Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   73   74   75   76   77   78   79   80   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
135 
Bildiyimiz kimi, Xocalı soyqırımı baĢ verdiyi zaman Ermənistan soyqırım konvensiyasına üzv deyildi. 
Yəni ilk baxıĢdan belə anlaĢıla bilər ki, onun beynəlxalq hüquqa əsasən soyqırım törətməmək öhdəliyi yoxdur. 
Yuqoslaviya  da  məhkəmə  qarĢısında  məhz  bu  amilə  əsaslanaraq  etiraz  edirdi.  Lakin  məhkəmə  həmin  etirazı 
rədd  edərək  bildirdi  ki,  soyqırım  konvensiyasında  nəzərdə  tutulmuĢ  müddəalar  bütün  müasir  cəmiyyətlər 
tərəfindən  tanınmıĢdır  və  bu  müddəalar  dövlətlər  üçün  erga  omnes  dəyərinə  malikdir,  yəni  dövlətlər  heç  bir 
hüquqi  öhdəlikləri  olmadığı  halda  belə  soyqırım  törətməkdən  boyun  qaçırmalıdırlar.  BaĢqa  bir  tərəfdən  isə 
soyqırımın  rədd  edilməsi  prinsipi  bəĢəri  bir  dəyərdir,  o  beynəlxalq  hüququn  ən  ali  prinsiplərindən  olub  jus 
cogens (yəni bütün dövlətlər üçün məcburi olan) keyfiyyətinə malikdir.

Beynəlxalq  Ədalət  Məhkəməsinə  görə,  soyqırım  konvensiyası  həm  dövlətlərə  soyqırım  törətməyi 
qadağan  edir, həm  də  onlara soyqırım  cinayətinin baĢ verməsinin  qarĢısını almaq  öhdəliyi tanıdır. Soyqırımın 
qarĢısını almaq dövlətlərə verilmiĢ ayrıca məcburi bir öhdəlikdir və dövlətlər mümkün olan bütün vasitələrdən 
istifadə  edərək  onun  baĢ  verməsinin  qarĢısını  almalıdırlar.  Yəni  soyqırımın  baĢ  verməsindən  xəbərdar  olan 
dövlət onun qarĢısını almaq məqsədilə əlindən gələni etmirsə, o, bu cinayət üçün məsuliyyət daĢıyır. Həmçinin, 
dövlətlər  öz  qanunvericiliyinə  tabe  olmayan,  amma  üzərində  müəyyən  təsiri  olan  insanların  da  soyqırım 
törətməsinin qarĢısını almalıdırlar
3
.
 
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, 
Ermənistan həm düĢünülmüĢ Ģəkildə soyqırım cinayətini törətdiyi, həm də onun qarĢısını almaqda heç bir istək 
nümayiĢ etdirmədiyi üçün məsuliyyət daĢıyır. Bu sonuncu məsuliyyəti Rusiya Federasiyasına da aid etmək olar. 
Əsasən  də  ona  görə  ki,  Rusiya  Xocalı  soyqırımının  baĢ  verəcəyindən  xəbərdar  olduğu  halda,  onun  qarĢısını 
almaq üçün nəinki heç bir addım atmamıĢ, hətta onun tabeliyində olan hərbi hissə bu cinayətin törədilməsində 
fəal iĢtirak etmiĢdir. 
Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi qeyd edir ki, soyqırım cinayəti müəyyən bir qrupun məhv 
edilməsinə  aid  olduğu  üçün  "qrup"  anlayıĢının  hüquqi  tərifini  dəqiqləĢdirmək  vacibdir.  Yəni  soyqırım 
konvensiyasının  2-ci  maddəsində  nəzərdə  tutulan  qrup  üzvlərinin  öldürülməsinin  hansı  formalarının  soyqırım 
cinayətinə  uyğun  olmasını  müəyyən  etmək  lazımdır.  Bunun  üçün  Beynəlxalq  Ədalət  Məhkəməsi  aĢağıdakı 
Ģərtləri təyin edir: hədəfə alınan qrupun vacib bir hissəsi məhv edilsin. Yəni qrupun məhv edilən hissəsi o qədər 
vacib  olmalıdır ki, bu hal  həmin  qrupun  varlığına ciddi təhlükə  yaratsın. Beləliklə, Xocalıda yaĢayan əhalinin 
vacib bir hissəsinin məhv edilməsini nəzərə alaraq bu birinci Ģərtin Xocalıya uyğun olmasını iddia etmək olar. 
BaĢqa  bir  Ģərt  kütləvi  qırğının  müəyyən  bir  coğrafi  əraziyə  aid  olmasıdır.  Yəni  hədəfə  alınan  qrupa  aid  olan 
insanların  bütün  dünyada  məhv  edilməsi  vacib  deyil.  Müəyyən  bir  ərazidə  həmin  qrupun  üzvlərinin  kütləvi 
öldürülməsi soyqırım cinayətinə uyğun  gəlir. Bu Ģərti Xocalı  ilə  müqayisə  edəndə  məlum olur ki, Beynəlxalq 
Ədalət Məhkəməsinin tələb  etdiyi  kimi, Xocalı soyqırımı  müəyyən bir ərazidə baĢ vermiĢdir, yəni  giriĢ-çıxıĢı 
məhdudlaĢdırılmıĢ Xocalı Ģəhərində. Bun-dan əlavə, soyqırım törədənin imkanlarını da nəzərə almaq lazımdır. 
Çünki erməni silahlı qüvvələri niyyətlərini həyata keçirmək üçün bütün imkanlara malik idilər. Yəni köməksiz 
və xilas olmağa imkanı olmayan insanlar hərbçilər tərəfindən odlu silahlarla kütləvi Ģəkildə qətlə yetirilmiĢlər. 
Beləliklə,  bu  nəticəyə  gəlmək  mümkündür  ki,  Xocalı  qətliamına  soyqırım  ifadəsini  qeyd-Ģərtsiz  aid 
etmək olar. Belə ki, həmin qətliam, birincisi, Ermənistan dövlətinin əvvəlcədən düĢünülmüĢ siyasəti nəticəsində 
baĢ vermiĢdir. Ġkincisi, oradakı insanlar azərbaycanlı və ya türk olduqları üçün öldürülmüĢdür. Bu sonuncu amil 
həmin  qətliamın baĢ verməsində ayrı-seçkiliyin  olmasını üzə çıxarır və  beynəlxalq hüquqda qadağan  olunmuĢ 
aparteid, irqçilik, ksenofobiya və s. kimi cinayətlərə  uyğun  gəlir. Həmin  cinayətləri  qadağan  edən beynəlxalq 
sənədlər Ermənistan Respublikasının məsuliyyətə cəlb olunmasına əsas verir. 
Bundan  əlavə,  iĢğal  olunmuĢ  ərazilərdə  tarixi  maddi-mədəniyyət  abidələrinin  də  məhv  edilməsini  və 
terrora  məruz  qalmasını  nəzərə  alaraq  Azərbaycan  Ermənistana  qarĢı  həm  maddi,  həm  də  mənəvi  soyqırım 
iddiaları irəli sürməlidir. 
 
Soyqırım törətmiĢ Ģəxslərin beynəlxalq məsuliyyəti 
 
Müasir  dünyada  soyqırım  beynəlxalq  cinayət  kimi  tanınaraq  qadağan  olunmuĢdur.  Əgər  soyqırım 
cinayəti  baĢ  vermiĢsə,  onun  məsuliyyəti  eyni  zamanda  həm  dövlətə,  həm  də  həmin  cinayətin  baĢ  verməsində 
bilavasitə iĢtirak etmiĢ Ģəxslərə aid edilir. Bunun üçün beynəlxalq hüquq tələb edir ki, hər bir dövlət öz daxili 
qanunvericiliyinə soyqırım cinayətində təqsirli bilinən Ģəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. 
Bu  vasitə  ilə  soyqırım  cinayətini  törədən  Ģəxslərin  məsuliyyətdən  yayınmasının  qarĢısı  alınmalıdır
4
.  Çünki 
Nüremberq  tribunalının  məĢhur  cümləsində  də  deyildiyi  kimi:  "Bir  cinayəti  qeyri-müəyyən  orqanlar  yox, 
müəyyən Ģəxslər törədirlər". 
                                                
2
 Bosniya-Hersoqovina Serbiya və Monteneqroya qarĢı, 26 fevral 2007-ci il tarixli təhlil qərarı, §161. 
3
 Yenə orada, § 166. 
4
 Bu məcburiyyət soqırım konvensiyasının 6-cı maddəsində də nəzərdə tutulmuĢdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə