Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə9/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
#580
1   2   3   4   5   6   7   8   9

"Allah istirahəti işləyənlər üçün yaradıb". Atalar sözü
Yanlış təsəvvürə malik olan insanlar vardır ki, dini dəmir çubuğun köməyilə hökm edən zalım hökmdar kimi qəbul edirlər. Bu cür adamlar daim öz pisliklərindən şikayətlənir və yalançı şərin həsrəti ilə yaşayırlar. Onların ürəyində məhəbbət izi yoxdur; simaları isə həmişə qaşqabaqlıdır. Onlar gənclərin, digər insanların da məsum gülüşlərindən çəkinirlər. Onlar hər cür istirahət və əyləncəni günah hesab edirlər və daim tələbkar və sərt olmaq lazım gəldiyini düşünürlər. Bu bir cür ifratçılıqdır. Başqaları isə belə hesab edirlər ki, beyin daim yeni əyləncələr axtarışında olmalıdır və guya bu, sağlamlıq üçün faydalıdır. Onlar daim həyəcan vəziyyətində yaşamağa alışırlar və bunsuz özlərini pis hiss edirlər. Belə adamlar isə başqa cür ifratçılığa varırlar. Həqiqi məsihçilik prinsipləri hər bir insan üçün sevinc mənbəyi, ölçüyəgəlməz genişliq və davamlılıq, dərinlik və yüksəklikdir.
Biz özümüzə layiq əyləncələrlə ruhumuzu təzələməli və bədənimizi möhkəmləndirməliyik və öz fiziki və əqli qüvvəmizi Allahın izzətləndirilməsinə sərf etməyə can atmalıyıq. Bizim əyləncələrimiz zərərli, şadyanalıqdan məhrum absurda bənzəməməlidir. Biz boş vaxtlarımızı elə keçirə bilərik ki, ünsiyyət etdiyimiz adamlar ondan faydalana və yüksələ bilsinlər. Biz həm sakitlik, həm istirahət, həm də düşünmək üçün ayrıca vaxt ayırmalıyıq. Dərslə məşğul olan və ya ofisdə işləyən adamlar hökmən istirahət etməlidirlər. Beyni daim işləməyə məcbur etmək olmaz, çünki bu incə mexanizm tez sıradan çıxa bilər.
Ağıl kimi bədənin də işləməyə ehtiyacı vardır. Fiziki məşğələlərə sərf olunan vaxt hədər getmir. Bütün bədən üzvlərinin yaxşı işləməsi üçün müəyyən məşğələlərin keçirilməsi vacibdir. Beyin işləyib, digər orqanlarsa hərəkətsiz qalan zaman həm fiziki, həm də əqli qüvvənin zəifləməsi baş verir. İnsan sağlam tonusu itirir, ağlın cəld işi zəifləyir. Bunun nəticəsində insan xəstəhal olur.

Necə əylənməli?


Gənclər yaşlılar kimi sakit və ciddi davrana bilmirlər, uşaqlarsa valideynləri kimi təmkinli olmurlar. Valideynlər pis əyləncələri mühakimə edərkən, əvəzində nə isə də təklif etməlidirlər. Gəncləri sərt qaydalar və məhdudiyyətlərlə bağlamayın ki, özlərini məzlum hiss etməsinlər. Uşaqlarınızı möhkəmlik, xeyirxahlıq və qayğıkeşliklə idarə edin ki, hər şeyi onların xeyri üçün etdiyinizi başa düşsünlər.
Uşaqlara qəmli həyat təcrübələri lazım deyil. Allahın verdiyi tapşırıq və əhdlər də bunu təsdiqləyir. Müdriklik yolu - "bəyənilən və əmin-amanlıq gətirən" yollardır (Məs. 3:17).
Tarixin başlanğıcında insan həyatı çox sadə idi. İnsanlar təbiətə daha yaxın yaşayırdılar. Uşaqlar valideynlərin əməklərini onlarla bölüşdürür və təbiət xəzinəsinin gözəlliklərini və sirlərini açırdılar. Meşələrin və çöllərin sükutunda onlar böyük həqiqətlər haqqında düşünür və öz müqəddəs imanlarını nəsildən-nəsilə ötürürdülər. Bu cür tərbiyə insanları güclü edirdi.
İndiki dövrdə isə həyat tamamilə fərqlidir. Bütünlüklə qədim dövrün adət-ənənələrinə qayıtmaq imkanımız olmasa da, hər halda oradan bir dərs götürə və istirahət vaxtımızı lazımi şəkildə qura bilərik. Yəni bu vaxt bədənimizin, əqlimizin və ürəyimizin həqiqətən bərpasına sərf olunmalıdır.
Şəhərdə yaşayan bir neçə ailə bir yerə yığışaraq, kənd yerinə, gözəl bir gülün sahilinə və ya xoş mənzərəli bir meşəyə gedə bilərsiniz. özünüzlə sadə, sağlam qida, təzə meyvə və paxlalı bitkilərdən götürün, ağacların kölgəsində və ya səma çadırının altında süfrə açın. Yol yorğunluğu, xırda çətinliklər və ətraf mühit iştahınızın yüksəlməsinə kömək edəcək və siz öz süfrənizdən padşahların belə həsəd aparacağı dərəcədə böyük həzz alacaqsınız.
Bu cür şəraitdə həm böyüklər, həm də uşaqlar özlərini qayğı, zəhmət və problemlərdən azad hiss edəcəklər. Uşaqlarla ünsiyyət zamanı valideynlər müəyyən mənada özləri də uşaqlaşmalıdırlar və övladlarının məmnun qalması üçün əllərindən gələni etməlidirlər. Bütün gününüzü istirahətə həsr edin. Qapalı binada oturaq işlə məşğul olanlar üçün açıq avada keçirilən məşğələlər çox faydalıdır. Hər kəs bacardığı qədər aktiv istirahətə can atmalıdır. Heç nə itirməyəcək, əksinə qazanacaqsınız. Bu cür istirahətdən sonra adamlar işə yeni ruhda başlayacaqlar, onların orqanizmi isə xəstəliklərə sinə gərməyə hazır olacaq.
Nəhəng ağacları yaradan, onları sıx yarpaqlarla geyindirən, bizim üçün gözəl və əlvan çiçəkləri yaradan, bütün təbiət padşahlığında bacarıqlı əlini və gözəl işlərini gördüyümüz Rəbb Allah bizi bədbəxt görmək istəmir; əksinə, O istəyir ki, biz ətrafımızdakı gözəlliklərə etinasız yanaşmayaq, onlardan həzz alaq. O arzu edir ki, biz Onun yaratdığı füsunkar təbiətə baxaraq, özümüzü xoşbəxt hiss edək.
çox vaxt valideynlər uşaqlarının əyləncəyə məhəbbətini təqdirəlayiq hesab edirlər. Onlar əksəriyyətin qəbul etdiyi fikirlə - erkən uşaqlıq və gənclik illərini avaraçılığa sərf etmək, əyləncələrə və axmaq-axmaq işlərə göz yummaq lazım gəldiyi fikrilə razılaşırlar. Beləliklə, uşaq və gənclərdə həyəcan doğuran əyləncələrə həvəs oyanır, dava-dalaş səhnələrində sevinc tapmağa alışırlar və çox da nəzərə çarpmayan, lakin vacib olan həyati vəzifələrə açıq-aydın ikrahla yanaşmağa başlayırlar.

Ünsiyyət
Kiçik yaşlı uşaqlar ünsiyyəti çox sevirlər. Adətən onlar uzun müddət tək qala bilmirlər və ana başa düşməlidir ki, uşaqlar evdə və ya otaqda olan zaman, o da orada olmalıdır. Onda o, onlara nəzarət edə, baş qaldırmış münaqişələri yatırda, mənfi vərdişləri aradan qaldıra, eqoizmin yaranmasına mane ola və onların şüurlarını düzgün istiqamətə yönəldə bilərlər. Uşaqlara elə gəlir ki, onların xoşuna gələn şeylər analarının da xoşuna gəlir və öz kiçik problemləri ilə analarına müraciət etməyi təbii hal hesab edirlər. Ana isə uşağın suallarına soyuqqanlıqla yanaşaraq və ya bu cür əhəmiyyətsiz işlərə baş qoşmaqdan imtina edərək, onun kövrək ürəyini yaralamamalıdır. Vaxtında verilmiş nəsihət və ya xəbərdarlıq çox vaxt hədsiz dərəcədə qiymətli olur.


öz səs-küyləri ilə onu narahat etməmələri və saysız-hesabsız sualları ilə bezdirməmələri üçün uşaqları özündən kənarlaşdırmaq əvəzinə, ana başa düşməlidir ki, ünsiyyət vaxtında istifadə etməyin ən yaxşı yolu uşaqların kədərini onlarla bölüşmək, onların narahat, bir yerdə qərar tutmayan şüurlarını sevinc bəxş edən şən oyunlar və yüngül tapşırıqlarla məşğul etməkdir. Ana uşaqlarına əyləncə tapmağa sərf etdiyi vaxtı və qüvvəsinin əvəzində səxavətlə mükafatlandırılacaqdır.
Cəmiyyətin indiki vəziyyətində uşaqları səhv yoldan çəkindirmək və düzgün yola yönəltmək valideynlər üçün asan başa gəlmir. çox vaxt qoyulmuş məhdudiyyətlər gəncləri əsəbləşdirir, onlar öz istədikləri kimi hərəkət etmək, ürəkləri istəyən vaxt gəlmək və ürəkləri istəyən vaxt getmək istəyirlər. Xüsusilə on-on səkkiz yaş arasındakı uşaqlar öz yaşıdları ilə vaxt keçirməkdə heç bir pis şeyin olmadığını düşünməyə meyllidirlər. Lakin kifayət qədər təcrübəyə malik valideynlər uşaqlarının xarakter cəhətlərini və bu cür vəziyyətlərin onların idrakına göstərdiyi təsiri bilirlər. Onlar uşaqlarının xeyri üçün onları qorumalıdırlar.
Uşaqlarınızın xilasının sirri evinizi rahat və cəlbedici etməkdədir. Valideynlərin uşaqlara hər şeydə sərbəstlik vermələri onları evə bağlamayacaq. Uşaqlarınızı həvəsləndirin və onları ailə ocağına cəlb edə biləcək və sizin onlara qayğı göstərdiyinizi başa düşmələrinə kömək edəcək vasitələr axtarın.
Sağlam istirahət üçün uşaqlarıma nə təklif edə bilərəm?

38. Bu gün və gələcək üçün hədiyyə


"Əsl məsihçi evi - səma həyatına bənzəyir". Eleanor L. Doan
Əgər valideynlər uşaqlarına lazımi tərbiyəni verirlərsə, öz səyli əməklərinin bəhrəsini onların xarakterlərində sevinclə müşahidə edə biləcəklər. Onlar Allah üçün ali xidməti yerinə yetirirlər.
Uşaqlarınıza intellektual mədəniyyət aşılayın və əxlaqi tərbiyə verin. Onların cavan beyinlərini möhkəm, təmiz prinsiplərlə bərkidin. Nə qədər ki imkan var, müsbət xarakter cəhətlərinin özülünü qoyun. Sizin bu əməyiniz yüz qat artığına ödəniləcək.
Səma və yer indi bir-birindən həmin gecə Beyt-Lehemdə çobanlar mələklərin nəğməsini eşitdikləri zaman olduğundan daha uzaq deyillər. O vaxt, adi əməklə məşğul olan sadə insanların gündüz vaxtı mələkləri qarşıladıqları, özüm bağlarında və tarlalarda səma elçiləri ilə söhbət etdikləri vaxtda olduğu kimi, indi də Allah insanlara həmin qayğını göstərir. Bizim gündəlik həyat qayğılarımızın hamısında səma bizim yanımızda ola bilər.
Yerdəki həyat səma həyatının başlanğıcıdır, yerdəki tərbiyə səma prinsiplərinin təlimidir, yerdəki əmək səmadakı əməyə hazırlıqdır. İndi necə olmağımız, xarakter və arzularımızın necə olması, gələcəkdə necə olacağımızın dəqiq göstəricisi ola bilər.
Müdrik valideynlərin əməyi bu dünya tərəfindən qəbul edilməyəcək, lakin səmadakı qeyd kitabları açılan zaman onların işləri Allahın gördüyü kimi olacaq və insanlar və mələklər qarşısında mükafatlandırılacaq. O zaman öz borclarına sadiq qalan valideynlərin tərbiyə etdikləri uşaqların dünyanın nuruna çevrildikləri açıq görünəcək. Bu uşaqların xarakterləri üzərində sərf edilən əmək göz yaşları, narahatçılıq və yuxusuz gecələr bahasına başa gəlmişdir, lakin valideynlər bu vəzifəni müdriklik və ləyaqətlə yerinə yetirdilər, nəticədə Rəbbin tərifinə layiq olacaqlar.
Uşaqlara öyrətmək lazımdır ki, onlar öz düşüncələrini təmiz və gözəl fikirlər üçün açanda və xeyirxah, faydalı işlərlə məşğul olanda, İlahi xarakterin gözəl donuna bürünmüş olurlar. Bu qiyafə onları bu dünyada gözəl və sevimli edir, gələcəkdə isə Padşahın sarayına girmək üçün imkan yaradır. Onun əhdində deyilir: "Onlar Mənimlə ağ paltarda yeriyəcəklər, çünki layiqdirlər" (Vəh. 3:4).

Ən yaxşı ev


Eden bağı onun gözəl torpaqlarında gəzmək insana qadağan olunandan sonra hələ uzun müddət yer özündə qaldı. Günaha batmış insan nəslinə hələ uzun müddət mələklərin müdafiə etdikləri günahsız evə baxmağa icazə verildi. Kəruvların qoruduğu cənnətin qapısı ünündə Allahın izzəti açılırdı. Adəm və onun oğulları Allaha səcdə etmək üçün buraya gəlirdilər. Onlar burada qanuna əməl edəcəkləri haqda əhdlərini təzələyirdilər. Bu, o qanun idi ki, Adəm və Həvva onu pozduqları üçün Edendən qovulmuşdular. Qanunsuzluq dünyanı başına alan və insanların asiliyi daşqın sularında ölümlə cəzalandırılan zaman Edeni yerləşdirən əl onu yerdən götürdü. Lakin son bərpa zamanı, "yeni bir səma və yeni bir yer" qurulan zaman, Eden bağı əvvəlkindən daha gözəl bəzənmiş olacaq.
Sonra Allahın qanunlarına əməl edənlərə həyat ağacının altında ölməzlik gücü veriləcək; tükənməz əsrlər boyunca günahsız dünyaların sakinləri bu füsunkar bağda Allahın günahdan uzaq kamil işinin nümunəsini görəcəklər. İnsan Yaradanın müdrik planını yerinə yetirsəydi, o zaman yer özü həmin nümunəyə uyğun olardı.
Böyük xilas planı Allahın lütfünü bütünlüklə dünyaya qaytarır. Günah özündən nə itirilmişdisə, qaytarılacaq. Təkcə insan deyil, bütün yer özü xilas olunub ki, Allaha itaətlilərin əbədi məskəni olsun. Altı min il ərzində şeytan yeri ələ keçirmək üçün mübarizə aparıb. İndi isə Allahın öz yaratdığı barədə əvvəlcədən düşündüyü plan həyata keçəcək.
Alacağımız mirasın həddindən artıq maddi şəkildə təsəvvür ediləcəyi qorxusu bir çoxlarını təhrik etmişdir ki, miras alacağımız şeylərə real ev kimi baxmaqda bizə kömək edən həqiqətləri sırf mənəvi planda şərh etsinlər. Məsih öz şagirdlərini əmin etmişdi ki, Atasının evində onlar üçün yaşayış məskəni hazırlamağa gedir. İnsan təxəyyülü salehlərin alacağı mükafatı təsvir etmək iqtidarında deyil. Bunu yalnız onu görənlər başa düşə biləcəklər. Bizim məhdud idrakımız İlahi cənnətin izzətini dərk etmək qabiliyyətindən məhrumdur.
Müqəddəs Kitabda xilas olmuşların mirası ölkə kimi adlandırılmışdır. Orada çoban öz sürüsünü qaynayan bulaqların yanına gətirir. Həyat ağacı hər ay bəhrə verir və onun yarpaqları xalqlar üçün məlhəmdir. Orada büllur kimi şəffaf, heç vaxt qurumayan sular axır. Orada geniş düzənliklər gözəl təpələr və dağlarla, başı göylərə çatan yüksəkliklərlə sıralanır. Uzun-uzadı səyahətə çıxmış Allah xalqı bu sakit dözənliklərdə, çayların sahilində özünə sığınacaq yeri tapacaq.
Allah haqqında bizim üçün qaranlıq qalan nə varsa, gələcək dünyada aydınlaşacaq. Başa düşülməsi çətin olan şeylərin izahı veriləcək. Lütfün sirləri bizim üçün açıqlanacaq. İndi bizim məhdud idrakımızın çaş-baş qaldığı və yalnız həyata keçməyən ümidlərimizi gördüyümüz halda, o zaman kamil və heyrətamiz ahəngin şahidi olacağıq. Başa düşəcəyik ki, bizim üçün çox çətin görünən həyat şəraitlərini tükənməz məhəbbət idarə edirdi. O zaman hər şeyi bizim xeyrimiz üçün Edənin nəvazişli qayğısını hiss edəcəyik.
Bizim səmavi evimiz var. Bizi sevdiyi üçün uğrumuzda canın verən Məsih bizdən ötrü şəhər ucaldıb. Rəbbin şəhərində qəm, kədər olmayacaq. Orada heç zaman acı göz yaşları axmayacaq və doğrulmayan ümidlər üçün acıma səsləri eşidilməyəcək. Tezliklə kədər və qəm qiyafələri toy qiyafələri ilə əvəz olunacaq.

39. Yeni həyat


Qoy yerdəki evimizdə olan hər bir şey şəffaf sulu çayları və yaşıl çəmənlər, qollu-budaqlı ağacları və axar suların qaynaqlarını, nur saçan şəhəri - rəssamın yarada bilməyəcəyi və insanın təsvir edə bilməyəcəyi gözəllik dünyasını yadımıza salsın. "Allahın Onu sevənlər üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi duymuşdur" (1 Kor. 2:9).
Elə fikirləşirsiniz ki, orada heç nə öyrənməyəcəyik? O zaman orada bizim üçün açılacaq şeylər barədə ən kiçicik təsəvvürümüz belə yoxdur. Allah təbiətin gözəlliyini və izzətini bizim üçün açacaq. Onun bizim üçün Kim olduğunu və bizim Onun üçün kim olduğumuzu göstərəcək. İndi məhdudluğumuz özündən dərk edə bilmədiyimiz həqiqətləri gələcəkdə öyrənəcəyik. Səma məktəbdir; onun tədqiqat sahəsi Kainatdır, onun Müəllimi Tükənməz Allahdır.
Səmanın izzətinə baxdığımız zaman gözlərimiz gözəl dünyanı görəcək.
Kainatın bütün xəzinəsi öyrənilmək üçün xilas olunmuşların qarşısında açılacaq. Ölümün pəncəsindən xilas olaraq, onlar yorulmaq bilməyən uçuşla uzaq dünyalara - böyük ürək yanğısı ilə bəşəriyyətin kədərini bölüşdürən və hər bir Rəbbə dönmüş ürəyi şən nəğmələrlə salamlayan dünyalara öz tutacaqlar. Günahdan kənar məxluqlar təsvirəgəlməz məmnunluqla öz hikmət və sevinclərini Yer övladları ilə bölüşəcəklər. Onlar özlərinin bilik xəzinələrini və tükənməz əsrlər boyunca Allahın yaradıcı gücünün şahidi olmaları sayəsində əldə etdikləri böyük müdrikliyi insanlarla bölüşəcəklər. Xilas olmuşlar yorulmadan yaradılışın izzətini - Rəbbin taxt-tacı ətrafında dövrə vuran günəşləri, ulduzları, səma sistemlərini seyr edəcəklər. Bütün yaradılmışların, ən kiçiyindən ən böyüyünə qədər hamısının üzərində Yaradanın adı həkk olunmuşdur və hər bir yaradılmış özündə Allahın gücünün zənginliyini açır.
Əbədiyyətdə sürətlə keçən illər Allahın və Məsihin şöhrəti haqqında bütün möhtəşəm həqiqətlər dərk ediləcək. İdrak böyüdükcə, məhəbbət, xeyir-dua və xoşbəxtlik də artacaq. İnsanlar Allahı nə qədər çox tanısalar, bir o qədər çox da Onun xarakteri ilə fəxr edəcəklər.
Orada hər bir qabiliyyət inkişaf edəcək, hər bir istedad və bacarıq genişlənəcək və yüksələcək. Ən böyük, ali canatmalar orada həyata keçəcək; orada ən xeyirxah məqsədlərə nail olunacaq. Bununla belə, yenə də əlçatmaz zirvələr meydana çıxacaq, əqlin, ürəyin və bədənin bütün gücünü hərəkətə gətirən yeni tədqiq olunmamış möcüzələr, açılmamış həqiqətlər, yeni suallar və elmlər baş qaldıracaq.
Mən sizi Məsihin səma buludları üzərindəki gəlişinə hazırlamağa çağırıram. Məsihlə sıx ünsiyyətdə olmağın nə demək olduğunu şəxsi təcrübənizdə öyrənin. Hazırlaşın ki, Məsih gələn zaman Onu sülh içində qarşılayanların arasında siz də olasınız.
Mən Yeni Yerdə yaşamaq istəyirəmmi?
Yüklə 473,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə