Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   2   3   4   5   6   7   8   9   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

-  Fevralın  25-i  idi.  Gecə  ermənilər  Xocalıya  hücum  etdilər.  Hərə  bir  tərəfə  qaçırdı.  Atam,  anam  və 
qardaĢımla birlikdə  meĢəyə tərəf qaçdıq. Üç  gün  meĢədə ac-susuz qaldıq. Yanımızda bir neçə  nəfər soyuqdan 
donaraq  öldü.  Qəflətən  ermənilər  bizi  atəĢə  tutdular.  Atam  və  anam  həlak  oldu.  Hər  ikisinin  meyiti  qarın 
üstündə qalmıĢdı. Gücümüz çatmırdı ki, onların cəsədini kənara aparaq. Sonra bizi xilas etdilər. Atamı və anamı 
Bərdə rayonunda dəfn etdik. 
Erməni  vəhĢiliyinin  iç  üzü  budur!  Türk  qanına  susayan  erməni-daĢnaklarının  törətdikləri  soyqırım,  bu 
dəhĢətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarĢısında baĢ verib. 
Fevralın  26-sı  gününü  mən  də  yaxĢı  xatırlayıram.  Soyuq,  sazaqlı  bir  qıĢ  günü  idi.  ġelli  dağında 
ermənilərin əlindən  qaçıb  qurtulmuĢ uĢaqları, qadınları  və  qocaları xəstəxanaya  yola saldıq. Yaralarından  qan 
axan  bu  insanlar  bir-birindən  -  ana  baladan,  ata  oğlundan,  qardaĢ  bacıdan  ayrı  düĢmüĢdü.  Onları  ovundurmaq 
mümkün deyildi. Çox dəhĢətli, ürəkparçalayan mənzərə idi. Ağdam özünümüdafiə batalyonları döyüĢə-döyüĢə 
Xocalı  sakinlərinin  cəsədlərini  dağlardan,  dərələrdən  toplayırdı.  Ġnsanlığa  sığmayan,  yalnız  erməniyə  xas  olan 
faciə  ilə  üz-üzə  qalmıĢdıq.  Sağ  qalmıĢ  insanlardan  kimi  dindirsən  belə  deyirdi:  bizim  bu  sözlərimizi  bütün 
Azərbaycana çatdırın. Respublikanın rəhbərlərini lənətləyirik. Onlar satın və namərddirlər. Torpaqlarımızı, bizi 
qumara  qoyublar.  Ona  görə  də  tələb  edirik  ki,  Heydər  Əliyev  Azərbaycana  gəlsin,  bu  xalqı  qırğından, 
müsibətdən xilas etsin. Nicatımız yalnız ondadır! 
Həmin gün gecədən xeyli keçmiĢ Xocalıda vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxundu. 
Belə  məlumat  verildi  ki,  hadisələr  zamanı  guya  iki  nəfər  azərbaycanlı  öldürülüb.  Bax,  bu  zaman  Xocalı 
soyqırımını  dünyaya çatdırmağa çox ciddi  maneçilik törətdi. Əhali arasında çaĢqınlıq  yarandı. Bəlkə  də bütün 
bunlar qəsdən edilirdi. Çünki qarĢıda hələ ġuĢa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli 
rayonlarının iĢğalı dayanmıĢdı! 
Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danıĢan Heydər 
Əliyev  Xocalı  sakinləri  ilə  görüĢündə  demiĢdir:  "...  biz  toplaĢıb  Xocalı  faciəsinin  cavabını  verək,  Ģəhidlərin 
qanının  yerdə  qalmaması  gününü  görək.  Azərbaycanın  ərazi bütövlüyünü təmin  edək. Müstəqil  Azərbaycanın 
hüdudlarını tamamilə bərpa edək. Ġnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir". 
Xocalı  soyqırımının  onuncu  ili  tamam  olur.  Bu  faciə  zamanı  böyük  bir  yaĢayıĢ  məntəqəsi  yer  üzündən 
silinib, azərbaycanlılara qarĢı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. 
200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə 
bilməsən, gələcək nəsillər bizi heç vaxt bağıĢlamayacaqdır!  
 
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, S.80-83. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

 
Faciəyə gedən yol 
 
Xocalı soyqırımı hazırlanmıĢ plan idi 
 
Ötən əsrin 92-ci ilinin fevralında tarixdə görünməmiĢ qətliam baĢ verdi. Türkləri özlərinin əbədi düĢməni 
hesab edən ermənilər məskunlaĢdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhĢiliklər törətməklə, Xocalı 
adlı bir yurd yerini yer üzündən sildilər - insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, Ģəhər isə oda 
qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. Bəs, bu vəhĢilik, bu soyqırım bir andamı baĢ verdi? 
Bunun  qarĢısını  almaq  mümkün  idimi?  Heç  olmasa,  insanları  xilas  etmək  olmazdımı?  Bu  sualların  sırasını 
sonsuzluğadək uzatmaq olar. Amma nə faydası? Onsuz da onlara doğru-dürüst cavab verən tapılmayacaq. Çünki 
o  vaxt  baĢ  verənlərin  kökləri  və  səbəbləri,  eləcə  də  səbəbkarları  elə  dərin  .  basdırılıb  ki,  ordan  gələn  səslər 
eĢidilməz olub. 
Əslində  isə  Xocalı  faciəsi  əvvəlcədən  hazırlanmıĢ  plan  əsasında  törədilmiĢdi.  Bu  planın  müəllifləri 
Moskvada  oturub,  gözəgörünməz  barmaqlarını  Qarabağda  iĢə  salmıĢdılar.  Kimisi  Azərbaycan  kimi  "yağlı  bir 
tikəni"  əldən  verməməyə  çalıĢır,  kimisi  yüz  illər  boyunca  çalıĢdığı  arzusuna  çataraq,  torpaq  iddiasını  həyata 
keçirmək  istəyir,  kimisi  də  bu  fani  dünyada  müvəqqəti  olan  vəzifə  kürsüsünə  özünü  pərçim  etmək  üçün  yüz 
hoqqadan  çıxırdı.  Bütün  bu  oyunların  qurbanları  olan  adi  adamlar  isə  gözlənilməz  bəlaların  fırtınasında  qətlə 
yetirilir, əsir-girov götürülür, yurd yerindən qovulurdu. Bir millətin, bir obanın, bir elin taleyinin həll olunduğu 
günlərdə hələ də yuxarıdan ssenariləĢdirilmiĢ və səhnəyə qoyulmuĢ tamaĢa davam edirdi... 
 
Söz önü 
1991-ci ilin noyabrında çoxdan bəri "ana bətnində" doğuĢa hazır olan qanlı müharibəyə start verildi. Hələ 
avqust ayında Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin və Nursultan Nazarbayevin Qarabağa səfərindən 
sonra  (o  vaxt  Azərbaycan  prezidenti  olan  Ayaz  Mütəllibov  Xankəndidə  ermənilərlə  keçirilən  görüşə 
buraxılmadı.  Bax,  onda  Qarabağ  ətrafında  böyük  oyunlar  getdiyini  anlamayan  milləti  Qarabağsızlıq  aqibəti 
gözləyirdi və bu, belə də oldu. Siz bu barədə dəfələrlə yazsaq da, səsimizə səs verən tapılmadı, çünki Bakıda da 
başqa  oyunlar  gedirdi  -  S.Ş.).  Birinci  Qarabağ  müharibəsi  ən  qızğın  Ģəkildə  baĢlamıĢdı.  Ancaq  "bəlkə  də 
qaytardılar"  prinsipinə  üstünlük  verən  Azərbaycan  rəhbərliyi  imperiya  zəncirlərini  birdəfəlik  qırıb  atmaq 
istəmirdi.  Çünki  bu  zəncirlər  Azərbaycan  Rusiyaya  iliĢdirdiyi  qədər,  sadə  adamları  da  imperiya  nökərlərinin 
istəyinə bağlamıĢdı. Elə buna görə də 1991-ci ildə müstəqilliyimizi qoruyub-saxlamaq üçün ən vacib Ģərt olan 
ordu quruculuğu arxa plana keçirilmiĢdi. 
Bəli,  1991-ci  il  noyabrın  19-da  Xocavənd  sakinlərini  amansızlıqla  öz  yurdundan  qovan,  20-də 
Azərbaycanın  ən  dəyərli  oğullarının  bir  qrupunun  olduğu  vertolyotu  partladaraq  23  nəfəri  vəhĢiliklə  qətlə 
yetirən  ermənilər  (Əslində,  bu,  Rusiya  qoĢunlarının  Xankəndidə  dislokasiya  olunan  366-cı  alayı  və 
Ermənistanın muzdlulardan formalaĢdırılmıĢ ordunun əməlləri idi  - S.ġ.) müharibənin baĢlandığı barədə siqnal 
verdilər. Və bu iki hadisəyə Azərbaycan tərəfinin necə reaksiya verməsindən bəlkə də, çox Ģey, hətta Qarabağ 
müharibəsinin taleyi asılı idi. Biz hələ o vaxt - 20 noyabr hadisəsindən dərhal sonra bunu dönə-dönə təkrar edir 
və bildirirdik ki, bu cinayətə görə cəzasız qalan  ermənilər, ardınca daha ağır qətliamlar törədəcəklər. Yenə də 
jurnalistləri  ara  qızıĢdırmaqda  suçlamaqda  davam  edən  ölkə  rəhbərliyinin  "çərxi"  bildikləri  istiqamətdə 
fırlanmaqda idi. Ancaq hadisələrin gediĢi bizim haqlı olduğumuzdan xəbər verirdi. Xocavəndin taleyini Yu-xarı 
Qarabağın azərbaycanlılar yaĢayan digər məntəqələri bir-birinin ardınca yaĢamalı oldular. 
 
MeĢəlidən Malıbəyliyə 
Erməni  cəlladları  türk  qanını  içdikcə  və  arxasında  rus  ordusunun  gücünü  hiss  etdikcə  daha  da 
quduzlaĢırdı.  Ġndi  azərbaycanlıların  yaĢadığı  kəndlər  növbə  ilə  boĢaldılır,  əhaliyə  divan  tutulur,  evlər 
yandırılırdı.  Hələ  də  Moskvadan  kömək  gözləyən  Azərbaycan  rəhbərliyi  isə  bu  ağır  və  faciəli  səhnələri 
izləməkdən  savayı,  heç  bir  tədbir  görmək  istəmirdi.  Ermənistan  ordusunun  növbəti  dayanacağı  isə  MeĢəli 
kəndində  oldu.  Taleyin  ümidinə  buraxılmıĢ  kənd  camaatı  təpədən-dırnağadək  silahlanmıĢ  erməni-rus  hərbi 
birləĢmələrinin quduz əsgərləri ilə üz-üzə qalmıĢdı. Burda bir neçə nəfər OMON-çu olsa da, kənddə yetərincə 
silah-sursat  yox  idi.  Ona  görə  də  5-6  nəfərin  ümidinə  qalan  MeĢəli  oda  qalandı;  insanlar  vəhĢiliklə  qətlə 
yetirildilər, əsir düĢənlərin baĢına müsibətlər gətirildi, kənd yer üzündən silindi. 
Erməni  ordusunun  vəhĢilikləri  isə  davam  edirdi.  Artıq  Azərbaycan  Yuxarı  Qarabağa  nəzarəti  tamam 
itirmiĢ, bir ovuc dığanın qarĢısında aciz qalmıĢdı. Ürəyi Vətən eĢqi ilə, düĢmənə nifrət hissiylə alovlanan oğullar 
isə silah-sursat olmadığından, müharibəyə dövlət tərəfindən icazə verilmədiyindən istədikləri kimi hərəkət edə 
bilmirdilər. Milli Ordumuzun qaranquĢu olan, bacarıqlı hərbçi, mərhum ġirin Mirzəyevin yaratdığı batalyona da 
iri-miqyaslı hərbi əməliyyatlar keçirməyə imkan verilmədi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə