Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
17 
 
Tariximizin daĢ salnamələri -  
Xocalı: daĢ yaddaĢımız 
 
"Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək  
və bunlar vasitəsilə Asiyada xristian dövləti yaradacağımız  
barədə erməni məliklərinə göstəriş vermişəm". 
 
19 may, 1783-cü ildə knyaz Q.A. Potyomkinin  
II Yekaterinaya məktubundan 
 
Xocalı Ģəhəri Xankəndi Ģəhərindən 10 km Ģimal Ģərqdə, Qarabağ (Qırxqız — 2827 m) dağ silsiləsindədir. 
Əhalisi üzümçülük, əkinçilik, heyvandarlıq və arıçılıqla məĢğul olurdu. 2 orta məktəb, 2 natamam orta məktəb, 
mədəniyyət evi, kitabxana, klub, tibb məntəqəsi var idi. Xocalı rayonunun əhalisi 11550 (1998-ci ilin statistik 
məlumatı) nəfərdi. 
Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir 
dövrünə  aid  Nekropol,  Kurqan  çölü  və  s.  var.  Miladdan  əvvəl  XIII—VII  əsrlərə  aid  Xocalı—Gədəbəy  ilk 
mədəniyyət abidələri Xocalı kəndinin yaxınlığındadır. 
Xocalı qəbiristanlıqları Xocalı kəndi ərazisində son tunc və ilk dəmir dövrünə aid (miladdan əvvəl XIII—
VII əsrlər) arxeoloji abidə XIX əsrin sonunda aĢkar edilmiĢdir: daĢ qutu və Kurqanlardan ibarətdir. Tədqiqatlar 
nəticəsində  aĢkar  olunmuĢdur  ki,  Xocalı  qəbiristanlığındakı  beĢ  növ  Kurqanlar  (qəbirlər)  azərbaycanlılara 
məxsusdur. 
1-ci  növ  qəbirlər:  Düzbucaqlı  tiplidir  və  1,5  m  dərinliyə,  2,5  m  uzunluğa  malik  olan  belə  qəbirlər  iri 
daĢlarla tikilirmiĢ. Dəfn edilənin baĢ tərəfində xəncər, qılınc, kürz kimi silahlar qoyulurdu. 
2-ci  növ qəbirlər (m.ə. 50—40-cı  illər): daĢ qəbirlərin  sıradan çıxması ilə əlaqədar dəfn  edilənləri böyük 
və  kiçik  küplərdə  çay  sahillərində  olan  yamaclarda  yerin  səthindən  2,5  m-dən  3  metrə  qədər  dərinlikdə 
basdırırdılar.  Belə  qəbirlər  qazıntılar  zamanı  Qar-qar,  Xocalı,  Hilis  çaylarının  sağ  və  sol  sahillərindən 
tapılmıĢdır. 
3-cü  növ  qəbirlər  (eramızın  137—191-ci  illər):  Bu  qəbirlər  yamacların  yuxarısından  1  m  dərinliyində 
qazılmıĢ  küplərin  maili  formada  basdırılması  ilə  səciyyələnir.  Belə  qəbirlər  əsasən  Xocalı-Kurqan 
qəbiristanlığında üzə çıxırdı və s. 
Müxtəlif tipli saxsı qablar, silahlar: qılınc, xəncər, nizə, ox ucluğu, balta, təbərzin, qızıl, tunc, balıqqulağı, 
ətiq, ĢüĢə, pasta və sairədən hazırlanan bəzək əĢyaları, tunc əmək alətləri və at əsləhləri aĢkar edilmiĢdir. 
Qədim  Qarabağın  sakinlərinin  qəbirüstü  daĢları  bütün  Azərbaycan  üçün  mühüm  olan  tipləri  özündə 
saxlamıĢdır.  Xocalıda  səkkizguĢəli  kümbəzin  yanında  yonulmuĢ,  böyük,  sal  daĢlar  var  idi.  Bu  daĢlar  bayquĢ, 
yəhər və nəhrə formalıdırlar. Ancaq onların üzərində heç bir yazı yox idi. Bu da onu göstərir ki, hələ o zamanlar 
yazı meydana çıxmamıĢdı. Nehrə Ģəkilli daĢlar qadının, yəhər Ģəkilli daĢlar kiĢinin, bayquĢ Ģəkilli daĢlar isə Ģər 
qüvvələrin nümunəsi kimi verilmiĢdir. Bəzi daĢların üzərində isə ərəb qrafikası ilə yazılara təsadüf olunurdu. 
Dini  məzmun  daĢıyan  obyektlərimizdən biri  də "Övliya"dır. "Övliya"  — "ocaq", "müqəddəs  yer",  "pir" 
deməkdir.  Azərbaycanda  məĢhur  mövlanaların,  Ģeyxlərin,  loğmanların  qəbirləri  "Övliya"  adlanır.  Belə 
"övliya"lardan  Türkmənistanda  da  vardır.  Bununla  əlaqədar  olaraq  Övliyaboyu  oba,  Övliyayap  coğrafi  adları 
əmələ gəlmiĢdir. 8 guĢəli kümbəzin içində olan qəbir övliyalardan birinin qəbri olmasına əsas verir. 
Türkmənistanda  "Xoca"  sözü  müqəddəs  hesab  olunduğundan  onun  əsasında  35  toponim  yaranmıĢdır. 
Xoca  sözünə  "arx",  "qaynar",  "qaya",  "dağ",  "su"  "tapmaz"  və  s.  sözləri  qoĢulmaqla  yeni  toponimlər 
yaranmıĢdır. Azərbaycanda "Xoca" Ģəxs adı olmaqla yanaĢı, ondan bir neçə toponim də yaranmıĢdır (Xocalı və 
s.). Ağcabədi rayonunda Xocavənd, Xaçmaz rayonunda Xucalı kimi adlar da bu qəbildəndir. 
Xocalıda basdırılmıĢ, sonradan üzə çıxmıĢ tarixi əĢyaların tayı-bərabəri yoxdur. Əntiq, qiymətli daĢ-qaĢ, 
muncuq,  mixi  xətt,  mixi  yazılar  çar  Adadnirarinin  (Adadnirari  Assur  hökmdarı  olub,  miladdan  əvvəl  (807—
788) adı ilə sıx bağlıdır. Bu daĢ yaddaĢlar göstərir ki, Xocalı qədim Ģəhər olmaqla cənub ölkələri ilə sıx əlaqədə 
olmuĢdur. Qədim Xocalı qəbiristanlığının 11№-li Kurqanından tapılmıĢ əntiq muncuğun üstündə Assuriya çarı 
Adadnirariyə aid mixi yazı, o cümlədən emal olunmuĢ saxsı qablar, pasta və ĢüĢədən muncuqlar, qızıldan bəzək 
əĢyaları,  silindrik  möhür  və  s.  yerli  əhalinin  Yaxın  ġərq  ölkələri  ilə  sıx  iqtisadi-mədəni  əlaqələrini  göstərir. 
Avropa,  Asiya  və  Amerikada  da  Xocalı  abidələrinin  əks  təsiri  özünü  göstərmiĢdir.  ġərq  və  Qərb  ölkələrinin 
tarixi bu mədəniyyətin dəst-xəttini özündə yaĢatmıĢdır. 
"Miladdan  əvvəl  2-ci  minilliyin  sonunda  və  1-ci  minilliyin  əvvəlində  regionun  daha  inkiĢaf  etmiĢ, 
qabaqcıl  vilayətlərinin  və  ona  qonĢu  olan  ərazilərin  inkiĢaf  səviyyəsini  səciyyələndirən  baĢlıca  materiallar 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
18 
Naxçıvanda,  Dağlıq  Qarabağda  (əsasən  Xocalıda  —  Q.Q.),  Mingəçevirdə,  TalıĢda,  Xurvində,  Marlikdə, 
Həsənlidə və s. ərazilərdə tapılmıĢdır. 
ġübhəsizdir ki, ġimali Azərbaycan vilayətlərində əsas əhali ġimali-ġərqi Qafqaz ailəsi dillərində danıĢan 
tayfalardan və tayfa birləĢmələrindən ibarət idi. Burada məskunlaĢmıĢ etnik birlikləri (qohum olan) əks etdirən 
iri  tayfalar  özlərini  Xocalı-Gədəbəy,  TalıĢ-Muğan,  Qayakənd-Xoroçoy  mədəniyyətlərinin  daĢıyıcıları  kimi 
büruzə  verirdi.  Qeyd  etmək  lazımdır  ki,  bu  dövrün  Cənubi  Qafqazın  mərkəzi  və  Ģərq  hissəsindəki  arxeoloji 
mədəniyyətləri  bir-birinə  yaxın  idi  və  Cənubi  Qafqazın  qərbindəki  sinxron  mədəniyyətdən  kəskin  surətdə 
fərqlənirdi. Bu fakt ġimal-ġərqi Qafqaz dillərinin daĢıyıcılarının bir hissəsi əsasında protoalban tayfa ittifaqının 
təĢəkkülündən xəbər verir". ("Azərbaycan tarixi, ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər". 1993-cü il, 
s.43—44). 
"Dəmir  dövrünə  aid  üçüncü  növ  Kurqanlar  daĢdan  tökülmüĢdür.  Bu  növ  Kurqanların  ən  yaxĢı 
nümunələrindən  biri  (11№-li  Kurqan)  E.   Relser  tərəfindən  Xocalı  qəbiristanlığında  tədqiq  edilmiĢdir. 
Kurqanaltı daĢ qutu qəbirdə bir nəfər adam skeleti olmuĢdur. Qəbrin üstü iri daĢ lövhə ilə örtülmüĢdür. Buradan 
çoxlu gil  qablar, tunc quĢ fiquru, daĢ asması, bıçaq, iki ədəd üzük, qızıl  muncuğun  hissəsi, üzəri bəzəkli  qızıl 
lövhə və əqiqdən muncuqlar tapılmıĢdır. 
Əqiqdən  hazırlanmıĢ  muncuğun  üzərində  Assur  çarı  Adadnirarinin  adı  yazılmıĢdır.  DaĢ  qutularda  dəfn 
etmə  adəti  Azərbaycanda  uzun  müddət  davam  etmiĢdir.  Buna  görə  də  tədqiqatçılar  həmin  abidələri  ilk  dəmir 
dövrünə aid edirlər." (RəĢid GöyüĢov: "Azərbaycan arxeologiyası" Bakı, 1986). 
Xocalı-Gədəbəy  mədəniyyəti  Azərbaycan  respublikasında  Kiçik  Qafqazın  dağətəyi  rayonlarında,  Kür-
Araz çayları arasında, ġərqi Gürcüstan və Ermənistanda son tunc və ilk dəmir dövrlərinə (m.ə. VIII—VII əsrlər) 
aid arxeoloji mədəniyyət, Xocalı-Gədəbəy rayonunda ilk dəfə tədqiq olunmuĢ abidələrin adı ilə adlandırılmıĢdır. 
Xocalı-Gədəbəy mədəniyyəti abidələri, yaĢayıĢ yerləri, emalatxanalar, qəbirlərdən və ibadətgahlardan ibarətdir. 
Mədəniyyətin yayıldığı ərazilərdə misəritmə kürələri (Mingəçevir), mis tunc məmulatları hazırlayan emalatxana 
(Topal Həsənli) qalıqları, çaxmaq daĢından alət və silahların istehsal tullantıları aĢkar edilmiĢdir. 
Xocalı mədəniyyətinin son dövründə dəmir alət və silahlar, nizə, bıçaq, xəncər və s. meydana gəlmiĢdir. 
Əhali əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, sənətkarlıq və dulusçuluqla məĢğul olub, oturaq həyat keçirmiĢlər. 
Qazıntılar zamanı tapılmıĢ bəzi əĢyalar bu ərazidə zərgərliyin də geniĢ inkiĢafına dəlalət edir. Xocalı-Gədəbəy 
mədəniyyəti  onun  əhalisinin  Zaqafqaziyanın  müasir  xalqlarının  uzaq  əcdadları  olmasını  güman  etməyə  əsas 
verir. 
Tədqiqatçılar  Azərbaycanın  Naxçıvan,  Gəncə-Qazax,  Mil-Qarabağ  (Xocalı  —  Q.Q.)  və  s.  kimi 
ərazilərində  tapılmıĢ  boyalı  qabların  orta  tunc  dövründən  baĢlayaraq,  ilk  dəmir  dövrünədək  dörd  inkiĢaf 
mərhələsini keçdiyini qeyd edirlər. 
Birinci  mərhələ:  miladdan  əvvəl  XX—XVI  əsrləri  əhatə  edir.  Çox  səliqə  ilə  naxıĢlanmıĢ  monoxrom 
boyalı qablar bu dövr üçün səciyyəvidir. 
Ġkinci mərhələ (m.ə. XVII—XV əsrlər): insan, heyvan, quĢ rəsmləri incə bəzədilmiĢ polixrom naxıĢlı kuzə 
və cam formalı qablarla səciyyəvidir. 
Üçüncü  inkiĢaf  mərhələsi  (m.ə.  XIV—XI  əsrlər):  səliqəsiz  naxıĢlanmıĢ  polixrom  və  monoxrom  boyalı 
qablar — küpə, ellipsvarı camlar, çaynikvari qablar, boĢqablar, vazlar və s. səciyyəvidir. 
Dördüncü  mərhələ  (m.ə.  X—VIII  əsrlər):  həndəsi  motivdə,  yalnız  qırmızı  rənglə  naxıĢlanmıĢ  boyalı 
qablar səciyyəvidir. 
Xocalı-Kurqan  qəbirlərində  daĢ qutu qəbirlərdə ölülər bükülü  halda uzadılmıĢ, bəzən  oturdulmuĢ (və  ya 
yandırıb külünü) vəziyyətdə dəfn edildiyi aĢkar olunmuĢdur. 
Bu qəbirlərdə qazan, bardaq, saxsı qablar, cilov, kəmər dəsti, ov  və  mifoloji səhnə bəzəkləri, sümükdən 
bəzək əĢyaları, dulus çarxında gildən piyalə, bardaq, sərnic, nəhrə, süzgəc və s. aĢkar edilmiĢdir. 
"Qafqaz Albaniyasının yaĢayıĢ yerlərinin və qəbir abidələrinin öyrənilməsi ölkənin təsərrüfat həyatı, dini 
ideologiyası  haqqında  bəzi  ümumi  nəticəyə  gəlməyə  imkan  verir.  M.ə.  1-ci  minilliyin  2-ci  yarısında  ölkədə 
əkinçilik yüksək inkiĢaf mərhələsinə çatmıĢdı. Qazıntılar zamanı aĢkar edilmiĢ arpa, buğda, darı qalıqları, ağac 
vəllər, daĢ təknələr, novçalar, dəmir gavahın kimi  dövri abidələr qədim Albaniya əhalisinin əkinçiliklə bərabər 
maldarlıqla da məĢğul olmasına dəlalət edir. Xocalıda üzə çıxan kərpicdən tikilmiĢ su quyularının qalıqları da 
həmin ərazidə yaĢayan əhalinin suvarma ilə məĢğul olmasını bildirir. 
Xocalıda  daĢ  qutu  və  küp  qəbirlər  də  aĢkara  çıxarılmıĢdır.  Bu  qəbirlər  əntiq  dövrü  və  ilk  orta  əsr 
katakombaları dövrünü əhatə  edir. Bu katakombalar quruluĢca eynidir. Bunlar bir, bəzən  isə  iki  kameralardan 
ibarət  olub,  əksəriyyətində  cüt  skeletlər  aĢkar  olunmuĢdur.  Ölü  qəbirə  qoyulduqdan  sonra  (bu  qəbirlərin 
hündürlüyü  0,9—1,7  m,  eni  1,5—3  m,  dərinliyi  yer  səthindən  3,5—3,6  m  olublar)  qəbirin  ağzı  daĢla  və  ya 
kərpiclə hörülmüĢdür. Belə küp qəbirlərə ən çox Azərbaycanda təsadüf olunur. 
Azərbaycanda xristianlığa qədər dini təsəvvürlər sistemində insanların ilahiləĢdirdikləri təbii obyektlərdən 
biri daĢdır. DaĢın insan həyatında oynadığı əsas rola görə ona etiqad yaranmıĢdır". 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə