XroniKİ c viruslu hepatit xəSTƏLƏRİNİn müALİCƏSİNDƏ rekombinant alfa-interferon



Yüklə 263,4 Kb.
səhifə9/9
tarix25.06.2018
ölçüsü263,4 Kb.
#51824
1   2   3   4   5   6   7   8   9

terapiya  effektsiz  sayılır.  Əgər  VƏT  bitdikdən  sonra  xəstənin 

qanında  HCV-nin  RNT-si  aşkar  edilmirsə,  o  zaman  müalicə 

müvəffəqiyyətli sayılır.  

Müalicənin  uzaq  nəticəsi  əldə  edilmiş  remissiyanın,    yəni 

residivsiz  dövrün  müddəti  ilə  təyin  olunur.  XCH-li  xəstələrin 

sağalmasından o zaman  danışmaq olar ki, onlarda DVC qeyd  edilir, 

yəni, VƏT bitdikdən sonra 6 aydan da uzun müddət ərzində xəstənin 

qanında virus RNT-si aşkar edilmir.   

 

MÜALİCƏ PROSESİNDƏ XƏSTƏNİN VƏZİYYƏTİNİN 



MONİTORİNQİ 

 

  VƏT-in 



aparılması 

prosesində 

müalicənin 

efffektivlik 

kontrolundan  başqa  xəstənin  orqanizminin  hərtərəfli  klinik-

laborator,  lazım  gəldikdə  isə  instrumental  monitorinqi  də 

aparılmalıdır. 

Bu  monitorinq  müalicədən  əvvəl  başlamalıdır,  çünki    “ilkin” 

fizioloji  və  biokimyəvi  göstəricilər  olmadan  müalicə  prosesində 

onların  dəyişmə  xarakterini  qiymətləndirmək  mümkün  deyil. 

Aşağıdakı  9  nömrəli  cədvəldə  bu  monitorinqin  ümumi  planı 

göstərilmişdir.  

 

Cədvəl  9.  VƏT  alan  xəəstələrin  monitorinq  planı  və 



müayinələrin aparılmasının sayı  

 

Müayinələr 



 

Sayı 


1.  Qanın  ümumi  analizi,  leykosit  və  trombositlərin 

sayının təyini ilə  

həftədə 1 

dəfə 


2.Müalicə həkiminin nəzarəti 

3.Bütün  “qaraciyər”  fermentlərinin  aktivliyinin  və 

bilirubin səviyyəsinin təyini  

ayda 1 dəfə 

5. Virus yükünün təyini* 

6. Qanda zülal fraksiyalarının təyini  

2 ayda 1 dəfə 

7.Qanda qlükozanın təyini   

8. Qanda kreatininin təyini  

9. Qanda tireoid hormonlarının  təyini  

10. İmmunoqrammanın təyini  

3 ayda 1 dəfə 

* Xəstənin istəyi ilə daha tez-tez aparıla bilər  



VƏT-in ƏLAVƏ TƏSİRLƏRİ: ONLARIN PROFİLAKTİKASI 

VƏ KORREKSİYASININ STRATEGİYASI 

 

XCH  xəstələrinə  virus  əleyhinə  terapiyanın  imkanlarını 



məhdudlaşdıran  əsas  amillərdən  biri  r-İFN  və  RV  preparatlarının 

əlavə təsirlərinin tez-tez təzahür etməsidir. Ona görə bu preparatların 

əlavə  təsirlərinin  (təzahürlərinin)  inkişafının  profilaktikası  mühüm 

əhəmiyyət kəsb edir. 

Bu profilaktika iki prinsipin riayət olunmasına əsaslanır:  

1.  Nisbi  əks-göstərişlərin  ciddi  gözlənilməsi  və  həyat 

fəaliyyətinin  vacib  sistemlərinin  vəziyyətini  əks  etdirən  klinik-

laborator  göstəriciləri  yaş  normasından  kənara  çıxmayan  xəstələrin 

seçilməsi. 

2.  İstifadə  üçün  planlaşdırılmış  İFN  dozalarının  və  xəstə 

orqanizminin uyğunlaşma imkanlarının obyektiv qiymətləndirilməsi, 

çünki  uyğunlaşma  ehtiyatları  aşağı  səviyyədə  olan  xəstələrdə  əlavə 

təsirlərin tezliyi  və təzahürünün  daha yüksək  olacağı  məntiqi  olaraq 

gözləniləndir.  

Lakin, profilaktikanın hətta bu prinsiplərinin gözlənilməsi VƏT-

in  arzuolunmaz  nəticələrinin  inkişafını  sığortalamır.    Buna  görə, 

müalicənin  əlavə  təsirlərinin  nəticələrini  tam  və  ya  qismən  aradan 

qaldıra  bilən  və  bununla  da  xəstələrin  həm  təhlükəsizliyini,  həm  də 

qaneedici  “həyat  keyfiyyətini”  təmin  edən  yanaşmalar  praktik 

əhəmiyyət kəsb edir.         

VƏT-in  əlavə  təsirlərinin  korreksiyasının  iki  əsas  üsulu 

mövcuddur: doza korreksiyası və dərman korreksiyası.  

Doza  korreksiyasının  əsasında  hər  bir  preparatın  əlavə 

təsirlərinin  təzahür  tezliyinin  və  bir  sıra  hallarda  onların  dozadan 

asılı  xarakter  daşıması  dayanır.  Yeridilən  preparatların  dozasını 

azaltmaqla,  əksər  hallarda  onların  toksiki  təsirinin  klinik-laborator 

təzahürlərinin zəifləməsinə, bəzən isə, tam yox olmasına nail  olmaq 

olur  və  bununla  da,  əlavə  təsirləri  idarə  etməklə  müalicənin 

dayandırılmasından qaçmaq mümkündür.   

Dərman  korreksiyası  həm  doza  korreksiyası  ilə  müştərək,  həm 

də  müstəqil  şəkildə,  həmçinin  dərman  preparatının  kəsilməsindən 

sonra  da  aparıla  bilər.  Dərmanla  korreksiya  olunan  terapiyanın 

həcmi  və  intensivliyi  bütövlükdə  dərman  preparatının  əlavə 

təsirlərinin təzahüründən və xarakterindən asılıdır.  




Bəzi  hallarda  simptomatik  terapiya  kimi  aparıla  bilməsinə 

baxmayaraq, 

dərman 

korreksiyası 



patogenetik 

prinsiplərə 

əsaslanmalıdır.  Onun  aparılması  üçün,  xəstənin  vəziyyətini 

pisləşdirmək  qabiliyyətinə  malik  olmayan  müvafiq  farmokoloji 

xüsusiyyətli  bütün  mövcud  dərman  preparatları  istifadə  edilə  bilər. 

Aşağıda  r-İFN  preparatlarının  daha  tez-tez  təsadüf  edilən  əlavə 

toksiki  təsir  təzahürlərinin  korreksiyası  üçün  istifadə  edilən 

yanaşmalar  haqqında  məlumat  verilmişdir.  Cədvəl  10-da  r-İFN 

preparatlarının  daha  tez-tez  (5%-dən  çox  hallarda)  təsadüf  edilən 

əlavə toksiki təsir təzahürləri göstərilmişdir.  

 

Cədvəl  10.  r-İFN  preparatlarının  daha  çox  təsadüf  edilən  əlavə 



toksiki təsirlərinin təzahürləri  

 

Əlavə təsir 



Qeyd edilmə 

tezliyi 


Qripəbənzər sindrom 

Depressiya və qıcıqlanma 

Ürək bulanma və hiporeksiya 

Anemiya, leykopeniya, trombositopeniya 

İkincili bakterial infeksiyalar    

60-80% 


  30%-ə kimi 

  25%-ə kimi 

  20%-ə kimi 

  10%-ə kimi 

 

Qripəbənzər  sindromun  təzahürləri  (hərarətin  yüksəlməsi, 



halsızlıq,  bel  və  ayaqlarda  əzələ-oynaq  ağrıları)  yalnız  kəskin 

təzahürlü  vəziyyətlərdə,  xüsusən  hərarətin  38°C-dən  yüksək  olduğu 

hallarda  korreksiya  olunmalıdır.  Bunun  üçün  yayındırıcı  vasitələr, 

bol  maye  qəbulu, həmçinin aspirindən  istifadə  etmək  olar. Mialgiya 

və artralgiyalar zamanı qeyri-steroid iltihabəleyhinə preparatlar təyin 

oluna bilər. Parasetamolun güclü hepatotoksikliyini nəzərə alaraq, o, 

ehtiyatla  və  sutkada  0,5  qramdan  artıq  olmamaq  şərtilə  təyin  edilə 

bilər.  


r-İFN preparatlarının və  RV-nin psixoemosional sferaya yanaşı 

təsiri  nadir hallarda müalicənin dayandırılmasını tələb edir. Onların 

korreksiyası  üçün,  xüsusən,  mialgiya  və  artralgiya  olduqda,    kiçik 

dozalarda antidepressantlar istifadə edilə bilər. 




Bir çox hallarda psixotrop effektlərin təzahürünü azaltmaq üçün 

opiatların  antaqonistləri  ilə  müalicə  aparılır.  Lakin,  bu  zaman 

opiatların antaqonistlərinin dozaları fərdi seçim tələb edir. 

Çox vaxt VƏT-in xəstələr tərəfindən keçirilməsinin zəifləməsinə 

ürəkbulanma  səbəb  olur.  Onun  korreksiyası  müalicənin  davam 

etdirilməsi  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Ürəkbulanmanın 

korreksiyası  üçün  istənilən,  o  cümlədən,  setron  qrupundan  güclü 

təsirli 


antiemetiklər 

(serotonin 

və 

dofamin 


reseptorlarının 

blokatorları)  istifadə  edilə  bilər.  İFN  ilə  funksional  antaqonizm 

səbəbindən antiemetik kimi qlükokortikoid  hormonlarının  istifadəsi 

məhduddur.  

Ən  ciddi  problemlərdən  birini  r-İFN  preparatlarının  və  qismən 

RV-nin mielodepressiv təsiri ilə bağlı əlavə təsirlər təşkil edir. VƏT-

nın dayandırılmasına əsasən məhz bu əlavə təsirlər səbəb olur.   

Anemiya adətən RV-nin əlavə təsiri ilə bağlıdır, lakin məlumdur 

ki,  r-İFN  preparatları  da  anemiyanın  əmələ  gəlməsinə  səbəb  ola 

bilərlər.  Anemiyanın  korreksiyası  üçün  iki  yanaşmadan  istifadə 

edilir:   

1)  RV  dozasının  azaldılması  və  ya  onun  qəbulunun  müvəqqəti 

dayandırılması  (Hb<100  q/l  olduğu  zaman  RV  dozası  iki  dəfə 

azaldılır, Hb<85 q/l olduğu zaman isə onun qəbulu dayandırılır);  

2)  1000  BV  miqdarında  5-10  günlük  kurs  şəklində  eriropoetin 

preparatlarının (rekormon,  epreks və s.), o cümlədən  onların peroral 

dəmir preparatları ilə müştərək təyini. 

VƏT  alan  XCH-li  xəstələrdə  leykopeniya  və  ilk  növbədə 

neytropeniya,  multikomponent  xarakter  daşıyır, amma  adətən  r-İFN 

preparatlarının  mielosupressiv  təsiri  ilə  bağlıdır.    Leykopeniyanın 

korreksiyası üçün iki yanaşma istifadə edilir:   

1) r-İFN dozasının azaldılması və ya onun qəbulunun müvəqqəti 

dayandırılması (leykositlərin miqdarı 1500/mkl olduğu zaman r-İFN 

dozası iki dəfə azaldılır, 1000/mkl olduğu zaman isə onun vurulması 

dayandırılır);  

2)  Sümük  iliyinin  sələf  hüceyrələrinin  yetişməsini  tezləşdirmək 

qabiliyyətinə 

malik 


olan 

leykositar 

koloniyastimuləedici 

faktorlarların  (KSF)  təyini.  Qranulositar  KSF  (G-CSF)  olan 

neypogenin  (filqrastrimin)  3-5  günlük  kurs  şəklində  təyin  olunması 

optimal hesab edilir.  




Trombositopeniya minimum olaraq üç səbəbdən yarana bilər: 1) 

retikulo-endotelial sistem orqanlarında meqakariositlərin immunoloji 

sekvestrasiyası;  2)  trombopoetinin  (TP)  nisbi  defisitinin  yaranması; 

və  3)  TP-dən  meqakariositlərə  mitogen  “siqnalın”  ötürülməsinin 

pozulması.  Trombositopeniyanın  korreksiyası  üçün  iki  yanaşma 

istifadə edilir: 

1) r-İFN dozasının azaldılması və ya onun qəbulunun müvəqqəti 

dayandırılması  (trombositlərin  miqdarı  50000/mkl  olduğu  zaman  r-

İFN  dozası  iki  dəfə  azaldılır,  25000/mkl  olduğu  zaman  isə  onun 

qəbulu dayandırılır);  

2)  Meqakariositlərin  və  trombositlərin  yetişməsini  tezləşdirən 

TP  preparatlarının  təyini.  Bu  məqsədlə  TP-nin  membran 

reseptorunun liqandı olan eltrombopaq (revoleyd) istifadə edilə bilər 

ki, o meqakariositlərin prolifirasiya və differensasiyasına səbəb olan 

hüceyrədaxili  siqnallar  yaradır.  Bu  preparat 1-2  həftə  ərzində  tablet 

formasında təyin edilir.  

İkincili  bakterial  infeksiyaların  inkişafı  zamanı  (bronxitlər, 

sinusitlər,  furunkulyoz,  sidik  yollarının  infeksiyaları)  adekvat 

terapiya tətbiq edilir. Ağır gedişat zamanı geniş spektrli antibiotiklər 

təyin  edilir,  törədicinin  həssaslığını  müəyyən  etmək  mümkün 

olduqda  müvafiq antibiotiklərdən istifadə edilir. Febril neytropeniya 

kimi  ağır  infeksion  ağırlaşmaların  inkişafı  zamanı  antibiotikləri 

neypogenlə kombinasiyada istifadə etmək olar.   

r-İFN preparatlarının uzun  müddətli  yeridilməsi fonunda inkişaf 

edən  autoimmun  xəstəlik  və  vəziyyətlər  də  qeyd  olunmalıdır. 

Onların  korreksiya  taktikası  “əlavə  təsirlərin  ağırlığı  və  VƏT-nın 

davam  etməsinin  dərəcəsi”  nisbəti  ilə  təyin  olunur.  Əgər  seçilmiş 

korreksiyaedici  terapiya  əsas  xəstəliyin  müalicəsinə  əks  deyilsə, 

doza  korreksiyasına  keçmək  olar  və  onun  nəticəsi  əsasında 

medikamentoz  korreksiyanın  aparılmasının  və  ya  əsas  VƏT-nın 

dayandırılmasının  məqsədəuyğun  olub-olmasını  müəyyən  etmək 

olar.  


Belə  ki,  dəri  qaşınması  və  səpkiləri  zamanı  antihistamin 

preparatlar  və  xaricə  istifadə  edilən  kortikosteroidlər  təyin  edilə 

bilər. Lakin, əgər xəstədə vaskulitlər, autoimmun hepatit və tireoidit, 

bronxial  astma  və  digər  kəskin  gedişatlı  və  proqressivləşən 

xəstəliklər  aşkar  edilirsə,  r-İFN  preparatların  yeridilməsi  dərhal 

dayandırılmalıdır.   




ƏDƏBİYYAT 

 

1.  Мамедов  М.К.,  Шапиpо  Б.Я.  Лечение  тpансфузионных 



виpусных  гепатитов  pекомбинантным  альфа-интеpфеpоном. 

Под pед.М.В.Hевского. Ташкент: Юлдыз, 1999, 100 с.; 

2.  Мамедов  М.К.,  Кеpимов  А.А.  Современные  подходы  к 

этиопатогенетическому  лечению  трансфузионных  вирусных 

гепатитов. //Азерб. мед. Ж, 2002, N.2, с.95-98; 

3.  Кадыpова  А.А.,  Рекомбинантные  интеpфеpоны  -  важное 

достижение биотехнологии.//Биомедицина, 2004, N.2, c.42-45; 

4. 


Кадыpова 

А.А., 


Ганиев 

М.М., 


Мамедов 

М.К. 


Совpеменные  пpепаpаты альфа-интеpфеpонов  и  их  пpименение 

в клинической медицине. // Азеpб. фаpмацевтический Ж., 2004, 

N.2, c.36-39; 

5.  Мамедов  М.К.,  Кадыpова  А.А.  Интеpфеpоны  и  их 

пpименение  в  клинической  медицине.  М.:  Кpисталл,  2005,  288 

с.; 


6. Мамедов М.К. Виpусный гепатит С. Баку: Эли, 2010, 192 

c.; 


7.  Хpонические  виpусные  гепатиты.  /  Клинические 

pекомендации. 

Гастpоэнтеpология: 

2006-2007. 

Под 

pед. 


В.Т.Ивашкина. М.: Геотаp-Медицина, 2006, c.99-122; 

8. Hагиева H.М., Мамедов М.К. Пpименение лекаpственных 

пpепаpатов  на  основе  ингибитоpов  виpусных  феpментов,  как 

возможность совеpшенствования этиотpопной теpапии больных 

виpусным 

гепатитом 

С. 

// 


Совpеменные 

достижения 

азеpбайджанской медицины, 2013, N.1, c.52-54; 

9.  Мамедов  М.К.  Развитие  этиотpопной  теpапии  больных 

хpоническим  виpусным  гепатитом  С  -  успехи,  pазочаpования  и 

надежды.//  Совpеменные  достижения  азеpбайдж.  медицины, 

2014, N.2, c.3-11; 

10. Мамедов М.К.  Таpгетная  теpапия  виpусного  гепатита  

С: вчеpа, сегодня и завтpаю// Биомедицина, 2015, N.1, c.3-8. 

11.  WHO'  Guidelines  for  the  screening,  care  and  treatmwent  of 

person with hepatitis C infection. Geneva, 2014, 122 p. 

12.  Мамедов  М.К.,  Ахмедбейли  Х.Ф.,  Дадашева  А.Э.  О 

pезультатах 

пpименения 

пpепаpатов 

человеческого 




pекомбинантного  интеpфеpона  альфа  для  лечения  больных 

хpоническим гепатитом С.//Биомедицина, 2010, N.3, c.20-22; 

13.  Мамедов  М.К.,  Дадашева  А.Э.,  Hагиева  H.М. 

Фаpмакотеpапевтическая 

и 

экономическая 



оценка 

лекаpственных  пpепаpатов  pекомбинантных  и  пегилиpованных 

интеpфеpонов,  как  сpедств  для  лечения  больных  хpоническим 

гепатитом С.// Фаpмация Казахстана, 2015, N.6, c.33-35; 

14.  Hагиева  H.М.,  Мамедов  М.К.  О  "pанних"  и  "поздних" 

пpоявлениях  побочного  действия  двух  pазличных  пpепаpатов 

pекомбинантного  альфа-интеpфеpона  человека  у  больных 

хpоническими  виpусными  гепатитами.//Вpач-аспиpант,  2015, 

N.2.2, c.230-234; 

15.  Мамедов  М.К.,  Дадашева  А.Э.,  Сафаpова  С.М.и  дp. 

Оценка  эффективности  pазных  пpогpамм  пpотивовиpусного 

лечения  больных  хpоническим  виpусным  гепатитом  С, 

включающих  лекаpственные  пpепаpаты  pекомбинантных  и 

пегилиpованных интеpфеpонов. // Биомедицина, 2014, N.4, c.18-

20; 

16. Мамедов  М.К.,  Дадашева  А.Э.,  Сафаpова  С.М.,  Hагиева 



H.М.  Возможности  пpотивовиpусной  теpапии  некотоpых 

категоpий  больных  хpоническим  гепатитом  С,  пpоводимой  с 

использованием  "сpедних"  и  "высоких"  доз  pекомбинантного 

альфа-интеpфеpона. 

// 

Совpеменые 



достижения 

азеpбайджанской медицины, 2015, N.1, c.35-39. 

17. Пальгова Л.К., Сулейменова З.И., Доскожаева С.Т. и дp. 

Алгоpитмы диагностики и ведения пациентов пpи хpоническим 

гепатите С. Алматы: Фикмедикаль, 2009, 11 с. 

18.  Hepatitis  C  virus.  Eds.  P.  Karayiannis,  J.Main,  H.Thomas. 

London: International medical press, 2009, 210 p.; 

19.  European  Association  for  the  study  of  the  liver.  EASL. 

Clinical  practice  guidelines:  Management  of  hepatitis  C  virus 

infection.//J.Hepatology, 2014, v.69, p.393-420; 

20. Мамедов М.К., Кадыpова А.А. О механизмах pеализации 

теpапевтического 

действия 

лекаpственных 

пpепаpатов, 

используемых 

для 

этиотpопного 



лечения 

больpных 

зpоническим  виpусным  гепатитом  С. //Биомедицина,  2015,  N.2, 

c.3-8. 


 


ŞƏRTİ İXTİSARLAR 

 

AlAT - alaninaminotransferaza 



АsАТ - aspartataminotransferaza 

HCV - hepatit C virusu 

QQT - qamma-qlütamiltranspeptidaza  

İFN - insan alfa-interferonu 

BV - beynəlxalq vahidlər 

VƏT – virus əleyhinə terapiya 

RV - ribavirin 

r-İFN - rekombinant alfa-interferon 

PEG-İFN - pegiləolunmuş interferon 

DVC - davamlı virusoloji cavab 

XCH - xroniki viruslu C hepatiti 

QS - qaraciyər sirrozu 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 263,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə