Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
1   2   3   4   5   6   7   8

8

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

Ötən  rüb  ərzində  Brent  markalı  neftin 

qiymətində  enmələr  müşahidə  olunsa  da  ilin 

əvvəli  ilə  müqayisədə  5%,  ötən  rübə  nəzərən 

18%  qiymət  artımı  baş  vermişdir.  Ötən  ilin 

müvafiq dövrünə nəzərən isə cari ilin 9 ayında 

neftin  qiyməti  demək  olar  ki,  eyni  səviyyədə 

(112.4 dollar) qalmışdır. 

Dünya iqtisadiyyatı üçün işsizlik problemi hələ 

də  aktual  xarakter  daşımaqdadır.  Beynəlxalq 

Əmək  Təşkilatının  məlumatına  görə  işsizlik 

ABŞ-da  7.8%,  Avrozonada  11.4%  təşkil  edir. 

Xüsusən  gənclər  üzrə  işsizlik  hələ  də  yüksək 

səviyyədə qalır.

Qlobal  iqtisadi  perspektivləri  neqativ  

istiqamətə  yönləndirən  amillərdən  biri  də 

maliyyə  sabitliyi  üzərində  ciddi  risklərin 

mövcudluğudur.  Bank  sektorunda  etimadın 

zədələnməsinə səbəb olan LİBOR böhranı, bank 

aktivlərinin  keyfiyyətinin  hələ  də  pisləşməsi, 

aparıcı  ölkələrin  mərkəzi  banklarının 

balanslarının  “şişməsi”,  Avronun  devalvasiya 

ehtimalı  kimi  amillər  maliyyə  sabitliyinin 

kövrəkliyinin artması ilə nəticələnmişdir. 

Ümumilikdə, dünya iqtisadiyyatı üçün hazırda 

əsas 3 risk qrupu vardır: 

•  Avrozonada resessiya  

•  ABŞ-da fiskal problemlərin dərinləşməsi

•  Çin iqtisadiyyatında geriləmə

Qlobal  maliyyə  və  iqtisadi  perspektivlərin 

pisləşməsi dünyanın aparıcı maliyyə təşkilatları 

tərəfindən artım proqnozlarında bəzi korrektələr 

etmələrinə səbəb olmuşdur.

Beləliklə, artan risklər fonunda qlobal iqtisadi 

perspektivlər  neqativ  qiymətləndirilə  bilər. 

Lakin, zəif də olsa qlobal iqtisadi artımın davam 

etməsi, xammal qiymətlərinin artımı neft ixrac 

edən  ölkələrin  tədiyə  balansının  profisiti  üçün 

zəmin formalaşdırır.

1.2. Azərbaycanda makroiqtisadi proseslər

2012-ci  ilin  9  ayında  əlverişli  xarici  mövqe 



Mənbə: BVF

Mənbə: Beynəlxalq Əmək Təşkilatı

Mənbə: BVF

Mənbə: BVF


9

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

və  daxili  tələbin  genişlənməsi  şəraitində  ölkə 

iqtisadiyyatında  artım  dinamikası  davam 

etmişdir.  İqtisadi  aktivliyin  dövlət  tərəfindən 

dəstəklənməsi,  struktur  və  institusional 

islahatların  davam  etməsi  də  iqtisadi  inkişaf 

dinamikasına müsbət təsir göstərmişdir. Qlobal 

mühitdən  gələn  müəyyən  risklərə  baxmayaraq 

dövr ərzində makroiqtisadi və maliyyə sabitliyi 

qorunmuşdur.

1.2.1. Xarici sektor

Son  dövrlər  qlobal  iqtisadiyyatda  gedən 

proseslər  nəticəsində  neftin  dünya  bazar 

qiymətinin  azalma  meyilli  olmasına 

baxmayaraq,  ümumən  yüksək  neft  qiyməti 

hesabına  2012-ci  ilin  9  ayında  ölkənin  xarici 

mövqeyində  müsbət  dinamika  müşahidə 

olunmuşdur.  Azərbaycan  neftinin  orta 

qiymətinin 114 dollara çatması ölkənin valyuta 

gəlirlərinə müsbət təsir etmişdir.

Dövlət  Gömrük  Komitəsinin  (DGK) 

məlumatlarına  əsasən  cari  ilin  ötən  9  ayında 

xarici ticarət dövriyyəsi 24.6 mlrd. dollar təşkil 

etmişdir ki, bunun da 17.8 mlrd. dolları ixracın, 

6.8 mlrd. dolları isə idxalın payına düşür. Xarici 

ticarət  balansının  profisiti  isə  11  mlrd.  dollar 

olmuşdur.

İxracda  yüksək  templə  artan  mallara  misal    

kimi  meyvə,  maye  qaz,  çay,  tərəvəzvə  s. 

göstərmək olar. Bəzi sahələrdə ixrac mallarının 

miqdarı  azaldığı  halda,  məbləği  artmış, 

bəzilərində isə əksinə proses qeydə alınmışdır.

İdxalı artan mallara isə polietilen, uzunmüddətli 

istifadə  əşyaları,  gübrələr,  avtomobillər  və  s. 

aiddir.  İdxalın  strukturunda  maşın,  mexanizm 

və  nəqliyyat  vasitələri  40%  paya  malikdir  ki, 

bu  da  dövr  ərzində  13%-ə  yaxın  azalmışdır. 

Eyni  zamanda  bir  sıra  yeyinti  məhsullarında 

da  azalmanın  qeydə  alınması  daxili  istehsalın 

genişlənməsinin göstəricisi ola bilər.

Ümumilikdə, əksər idxal malları həm miqdar, 

həm  də  məbləğ  ifadəsində  artmışdır.  Bəzi 

məhsullar isə miqdar ifadəsində azalmış, məbləğ 

ifadəsində isə artmışdır.

DSK-nın məlumatlarına əsasən Azərbaycanın 

ixracını  təşkil  edən  məhsulların  qiymətləri  

idxalı  təşkil  edən  məhsulların  qiymətləri  ilə 

müqayisədə  daha  sürətlə  artır.  Bu,  qeyd  olunan 

dövr ərzində daha az ixrac hesabına daha çox mal 

və xidmət idxal etmək imkanlarının artdığını, başqa 

sözlə ticarət şəraitinin yaxşılaşdığını göstərir.

BVF-nin proqnozlarına əsasən cari ilin sonuna 

Azərbaycanda  cari  əməliyyatlar  balansının 



Mənbə: DGK və AMB

Mənbə: DSK

Mənbə: DSK


10

profisiti ÜDM-in 21%-ni təşkil edəcəkdir. Ölkə 

bu  göstəriciyə  görə  MDB-də  vahid  liderdir  və 

İEOÖ arasında ən qabaqcıl yerlərdən birini tutur. 

Fondun hesablamaları iri həcmli profisitin orta 

müddətli dövrdə də davam edəcəyini göstərir. 

İxracdan  əlavə,  xaricdən  pul  baratlarının  və 

kapital axınlarının dinamikası da ölkəyə valyuta 

daxilolmalarına artırıcı təsir göstərmişdir.

Ən  ilkin  məlumatlara  görə  9  ayda  ölkəyə 

daxil olan pul baratlarının həcmi 1 mlrd. dolları 

ötmüşdür.

DSK-nın məlumatına görə ölkə iqtisadiyyatına 

qoyulmuş  xarici  investisiyaların  həcmi  ötən 

dövrdə 12% artaraq 2 mlrd. dolları ötmüşdür.

2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin 

strateji valyuta ehtiyatları ilin əvvəlinə nəzərən 

11%  artaraq  45  mlrd.  dolları  ötmüşdür  ki,  bu 

da təqribən 3 illik mal və xidmətlərin idxalına 

kifayət edir.

AMB-nin valyuta ehtiyatları isə 10% artaraq 

11.5 mlrd. dollar olmuşdur ki, bu da təqribən bir 

illik mal və xidmət idxalını maliyyələşdirməyə 

kifayətdir.

Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə 

nisbəti  70%-ə  yaxındır.  Ümumilikdə,  strateji 

valyuta  ehtiyatlarının  yüksək  templə  artımı 

ölkə  iqtisadiyyatının  mümkün  xarici  böhran 

təsirlərinə qarşı həssaslığını azaldan və ya güclü 

makroiqtisadi bufer formalaşdıran faktordur.

1.2.2.  Məcmu tələb

2012-ci  ilin  9  ayında  məcmu  tələbin  bütün 

komponentləri,  o  cümlədən  son  istehlak 

xərcləri,  investisiyalar  və  xarici  tələb  iqtisadi 

artıma müsbət təsir göstərmişdir. Dövr ərzində 

əhali  gəlirlərinin  və  iqtisadiyyata  qoyulan 

daxili  investisiyaların  artması  ÜDM-in  tələb 

komponentlərində canlanmaya səbəb olmuşdur.

1.2.2.1.  Son  istehlak  xərcləri. 

Cari  ilin  9 

ayında  son  istehlak  xərcləri  iqtisadi  artımın 

başlıca faktorlarından biri olmuşdur.



Ev  təsərrüfatlarının  istehlakı.  Hesabat 

dövründə  əhalinin  adambaşına  düşən  nominal  

pul  gəlirləri  ötən  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə 12% artaraq 2644.7 manata çatmış 

və  ya  ayda  orta  hesabla  293.9  manat  təşkil 

etmişdir.  Əhali  gəlirlərinin  təqribən  62.9%-i 

son  istehlaka  yönəldilərək  mal  və  xidmətlərin 

alınmasına sərf edilmişdir. Əhalinin son istehlak 

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

   Mənbə: AMB

Mənbə: AMB

Mənbə: AMB



Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə