XroniKİ c viruslu hepatit xəSTƏLƏRİNİn müALİCƏSİNDƏ rekombinant alfa-interferon



Yüklə 263,4 Kb.
səhifə7/9
tarix25.06.2018
ölçüsü263,4 Kb.
#51824
1   2   3   4   5   6   7   8   9

qiymətləndirmək  üçün),  qaraciyər  damarlarının  doppleroqrafiyası 

(qapı 


venası 

sistemində 

qan 

dövranının 



vəziyyətinin 

qiymətləndirilməsi  üçün)  və  qarın  boşluğu  orqanlarının  kompyuter 

tomoqrafiyası 

(qarın 


boşluğunda 

kiçik 


miqdarda 

mayenin 


aşkarlanması üçün) aparılmalıdır. Əgər xəstədə qaraciyər sirrozunun 

inkişafının əlamətləri müəyyən edilərsə, o zaman VƏT çox ehtiyatla 

və diqqətli monitorinq fonunda aparılmalıdır.  

2.Konkret xəstədə xəstəliyi yaradan HCV-in genotipinin təyini.  

Əgər  xəstədə  HCV  “2”  və  ya  “3”  genotiplərinə  aiddirsə,  onda 

müalicə    məhdudiyyətlər  olmadan  başlanmalıdır    və  24  həftə 

müddətində davam etdirilməlidir.  

Əgər  xəstədə  HCV  “1”  genotipə  aiddirsə,  o  zaman  xəstədə 

interleykin  28B  (IL-28B)  geninin  polimorfizmi  təyin  olunmalıdır. 

Bu  tədqiqat  “2”  və  ya  “3”  genotipli  HCV  ilə  törədilən  XCH 

xəstələrində də aparıla bilər. 

Bu  müayinənin  vacibliyi  onunla  bağlıdır  ki,  İFN  preparatları 

daxil  edilən  VƏT-nın  gözlənilən  effekti  bilavasitə  bu  genin 

variantından  asılıdır.  “CC”  tipində  effektivlik  orta  hesabla  80%-ə 

çatırsa,  “CT”  tipində  40%  təşkil  edir,  “TT”  tipində  isə  orta  hesabla 

20%-i keçmir.  

Əgər xəstədə IL-28B geninin “CC” tipidirsə, o zaman ona r-İFN 

preparatlarının istifadəsi ilə VƏT 48 həftə müddətinə təyin edilir.  

Əgər  xəstədə  IL-28B  geninin  “CT”  və  xüsusən,  “TT”  tipi 

aşkarlanarsa, o zaman xəstə r-İFN preparatları (hətta pegiləolunmuş 

İFN preparatları) ilə aparılan VƏT-nın böyük ehtimalla kifayət qədər 

effektiv olmayacağı haqqında məlumatlandırılmalıdır; bu pasientlərə 

birbaşa təsirli virusəleyhinə preparatlarla VƏT təyin edilməlidir.  

3.  Xəstədə  virus  yükünün,  yəni  onun  qanında  virus  RNT-sinin 

konsentrasiyasının  təyini.  Müalicədən  əvvəl  xəstədə  təyin  olunmuş 

virus  yükü  sonralar  viremiyanın

 

“ilkin”  səviyyəsi  kimi  istifadə 



olunur.  

 

XCH-NİN KURABELLIK PREDİKTORLARI 



 

Konkret 


xəstəyə 

VƏT 


planlaşdırılan 

zaman 


onun 

başlanmasından  əvvəl,  müalicənin  gözlənilən  terapevtik  effektinin 

alınmasının  mümkün  imkanları,  eləcədə  xəstə  üçün  VƏT-in 

mümkün 


neqativ 

nəticələrinin 

və 

ağırlaşmalarının 



riskləri 


qiymətləndirilməlidir.    Bununla  əlaqədar  olaraq,  hər  bir  xəstədə 

kifayət  qədər  “kurabellik  prediktorlarının”  mövcudluğuna  mühüm 

qiymət verilir. 

Xəstənin və ya xəstəliyin konkret xarakteristikası olaraq, hər bir 

belə  “prediktor”,  etiotrop  terapiyadan  yaxşı  terapevtik  effekt  əldə 

edilməsi  şansını  yüksəldən  amildir.    Belə  ki,  xəstədə  bir  neçə 

prediktor  olduqda  bu  şans  yüksəlir,  əksinə,  xəstədə  kurabellik 

prediktorlarının  sayı  az  olduqda,  VƏT-nın  effektivliyinin  böyük 

ehtimalla aşağı olacağı gözlənilir.  

Bu  prediktorlar  şərti  olaraq  2  qrupa  bölünür:  1)  Xəstənin 

xüsusiyyətləri  ilə  bağlı  olanlar  2)  HCV-  infeksiyasının  və  XCH-nin 

xüsusiyyətləri  ilə  bağlı  olanlar.  Bu  prediktorlar  6-cı  cədvəldə  əks 

olunmuşdur.  

 

Cədvəl 6. XCH-nin kurabellik prediktorları 



 

XƏSTƏLƏRİN XARAKTERİSTİKASI: 

40  yaşdan  aşağı  yaş  həddi;  qadın  cinsi;  aşağı  bədən  kütləsi 

indeksi;  İİV  və  viruslu  hepatitlərin  digər  növləri  ilə  yoluxma 

markerlərinin  yoxluğu;  anamnezdə  alkoqolizmin  yoxluğu; 

heteroseksual  orientasiya;  anamnezdə  keçirilmiş  klinik  manifest 

kəskin  hepatit  C;  interleykin  28B  geninin  “CC”  variantının 

olması.  

 

İNFEKSİYA VƏ XƏSTƏLİYİN XARAKTERİSTİKASI: 



HCV ilə yoluxmanın VƏT-in  başlanmasından 3-4 il əvvəl baş 

verməsi; AlAT, AsAT və QQT aktivliyinin cüzi yüksəlməsi; 

virus yükünün aşağı olması; qaraciyər sirrozunun histoloji 

əlamətlərinin yoxluğu; HCV-nin  “2” və ya “3” genotipinə 

mənsub olması; qanda dəmirin aşağı miqdarı; xolestaz 

əlamətlərinin yoxluğu; qanda QQT aktivliyinin normal və ya 

cüzi yüksəlişi; anti-HCV titrinin və qanda sirkulyasiya edən 

immun komplekslərin səviyyəsinin aşağı olması. 

 

 

 




r-İFN PREPARATLARI DAXİL EDİLƏN 

KOMBİNƏOLUNMUŞ VƏT PROQRAMLARI 

 

Yuxarıda  qeyd  edildiyi  kimi,  hazırda  XCH  xəstələrinin 



müalicəsi üçün VƏT-nın ikikomponentli proqramları tətbiq edilir ki, 

bu zaman r-İFN preparatlarından biri ilə yanaşı RV də təyin edilir.  

VƏT  proqramı  dedikdə  -  xəstəyə  müəyyən  zaman  müddətində 

preparatların  yeridilmə  qaydası,  rejimi  və  dozası  başa  düşülür. 

Ədəbiyyatlarda  r-İFN  preparatlarını  və  RV-ni  daxil  edən  bir  neçə 

VƏT proqramları haqqında məlumatlar verilmişdir. Bu zaman XCH-

li xəstələrinin müalicəsi üçün daha geniş istifadə edilən proqramlar - 

standart VƏT proqramları adlanır.  

 

Cədvəl 


7-də 

standart 

VƏT 

proqramının 



iki 

variantı 

göstərilmişdir.  Onlardan  birincisi  virusun  2  və  ya  3-cü  genotipi 

tərəfindən törədilən XCH-nin müalicəsi üçün, digəri isə virusun 1 və 

ya  4-cü  genotipi  tərəfindən  törədilən  XCH-nin  müalicəsi  üçün 

istifadə edilir.  

 

Cədvəl 7. XCH-li xəstələrin standart VƏT proqramları  



 

№ 

Dərman 



preparatları 

Gündəlik 

doza 

Yeridilmə 



yolu 

Yeridilmə 

rejimi 

Müalicə 


müddəti 

 



r-İFN  

 

 



ribavirin  

3 mln BV   

 

 

0,8-1,2 q* 



dəri altı 

 

 



per os 

3dəfə/ 


həftədə 

 

gündəlik 



 

6 ay 


 

 

6 ay 



 

r-İFN  



 

 

ribavirin 



3 mln BV   

 

 



0,8-1,2 q* 

dəri altı 

 

 

per os 



3dəfə/ 

həftədə 


 

gündəlik 

12 ay   

 

 



12ay    

* - doza xəstənin bədən çəkisindən asılı olaraq seçilir  

 

 

Standart  VƏT  proqramları  ilkin  pasiyentlərdə  (əvvəllər  etiotrop 



müalicə  almamış),  kifayət  qədər  kurabellik  prediktorları  (bir  qayda 


Yüklə 263,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə