Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   73   74   75   76   77   78   79   80   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
133 
"Böyük Ermənistan" yaratmaq məqsədilə belə siyasətin həyata keçirilməsi bir çox cəhətlərə görə faĢizmin siyasi 
və  nəzəri  mahiyyəti  ilə  eynilik  təĢkil  edir.  Ermənistanın  bu  məsələni  beynəlxalq  siyasətdə  ümumən  qəbul 
olunmuĢ  prinsiplərə  uyğun  olaraq  həll  etmək  istəməməsi,  Azərbaycan  xalqının  soyqırımını  tanımaması,  iĢğal 
altında olan torpaqları azad etməməsi ilk növbədə onun qonĢu ölkələrlə münasibətini normallaĢdırmağa imkan 
verməyəcək  və  regionda  bundan  sonra  da  müxtəlif  dövlətlərin  öz  maraqlarını  manipulyasiya  etməsinə  Ģərait 
yaradacaq". 
 
“Analitik baxıĢ”.-2010.-№1.-S.17-21. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
134 
 
Xocalı soyqırımının hüquqi təhlili 
 
Dilbadi QASIMOV 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar  
Mərkəzinin əməkdaşı, Strasburq Universitetinin hüquq elmləri doktoru. 
 
Tarix boyu baĢ vermiĢ silahlı münaqiĢələrin səbəbləri fərqli olsa da, onların nəticələri çox zaman dinc 
əhalinin  kütləvi  Ģəkildə  öldürülməsi  ilə  səciyyələnir.  Bu  cür  qətliamlar  bəzən  təsadüf,  diqqətsizlik  və  ya 
yanlıĢlıq səbəbindən baĢ verdiyi halda, bir çox hallarda bilərəkdən və ya düĢünülmüĢ Ģəkildə törədilir. Burada 
məqsəd qarĢı tərəfə sarsıdıcı, fiziki və psixoloji zərbə vurmaq olur. Bu halda artıq söhbət soyqırım cinayətindən 
gedir. 
Azərbaycan  xalqı  da  soyqırım  fəlakəti  ilə  üzləĢmiĢdir.  Yəni  25-26  fevral  1992-ci  il  tarixində  erməni 
silahlı  qüvvələri rus ordusunun  dəstəyi ilə  Azərbaycanın Xocalı Ģəhərinə basqın  edərək gecə  ikən dinc əhalini 
kütləvi Ģəkildə qətlə yetirmiĢdir. Bu qətliam nəticəsində Ģəhər tamamilə dağıdılmıĢ, orada yaĢayan insanlar isə 
amansız Ģəkildə öldürülmüĢdür. Xocalı qətliamı müharibə Ģəraitində baĢ versə də, onu müharibə Ģəraitində baĢ 
vermiĢ digər qətl hallarından fərqləndirmək lazımdır. Çünki o, yuxarıda da qeyd olunduğu kimi, təsadüf və ya 
ehtiyatsızlıq səbəbindən deyil, məhz bilərəkdən və düĢünülmüĢ Ģəkildə həyata keçirilmiĢdir. 
Soyqırım  ifadəsi  ilk  dəfə  1944-cü  ildə  yəhudi  əsilli  amerikalı  alim  Rafael  Remkin  tərəfindən 
iĢlədilmiĢdir.  Bu  ifadə  III  Reyx  tərəfindən  yəhudi  əsilli  insanların  kütləvi  Ģəkildə  məhv  edilməsinə  istinadən 
yaradılmıĢdır. Soyqırım və ya genosid ifadəsi yunan dilində olan genos, yəni "soy" sözü ilə latın mənĢəli cide, 
yəni  "öldürmək,  məhv  etmək"  sözlərinin  birləĢməsindən  əmələ  gəlmiĢdir.  Bu  ifadə  1945-ci  ildə  Nüremberq 
tribunalı  tərəfindən  müharibə  cinayətkarlarının  günahlandırılması  üçün  istifadə  edilmiĢdir.  1946-cı  ildə  BMT-
nin BaĢ Assambleyası tərəfindən qəbul olunmuĢ 96 (I) nömrəli qətnamədə soyqırım anlayıĢına aĢağıdakı kimi 
tərif verilmiĢdir: "Qətl halı bir nəfərin öldürülməsi olduğu halda, soyqırım bir qrup insanı yaĢamaq hüququndan 
məhrum etmək deməkdir". 
Bu  tərifdə  göstərilənə  əlavə  olaraq  qeyd  etmək  lazımdır  ki,  qətliamın  soyqırım  kimi  tanınması  üçün 
onun rəsmi Ģəkildə  qərara alınması  və bilərəkdən bir qrup insanın  öldürülməsi  məqsədi  ilə  həyata keçirilməsi 
Ģərtdir.  Bu  halda  öldürülmüĢ  insanların  sayca  çox  olmaları  vacib  deyildir.  Yəni  düĢünülmüĢ  Ģəkildə  bir  qrup 
insanın məhv edilməsi nüansı soyqırımı müharibə və insanlığa qarĢı digər cinayətlərdən fərqləndirir. Çünki bu 
halda soyqırım cinayətini törədənin məqsədi sadəcə bir Ģəxsi deyil, bütövlükdə onun aid olduğu qrupu da məhv 
etməkdir. 
Bir  qrup  insanın  düĢünülmüĢ  Ģəkildə  məhvi  ilə  nəticələnən  təqib  halları  müəyyən  fərqli  formalarda 
olduqları  üçün  soyqırımın  hansı  halda  baĢ  verməsini  dəqiqləĢdirmək  lazımdır.  KeçmiĢ  Yuqoslaviyaya  dair 
aparılan  məhkəmənin  qanunvericiliyinə  əsasən  insanların  kütləvi  Ģəkildə  öldürülməsinin  soyqırım  kimi  qəbul 
olunması  üçün  həmin  insanların  hansısa  ümumi  xüsusiyyətlərə  malik  olmaları  və  onların  məhz  həmin 
xüsusiyyətlər  səbəbindən  öldürülməsi  Ģərtdir.  Bu  xüsusiyyətlər  aĢağıdakılardır:  dini,  etnik,  milli  və  irqi.  Əks 
halda, misal üçün, bir qrup insanın siyasi baxıĢlarına görə və ya baĢqa səbəblərdən kütləvi Ģəkildə təqib edilməsi 
soyqırım  kimi  qəbul  edilmir.  Yəni  sadalanan  dörd  Ģərtdən  biri  sübut  olunmadığı  təqdirdə  soyqırımdan  söhbət 
gedə bilməz. 
Göstərilən  bu  Ģərtlər  9  dekabr  1948-ci  ildə  BMT  tərəfindən  qəbul  olunmuĢ  "Soy-qırım  cinayətlərinin 
qarĢısının  alınması  və  onun  cəzalandırılması  haqqında"  konvensiyada  da  nəzərdə  tutulmuĢdur.  Həmin 
konvensiyanın 2-ci maddəsi aĢağıdakı kimidir: "Hazırkı konvensiyaya əsasən soyqırım milli, etnik, irqi və dini 
bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə həyata keçirilən aĢağıdakı hallardan birinə aid edilir: 
a) bir qrupun üzvlərini öldürmək; 
b) bir qrupun üzvlərinə fiziki və əqli ağır zərbələr vurmaq; 
c) bir qrupu onun tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq; 
d) bir qrupun daxilində doğuĢlara maneə törədən ölçüləri tətbiq etmək; 
e) bir qrupdan baĢqa bir qrupa məcburi olaraq uĢaqları köçürmək
1
".
 
Soyqırım cinayətinin baĢ verdiyini iddia etmək üçün yuxarıda göstərilən Ģərtlərdən biri kifayətdir. 
Konvensiyanın  sözügedən  maddəsi  ilə  əlaqədar  Beynəlxalq  Ədalət  Məhkəməsinə  bir  neçə  iĢ  təqdim 
edilmiĢdir. Bu iĢlərin arasında Bosniya-Hersoqovinanın  Yuqoslaviyaya qarĢı təqdim  etdiyi  iĢ  nəzəri cəlb  edir, 
çünki orada Xocalı soyqırımı ilə əlaqədar ortaya çıxacaq bir sıra suallara cavab tap-maq mümkündür. Yəni bu iĢ 
Azərbaycanın Ermənistana qarĢı beynəlxalq məhkəmə qarĢısında qaldıracağı mümkün iddiaya uyğun gəlir. 
                                                
1
 Bu tərif Beynəlxalq Cinayət Məhkəməsini yaradan Roma Statusunun 6-cı maddəsində də öz təsdiqini tapmıĢdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə