Xülasə Bu işdə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik



Yüklə 113,91 Kb.

tarix08.10.2017
ölçüsü113,91 Kb.
növüXülasə


 

Proqramlaşdırma Dillərinin Müqayisəli Təhlili və 



İnkişaf Tendensiyaları 

Şəfəqət Mahmudova 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

shafagat_57@mail.ru

 

 

 

Xülasə— Bu

 

işdə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik 

sahələri  haqqında  məlumat  verilmişdir.  Proqramlaşdırmanın 

inkişaf mərhələləri və bu sahədə olan problemlər araşdırılmışdır. 

Proqramlaşdırma  dilləri  haqqında  məlumat  verilmiş,  onların 

müqayisəli  təhlili  aparılmış,  üstün  və  çatışmayan  cəhətləri 

aydınlaşdırılmışdır. 

Proqramlaşdırma 

dillərinin 

reytingi 

haqqında ststistik məlumatlar verilmişdir.

  

Açar 



sözlər—proqram 

mühəəndisliy, 

proqramlaşdırma,  

proqramlaşdırma dilləri, reytinq cədvəli 

I. GİRİŞ 

Proqram  mühədisliyi  dedikdə  standartlardan  istifadə 

etməklə həll edilən məsələnin proqram təminatının işlənilməsi, 

istismarı, müşayiəti və istifadə edilməsi üçün sistemləşdirilmiş, 

nizamlanmış  metodlara malik bir elm sahəsi başa düşülür [1]. 

İşlənilmiş  proqram  təminatı  texniki,  iqtisadi  və  sosial 

tələblərə 

cavab 

verməlidir. 



Göründüyü 

kimi, 


yüksək 

keyfiyyətli  proqram  təminatının  yaradılması  çox  zəhmət  tələb 

edən prosesdir. Burada lazım olan layihənin yüksək keyfiyyətli 

işlənməsi  üçün  proseslər,  alətlər,  texnologiyalar  və  insan 

resursları bir-birinə qarşılıqlı təsir göstərməlidir. 

Proqram  mühəndisliyinin  müasir  texnologiyalarının  əsas 

məqsədlərindən  biri  müxtəlif  problem  yönümlü  sahələr  üçün 

proqram  məhsullarının  (PM)  yaradılması,  onun  bütün  həyat 

dövrünün effektivliyini təmin etməkdən ibarətdir.  

Proqram  mühəndisliyi  aşağıdakı  bilik  sahələrini  özündə 

birləşdirir [2]: 

 



Kompyutinqin əsasları; 

 



Riyaziyyatın və mühəndisliyin əsasları; 

 



Peşəkar  təcrübə  (komanda  ilə  iş,  kommunikasiya 

bacarıqları, etika); 

 

Modelləşdirmənin (analiz, tələblərlə iş, spesifikasiyalar) 



əsasları; 

 



Proqram  təminatının  layihələndirilməsi  (konsepsiyalar 

və  layihənin  strategiyaları,  insan-maşın  interfeysinin 

layihəndirilməsi, layihəyələrə  dəstək vasitələri); 

 



Proqram  təminatının  yoxlanılması  və  attestasiyası 

(testləşdirmə, 

istifadəçi 

interfeysinin 

qiymətləndirilməsi, problemlərin analizi və s.); 

 



Proqram təminatının təkamülünün əsasları; 

 



Proqram təminatının işlənilmə prosesləri; 

 



Proqram təminatının keyfiyyəti;  

 



Proqram  layihələrinin  idarə  edilməsi  (idarəetmənin 

konsepsiyaları,  planlaşdırma  və  layihələrin  icrasının 

izlənilməsi,  personalın  və  konfiqurasiyanın  idarə 

edilməsi). 

Kompüterlər 

və 


proqramlaşdırmaya  dair  müxtəlif 

standartlar  mövcuddur.  Kompüterlər  və  proqramlaşdırmaya 

dair  standartların  hazırlanmasına  əsas  beynəlxalq  təşkilatlar 

IEEE  və  ACM  ciddi  yanaşdılar.  2005-ci  ildə  Kompyutinq 

standartları dərc edilmişdir [3]: 

 



Kompüter mühəndisliyi ( Computer Engineering);  

 



Informatika (Computer Science);  

 



Informasiya sistemləri (Information Systems);  

 



İnformasiya texnologiyaları (Information Technology);  

 



Proqram mühəndisliyi (Software Engineering) və s.  

Bu sahələr üzrə standartlar kifayət qədər dəqiqdir və aydın 

təsvir edilmişdir.  

Qarşıya  qoyulan  məsələlərin  proqram  təminatının 

yaradılması    üçün  müxtəlif  proqramlaşdırma  dillərindən 

istifadə  edilir.  Proqramlaşdırma  kompüter  üçün  proqramın 

işlənilməsi prosesidir. 

Məşhur isveçrəli alim, proqramlaşdırmanın banısı olan Virt 

Niklaus  (Wirth  Niklaus )  proqram  haqqında  belə  demişdir: 

"Proqramlar = alqoritmlər + verilənlərin  strukturu" [4].  

Proqramlaşdırmada  əsas  şərt  alqoritmlərin  qurulmasıdır. 

Alqoritm  -  qarşıya  qoyulan  məsələni  həll  etmək  üçün  yerinə 

yetirilməsi  vacib  olan  əməliyyatlar  (mərhələlər)  ardıcıllığıdır. 

Ümumiyyətlə,  alqoritm-verilmiş  məsələnin  həlli  üçün  lazım 

olan  əməliyyatları  müəyyən  edən  və  onların  hansı  ardıcıllıqla 

yerinə  yetirilməsini  göstərən  formal  yazılışdır.  Alqoritmlərin 

tərtib olunması prosesi alqoritmləşdirmə adlanır [5]. 

Proqramlaşdırma 

dedikdə 

geniş  spektrdə  proqram 

təminatının  yaradılması  prosesi  başa  düşülür.  Bura  analiz  və 

məsələnin 

qoyuluşu, 

proqramın 

planlaşdırılması 

və 


layihələndirilməsi,  alqoritmlərin  və  verilənlərin  strukturunun 

işlənilməsi,  proqramların  mətnlərinin  yazılması,  yerinə 

yetirilməsi, 

testləşdirilməsi 

(sınaqdan 

keçirilməsi), 

sənədləşdirilməsi, 

sazlanması 

(konfiqurasiyası), 

işin 


tamamlanması və müşayiət edilməsi aiddir. 

İlk  proqramçı,  ingilis  riyaziyyatçısı  Ada  Lavleys  hesab 

olunur.  İxtisasca  riyaziyyatçı  olan  bu  xanım  tarixdə  ilk 



 

proqram yazması ilə məşhurdur. Çarlz Bebbiç tərəfindən ixtira 



olunan hesablama maşını üçün ilk proqramı Ada Lavleys tərtib 

etmişdir.  Bu  xanım  həmçinin  "seykl"  və  "işçi  xana" 

terminlərini  də  ilk  dəfə  tətbiq  etmişdir. 1975-1980-ci  illərdə 

Ada  Lavleysin  adıyla  bağlı  universal  proqramlaşdırma  dili 

işlənib  hazırlanmışdır.  Onun  adının  əbədiləşdirilməsi 

məqsədilə 1998-ci ildə Ada mükafatı təsis edilmişdir [6].  

II. PROQRAMLAŞDIRMA DİLLƏRİ HAQQINDA 

Proqramlaşdırma 

dillərinin 

inkişaf 


tendensiyasına  

keçməzdən  əvvəl  proqramlaşdırma  dillərinin  hərəkətverici 

qüvvələri  haqqında  məlumat  vermək  lazımdır.  Bunlar 

aşağıdakılardır: 

 

təkmilləşdirilməsi; 



 

səmərəliliyə diqqət yetirilməsi; 



 

məsələnin mürəkkəbliyinin nəzərə alınması; 



 

proqramın həyat dövrünün uzadılması və s. 



Proqramlaşdırma 

dillərinin 

inkişaf 

tendensiyalarını 

nəzərdən keçirək [7].  

1. İlk proqramlaşdırma dilləri 

Bu dillər 1940-1950-ci illərdə yaradılmışdır.  

Proqram  "aşağı  səviyyədə"  elementar  təlimatların  xətt 

ardıcıllığından  ibarət idi.  

 Üstünlükləri:  yüksək hesablama effektivliyi. 

Çatışmazlıqları:  Hesablama  mühitindən  əhəmiyyətli 

dərəcədə asılılığı. 

Nümunələr:  maşın kodları, Assembler dili. 



2. Prosedurlu (imperativ) proqramlaşdırma dilləri  

Bu dillər 1950-1970 cı illərdə yaradılmışdır.  

Hər  hansı  məsələ  onun  funksional  imkanlarından  asılı 

olaraq bir sıra  köməkçi  məsələlərə  bölünür. Bunlar  məsələnin 

alt  prosedurları  adlanır.  İxtiyari  prosedurlu  proqramın  icrası 

zamanı  alt  prosedurlar  istənilən  vaxt  çağrıla  bilər.  Proqramda 

qlobal və lokal dəyişənlərlərdən istifadə olunur. 

Üstünlükləri:  abstraksiyanın  daha  yüksək  səviyyəsi, 

asılılığın az olması, geniş uyğunluğa malik  olması. 

Çatışmazlıqları:  Böyük  əmək  sərf  edilməsi,  proqram 

kodunun az effektivliyə malik olması. 

Nümunələr:  Fortran, ALGOL, PL/1, APL, BPL, COBOL, 

Pascal, C, Basic. 

3. Deklarativ proqramlaşdırma dilləri  

Bu dillər 1960 cı illərdə yaradılmışdır.  

Proqramın  yazılışında  bu  dildən  istifadə  edildikdə  həyata 

keçirilməsi lazım olan ardıcıllıqlar sadə şəkildə təsvir edilir. 

Üstünlükləri: 

Proqramların 

verifikasiyasının 

və 


testləşmənin  sadəliyi,  riyazi  formallaşdırmanın  ciddiliyi, 

abstraksiyanın yüksək dərəcədə olması. 

Çatışmazlıqları:  Reallaşdırmanın  çətinliyi,  fundamental 

riyazi biliklərə ehtiyacın olması. 

Nümunələr:  LISP  (Interlisp,  Common  Lisp,  Scheme), 

SML, Haskell, Prolog. 



4. Funksional proqramlaşdırma dilləri 

Bu  dillər  1960-cı  illərdə  yaradılmışdır.  Proqramlarda 

müxtəlif funksiyalardan istifadə edilirdı. 

Üstünlükləri:  Kompüterin  yaddaşının  tamamilə  avtomatik 

idarə  edilməsi,  kodun  fraqmentlərinin  təkrar  istifadəsinin  sadə 

olması,  parametrik  arqumentli  funksiyaların  geniş  spektrə 

malik olması (parametrik polimorfizm). 

Çatışmazlıqları:  Proqramın  qeyri-xətti  struktura  malik 

olması,  effektivliyinin nisbətən aşağı olması. 

Nümunələr: SML, CaML, Haskell, Miranda, Hope. 



5. Məntiqi proqramlaşdırma dilləri  

Bu dillər 1970-cı illərdə yaradılmışdır.  

Proqram 

–  məntiqi  əmrlərdən  ibarət  qaydaların 

məcmusundan ibarət idi. 

Üstünlükləri:  Abstraksiyanın  səviyyəsinin  yüksək  olması, 

məntiqi  yönümlü  proqramlaşdırmanın  rahat  olması;  ekspert 

sistemlərinə tətbiqinin rahat olması və s. 

 Çatışmazlıqları: Məsələlərin məhdudlaşdırılmış imkana və 

proqramın qeyri-xətti struktura malik olması. 

Nümunələr: Prolog, Mercury. 

6. Obyekt yönümlü proqramlaşdırma dilləri 

Bu dillər 1970 -1980 -ci illərdə yaradılmışdır.  

Proqramda obyektlərin təsviri, məcmuları, onların arasında 

əlaqələr və qarşılıqlı təsirinin üsulları izah edilmişdir. 

Üstünlükləri: 

predmet 


sahəsinə 

yaxın 


olması, 

modelləşdirmə,  hadisələr  yönümlü  olması,  abstraksiyanın 

yüksək səviyyəsi, təsvirlərin təkrar istifadəsi və s. 

Çatışmazlıqları: 

Proqramların 

verifikasiyası 

və 

testləşdirilməsinin  çətin olması. 



Nümunələr: C++, Visual Basic, C #, Eiffel, Oberon. 

7. Ssenarili proqramlaşdırma dilləri 

Bu dillər 1990-cı illərdə yaradılmışdır.  

Proqramda mümkün ssenarilərdən və koddan təkrar istifadə 

etmək imkanı vardır. 

Üstünlükləri: 

Predmet 


sahəsinə 

yaxın 


olması; 

abstraksiyanın yüksək dərəcəsi,  yüksək mobillik. 

Çatışmazlıqları: 

Proqramların 

verifikasiyası 

və 


testləşdirilməsinin  çətin  olması,  çoxsaylı  əlavə  təsirlərə  məruz  

qalması. 

Nümunələr: 

VBScript, 

PowerScript, 

LotusScript, 

JavaScript. 

8. Paralel proqramlaşdırma dilləri

  

Bu dillər 1980-ci illərdə yaradılmışdır.  

Proqramlar  eyni zamanda  paralel yerinə yetirilə bilir.  



 

Üstünlükləri:  Böyük    proqram  sistemləri  üçün  yüksək 



hesablama effektivliyinə malik olması. 

Çatışmazlıqları:  Hazırlanan  kiçik  proqramların  maya 

dəyərinin yüksək olması, sürətinin nisbətən  aşağı olması və s.  

Nümunələr:  Ada, Modula-2, Oz 

Bunlardan başqa  Ekstremal,  Aspekt-yönümlü,  Avtomat  və 

s. proqramlaşdırma dilləri də vardır.  

Proqramlaşdırmada istifadə olunan əsas yanaşmalar şəkil 1 

–də göstərilmişdir [8]. 

 

Şəkil 1. Proqramlaşdırmada istifadə olunan əsas yanaşmalar 



III. MÜASİR PROQRAMLAŞDIRMA DİLLƏRİ 

Hal-hazırda  çoxlu  proqramlaşdırma  dilləri  vardır  və 

bunlardan  proqram  məhsullarının  işlənilməsində  uğurla 

istifadə  olunur.  Buradan  belə  bir  sual  meydana  çıxır.  Yeni 

proqramlaşdırma dillərinə ehtiyac varmı? 

Məsələ ondadır ki, proqramlaşdırma dillərinin güclü və çox 

funksiyalı  olmasına  baxmayaraq,  hal-hazırda  bu  dillərin    heç 

birinin sintaksisi mükəmməl  və universal deyildir. 

Bundan  başqa,  proqramlaşdırma  dilləri  daimi  inkişaf  edir. 

Çoxnüvəli prosessorların  yayılması, buludlu proqramlaşdırma, 

portativ texnikalar (rəqəmli video-kamera, music player, mobil 

telefonlar,  GPS-naviqatorlar,  Notebook,  İpad  və  s.).  həmçinin 

paylanmış  arxitektura  istehsalçılar  üçün  yeni  problemlər 

yaratmışdır. Artıq  mövcud olan  proqramlaşdırma dillərinə son 

zamanlar  yeni  funksiyaların,  paradiqmaların  və  şablonların 

əlavə  edilməsi  onları  həddən  artıq  mürəkkəbləşdirir.  Belə 

hallarda  mövcud  proqramlaşdırma  dillərinə  yeni  əlavələr 

etmək  əvəzinə  sıfırdan  başlamaq,  yəni,  yeni  proqramlaşdırma 

dillərinin işlənilməsi daha məqsədəuyğundur.  

Beləliklə, aşağıda 10 qabaqcıl proqramlaşdırma dili təqdim 

edilmişdir,  belə  ki,  onların  hər  birində    müəyyən  problemləri 

və  ya  dillərin  spesifik  çatışmazlığını  həll  edə  biləcək  yeni 

baxışlar  nəzərə  alınmışdır.  Onlardan  bəziləri  artıq  bitmiş 

layihədir, 

bəziləri 

isə 


yalnız  öz  inkişafının  ilkin 

mərhələsindədir. 

Qeyd 

edək 


ki, 

onlardan 

bəziləri 

populyarlıq 

qazanmayacaqlar, 

amma 


onlardan 

hər 


hansı 

biri 


proqramlaşdırmada onu əvəz edəcək yeni dillər yaradılmayana 

qədər inqilabi nailiyyət qazana bilər. 

Müasir  proqramlaşdırma  dillərindən  bəziləri  aşağıda  qeyd 

edilmişdir: 



1. 

Dart  

 

JavaScript  interaktivliyin  baza  elementlərinin  əlavə 

edilməsi  və  veb  səhifələrin  yaradılması  üçün  yaxşıdır,  amma 

proqram  kodu  minlərlə  sətirdən  ibarətdir,  bu  da  dilin 

istifadəsində  çətinlik  yaradır.  Buna  görə  Google  Dartın 

əvəzedicisi olaraq bu proqramlaşdırma dili yaradıldı —yeni dil 

veb-proqramlaşdırma 

dilidır 


və 

qeyd 


olunan 

çatışmamazılıqların  aradan  qaldırılmasında  mühüm  rol 

oynayır. 

JavaScript-də, Dart-da C dilində  olan oxşar sintaksislər və 

açar sözlər istifadə olunur. Ancaq bir əhəmiyyətli fərqd də var 

ki,  JavaScript  prototiplərə  əsaslanır,  Dart-da  isə  obyektlər 

siniflər və interfeyslərin köməyi ilə təyin edilir, Həmçinin Dart 

proqramçılara  C++  və  ya  Java-da  olduğu  kimi  statik  tipli 

dəyişənləri əlavə etməyə icazə verir [9]. 

2. 

Ceylon  

 

Kinğin  sözlərinə  görə,  Ceylon,  "XML-la  Java-nı 

birləşdirir".  Ceylon  proqramlaşdırma  dili  bu  sahədə  olan 

problemləri həll etməyə çalışmışdır [10]. 



3. 

Go 

 

Go  —  ümumi  təyinatlı  proqramlaşdırma  dilidir,  belə  ki, 

hamı  üçün  yarayır:  Adi  proqramların  işlənilməsindən 

başlayaraq  mürəkkəb  sistemlərin  hazırlanmasına    qədər  bu 

dildən  istifadə  etmək  olar.  Bu  mənada  o  C  və  C++-a  daha 

yaxındır.  Go  müasir  funksiyaları  özünə  daxil  edir,  lazımsız 

məlumatlardan  yaddaşı  təmizləyir  və  paralelliyi  təmin  edir 

[11]. 


4. 

F#  

 

F# 


Microsoft 

şirkəti 


tərəfindən 

işlənilmişdir, 

proqramlaşdırmada  funksionallığı  və  praktikliyi  özündə 

birləşdirir.  Çünki  F  #  .Net  CLR  (Common  Language 

Runtime  —ümumdili  icra  edən  mühit)—  virtual  maşınında 

birinci  sinif  dillərə  aiddir,  o  həm  də  kitabxanaları  və 

funksiyaları dəstəkləyə bilər, başqa CLR dillər kimi [12]. 

5. Opa 

 

O      Opa  heç  bir  dili  əvəz  etmir.  O  veb-proqramlaşdırmada 



tamamilə  yeni  paradiqmanı  təşkil  edərək  onların  hamısını 

birdən  əvəz  etməyə  çalışır.  İstifadəçi  interfeysi,  verilənlər 

bazası Opa dilində yazılmışdır [13]. 

6. Fantom 

 

Fantom  kross-platforma  portativliyi  üçün  yaradılırmışdır. 



Fantom  layihəsi  yalnız  kompilyatordan  ibarət  deyil,  belə  ki 

necə  JVM  və  ya  .Net  CLI  üçün  baytkod-u  çıxara  bilər, 

həmçinin  API  yığımından  Java-ı  və  .Net-i  ayırır  və 

portativliyin əlavə səviyyəsini yaradır [14]. 



7. Zimbu 

 

Öz  xarakterinə  görə  Zimbu  proqlaşdırma  dili  unikal  və 



spesifikdir, eyni zamanda böyük sayda funksiyaya malikdir. O 

C-də olan oxşar ifadələr və operatorlardan istifadə edir, amma 

onun  özünün  açar  sözləri,  verilənlərin  tipləri  və  blok  üçün 

strukturları vardır. O yaddaşı sərbəst şəkildə idarə edir [15]. 




 

8. X10 



 

X10-da  parallel  proqramlaşdırma  Partitioned  global 



address  space  (PGAS)  (bölünmüş  qlobal  ünvan  fəzasının 

modelləri)  modeli  əasında  yaradılmışdır.  Bloklarda  kod  və 

məlumatlar seçilir və müxtəlif "fəzalar" üzrə bölünür [16].  

9.  HAXE 

 

Hal-hazırda  istifadəçilər  haXe-da  proqramlar  yaza  bilər, 



sonra  onları  obyekt  kodunda  JavaScript-də,  PHP-da, 

Flash/ActionScript-də 

və 

ya 


baytkod 

NekoVM-da 

kompilyasiya  edə  bilərlər.  C#  və  Java  kompilyasiyası  üçün 

əlavə modullar hazırlanmaqdadır [17].  



10. Chapel

 

 

Chapel  Cray  Cascade  proqramının  tərkib  hissəsidir,  hərbi 



müdafiə  (DARPA)  sahəsində  məhsuldar  hesablamalar  üzrə 

genişmiqyaslı  layihə  əsasında  Amerika  İdarəçılıyi  tərəfindən 

qismən  maliyyələşdirilmişdir  və  onlar  üçün  istifadə  olunur. 

Burda paralel emal alqoritmlərindən istifadə olunur.  

Paralel proqramlaşdırma termini kifayət qədər geniş sahəni 

əhatə edir, belə ki, bir neçə emal etmə qurğusundan ibarət olan 

hesablama  sistemlərində  hesablamaların  təşkiliylə  bağlıdır. 

Belə  sistemlərə  çoxnüvəli  prosessorlar,  ümumi  yaddaşlı 

multiprosessorlu  maşınlar,  paylanmış  yaddaş  və  ya  hibrid 

arxitekturaya malik məhsuldar hesablama yığınları aiddir. 

Son  zamanlar  paralel  hesablamalara  böyük  diqqət  ayrılır. 

Bu  əsasən  iki  amillə  bağlıdır.  Birinci  amil  elmi-texniki 

proqreslə 

əlaqədardır,  belə  ki,  riyazi  modelləşdirmə 

metodlarının  tətbiqini  tələb  edən  yeni  bilik  sahələri  meydana 

çıxmışdır.  İkinci  amil  modellərin  özlərinin  əhəmiyyətli 

dərəcədə mürəkkəb qurulşa malik olmasıdır.  

Şəbəkə  texnologiyaları  sahəsində  əhəmiyyətli  irəliləmə 

ondan  ibarətdir  ki,  onlar  paralel  hesablamalar  üçün 

müəssisələrin lokal şəbəkələrindən istifadə etməyə imkan verir 

[18]. 

IV. POQRAMLAŞDIRMA DİLLƏRİNİN 



PROBLEMLƏRİ 

Müasir  dövrdə  proqramlaşdırma  dillərinin bəzi probleməri 

aşağıda qeyd edilmişdir. 

1. 


Proqramçıların 

ən  böyük  problemlərindən  biri  

paylanmış  sistemlərin  sayının  artması  ilə  əlaqədar 

olaraq  müxtəlif  sistemlər  və  onların  komponentləri 

arasında  əlaqənin  təşkilinin  çətinləşməsidir.  Belə 

problemləri  iki  ümumi  kateqoriyaya  bölürlər:  lokal 

proqramlaşdırma  (programming  in  the  small)  və 

qlobal  proqramlaşdırma  (programming  in  the  big). 

Lokal  proqramlaşdırma  sahəsindəki  problemlər  və 

onların  həlli  öz  mürəkkəbliyi  və  təşkilnə  görə 

fərqlənirlər [19]. 

2. Sistemin dəyişənlərinin tiplərinin problemləri.  

3. 

Meta 


verilənlərlə 

əlaqədar 

problemlər. 

Metaməlumatlar

 

və  ya


 

Metaverilənlər

 

(

 



Metadata)  —

 

verilənlərin  strukturunu  və  onların  emalı  metodlarını 



təsvir edir.  

4.  Proqramın  yerinə  yetirilməsi  zamanı  meydana  çıxan 

problemlər.  

5. Qlobal proqramlaşdırmadakı problemlər: 

 

Adın  qoyulması  (Naming)  problemi.  Əgər  coğrafi 



müxtəlif  yerlərdən  istehsalçılar  onların  tərəfindən 

hazırlanmış  siniflərlərdən  təkrarən  istifadə  etmək 

istəyirlərsə, 

eyni 


adlarla 

müxtəlif 

siniflərin 

yaradılması problemi meydana çıxırır. 

 

.  Səhvlərin  işlənməsi  (error  handling).  Səhvlər 



haqqında  informasiyanın  təqdim  etməsi  üçün  bir 

proqramlaşdırma 

dilində 

və 


arxitekturasında 

qaytarılan  qiymətlərdən  (Return)  istifadə  olunur, 

xüsusi  hallarda  (Exception).  Belə  dillərin  arasında 

qarşılıqlı  təsir  üçün  müxtəlif  dillərin  semantik 

strukturlarının  saxlanılmasıyla  səhvlər  haqqında 

informasiyanı  translyasiya  etməyə  icazə  verən 

sxemlər və  arxitekturalar yaratmaq lazım olur ki, bu 

da çətinliyə səbəb olur.  

 

.  Təhlükəsizlik 



(security). 

Böyük 


paylanmış 

sistemlərin  tərtibində  əksər  hallarda  bir  neçə 

proqramlaşdırma  dillərindən  istifadə  olunur    ki,  bu 

da  müəyyən  çətinliklərin  əmələ  gəlməsinə  səbəb 

olur.  Yəni  belə  hallarda  təhlükəsizlik  təmin 

olunmur.  

 

Versiyaların 



(versioning) 

nəzarəti. 

 

Əksər 


proqramçılar  nə  vaxtsa  sistem  proqram  təminatının 

DLL-kitabxanalarının  uyğunsuzluğu  problemiylə 

rastlaşır  və  onlar  anlayırlar  ki,  arxitekturaların 

inkişafı əsas problemlərdən biridir. 

 

Miqyaslanma 



(scalability). 

Bu 


da 

əsas 


problemlərdən biridir. Paylanmış sistemlər təşkilatın 

daxili şəbəkəsində yüzlərlə istifadəçi üçün əla işləyə 

bilər, amma Internetdə onlarla milyonlarla istifadəçi 

işləməyə başladıqda promler meydana çıxa bilir. 

6.  Alqoritmlərin  həcminin  böyük  olması  ilə  əlaqədar 

problemlər. 



7.   Sistemli proqramlaşdırma sahəsində problemlər: 

 



müsir proqram təminatlarının mürəkkəb olması; 

 



proqramların  verifikasiyası  və  təhlükəsizliyinin 

təmin olunması; 

 

  mikroprosesorun mürəkkəb quruluşu; 



 

  çoxnüvəli prosessorlarda problemlərin olması; 



 

  verifikasiyanın paralelləşdirilməsi və s. [18].  



Dünyada  olan  müxtəlif  populyar  sorgu  agentləri  tərəfindən 

proqramlaşdırma dillərinin reytinq siyahısı tərtib olunmuşdur [20]. Onlardan 

ən  əsası 

TIOBE  Index

  mənbəyidir.  Şəkil  2  –də 

TIOBE  Index  görə 




 

proqramlaşdırma dillərinin  2016-cı il üçün reytinqini göstərən diaqram  



verilmişdir : 

 

Şəkil 2. TIOBE Indexə  görə proqramlaşdırma dillərinin reytinqini göstərən diaqram 



V. PROQRAMLAŞDIRMANIN RIYAZI ASPEKTLƏRI 

Riyaziyyat insanın düşüncəsini inkişaf etdirir. İnkişaf etmiş 

düşüncə proqramlaşdırmağa kömək edir.  Proqramlaşdırmanın 

riyazi əsaslarının bəziləri şəkil 3 –də göstrilmişdir.  

 

Şəkil 3. Proqramlaşdırmanın riyazi əsasları 



Bunların bəziləri haqqında məlumat verək. 

Domen  adlarının  nəzəriyyəsi  riyaziyyatın  budağı  hesab 

olunur,  belə  ki,  qismən  nizanlanmış  domenlər  adlandırılan 

çoxluqların xüsusi növlərini öyrənir.   

Diskret  riyaziyyatda  diskret  riyazi  strukturlar,  qraflar  və  s. 

öyrənilir.  Biz  tam  ədədlər,  qrafiklər  və  məntiqi  ifadələrdən  

proqramlaşdırmada  çox  istifadə  edirik.  Diskret  riyaziyyatdan 

proqram  təminatının  layihələndirilməsinin  spesifikasiyaları 

üçün istifadə edilə bilər, alqoritmlərin və başqa praktiki tətbiq 

etmələrin  analizi  bə  s.  Bu  həqiqətən  proqramçı  üçün  əla 

vasitədir.  

Bunlardan  başqa  riyazi  proqramlaşdırma  tətbiqi  riyaziyyat 

elminin  əsas  bölmələrindən  biri  olmaqla,  onun  öyrənmə 

obyektini 

mürəkkəb 

sistem 


və 

proseslərin 

optimal 

planlaşdırılması və idarə edilməsi kimi məsələlər təşkil edir. 

"İntellektual  proqramlaşdırma"  termini    altında  elə  

proqramların  işlənilməsi  nəzərdə  tutulur  ki,  o  proqram    insan 

ağılıyla  rahat  şəkildə  rəqabət  apara  bilir  və  ya  intellektual 

məsələlərin həllində ona kömək edə bilir. 

İnsan estetik cəhətdən o vaxt təmin olunur ki,  o hər şeyi öz 

əlləriylə  yaradır  və  ustanın  əllərinin  altından  incəsənət  əsəri 

çıxır, bu nöqteyi-nəzərdən bədii tərtibatına görə  proqrama da 

həmçinin incəsənət əsəri kimi baxıla bilər [ 20]. 

NƏTİCƏ  

Qeyd  edildiyi  kimi  proqram  mühəndisliyinə  aid  sahələr 

çoxdur. Onlardan ən əsası proqramlaşdırma sahəsidir. Proqram 

təminatı  olmadan  dünya  bazarına  çıxmaq  mümkün  deyil. 

Müasir  proqramlaşdırma  dillərindən  istifadə  etməklə 

keyfiyyətli  proqram  təminatı  yaratmaq  olar.Yuxarıda  qeyd 

edildiyi  kimi  bu  sahədə  də  çatışmamazlıqlar  və  problemlər 

vardır.  Bu  problemləri  həll  etməklə  rəqabətə  davamlı  yüksək 

keyfiyyətli  proqram  təminatları  əldə  etmək  olar.  Bunun  üçün 

bəzi tövsiyələr verilmişdir: 

 

proqramların yazılışının sadələşdirilməsi; 



 

proqramların  tərtibində  hazır  komponentlərdən  daha 



çox istifadə edilməsi;  

 



çoxlu testlərin hazırlanması; 

 



başqasının proqramı ilə işləmək qabiliyyətinin olması; 

 



proqramın  qısa  müddət  ərzində  icra  olunması  üçün 

optimal varıantın seçilməsi; 

 

proqramın  həyat  dövrünün  uzadılması  üçün  mövcüd 



modellərdən istifadə edilməsi və s. 

ƏDƏBİYYAT 

[1]

 

Л.  А.  Мацяшек, Б.  Л. Лионг,  «Практическая  программная 



инженерия  на  основе  учебного  примера»,  Издательство  Бином: 

Лаборатория знаний, 2012, 956 с.  

[2]

 

Н.  И.  Бойко,  М.Е.  Зверинцев,  «Рекомендации  по  преподаванию 



программной  инженерии  и  информатики  в  университетах  и  др.», 

Интернет-университет Информационных технологий, 2007, 472 с.   

[3]

 

https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%BE%D0%B3% 



[4]

 

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D1%80%D1%82,_% 



Н.  Вирт, “Алгоритмы  и  структуры  данных”,  Новая  версия  для 

Оберона + CD. М.: ДМК Пресс, 2010 

[5]

 

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%B2%D0%BB%



D0%B5%D0%B9%D1%81,_%D0%90%D0%B4%D0%B0 

[6]


 

Разные языки программирования и их области применения. Лекция 

в Яндексе:, 

          https://habrahabr.ru/company/yandex/blog/272759/ 

[7]

 

T.  W.  Pratt,  M.  V.  Zelkovitz,  “Programming  languages,  design  and 



implementation”, Prentice Hall, 2000. 

[8]


 

К.  Бакетт,  “Dart  в  действии  =  Dart  in  Action”,  ДМК  Пресс, 

2013, 528 с.  

[9]


 

G. King,” Introduction to Ceylon”, Part 1, 2011.  

[10]

 

Д. Выкочко, «Язык программирования go:», Часть 1. Краткий обзор 



и основы программирования,   IBM developer Works, 2011. 

[11]


 

 Е.  Лазин,  М.  Моисеев,  Д.  Сорокин,  ”Введение  в  F#”,  Практика 

функционального программирования, № 5, 2010.  

[12]


 

10 языков программирования, которые могут перевернуть мир  T:, 

https://www.kv.by/content/325498-10-yazykov-programmirovaniya-

kotorye-mogut-perevernut-mir-it 

[13]

 

B. F. Fantom. Dr. Dobb’s Journal , 2015. 



[14]

 

 Б. Мулинар, «Новый язык программирования»,  



http://eao197.blogspot.com/2009/10/compprogflame-zimbu.html 

[15]


 

K.  Talha, “OpenFL  &  Haxe”,  A  Bumpy  Start.  Gamasutra,  2014, 

https://ru.wikipedia.org/wiki/X10_(%D1%8F%D0%B7%D1%8B%D0. 

[16]


 

https://ru.wikipedia.org/wiki/Chapel_(%D1%8F%D0%B7%D1%8B% 

[17]

 

http://www.program-code.ru/index.php/net-framework/problemy-



programmirovaniya 

[18]


 

Рейтинг языков программирования в 2016 году:, 

https://habrahabr.ru/company/kingservers/blog/307012/ 

[19]


 

Tiobe:


http://www.tiobe.com/tiobe-index/ 

[20]

 

Н.  Н.  Непейвода,  И.  Н.  Григоревский,  Е.  П,  Лилитко, 



«Математические 

основы 


программирования», 

2014, 


16 

с.,   http://psta.psiras.ru/read/psta2014_4_105-121.pdf 

 



 

 



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə