Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
32 
vicdanlı  hərbçilərin  rəyi  bir  idi:  Komandir,  polkovnik  Zarviqarov  təcili  dəyiĢdirilməlidir.  Ancaq  hərbi 
komandanlıq  zabitlərin  etiraz  məktubuna,  raportuna  heç  bir  məhəl  qoymadı.  1991-ci  ilin  "Vesti"  televiziya 
proqramında Ģərhçi Feyorkovskinin  hazırladığı buraxılıĢda iki  nəfər rus əsgəri açıqca söyləmiĢdilər ki, erməni 
zabitlər azərbaycanlıların yaĢadıqları kəndlərə atəĢ açmağı əmr edirlər. Bu informasiya heç kəsin "nəzərini cəlb" 
etmədi.  Qarabağın  azərbaycanlı  yaĢayan  məskənləri  isə  366-cı  alayın  zirehli  texnikası  ilə  ardıcıl  olaraq  ölüm 
məskənlərinə  çevrildi.  Kütləvi  informasiya  vasitələrində  Azərbaycan  tərəfi  ilə  birləĢmiĢ  silahlı  qüvvələrin 
komandanlığı  arasında  mübahisə  gedirdi.  "366-cı  alay  azərbaycanlıların  məhv  edilməsində  erməni  terrorçu 
qrupların tərəfində iĢtirak edir" arqumentinə onlar soyuqqanlılıqla "yox" cavabı verirdilər. Azərbaycan mediası 
alaydan qaçan əsgərlərin, zabitlərin ifadələrini, dəlillərini söyləyən zaman bəlli alayın zabitləri "bu barədə bizdə 
məlumat yoxdur" söyləyirdilər. Malıbəyli kəndi tarmar ediləndə 3 əsgər ağ bayraq götürüb kəndin sağ  qalmıĢ 
sakinlərini  mühasirədən  çıxarmaq  istəmiĢdi.  Lakin  onlar  vəhĢiliyi  qəbul  etməyən,  günahsız  qan  tökmək 
istəməyən  əsgərlərin  qarĢısında  güllələndilər.  Vandalizm  aktlarının  iĢtirakçısı  olmaq  istəməyən  alayın  hərbi 
xidmətçiləri  Rjevski  Ģəhərindən  Jarqin  Roman,  krımlı  KuzmiĢov  Sergey,  Boqdanovski  Andrey  hərbi 
jandarmdan qaçmağa nail olmuĢdular. Məhz bu əsgərlər komandanlığın əmrinə uyğun olmayaraq azərbaycanlı 
əhaliyə qarĢı hərbi əməliyyatlardan imtina edərək, hərbi hissənin mövqelərindən uzaqlaĢmıĢdılar. Ancaq erməni 
ekstremistləri  terror  qrupları  bu  istəkdə  olan  hərbçilərə  qarĢı  amansız  davranaraq  onların  bəzilərini 
güllələmiĢdilər.  Dəqiq  məlumatlara  görə,  bu  qəbildən  olan  zabitlərdən  ikisi  erməni  yaraqlıları  tərəfindən 
öldürülmüĢ, biri  isə  itkin  düĢmüĢdür. 366-cı alayın  hələ fevralın  ortalarında qaçmağa nail  olmuĢ  daha 3  nəfər 
əsgəri  erməni  muzdluları,  hərbi  birləĢmələri  tərəfindən  mühasirəyə  alınmıĢ  Xocalıda  idi.  Həmin  gecə  təbii 
surətdə  onlar  da  baĢqaları  ilə  birlikdə  Ģəhəri  öz  alaylarının  və  erməni  qoĢunlarının  hücumundan  müdafiəyə 
qalxmıĢdılar. Ġstər hərbi qulluqçuların, istərsə də  erməni quldurlarının  dinc sakinləri  necə  öldürdüklərini  onlar 
öz  gözləri  ilə  görmüĢdür.  Onların  dediklərinə  görə,  adamları  ailəlikcə  qırır,  valideynləri  uĢaqlarının  gözü 
qarĢısında  öldürür,  adamları  üzbəüz  dayanıb  güllələyirdilər.  Qaniçən  vəhĢilər  gecə  də,  ertəsi  günü  səhəri  də 
yaralıları vurub öldürürdülər. Əsirləri güllələyirdilər. Körpələri vəhĢicəsinə qətlə yetirir, imdad diləyən ahıllara 
imkan vermirdilər. Adamları ən alçaq üsulla təhqir edirdilər. Arxadan gələn erməni rəzilləri isə qarətçiliklə, soy-
ğunçuluqla məĢğul olurdular. 
Xocalı  soyqırımına  hazırlaĢmaq  üçün  ermənilərdən  20  litr  spirt  alan  alayın  komandir-zabit  heyətinin 
artıq  gözlərini  qan  örtmüĢdü.  Azərbaycan  insanının  baĢını  kəsmək  onlar  üçün  adiləĢmiĢdi.  Bu  faktı  alayın 
əsgərləri Y. Numanov, ġ. Tangülov, S. Ezizov təsdiqləmiĢlər. 
KeçmiĢ Sovet ordusunun, indi isə MDB-nin birləĢmiĢ silahlı qüvvələri aĢkar faktları nə qədər rədd etsə 
də,  törətdiyi  bu  soyqırım  faktı  qarĢısında  nəsə  bir  iĢ,  yenilik  görməli  idi.  Soyqırım  məsələsini  üzərlərindən 
atmağa  çalıĢıb,  bəzi  variantların  əhatəsində  gediĢlər  etməli  idi.  Ona  görə  də  Zaqafqaziya  hərb  dairəsinin 
komandanlığının müavini, general-leytenant Ġosif Ohanyan 366-cı alaya gəlmiĢdi. "Xəbər servis" agentliyinin 
4 mart 1992-ci il buraxılıĢında bu səfərin məğzi açıqlanıb: "Zaqafqaziya hərbi dairəsi qərargahının generalı Ġosif 
Ohanyan Xocalyıa gəlmiĢdir. O, tələb etmiĢdir ki, 366-cı alay məhz əvvəllər planlaĢdırıldığı kimi ġuĢa və Laçın 
Ģəhərlərindən  çıxarılsın.  Azərbaycan  Milli  Təhlükəsizlik  Nazirliyindən  məlumat  verilmiĢdi  ki,  366-cı  alayın 
silahlı  texnikası  və  canlı  qüvvəsi  hazırda  Azərbaycanın  zəbt  olunmuĢ  Xocalı,  Kərkicahan  məntəqələrinə 
köçürülür.  Qrad  və  "uraqan"  raket  artilleriya  qurğuları  isə  artıq  erməni  silahlı  dəstələrinin  sərəncamına 
verilmiĢdi".  Rusiya  Müdafiə  Nazirliyinin  orqanı  olan  "Krasnaya  Zvezda"  qəzeti  6  mart  1992-ci  il  sayında  isə 
366-cı alayın erməni terrorçuları tərəfindən azərbaycanlılara qarĢı döyüĢdüyünü, Xocalı soyqırımında iĢtirakını 
dolayısı  ilə  təsdiqləyən  məlumat  dərc  etmiĢdi:  "Ġkinci  motorlu  atıcı  taborunun  komandiri  Seyran  Ohanyan 
Qarabağ  silahlı  dəstələrinin  tərəfinə  keçmiĢdir.  Ola  bilsin  ki,  zabit  polk  ilə  birlikdə  Gəncəyə  (Azərbaycan) 
getməkdən  qorxmuĢdur, çünki bəzi  məlumatlara görə, o, azərbaycanlılara qarĢı döyüĢ əməliyyatlarında iĢtirak 
etmiĢdir".  Bəli,  Rusiya  Müdafiə  Nazirliyi  tabeçiliyində  olan  366-cı  alayın  batalyon  komandiri  soyqırımında 
iĢtirakmı  öz  rəsmi  məlumatları  ilə  təsdiqləməyə  məcbur  idi.  Bu,  o  Ohanyan  idi  ki,  alayın  çıxarılmasına  qarĢı 
hərbi  qiyam  qaldırmıĢ,  nəticədə  alaya  məxsus  hərbi  texnikanın  80  faizini  ələ  keçirib,  Xocalı  soyqırımından 
sonrakı qətliamlarda iĢğalçılıq siyasətlərində istifadə etmiĢdir. Martın 2-də alayın çıxarılmasına baĢlanılsa da, bu 
proses  erməni  terror  qrupları,  yerli  erməni  hakimiyyətinin  müqaviməti  ilə  yarımçıq  aparıldı.  Nəticədə  keçmiĢ 
Sovet ordusunun hərbi mirasının kiçik bir hissəsini çıxarmaq mümkün oldu. Erməni hərbi qulluqçuları Qarabağı 
və hərbi hissənin yerləĢdiyi ərazini tərk etməkdən imtina etdilər. Alayın 2-ci batalyonunun komandiri Ohanyan 
14  PDM  hərb  maĢını  ələ  keçirib,  erməni  yaraqlıları, xaricdən  gətirilmiĢ  muzdlu  döyüĢçülərlə  birləĢdi.  Alayın 
hərbi  sursat  və  texnikasının  nə  dərəcədə  çıxarılması  haqda  dəqiq  məlumat  da  aĢkardı.  Azərbaycan  kəĢfiyyat 
orqanlarının əldə etdiyi sənədlərdə bu müqayisəli faktlar aydın görünür. 
PDM çıxarılıb 38 vahid, saxlanılıb 70 vahid. 
BTR çıxarılıb 0, saxlanılıb 4. 
D-30 toplar çıxarılıb 0, saxlanılıb 27. 
"Strela-10" çıxarılıb 0, saxlanılıb 10. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə