XroniKİ c viruslu hepatit xəSTƏLƏRİNİn müALİCƏSİNDƏ rekombinant alfa-interferon



Yüklə 263,4 Kb.
səhifə2/9
tarix25.06.2018
ölçüsü263,4 Kb.
#51824
1   2   3   4   5   6   7   8   9

İqtisadi  amilləri  nəzərə  alaraq,  XCH-li  xəstələrin  ən  azı  bəzi 

kateqoriyasının  müalicəsi  üçün  r-İFN  preparatlarının  bu  gün  də 

müəyyən yer tutması fikri aşağıdakı səbəblərlə əsaslandırılır.  

Əvvəla,  həm  r-İFN,    həm  də  PEG-İFN  preparatlarının 

farmakoloji  təsirinin  əsasını  eyni  bir  preparat  –  alfa-İFN  təşkil  edir. 

Məhz  ona  görə,  bu  preparatların  göstəriş  və  əks-göstəriş  siyahısı 

demək olar ki, eynidir [5]. 

İkincisi,  XCH-li  xəstələrə  r-İFN  preparatlarının  standart, 

birdəfəlik  dozası  yeridildikdə  “ilkin”  və  “gecikmiş”  əlavə  toksiki 

effektlərin  tezliyi,  PEG-İFN  preparatlarının  standart  dozasının 

yeridilməsi  zamanı  qeyd  olunan  analoji  effektlərin  qeydiyyatından 

statistik  davamlı  fərqlənmir.  Bu  onu  göstərir  ki,  klinik-toksikoloji 

xüsusiyyətlərinə  görə  r-İFN  preparatları  PEG-İFN  preparatlarından 

az fərqlənir [14]. 

Üçüncüsü,  r-İFN  preparatları  ilə  aparılmış  VƏT  effektivliyinə 

görə  PEG-İFN  preparatları  ilə  aparılmış  VƏT-dən  yalnız  bir  qədər 

geri  qalır.  Belə  ki,  bizim  müşahidələrimizdə  r-İFN  preparatları  ilə 

aparılmış standart VƏT-dən sonra davamlı virusoloji cavabın (DVC) 

qeydiyyatının  tezliyi,  PEG-İFN  preparatları  ilə  aparılmış  VƏT-dən 

sonra  qeyd  olunan  uyğun  göstəricidən  orta  hesabla  10%  aşağı 

olmuşdur [15]. 

Dördüncüsü,  XCH-li  xəstələrin  r-İFN  preparatları  ilə  VƏT-nın 

effektivliyinin  yüksəldilməsinin  ən  azı  iki  yolu  mövcuddur:  1)  bu 

preparatların  birdəfəlik  dozasının  yüksəldilməsi  və  2)  daha  tez-tez 

yeridilməsi. 

Bu  preparatların  uzun  illər  onkologiyada  istifadə  təcrübəsi 

göstərir  ki,  r-İFN  dozalarının  yüksəldilməsi  mümkündür.  Belə  ki, 

onkologiyada  onlar  XBH-nin  müalicəsində  istifadə  edilən  dozaları 

dəfələrlə  aşan  dozalarda  aylarla  istifadə  edilir.  Bu  zaman  əlavə 

toksiki  effektlərin  tezliyi  və  təzahürü  çox  nadir  hallarda  dozadan 

asılı olur.  

Bundan əlavə, r-İFN preparatlarının gündəlik yeridilməsi zamanı 

qanda  İFN-nin  səviyyəsinin  azalmasına  baxmayaraq,  virusəleyhinə 

aktivlik,  onun    realizasiya  prosesinin  inertliyi  hesabına,  hətta 

preparatın  inyeksiyaları  arasındakı  intervalın  sonunda  belə  sıfıra 

enmir.  


Bu  imkanların  hər  ikisi  bizim  öz  klinik  müşahidələrimizdə 

xüsusilə  öyrənilmişdir.  Bu  müşahidələrin  nəticələri  göstərmişdir  ki, 




XCH-li  xəstələrdə  r-İFN  preparatları  ilə  aparılan  VƏT-dən  sonra 

davamlı virusoloji cavabın tezliyini PEG-İFN preparatların istifadəsi 

ilə  alınan  davamlı  virusoloji  cavabın  səviyyəsinə  çatdırmaq    üçün  

aşağıdakı  yollar  mövcuddur:  1)  günaşırı  rejimdə  yeridilən  r-İFN 

preparatların birdəfəlik dozasının 3-4 dəfəyədək artırılması; 2) r-İFN 

preparatlarının  standart  dozalarda  gündəlik  yeridilməsi;  3)  VƏT-nın 

iki  mərhələli  proqramından  istifadə  edilməsi:  “induksiya  dövründə” 

(ilk  1  ay  ərzində)  r-İFN  preparatları  günaşırı  rejimdə  çox  yüksək 

dozalarda,  sonrakı  “konsolidasiya  dövründə”  isə  günaşırı  rejimdə 

standart birdəfəlik dozalarda yeridilir [12, 16]. 

Beşincisi,  günaşırı  rejimdə  yüksək  birdəfəlik  dozada  r-İFN 

preparatları  yeridilən  xəstələrdə,  həmçinin,  bu  preparatlar  gündəlik 

yeridilən  xəstələrdə  “ilkin”  və  “gecikmiş”  əlavə  toksiki  effektlərin 

təzahürü  və  qeyd  olunma  tezliyi,  r-İFN-un  adi  doza  və  rejimlərinin 

tətbiqi  ilə  müalicə  aparılanlardan  praktik  olaraq  fərqlənmirdi. 

Yalnız,  VƏT-in  ikimərhələli  proqramlarının  istifadəsi  zamanı 

müalicənin  birinci  mərhələsindən  sonra  əlavə  effektlərin  qeyd 

edilmə tezliyi orta hesabla 15% yüksəlmişdir [16]. 

Beləliklə,  yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq,  belə  bir 

qənaətə gəlmək olar ki, XCH-li xəstələrin müalicəsində əvvəlki kimi 

r-İFN  preparatları  istifadə  oluna  bilər,  çünki  onların  rasional  tətbiqi 

zamanı  PEG-İFN  preparatlarına  nisbətən  bir  qədər  zəif  terapevtik 

effekti almaq  mümkündür. Bu da öz növbəsində, XCH-in  müalicəsi 

zamanı  r-İFN  preparatlarına  PEG-İFN  preparatlarının  alternativi 

kimi baxılmasına imkan verir. 

Eyni  zamanda,    r-İFN  preparatlarına  PEG-İFN  preparatlarının 

alternativi kimi baxıldıqda, nəzərə almaq  lazımdır  ki,  bu preparatlar 

yalnız  PEG-İFN  preparatlarının  istifadəsinə  göstərişi  olan  xəstələrə 

təyin edilməlidir. Belə ki, r-İFN preparatları hepatit C virusunun “2” 

və  ya  “3”  genotipi  olan,  həmçinin,  interleykin-28B  gen 

polimorfizminin  “CC”  variantı  olan  “1”  genotipli  XCH-li  xəstələrə 

təyin  edilməlidir  [9].  PEG-İFN  preparatlarının  təyininə  əks-göstəriş 

olan xəstələrə r-İFN preparatları təyin edilməməlidir [5]. 

XCH-li  xəstələrin  müalicəsi  zamanı  r-İFN  preparatlarının 

istifadəsinin  cəlbediciliyi  ondan  ibarətdir  ki,  ən  effektiv  preparat 

olmasa da (PEG-İFN preparatlarından effektivliyinə görə geri qalır), 

iqtisadi cəhətdən daha əlverişlidir. Belə ki, XCH-li xəstələrin  intron 

A və ya roferon-A-nın istifadəsi ilə VƏT kursunun dəyəri PEG-İFN 




preparatları  ilə  aparılan  analoji  VƏT-in  dəyərindən  ən  azı  2  dəfə 

aşağıdır.  Əgər  VƏT  müasir  generik  r-İFN  preparatlarının  tətbiqi  ilə 

aparılırsa,  o  zaman  onun  dəyəri  PEG-İFN  preparatları  ilə  aparılmış 

VƏT-dən 3-5 dəfə aşağı olacaq.  

Ona  görə,  güman  etmək  olar  ki,  PEG-İFN  preparatlarının  geniş 

istifadəsi  və  virus  fermentlərinin  inhibitorlarının  istifadə  sferasının 

genişləndirilməsi şəraitində belə r-İFN preparatları ən azından XCH-

li xəstələrin  müəyyən kateqoriyasının  müalicəsi üçün  istifadə edilə 

bilər [13, 16]. 

Hazırki  metodik  tövsiyyələr  HCV-infeksiyasının  müxtəlif 

formalı  xəstələrinin  müalicəsi  ilə  məşğul  olan  həkimlər  üçün 

hazırlanmış  və  XCH-li  xəstələrinin  müalicəsi  üzrə  bir  sıra  müvafiq 

milli  və  beynəlxalq  [7,  17,  18],  o  cümlədən  2014-cü  ildə  nəşr 

olunmuş ÜST tövsiyyələrinin əsasında tərtib edilmişdir [11].  

 

XCH-in İNKİŞAFI VƏ VƏT-in APARILMASINA 



ZƏMİNLƏR 

 

XCH-li  xəstələrdə  VƏT-in  rasional  istifadəsi  məsələsinin 



həllinin,  HCV-infeksiyasının  inkişafının  bir  sıra  xüsusiyyətlərindən 

asılı  olmasını  nəzərə  alaraq,  bu  məsələyə  HCV-infeksiyasının  təbii 

gedişatı  haqqında  anlayış  ilə  birgə  baxmaq  məqsədəuyğundur. 

Aşağıdakı şəkildə (şəkil 1) HCV-infeksiyasının təbii gedişatının əsas 

həlqələri sxematik göstərilmişdir.  

Bu  sxemə  aydınlıq  verərək  ilk  növbədə  qeyd  edilməlidir  ki, 

kəskin  HCV-infeksiyasının  inkişafının  iki  əsas  variantı  ola  bilər: 

manifest və subklinik. 

Birinci  variantda  infeksiya  qaraciyər  disfunksiyasının  klinik-

laborator  əlamətlərinin  təzahürü  ilə,  yəni  parenximatoz  hepatitin 

inkişafı ilə müşayiət olunur. 

İkinci  variantda  infeksiyanın  inkişafı  qaraciyər  disfunksiyasının 

hər  hansı  bir  klinik-laborator  əlamətlərinin  təzahürü  ilə  müşayiət 

olunmur, yəni HCV-infeksiyası subklinik qalır.  

 

 



Yüklə 263,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə