Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
1   2   3   4   5   6   7   8

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

6

Mənbə: Federal Conference Board 



Mənbə: Federal Conference Board 

Fiskal  multiplikator  fiskal  kəsirin  (∆G)  

dəyişməsinin məcmu buraxılışda (∆Y) yarada biləcəyi 

dəyişikliyi  əks  etdirən  əmsaldır.  Müddətdən  asılı 

olaraq  fiskal  multiplikatorun  hesablanma  qaydası 

qismən  fərqlənsə  də,  əsasən  aşağıdakı  formula  ilə 

müəyyən edilir:

                        

 

Fiskal  multiplikatorun  səviyyəsi  ölkə,  zaman 



və  şərait  baxımından  müxtəlif  ola  bilər.  BVF-nin 

ekspertlərinin  hesablamalarına  görə  iqtisadiyyatının 

həcmi  böyük  olan  ölkələr  üçün  multiplikator 

1.5-1,  orta  həcmli  ölkələr  üçün  1-0.5,  kiçik  açıq 

iqtisadiyyatlar  üçün  isə  0.5  ətrafında  dəyişir.  Digər 

bir nüans odur ki, kiçik multiplikatorlar əsasən gəlir 

və  transfertlərdən,  nisbətən  böyük  multiplikatorlar 

isə investisiya xərcləmələrindən yaranır. 

Maliyyə  bazarının  inkişaf  səviyyəsinin  fiskal 

multiplikatorun həcminə təsiri qeyri-müəyyəndir. Bu, 

daha çox a) maliyyə sisteminin inkişaf səviyyəsinin 

likvidlik çatışmazlıqlarına təsirindən və b) hökumətin 

fiskal kəsiri maliyyələşdirmə imkanlarından asılıdır. 

Zəif  inkişaf  etmiş  maliyyə  bazarları  investisiya 

imkanlarını  daraltdığından  istehlaka  meyillilik 

yüksək  olur  və  bu  da,  multiplikatoru  böyüdür. 

Digər  tərəfdən  maliyyə  bazarının  inkişaf  səviyyəsi 

büdcə  kəsirinin  faiz  dərəcələrinə  transmissiya 

effektini artırır. Maliyə bazarına çıxışın zəif olduğu 

ölkələrdə hökumət büdcə kəsirini maliyyələşdirmək 

üçün  yüksək  faizlə  istiqraz  buraxmalıdır.  Təbii  ki, 

belə  olan  halda  multiplikator  kiçiləcək.  Halbuki 

inkişaf  etmiş    maliyyə  bazarı  şəraitində  borcun 

diversifikasiya  imkanları  daha  çox  olduğundan  faiz 

aşağı düşəcək ki, bu da multiplikatoru artıracaqdır.

Böhranın multiplikatorlara təsiri birmənalı deyil:

•  Qeyri-müəyyən  iqtisadi  gözləntilər  istehlaka 

meyili və bununla da multiplikatoru kiçildir.

•  Davam  edən  «delevereycing»  prosesi  fiziki 

və  hüquqi  şəxslərin  kreditə  əlyetərliliyini 

məhdudlaşdırır və multiplikatoru artırır.

•  Digər  tərəfdən  pul  siyasətinin  kifayət 

qədər  yumşaq  olması  və  bu  prosesin  uzun 

müddət  davam  edəcəyi  gözləntisi  fiskal 

multiplikatorları artırır. 

Fiskal  siyasətdəki  dəyişikliklər  multiplikatora 

müvəqqəti  və  daimi  xarakter  daşımasından  asılı 

olaraq  təsir  göstərir.  Məsələn,  gəlir  vergisinin 

qısamüddətli  azaldılması  iqtisadiyyatın  dayanıqlığı 

haqda  narahatlığı  azaldır,  lakin  istehlakçıların 

davranışına effekti az olur. Ancaq müəyyən mal və 

xidmətlər  üçün  (avtomobil  üçün  rüsum,  ƏDV,  və 

ya investisiyaya vergi gözəşti) vergilərin müvəqqəti 

olaraq aşağı salınması istehlakı artıra bilər. Bir qayda 

olaraq,  müvəqqəti  fiskal  tədbirlər,  gəlirə  təsir  edən 

daimi  tədbirlərə  (məs.  vergi  güzəşti)  nisbətən  daha 

çox multiplikativ effektə malikdir.

Haşiyə 1. Fiskal multiplikator

Mənbə: Antonio Spilimbergo, Steve Symansky, and Martin Schindler «Fiscal Multipliers», IMF, May 2009

Dünyada  məcmu  tələbin  azalması  ABŞ 

ixracının  artımına  neqativ  təsir  edir.  Bununla 

yanaşı  ölkədə  seçkilərlə  əlaqədar  qeyri-

müəyyənlik investisiya qoyuluşları üzrə ehtiyatlı 

davranışları  şərtləndirir.  İşsizliyin  azalması 

meyilinin  güclənməsi  isə  pozitiv  trendlərdən 

hesab edilə bilər. 




7

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

Hesabat  dövründə  qlobal  əmtəə  bazarlarında 

yüksək  volatillik  müşahidə  edilmişdir.  İlin 

əvvəli ilə müqayisədə əmtəə qiymətləri indeksi 

1.7%,  ərzaq  qiymətləri  indeksi  isə  12.6% 

artmışdır.  Ərzaq  qiymətləri  əsasən  taxıl  və 

şəkər qiymətləri hesabına yüksəlmişdir. Qiymət 

artımı əsasən iqlim şəraiti (quru hava) və ərzaq 

üzərində  investor  iştahasının  yüksəlməsi  ilə 

əlaqələndirilir.  

Mənbə: BVF

Post-böhran  dövründə  qızılın  investisiya  aləti 

olaraq  əhəmiyyəti  sürətlə  artmaqdadır.  Bütövlükdə, 

ötən  10  ildə  qızılın  qiymət  dəyişimi  qlobal  tələb 

dəyişimindən 4.4 dəfə çox olmuşdur. 

Dünya  bazarında  qızıla  tələbin  strukturu  4 

elementdən ibarətdir:

Zinət-bəzək əşyası kimi

İnvestisiya aləti kimi

Texnologiya tələbi

Dövlət sektoru tələbi (ehtiyatlar)

2012-ci ilin ilk yarım ili ərzində qızıla tələb 2090 

ton  təşkil  etmişdir.  Daha  çox  qızıl  alışı  investisiya 

aləti  kimi  və  dövlət  sektorunun  tələbi  ilə  həyata 

keçirilmişdir.  Dövlət  strateji  ehtiyatlarının  idarə 

olunmasında  əsas  prinsipin  gəlirlilikdən  daha 

çox  etibarlılıq  təşkil  etdiyindən,  Mərkəzi  Banklar 

mövcud  qeyri-stabillik  şəraitində  qızıl  alışına  daha 

çox üstünlük verirlər. Hazırda dünyada mərkəzi bank 

ehtiyatlarının təqribən 15% hissəsini qızıl təşkil edir. 

Aparıcı ölkələrin mərkəzi banklarının ehtiyatlarının 

böyük hissəsi etibarlı yığım alətinə çevrilən qızılda 

saxlanılır.  ABŞ,  Almaniya,  Fransa  kimi  ölkələrdə 

mərkəzi bankların qızıl ehtiyatları cəmi ehtiyatların 

70%-dən  çoxdur.  Qlobal  maliyyə  bazarlarında 

gərginliyin davam etməsi, etimadın  aşağı səviyyəsi, 

pessimist  perspektivlər  qızılın  ortamüddətli  dövrdə 

rəğbət  edilən  əsas  investisiya  aləti  kimi  qalacağına 

və qiymətlərinin yüksək həddə olacağına əsas verir.   

Haşiyə 2. Dünya bazarında qızıla tələb 

Mənbə: Central Bank of the Republic of  Turkey, “Financial Stability Report  November 2009”,   World Gold Council 

Qızılın qiyməti və ehtiyatları




Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə