Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
15 
1988-ci  ilin  avqustunda  Azərbaycan  KP  MK-nın  I  katibi  Ə. Vəzirovun  qəbulunda  Qarabağın  əldən 
getməsini faktlarla sübut etdikdə oturduğu yerdən dik qalxaraq dedi: 
— Ola bilməz! Fikirləriniz əsassızdır. Deputatların Moskva görüĢündən sonra M. Qorbaçov məni yanına 
çağırıb dedi: — Ой Рахман, армяне опозорили себя.  
Qorbaçovun  onu  aldatdığını  israr  etsək  də  o,  Qorbaçovun  bizim  tərəfimizdə  olduğunu  sübut  etməyə 
çalıĢdı.  Arkadiy  Ġvanoviç  Volski  (bu  adam  həmiĢə  azərbaycanlılar  tərəfindən  lənətlənməli,  nifrətlə  yad 
edilməlidir)  ermənilərlə  əl-ələ  verərək  müstəqil  Ģəkildə  iĢləməyə  baĢladı.  BirbaĢa  Volskinin  əli  ilə 
Xankəndindən bütün azərbaycanlıların  ev-eĢiyi talan  edildi,  özləri  isə  doğma  ocaqlarından  didərgin salındılar. 
Həmin ailələrdən bir çoxu Xocalıda məskunlaĢdı. 
Artıq A. Volski istər rəsmi, istərsə də qeyri-rəsmi Ģəkildə Yuxarı Qarabağı müstəqil etmiĢ və Ermənistana 
birləĢdirmiĢdi.  Ona  görə  də  mənfur  Z. Balayan  tərəfindən  "Karabaxski"  ləqəbini  qazanmıĢdı.  Volskinin 
Qarabağdan  getməsi  Azərbaycan  hökumətinin  bel  sütununu  qırmıĢdı.  Çox  götür-qoydan  sonra  DQMV-də 
TəĢkilat Komitəsi  yaradıldı  və  həmin  komitəyə sədr  Viktor Petroviç Polyaniçko təyin  olundu. O, Azərbaycan 
KP  MK-nın  2-ci  katibi  idi.  Volskiyə  nisbətən  o,  daha  tədbirli,  müsəlman  psixologiyasına  tam  bələd  olan  bir 
adam  idi.  Onun  dövründə  iri  miqyaslı  tikinti  iĢləri  aparılmağa  baĢlandı.  Ermənilər  silahlanır,  biz  isə  yeni 
obyektlər  tikirdik.  Həmin  tikintiləri  bir  neçə  saatın  içində  ermənilər  darma-dağın  etdilər.  Demək  olar  ki, 
respublikamızda strateji əhəmiyyətli nə var idisə hamısı Yuxarı Qarabağa daĢınırdı. Azərbaycan iqtisadiyyatının 
bu kökə düĢməsində, o dövrdə yürüdülən səhv siyasətin də rolu az olmamıĢdır. 1991-ci il iyul ayının sonunda 
TəĢkilat Komitəsinin Xocalıda keçirdiyi yığıncaqda həll olunan məsələləri xatırlatmağı vacib sayırıq. 
"Yığıncağı giriĢ sözü ilə DQMV üzrə Respublika TəĢkilat Komitəsinin sədri V.P. Polyaniçko açdı. 
Gündəlikdə aĢağıdakı üç məsələ müzakirə edilmiĢdir: 
1. Dağlıq Qarabağda aparılan tikinti iĢlərinin vəziyyəti. 
2. DQMV-də məhsul yığımının gediĢi 
3.  Respublika  Prezidentinin  Dağlıq  Qarabağ  və  Goranboy  rayonunun  sakinlərinə  məktubu,  prezident 
seçkisinin keçirilməsi və s. 
—  Xocalı  Ģəhərində  fabrikin  —  tikiĢ  sexinin  tikintisi  gecikdirilir.  Yığıncaqda  Martuni  (Xocavənd), 
Hadrut,  ġuĢa  və  Xocalı  ərazilərində  yol  tikintisindən,  qaz  kəmərinin  çəkiliĢindən  və  baĢqa  bir  sıra  sosial 
məsələlərdən də ətraflı danıĢılmıĢdır... 
Göründüyü kimi, ermənilər silahlanır, müharibə aparır, biz isə tikinti problemlərini həll edirdik. 
"Xocalının səsi" qəzetinin təsis edilməsi (9 iyul 1991-ci ildə 1-ci sayı nəĢr olundu) xocalılar üçün gözəl 
bir  töhfə  oldu.  Həmin  vaxtdan  bu  günə  kimi  "Qarabağ"  qəzeti  ilə  yanaĢı  addımlayır,  Qarabağın  dərdlərindən 
yana-yana  yazır.  1992-ci  il  2  noyabr  16-cı  sayında  qarabağlı  jurnalist  Kərim  Kərimlinin  "Verəkmi  bu  torpağı 
yadlara?" Ģeri nəĢr olunmuĢdu: 
 
"Ulu millət, ulu Vətən, ulu dil, 
De, verəkmi, bu torpağı yadlara?! 
Ulu oymaq, ulu oba, ulu el. 
De, verəkmi bu torpağı yadlara?! 
 
Həmin dövrlərdə "Qarabağ" və "Xocalının səsi" qəzetləri bu ulu torpağın yadlara verilməməsini hayqırıb 
nərə çəksələr də nə səslərini eĢidən oldu, nə də qarabağlıların, xocalıların harayına çatan... Ona görə də dəhĢətli 
Xocalı qırğını baĢ verdi. 
"Xocalının  səsi"  qəzeti  1991-ci  il  sentyabr  ayının  28-də  yazırdı:  "Ġndi  hünər,  qeyrət  vaxtıdır,  xocalılar! 
Ayıq-sayıq  olun,  bu  gün  göstərdiyiniz  cəsarət,  qəhrəmanlıq  Qarabağımızın  Ģanlı  tarixinə  qızıl  hərflərlə 
yazılacaq". 
"Raket yağıĢı davam edir" yazısından: "Sentyabrın 24-də gecə saat 3-də Xocalı Ģəhəri Əsgəran rayonunun 
ermənilər  yaĢayan  Mehdikənd,  Noraguh,  Həsənabad  (Həsənabad  azərbaycanlılar  yaĢayan  kənd  idi.  Onlar  da 
məcburən Xocalıya köçürülmüĢdülər.) kəndlərindən raket atəĢinə tutulmuĢdur. Sentyabrın ilk 10 günü ərzində 
Xocalı Ģəhəri  həmin  məntəqələrdən 3  dəfə  güclü, intensiv Ģəkildə raket atəĢinə tutuldu. Bir saat yarım  davam 
edən atəĢ nəticəsində Ģəhərə 50-dən artıq raket düĢmüĢdü. Nəticədə Ģəhərdə xeyli dağıntılar əmələ gəlmiĢdi. 
Redaksiyadan:  artıq  son  iki  ay  ərzində  Xocalı  Ģəhəri  dördüncü  dəfədir  ki,  ermənilərin  "raket  yağıĢı"na 
məruz qalır: avqustun 23-ü və 28-də, sentyabrın 10-u və nəhayət 24-də. Maraqlısı budur ki, hər dəfə Ģəhər eyni 
nöqtələrdən atəĢə tutulur. Görəsən, respublikamızın hüquq-mühafizə orqanları, səlahiyyətli Ģəxsləri gənc Ģəhər 
Xocalının bu cür vəhĢicəsinə, vaxtaĢırı dağıdılmasının qarĢısını almaq üçün konkret tədbirlər görəcəkdirmi??? 
Allahyar Xocalı isə "Ağla, türk gözəli, ağla" elegiyasında yazırdı: 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
16 
-  Ermənilərin  bu  bədnamlıqlarını  duyub  "beynəlmiləlçi"  rəhbərlərimizə  xəbər  verəndə  ağzımızdan 
vururdular. Ermənistandan 3 gün müddətinə qan qardaĢlarımızı didərgin edəndə də rəhbərlərimiz vəzifə xatirinə 
bizi erməni genosidinə məruz qoyub güdaza verdilər. 
Yayda  kondisionerli,  qıĢda  isti  kabinetlərdə  kreslosuna  yayxanıb,  Qarabağda  və  sərhəd  rayonlarımızda 
atılan  güllələrə,  tutulan  azəri  girovlarına  diksinməyənlərin  yerinə  kim  ağlamalıdır,  kim?  DaĢ  müharibəsindən 
raket  müharibəsinədək  4  illik  bir  yol  keçmiĢ,  erməni  millətçilərinin  əməllərinə  qarĢı  bizə  təmkin,  səbr  adlı 
"silah" verənlərmi ağlayacaq sənin bu gününə, anam? Ağla, ağlamalı gün çoxdan gəlsə də ağlamamıĢdın. Çünki 
rəhbərin yağlı vədlərinə aldandın. 
Ağla, Türk gözəli, ağla! Tale sənə yar olsun. (Ġxtisarla, 28.8.1991). 
 
Qasım Qırxqızlı . 
Əsrin faciəsi - Xocalı. Bakı: 1999, 
S.12-16. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə