Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   73   74   75   76   77   78   79   80   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
131 
1988-ci  ildən  təcavüzkar  erməni  separatizminin  ərazi  iddiaları  azərbaycanlıların  qədim  torpaqlarından 
kütləvi  deportasiyasına, çoxsaylı terror aktlarının törədilməsi  və tammiqyaslı amansız  müharibəyə səbəb  oldu. 
On  minlərlə  insan  həlak  oldu,  əlil  vəziyyətinə  düĢdü,  yüz  minlərlə  soydaĢımız  qaçqın  və  məcburi  köçkünə 
çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləĢmələri tərəfindən iĢğal edildi. 
18 il bundan əvvəl fevralın 25-də dörd aydan çox mühasirədə yaĢayan Xocalı əhalisi növbəti mühasirə 
gününün  baĢlayacağını,  səhərin  açılmasını  gözləyirdi.  1991-ci  ilin  noyabr  ayından  Ģəhər  blokadaya  alınmıĢdı. 
Mühasirədə olan bir Ģəhərin sakinlərinin təpədən dırnağadək silahlanmıĢ erməni hərbçiləri üçün nə qorxusu ola 
bilərdi ki? Bəli, 1992-ci ilin Ģaxtalı 26 fevral səhəri xocalıların Xocalıdakı son səhəri oldu. Özü də öz dəhĢətli 
mənzərəsi ilə yaddaĢlarda silinməz bir iz qoydu... 
Fevralın  25-dən  26-na  keçən  gecə  Xocalı  sakinlərinin  qəddar  qətliamının  həyata  keçirilməsinə  artıq 
siyasi qərar verilmiĢdi. 1992-ci il fevralın 26-da qədim Xocalı Ģəhəri misli görünməmiĢ qəddarlıqla Yer üzündən 
silindi. Bu dəhĢətli qətliamı hər bir azərbaycanlı bu gün də ürək ağrısı ilə xatırlayır. 
Xocalı  sakinlərinə  qarĢı  soyqırım  aktının  Dağlıq  Qarabağ  bölgəsinin  iĢğalı  zamanı  Ermənistan 
Respublikasının  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasətinin  yeni  bir  mərhələsini  təĢkil  etməsi  aĢkar  bir 
gerçəklikdir.  Xocalı  faciəsi  iki  yüz  ildən  çox  bir  müddətdə  erməni  millətçiləri  tərəfindən  xalqımıza  qarĢı 
aparılan  etnik  təmizləmə  və  soyqırım  siyasətinin  qanlı  səhifəsidir.  Müxtəlif  vaxtlarda  fərqli  Ģəkildə,  xüsusi 
riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilməmiĢ, gah qanlı toqquĢmalara səbəb olmuĢ, 
gah  da  dövrün  tələblərinə  uyğun  ideoloji  forma  ilə  pərdələnmiĢdir.  Bu  dəhĢətli  cinayət  əməlinin  məqsədi 
Xocalını  Yer  üzündən  silməklə  Azərbaycan  torpaqlarının  iĢğalını  asanlaĢdırmaq  olmuĢdur.  Bununla  birlikdə 
bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı 
faciəsindən  sonra  özünə  gələ  bilməyən  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinin  iĢğalını  qısa  müddətdə  baĢa 
çatdırmıĢ və ətraf rayonların zəbt edilməsi planlarının icrasına baĢlamıĢdır. 
Dünyada  soyqırım  həm  hüquqi,  həm  də  siyasi  aspektlərdən  kifayət  qədər  öyrənilmiĢdir.  Belə  qənaətə 
gəlmək mümkündür ki, onun qarĢısını siyasi qiymətləndirmə ilə əvvəlcədən almaq mümkündür. Belə olan halda 
cavabını gözləyən aĢağıdakı suallar ortaya çıxır: Bəs onda dünya birliyi nəyi gözləyir? Niyə ikili standartlardan 
çıxıĢ edərək qərəzli mövqe nümayiĢ etdirir? Hələ neçə soyqırım baĢ verməlidir ki soyqırım qurbanlarının haqq 
səsi eĢidilsin? 
XXI əsrdə Xocalıda baĢ vermiĢ soyqırıma siyasi qiymət verilməmiĢdirsə, deməli, o, hələ də davam edir. 
Soyqırımı  gerçəkləĢdirən  dövlət  -  Ermənistan  bu  faktı  inkar  edir.  MüdhiĢ  riyakarlığa  əl  ataraq  günahkarların 
cəzalandırılmasına  maneə törədir. Bu  gün Xocalıda törədilmiĢ  qanlı  hadisələrin baĢ aktyorları  - cinayətkarları 
Ermənistanda  mühüm  dövlət  postları  tuturlar.  Serj  Sərkisyan  hazırda  iĢğalçı  Ermənistan  Respublikasının 
prezidentidir. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S. Ohanyan general paqonları gəzdirir. Cinayətin 
digər  iĢtirakçıları  da  oyuncaq  qurumda  və  Ermənistanda  müxtəlif  vəzifələr  tuturlar.  Xocalı  soyqırımını  və 
əməliyyatlarda iĢtirakını təsdiq edən S. Sərkisyan Böyük Britaniyanın Chatam Haus beyin mərkəzində qurumun 
rəhbəri  Robertsona  özünün  "silah  yoldaĢı"  kimi  müraciət  edəndə  biz  riyakarlıq  və  cinayətin,  ikili  mövqelərin 
son həddi ilə üzləĢirik. Lakin buna etirazları görmürük. Bu, dözülməz vəziyyətdir. 
Ermənistanın  sabiq  prezidenti  Robert  Köçəryan  Avropa  ġurasının  mötəbər  kürsüsündən  dünya 
ictimaiyyətinə xitabən Dağlıq Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iĢtirakından fəxr 
duyduğunu bildirir. Hərbi cinayətdə iĢtirak  edən R. Köçəryan, əslində, bununla soyqırım aktına birbaĢa rəvac 
verdiyini  təsdiqləmiĢdir.  Bu  faktları  Xocalıda  baĢ  verən  qanlı  hadisələrin  Ermənistan  rəhbərliyi  tərəfindən 
əvvəlcədən planlaĢdırıldığını və həyata keçirildiyini təsdiq etdiyi üçün qeyd edirik. 
Burada onu da vurğulamaq istərdik ki, Xocalı hadisələrinə bəzi dünya ölkələri hələ zamanında ədalətli 
siyasi münasibət bildirmiĢdir. Belə ki, soyqırım baĢ verdiyi müddətdə Ağ Ev və ABġ Konqresi baĢda olmaqla 
bəzi  Avropa  və  Amerika  rəsmiləri  bu  soyqırımı  bəĢəriyyətə  qarĢı  cinayət  kimi  qiymətləndirmiĢdilər.  QardaĢ 
Türkiyənin bu istiqamətdəki fəaliyyəti baĢqalarına nümunə ola biləcək dərəcədə xüsusilə seçilmiĢdir. 18 il əvvəl 
Türkiyənin  Ġstanbul,  Ankara,  Ġzmir,  Ərzurum,  Qars,  Ġğdır  və  baĢqa  Ģəhərlərində  keçirilən  mitinqlərdə  türk 
milləti  hər zaman  Azərbaycanın  yanında olduğunu  və onun  haqq iĢini  dəstəklədiyini bir daha təsdiq  etmiĢdir. 
Bundan baĢqa, qardaĢ Türkiyədə artıq erməni canilərinin beynəlxalq məhkəmədə cəzalandırılması istiqamətində 
addımlar  atılıb.  Bir  müddət  öncə  Türkiyənin  "Əsassız  soyqırım  iddialarına  qarĢı  cəmiyyət"i  Xocalı 
soyqırımındakı cinayətlərinə görə S. Sərkisyanın və R. Köçəryanın Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi 
təĢəbbüsü ilə çıxıĢ ediblər. 
Ġtaliya parlamenti  də Dağlıq Qarabağ  münaqiĢəsi  ilə  bağlı  Azərbaycanın  haqlı  mövqeyini  dəstəkləyən 
qətnamə  qəbul  edib.  Xatırladaq  ki,  Ġtaliya  Avropa  ölkələri  arasında  Almaniyadan  sonra  Dağlıq  Qarabağ 
münaqiĢəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir. 
Ġslam  Konfransı  TəĢkilatının  Xocalı  soyqırımı  ilə  bağlı  qəbul  etdiyi  xüsusi  qətnamə  beynəlxalq 
təĢkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarĢı cinayət" kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə