Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
119
sonralar da əl çəkmədilər. Yerli əhalini qorxudaraq yurd-yuvasından didərgin salmaq, torpaqlarını mənimsəmək
üçün hər hansı hadisə üstündə azərbaycanlılar kütləvi Ģəkildə cinayət məsuliyyətinə cəlb edildi, əsassız olaraq
cəzalandırıldı (7, s. 23). Ermənilərin yeritdiyi siyasətin mahiyyəti Veliçkonun qeydlərində aĢkar görünür:
"Haqqında danıĢılan siyasətbazlar (ermənilər) bölgənin müsəlman əhalisini xəbərdar edirlər və müsəlmanların
Ģərəfinə toxunurlar ki, onların torpaqlarından gələcəkdə istifadə etsinlər" (12).
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından sıxıĢdırılması siyasəti sonrakı dövrdə daha geniĢ vüsət
aldı. Sovetlər dövründə də ermənilər Azərbaycana qarĢı öz ərazi iddialarını vaxtaĢırı olaraq XX əsrin 80-ci
illərinin sonlarına qədər davam etdirdilər (5).
SSRĠ-nin dağılması ərəfəsində dünyanın müxtəlif ölkələrində kök salmıĢ erməni təĢkilatlan və erməni
mafiyası ilə müxtəlif yollarla əlaqə saxlayan DQMV-də yaĢayan ermənilər guya Azərbaycan hökumətinin
onlara qarĢı milli ayrı-seçkilik siyasəti yeritməsini, buna görə də onların sosial vəziyyətlərinin ağır olmasını
bəhanə gətirərək separatizmə baĢladılar (11).
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddiası nəticəsində 1987-ci ildən etibarən
Ermənistan SSR-də etnik təmizləmə siyasətinə baĢlandı. Bu zaman 240 min nəfərdən artıq azərbaycanlı zorla öz
ata-baba yurdlarından çıxarılaraq Azərbaycana qovuldu (8, s. 22). Öz mənfur niyyətlərini həyata keçirmək üçün
erməni ideoloqları 1988-ci ildə "Böyük Ermənistan" uydurmasını ortaya ataraq Azərbaycana qarĢı ərazi
iddiasını canlandırdılar.
SSRĠ-də "yenidənqurma»nın baĢlanması ilə paralel olaraq milli ədavət qızıĢdırıldı. 1988-ci ilin
fevralından etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vəziyyət kəskin Ģəkildə gərginləĢdi. 1988-ci il
iyunun 16-da Ermənistan SSR Ali Sovetinin sessiyası belə bir qərar qəbul etdi: "DQMV Xalq Deputatları
Sovetinin növbədənkənar sessiyasının 20 fevral 1988-ci il tarixli qərarını hərtərəfli öyrənib, Dağlıq Qarabağda
və onun ətrafında yaranmıĢ mürəkkəb vəziyyəti, Dağlıq Qarabağın və Ermənistanın erməni əhalisinin arzusunu
nəzərə alıb və "millətin öz müqəddəratını təyin etmək hüququ haqqında" SSRĠ Konstitusiyasının 70-ci
maddəsini rəhbər tutaraq DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə keçməsinə razılıq
veririk".
Ġyunun 17-də isə Azərbaycan SSR Ali Soveti bu qərarı qanunsuz. konstitusiyaya zidd, baĢqa
respublikanın daxili iĢlərinə qarıĢmaq kimi qiymətləndirib rədd etdi və bununla da öz iĢini bitmiĢ hesab etdi.
1988-ci il iyunun 18-də SSRĠ Ali Soveti Rəyasət Heyətinin "Dağlıq Qarabağ" məsələsinə həsr olunmuĢ xüsusi
iclası keçirirdi. Ġclasın gediĢində Qorbaçovun ermənipərəst mövqeyi açıq-aydın bilinirdi. Uzun müzakirələrdən
sonra SSRĠ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin sessiyasının DQMV-nin Ermənistana
birləĢdirilməsi haqqında 15 iyun 1988-ci il tarixli xahiĢini və Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il
sessiyasında bunun yolverilməz olduğunu elan edən qərarlarını müzakirə edərək DQMV-nin Ermənistana
birləĢdirilməsini qeyri-mümkün hesab edir bu qərarı qəbul edərkən SSRĠ Ali Soveti SSRĠ Konstitusiyasına
uyğun olaraq belə hesab edir, respublikaların sərhədləri onların öz razılıqları olmadan dəyiĢdirilə bilməz.
"Güman etmək olardı ki, bu qərardan sonra hər Ģey yoluna düĢəcək, təəssüf ki, əksinə oldu. S.Kaputikyan
Ermənistan televiziyası ilə çıxıĢ edərək xalqı inandırmağa çalıĢırdı ki, o, Zori Balayanla birlikdə M.Qorbaçovla
görüĢüb söhbət etmiĢ, Qarabağın taleyini həll etmiĢik demiĢdir. Azərbaycan rəhbərliyi isə susur, xalqı kütləvi
informasiya vasitələri bu iĢdən Moskvanın xəbəri olmadığına inandırmağa çalıĢırdı. Elə bu vaxtlarda
Azərbaycan torpaqlarına sahib olmaq məqsədilə ġuĢa Ģəhəri yaxınlığındakı Topxana meĢəsində SSRĠ Əlvan
Metallurgiya Nazirliyinin Ermənistanda yerləĢən Kapaker alüminium zavodunun filialının tikilməsi barədə
xəbər Azərbaycanda xalqın ayağa qalxmasına səbəb oldu. 18 gün davam edən mitinqlər dekabrın 7-də Bakıya
yeridilən Sovet qoĢunları tərəfindən yatırıldı. 1988-ci ilin sonlarında artıq qaçqınların sayı müntəzəm Ģəkildə
artmağa baĢladı.
Artıq 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləĢdirilməsi haqda
qərar qəbul edən erməni separatçıları bölgədə ədavəti qızıĢdırmaq və münaqiĢə yaratmaq üçün azərbaycanlılara
qarĢı silahlı basqınlar törətməyə baĢladılar. 1989-cu il yanvar ayının 12-də Moskvada M.Qorbaçovun sədrliyi
ilə SSRĠ Ali Soveti Rəyasət Heyətinin keçirdiyi iclasda tarixi qərar verildi: Dağlıq Qarabağın Azərbaycan SSR
tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də müvəqqəti olaraq xüsusi idarə forması tətbiq edilsin.
A.Ġ. Volskinin sədrliyi ilə DQMV-nin Xüsusi Ġdarə Komitəsi yaradılsın. YaradılmıĢ Xüsusi Ġdarə Komitəsi
Moskvaya tabe edildi. Ermənilərə də bu lazım idi. Bu komitə qayda-qanun yaratmaq əvəzinə mövcud vəziyyəti
daha da kəskinləĢdirirdi. Bunu görən xalq Volski hökumətinin ləğv olunmasını tələb edirdi. Volski isə
azərbaycanlıların Qarabağdan köçürülməsi ilə məĢğul idi. 1989-cu ilin sentyabr ayının 15-də Azərbaycan SSR
Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı, xüsusi idarə komitəsinin ləğvi, qadağan saatının götürülməsi
haqda qərar qəbul edildi. Elə həmin il həmin ayın 1-də Ermənistan SSR Ali Soveti öz sessiyasında yenidən
DQMV-ni Ermənistana birləĢdirmək haqqında qərar qəbul etdi, daha sonra DQMV-nin 1990-cı il üzrə sosial-
iqtisadi planını və büdcəsini Ermənistan SSR-in plan və büdcəsinə daxil etdi. Bu açıq-aĢkar Azərbaycana
müharibə elan edib, meydan oxumaq idi. Mitinqlər. nümayiĢlər bütün Azərbaycanı bürümüĢdü. Ə.Vəzirov
Dostları ilə paylaş: |