  gələcəkdə  belə 
hadisələrin  təkrarlanmaması  üçün  cəmiyyət  öz  təcrübəsindən  dərs  almaq,  onu  anlamaq  imkanı  qazanır.  Bu, 
sarsıntının  bu  cür  produktiv  çalıĢması  nəticəsində  onun  sosial  qazanca  çevrilməsi  variantıdır.  Yuxarıda 
dediklərimizin əsasında hansı nəticəyə gəlmək olar? 
Əgər  biz  kollektiv  sarsıntının  öhdəsindən  səmərəli  Ģəkildə  gəlmək  istəyiriksə,  onda  insanda  -  onun 
emosiyaları,  hissləri  və  düĢüncələrində  cəmlənmiĢ,  fokuslaĢdırılmıĢ  səmimiyyəti  və  həqiqəti  əks  etdirəcək, 
insanın vicdanını oyada biləcək təəssüratların yeni, daha da düĢünülmüĢ izahının və Ģərhinin yaradılması üçün 
Xocalı hadisələrinin geniĢ və azad ictimai müzakirələrinin keçirilməsinə nail olmalıyıq. 
Bizdə,  təəssüf  ki,  hələ  belə  məzmunlu  izahlar  çox  azdır.  Xocalı  hadisələrinin  əsasən,  belə  deyək, 
"formal"  və  "emosional"  formada  iĢıqlandırılması  mövcuddur.  Halbuki,  Ģəxsi,  fərdiləĢdirilmiĢ  sənədli  və  ya 
bədii  hekayələr  oxucunun  duyğularına  toxunar,  analitik  materiallar  isə  məntiqi  düĢünməyə  və  hadisələrin  əsl 
mahiyyətini dərk etməyə xidmət edə bilər. Beləliklə: 
1.  Biz  gərək  öz  tariximizi  həm  özümüzə,  həm  də  dünya  ictimaiyyətinə  düzgün  danıĢmağı  öyrənək. 
"Quzu  cildində  canavar"  olan  erməni  millətçiliyinin  ifĢa  olunması  üçün  biz  məsuliyyət  daĢıyırıq;  2.  Siyasi 
hakimiyyətin  beynəlxalq  strukturları  ənənəvi  stereotiplərin,  zehniyyətlərin,  geosiyasi  və  iqtisadi  maraqların 
təzahürünə  daha  həssas  yanaĢmalıdırlar.  Heç  bir  geosiyasət  insan  vicdanı  ilə  tənzimlənən  qanun  və  mənəvi 
dəyərləri  ləğv  etməli  deyil.  Cinayətlər  cəzasız  qalmamalı,  cinayətkarlar  isə  mühakimə  olunmalıdırlar.  Əks 
təqdirdə nüfuzlu təĢkilatların tribunalarından onların çıxıĢlarına qulaq asmaq kimi biabırçı məcburiyyətlə üzləĢə 
bilərik. 
 
“Analitik baxıĢ”.-2010.-№1.-S.13-16. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
130 
 
Xocalı soyqırımı Ermənistanın həyata keçirdiyi məqsədli və  
düĢünülmüĢ siyasət kimi qiymətləndirilməlidir 
 
Tahirə ALLAHYAROVA 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar  
Mərkəzinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru. 
 
Soyqırım  insanlığa  qarĢı  cinayət,  insanın  varlığını  alt-üst  edən,  yaĢamını  sarsıdan  dəhĢətdir.  Soyqırım 
həm də hər Ģeydən əvvəl bir siyasətdir. Cinayət və dəhĢətin tarix boyu məqsədyönlü Ģəkildə, son təfərrüatlarına 
qədər  planlaĢdırılmasını,  onun  həyata  keçirilməsini  təmin  edən  dövlətin  konkret  siyasəti  olmuĢdur.  Deməli, 
soyqırım xronoloji zaman baxımından əvvəlcə verilən siyasi bir qərardır. Buna görə də insanlığa qarĢı olan bu 
qəsd  siyasətinin  qarĢısını  almaq  üçün  ilk  növbədə  dünya  dövlətlərinin  soyqırıma  siyasi  qiymət  verməsi  ən 
mühüm  məsələ  kimi  gündəmdə  durur.  Soyqırımın  dayandırılması,  ona  son  qoyulması  üçün  ilk  növbədə 
beynəlxalq  birlik  siyasi  iradə  ortaya  qoymalıdır.  Əks  təqdirdə  bəĢəriyyət  əsrlər  boyu  olduğu  kimi  hər  dəfə 
soyqırım  baĢ  verdikdən  sonra  onun  günahkarlarını  cəzalandırmağa,  qurbanlarını  müdafiə  etməyə,  müdhiĢ  və 
dəhĢətli maddi-mənəvi, psixoloji-hüquqi nəticələrini aradan qaldırmağa hələ çox zaman sərf edəcəkdir. 
Soyqırım  qurbanlarının  sayı  milyonlar  olsa  da,  bu  gün  onu  törədənlərin  cəzalandırılması  sahəsində 
beynəlxalq praktikada yalnız bir-iki faktın mövcud olması, itirilmiĢ zaman və insan həyatları ilə müqayisədə ona 
siyasi qiymət verilməsində yekdilliyin olmaması deyilənlərin ən aĢkar sübutudur. 
Soyqırıma  siyasi  qiymət  vermək  üçün  ilk  növbədə  onun  düĢünülmüĢ  siyasət  olduğunu  vurğulamaq, 
dövlət siyasəti səviyyəsində həyata keçirilməsini pisləmək və bu yöndə vahid beynəlxalq cəbhədən çıxıĢ etmək 
ən  zəruri  məsələdir.  Bu,  dünyanın  təkcə  xocalılarla  deyil,  həm  də  soyqırımı  yaĢayan  və  onun  nəticələrinin 
ədalətli həllini gözləyənlərlə həmrəy olduğunu bəyan etmək deməkdir. 
Bu  baxımdan  soyqırımın  siyasi  aspektləri  dedikdə  biz  aĢağıdakı  məsələlərin  geniĢ  təhlili  və 
müzakirəsini vacib hesab edirik: 
1)  Soyqırım  siyasətini  həyata  keçirən  konkret  dövlətin  fəaliyyətini  birmənalı  pisləmək  əvəzinə,  onu 
dəstəkləmək və ya susmaq kimi mövqelərin mövcudluğunun səbəbi nədir və onu necə aradan qaldırmaq olar? 
2) Soyqırım aktına ikili standartlarla yanaĢmanın mövcud nəticələri nədir və beynəlxalq perspektivləri 
necə ola bilər? 
3) Xocalı soyqırımına ədalətli siyasi qiymətin verilməsi Ermənistanın dünyaya qəbul etdirməyə çalıĢdığı 
"uydurma genosid" mifinin ifĢa edilməsi baxımından nə kimi əhəmiyyəti ola bilər? 
4)  Soyqırım  gerçəkliklərini  təbliğ  etmək  üçün  adi  insanların,  qlobal  vətəndaĢ  cəmiyyətinin,  həqiqətin 
tərəfində  olan  hər  kəsin  səylərini  bir  arada  necə  səfərbər  etmək  olar?  Soyqırım  siyasətinə  münasibətdə  aĢkar 
mövqe və vahid prinsipdən çıxıĢ etmək dövlətlərlə yanaĢı, hər bir Ģəxsin də insanlıq borcudur. 
5)  Nəhayət,  bu  gün  tədqiqatçılar  belə  bir  fikir  söyləyirlər  ki,  siyasətin  bütün  sahələri  kimi,  genosid 
siyasəti də transformasiyaya uğrayır. Yəni birbaĢa törədilən soyqırım hadisəsinin hazırda dolayısı ilə baĢ verən 
soyqırım siyasətinə çevrilməsinə meyil müĢahidə edilməkdədir. Burada ən mühüm məsələ konkret dövlətin öz 
genosid siyasətini hər vəchlə ört-basdır etmək, beynəlxalq ictimai rəyi yanlıĢ istiqamətə yönəltmək, beynəlxalq 
siyasətin isə buna ikili standartlarla Ģərait yaratmaq cəhdləridir. Bütün bunlar isə bizi belə bir acınacaqlı məntiqi 
nəticəyə gəlməyə vadar edir: genosidin siyasi qiymət almaması onun latent Ģəkildə davam etməsi deməkdir. 
Azərbaycan xalqı öz vicdanının səsini eĢidərək Xocalı haqqında həqiqəti yazan, indiki və gələcək nəsil 
qarĢısında öz insaniyyət və vəzifə borcunu Ģərəflə yerinə yetirən, dünyanın müxtəlif ölkələrində yaĢayan hər bir 
həqiqət tərəfdarına dərin ehtiramını bildirir. Bu o deməkdir ki, həqiqətə faciədən 18 il sonra da biganə qalanlarla 
yanaĢı, bu gün olduğu kimi 18 il bundan əvvəl də ədalətin tərəfində duraraq onu dəyərləndirə bilən, müharibədə 
olan tərəflərin heç birinə aid olmasa da, təkcə 18 illik tarixin deyil, ümumiyyətlə, soyqırım tarixinin qarĢısında 
alnıaçıq olan insanlar var. 
Ötən  əsrin  1905-1907,  1918-1920  və  1948-1953-cü  illərində  törədilmiĢ  kütləvi  erməni  terrorları 
silsiləsinin  davamı  olaraq,  1988-ci  ilin  ilk  aylarında  baĢ  qaldıran  erməni  separatizminin  dərin  tarixi  kökləri 
vardır.  Ġki  əsr  öncə  Çar  Rusiyasının  təhriki  və  birbaĢa  yardımı  ilə  tarixi  Azərbaycan  vilayətlərində 
məskunlaĢdırılan erməni əhalisi 1918-ci ildə bu torpaqlarda əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq 
oldu, beĢ il sonra isə əsassız iddiasını Dağlıq Qarabağa muxtar vilayət statusu almaqla təmin etdi. Sonrakı 50 il 
ərzində vilayət ərazisində hətta siyasi muxtariyyət əldə etməyə müvəffəq olan ermənilərin hökmranlığına yalnız 
ötən əsrin 70-ci illərinin əvvəllərində son qoyuldu. 
22 il öncə baĢlayan savaĢ yüzilliklər boyu davam edən erməni məkrinin növbəti mərhələsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə