Xülasə. Böyük məktəb yaşı dövründə emosional sferadakı dəyişikliklər



Yüklə 25,71 Kb.
tarix22.07.2018
ölçüsü25,71 Kb.
növüXülasə

ADPU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə II kurs magistrantı

Orucova Aytən Vahid qızı.

1aorucova@gmail.com

Elmi rəhbər : psixol.ü.f.d Əlizadə Səbinə Hikmət qızı

Açar sözlər : emosional, böyük məktəbli ,dəyişiklik ,cəhətlər ,özünəməxsusluq ,formalaşmaq ,uyğunlaşma .

Ключевые слова : эмоционалный ,большой школьник ,изменение ,черты ,идентичность ,формирование ,соответсвие .

Key words : emotional ,big schoolar ,change ,character ,originality ,shape ,adaptation .

Xülasə .

Böyük məktəb yaşı dövründə emosional sferadakı dəyişikliklər .

Böyük məktəb yaşı dövründə emosional sferanın əsaslı dəyişilməsini biz köhnə qavramların daha yüksək səviyyədə iştirak etməsində görürük. Müasir böyük məktəblilərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi anlayışlara münasibətləri də artıq dəyişmiş,özünü fərqli şəkildə göstərməyə başlamışdır. Bu anlayışlar, belə ki, yaş artdıqca böyük məktəblilər üçün öz əbədi romantikliyini itirir və gənclər tamamilə real mövqeyə əsaslanırlar .Beləliklədə ətrafda olan insanların: valideynlərin, müəllimlərin, yoldaşların və dostların həqiqi hərəkətlərini formalaşan mövqelərindən qiymətləndirə bilirlər. Bu prinsip daha aydın şəkildə böyük məktəblilərin öz müəllim və valideynlərinə olan münasibətlərində görünür. Böyük məktəbli oğlanlar və qızlar onları həmin-onların mövqeyinə uyğun cəhətlərinə görə daha çox qiymətləndirir və qəlbən sevə bilirlər . Psixoloji tədqiqatlar göstərmişdir ki, böyük məktəb yaşı dövründə məktəblilər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk etməyə ,qavramağa başlayırlar .

Giriş


Bir çox psixoloq və pedaqoqlar böyük məktəb yaşı dövrünü geniş şəkildə araşdırmış ,yaş dövrünün əsas spesifik cəhətlərini aşkara çıxarmışlar. Hafizənin , təfəkkürün, təxəyyülün, ünsiyyət yollarının inkişafı,təkmilləşməsi aşkar etmə prosesində diqqəti çəksədə emosional sferadaki dəyişiklikləri xüsusilə vurğulamışlar .Belə ki, hər bir yaş dövründə olduğu kimi böyük məktəb yaş dövrünündə emosional çətinliklər özünü gösdərmişdir .Zamanla məktəblilərin emosional sferasında əhəmiyyətli dəyişikliklər baş qaldırır,onların həyatında artıq şəxsi münasibətlərin dairəsi genişlənir .Öz hisslərini tanıma,onlara müəyyən dərəcədə nəzarət etmə bacarıqları onlara şəxsi həyatlarında baş vermiş bir sıra uğursuzluqları ,xoş olmayan halları az ağrılı,daha dözümlü yaşamaq imkanı verir .Qızlar üçün oğlanların etibarsızlığı,oğlanlar üçün də qızların vəfasızlığı və ya dostun zərbəsi həmin dövr üçün onların şəxsi həyatlarında ağır təsir bağışlayır .Çox hallarda böyük məktəblilərin yaşadıqları hadisələri,şəxsi həyatlarındakı xoş olmayan halları onların üzlərində,əhvallarında görürük. Çünki , çox dəyər verdikləri üçün təsirindədə uzun müddət qala bilirlər .Bu isə özünü onların günlük yaşantısında biruzə verir .Bunlara baxmayaraq böyük məktəblilər yaşlılar aləminə ,daha güclü ,daha çox ağrılı münasibətlər dünyasına qorxu və həyəcanla deyil ,sərbəst şəkildə daxil olmağa həvəsli olurlar .1934-cü ildə alman psixoloqu K.Bühlerin “3 nəsil gənclik gündəliyində “ əsərində artıq gənclik dönəminə adlayan böyük məktəblilərin emosional,daxili aləmi qeyd edilmiş,öz hisslərini paylaşmağa,ifadə etməyə meyilli olduqları gösdərilmişdir .Belə ki , o, bu əsərdə 93 qız və oğlan gündəliklərinin təhlilini vermiş və qızların gündəlik yazmaqda daha meyilli olduqlarını bildirmişdir .Böyük məktəb yaşı dövründə məktəblilərin ünsiyyətlərindəki emosionallıq aydın təzahür etməyə başlayır. Onlar ünsiyyətin gedişində özlərinin münasibətlərini emosional cizgilərlə göstərirlər .Böyük məktəblilər emosional aləminin zənginliyi ,əxlaqi,estetik tərbiyə səviyyələrinə görə digər yaş dövrlərindən artıq xeyli irəli getmiş ,fərqlənmiş olurlar . Onlar həyat hadisələrinə münasibətlərini öz düşüncələri əsasında formalaşdırır,əxlaqi ölçülər baxımından müəyyənləşdirirlər .Bütün bunlara görə bu yaş dövründəki hisslər öz dərinliyi ilə seçilirlər .N.D.Levitov tədqiqatlarının birində böyük məktəbli oğlanlardan birinin qıza yazdığı məktubuna yer vermişdir.Məktubda belə yazılır :

Mən əslində bilmirəm,səni sevirəm,yoxsa nifrətmi edirəm .Mən sadəcə düşünürəm ki,mənim bu hisslərim qorxulu dərəcədə bir-birilə qarışmışdır.Özümə dəfələrlə sual verirəm nəyə görə səni sevməliyəm? Lakin,heç bir cavab tapa bilmirəm . Bir yandan da düşünürəm nifrət etmək üçündə səbəbim yoxdur .Bəlkə , sənə qarşı münasibətimdə belə vəziyyətə düşməyimin səbəbini anlamağıma kömək edəsən ?



Bir sıra məsul qərarların qəbul edildiyi ,emosional yaxınlığın yüksək qiymətləndirildiyi ,mənlik şüurunun formalaşdığı mərhələ bu cəhətləriylə digər yaş dövrlərindən fərqlənir . Mənlik şüuru dedikdə insanın öz tələbat və qabiliyətlərinə,davranış və fəaliyyət motivlərinə, fikir və hisslərinə şüurlu münasibəti başa düşülür. Mənlik şüurunda şüurun bütün xüsusiyyətləri insanın “ məni ” vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilməyə başlayır. Bu o deməkdir ki,bu zaman mənlik şüurunda eyni vaxtda həm “ mən ” ə, həm də “ qeyri – mən ” ə mənsub olan cəhətlər əks olunaraq özünü gösdərir. Təcrübələr göstərir ki, mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafı məktəblinin bütün psixi həyatına , onun təlim fəaliyyətinin xarakterinə, cisim və hadisələrə münasibətinə, yaşlılarla, yoldaşları, şagird kollektivi üzvlərilə qarşılıqlı münasibətlərinə əsaslı təsir göstərir. Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik yaşı dövründə formalaşsada təkmilləşməsi dövrü böyük məktəb yaş dövrünü əhatə edir. Lakin o, birdən - birə formalaşmır. Keçmiş yaş dövrlərində körpə uşağın özünü güzgüdə tanıması,”bədənin sxeminin”təşəkkülü ,refleksiyanin əmələ gəlməsi bunların hamısı mənlik şüurunun böyük məktəb yaşı dövründə keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə daxil olmasına gətirib çıxarır .Özünüdərketmənin formaları ,özünü tanımaya can atmaq ,əslində mən nə isdəyirəm ? kimi suallar və davranışlar böyük məktəblinin düşüncəsində formalaşmağa başlayır .Və təbii ki, özünütanıma ,özünüdərketmə yeni mərhələ olduğu üçün bir çox çətinlikləriylə əslində məktəblini yorur .Belə ki , o , hadisələrə başqa tərəflərdən baxa bildiyini ,təkidlə öz fikirlərində dayanmaqdan çox başqalarının fikirlərini qebul edə bildiyini də öyrənir .Çünki ,yeniyetməlikdən sonra onda artıq xarakterin formalaşdığını ,əsaslı dəyişikliklərin ola bilməyəcəyini düşünür. Lakin , yeniyetməlikdən sonra böyük məktəbli artıq dünyagörüşününün ,əqidəsinin formalaşmasıyla hadisələrə ,insanlara uyğunlaşmağı bacarır .Bütün bunlardan anlayırıq ki ,məktəblilərdə özünütərbiyə bu dövrdən əsaslı şəkildə formalaşmağa ,özünü gösdərməyə başlayır .Buna görədə bu yaşda məktəbliləri özünütərbiyəyə cəlb etmək ,mənəvi məsələlərə və ixtisas seçmə işinə diqqəti artırmaq lazımdır .Həmin dövrdə şəxsiyyətin inkişafı məktəb dövrü üçün ən yüksək inkişaf səviyyəsinə qalxır. Bu dövrdə həqiqi yaşlılığa real keçid baş verməyə başlayır. Belə ki, böyüklük hissinin yüksək səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli inkişafı əhəmiyyətli rol oynayır. Bu illərdə dostluq qarşılıqlı münasibətlərin ,emosional bağlılığın daha davamlı forması kimi xarakterizə olunur .Artıq ötən yaş dövrlərindəki uşaqların münasibətlərindən fərqlənərək seçici məzmun daşımaga başlayır .Böyük məktəblilərin dostluğunda emosional bağlılıq ,dostun yaşadıqlarına ortaq olma motivləri özünü kəskin şəkildə gösdərir.Biz bunu illərləyən zamanlarda uzunmüddətli davam edən dostluqlarda müşahidə edirik .Hansı ki ,bu uzunmüddətli dostluqların əsası məktəb illərində qoyulmuşdur.Bəlkə də həmin illərdə aparıcı fəaliyyətlərdən biri ictimai-sosial münasibətlər olduğu üçün dostluqlar sağlam qurulur .Həmin dostluqların divarı saf hisslərdən,əməkdən,dost anlayışına verilən böyük dəyərdən ,sevgidən hörülmüşdür .Buna görə də böyük məktəblilər zamanla uzun illər həyatlarında olan dostlarına artıq ailədən biri kimi münasibət bəsləyir,gələcək planlarında onu da görməyə ,ona da yer ayırmağa can atırlar .Hətta bir çoxu eyni universitetdə təhsil almağı ,eyni peşədə çalışmağı arzulayırlar .

Böyük məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, valideynlərin rolu artır,anlama,uyğunlaşma kimi qavramlar artıq özünü əhəmiyyətli dərəcədə göstərir.Həmçinin bu yaş dövründə ünsiyyət fəaliyyətində kollektivin ictimai rəyi xüsusi yer tutmağa başlayır. Böyük məktəblilər sinif və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə həssas yanaşır, öz fəaliyyətlərində onları nəzərə almağa yüksək səviyyədə çalışırlar. Bu dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verməklə yanaşı,daha başa düşülən xarakter alır. Ailə tərbiyəsi düzgün təşkil edildikdə,onların üzərlərindəki diqqətin səviyyəsi düzgün bölündükdə böyük məktəblilərin valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar bu ünsiyyətə can atırlar.Diqqətin düzgün bölünməsi əslində olduqca bu yaşlarda vacibdir.Belə ki,bəzən çox sərbəst buraxmaqla mənfi hallarla rastlaşıldığı kimi ,çox diqqətdə saxlamaqlada xoşagəlməz hallarla rastlaşmaq mümkündür.Valideynlər bəzən çox sıxmayım deyə düşünərkən məktəbli buna başqa anlamlar yükləyə bilir.Özünü artıq hərtərəfli böyük,hər şeyi müstəqil şəkildə edə bilən,qərarlar verə bilən biri kimi görməyə başlayır.Bu kimi halların qarşısı alınması və ya ümumiyyətlə yaşanmaması üçün valideynlərin əsas gözləməli olduqları normaları ardıcıl gözləməsi, öz övladlarını başa düşməsi,onlarla ünsiyyətdə demokratik mövqe tutmaları olduqca vacibdir. Valideynin düzgün qurduğu rejim hər zaman uğurlu nəticələr verir .Unutmamaq lazımdır ki,sevgi ,qayğı ilə görülən hər iş gözəl meyvələr verir .

ƏDƏBİYYAT :

1. Bayramov Ə.S Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi .Bakı 1962 .

2. Bayramov Ə.S Uşaqlarda əxlaqi hisslərin tərbiyəsi .Azərtədrisnəşr.Bakı 1963

3. Bayramov Ə.S Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri .Azərbaycan dövlət nəşriyyatı .Bakı 1981 .

4. Bayramov Ə.S Psixoloji düşüncələr .Səda nəşriyyatı .Bakı 1994.

5. Qədirov Ə.Ə ,Qədirov İ.Ə Gənclərin mədəni davranış qaydaları Gəncə 1995.

6. M.Ə.Həmzəyev. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2000.

7.Bayramov Ə.S Əlizadə Ə.Ə Psixologiya Çinar Çap .Bakı 2002 .

8. Ə.Ə.Qədirov. Yaş psixologiyası. Bakı, 2003.

9. Bayramov Ə.S. ,Əlizadə Ə.Ə. Sosial Psixologiya Bakı, 2004 .



10. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.Bakı ,2004.

11. N.Z.Çələbiyev. Uşaq psixologiyası. Bakı, 2005.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə