Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 IL ötür



Yüklə 14,47 Kb.
tarix21.06.2018
ölçüsü14,47 Kb.
#50646

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən

işğalından 24 il ötür.

(Metodiki vəsait).

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmiş, Martuni şəhəri Xocavənd şəhəri, Martuni rayonu Xocavənd rayonu adlandırılmışdır.Hadrut rayonu isə ləğv edilərək ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir.Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 1458 km2, əhalisi 41725 (0 cümlədən azərbaycanlılar-10.648) nəfər olmuşdur.Rayonda 1 şəhər ( Xocavənd şəhəri-rayon mərkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd vardı.Olducqa əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə-tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir.Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir.

1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid vermiş, 3600 uşaq zərər çəkmişdir.2 oktyabr 1992-ci il tarixində Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Xocavənddə 71 arxeoloji-memarlıq abidəsi, 41 klub, 40 kitabxana, 12 ziyarətgah, 10 məktəbəqədər müəssisə, 21 səkkizillik məktəb məhv edilmişdir.İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalmış, Azıx mağarasını ermənilər silah anbarına çevirmişlər.Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25, 5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınmış, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilmişdir.Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilmişdir.

Keçiriləcək tədbirlər.

İlk növbədə kitabxanada sərgi təşkil olunmalıdır.Sərgidə Azərbaycanın tarixinə, Xocavənd rayonunun işğalına aid müxtəlif çap olunmuş kitabları, dövrü mətbuatda dərc olunmuş məqalələr nümayiş oluna bilər.

Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi də xüsusi yer tutur.Gecə iki hissədə nəzərdə tutulur.Gecədə tarix müəllimlərinin, məktəblilərin iştirakı gecəni daha

daha maraqlı edər.Birinci hissədə kitabxanaçı Azərbaycanın dilbər guşəsi olan Qarabağın tarixi haqqında, erməni qəsbkarlarının işğalçılıq siyasəti haqqında danışmalı, qonaqların çıxışları dinlənilməlidir.İkinci hissədə Xocavənd rayonuna aid bayatılar, şeirlər, poemalardan parçalar göstərilə bilər.Gecədə Xocavənd rayonundan didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir.Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi, gənc nəsillərdə vətənə, torpağa məhəbbəti, düşmənə nifrəti artırır.

Tədbirin sonunda Xocavənd rayonunun işğalına həsr olunmuş kino-film nümayiş etdirilə bilər.



Ədəbiyyat siyahısı.
1.Qaraoğlu, Fazil.Ermənilər və həqiqətlər / F.Qaraoğlu.-B. :Nurlar, 2009.-344 s.

2.Erməni soyqırımı: “mif və gerçəklik” / B. : Adiloğlu, 2012.-368 s.

3.Xudiyev,İlham.Qarabağ münaqişəsi.Faktlar və həqiqətlər / İ.Xudiyev.-B. :Ünsiyyət,2007,100 s.

4.Qəhrəmanov,Nazim.IDünya müharibəsindəQafqaz cəbhəsində erməni amili/-B.:E.L, 2008.-296 s.

5.Əsgərov, Vüqar.Azərbaycanın milli qəhrəmanları / V.Əsgərov.-B. :Dərələyəz-M,2010.-288 s.

6.Hicran, Fəridə.Qarabağda talan var / F.Hicran.-B. :Gənclik, 1992.-160 s.

7.Sultanov, Z.Qarabağ gündəliyi / Z.Sultanov.-B. :Yazıçı, 1991.-116 s.

8.Xuraman.Qarabağım qəm ocağım / B. : “Nağı evi”, 2004.-112 s.

9.Kəngərli, Qulu.Erməni lobbisi... Azərbaycan faciəsi / Q.Kəngərli.-B. :Yazıçı, 1992.- 208 s.

10.Əzizinəm Qarabağ / B. :Gənclik, 1993.-191 s.

11.Əroğul,Əlisahib.Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası /-B.:Təknur,2009.-200 s.

12.Musayev, Maksim.Ermənilər Amerikada / M.Musayev.-B. :Nurlar, 2012.-128 s.

13.Didərginlər / B. :Gənclik, 1990.-384 s.

14.Məmmədova, Həvva.Azərbaycan Xalq cümhuriyyəti dövründə yuxarı Qarabağda siyasi vəziyyət.

Erməni terrorizminin güclənməsi /-B. :Nağıl evi, 2006.-150 s.
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.
Yüklə 14,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə