Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
1   2   3   4   5   6   7   8

11

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayi-

sədə nominal ifadədə 6% artaraq 15.2 mlrd. manat 

və ya ÜDM-in 30.4%-nə bərabər olmuşdur.

Ölkə  üzrə  orta  aylıq  əmək  haqqının  8.6% 

artaraq 387.5 manata çatması da son istehlakın 

ÜDM-in  strukturunda  yüksək  payının  qorunub 

saxlanılmasına töhfə vermişdir.

Buna paralel olaraq ev təsərrüfatlarına verilən 

kreditlərin  artması  da  tələbə  artırıcı  təsir 

göstərmişdir.  Belə  ki,  9  ayda  ev  təsərrüfatına 

verilən kreditlər (kommersiya bankları və bank 

olmayan  kredit  təşkilatları  tərəfindən)  21.9% 

artmışdır.

Tələbin  artmaqda  davam  etməsi  pərakəndə 

əmtəə  dövriyyəsi  və  əhaliyə  göstərilən  pullu 

xidmətlərin artımında da özünü büruzə verir.

Cari ilin 9 ayında pərakəndə ticarət dövriyyəsi 

9%,  o  cümlədən  qeyri-ərzaq  malları  üzrə 

pərakəndə  əmtəə  dövriyyəsi  20.6%  artmışdır. 

Əhaliyə  göstərilən  pullu  xidmətlərdə  isə  artım 

7.7% təşkil etmişdir.

AMB-nin apardığı real sektorun  monitorinqi-

nin  nəticələrinə  əsasən  ötən  dövr  ərzində 

ticarətdə  mal  ehtiyatlarının  həcmində  azalma 

müşahidə olunmuş və bu göstərici üzrə indeks  

ötən ilin müvafiq dövrü  ilə müqayiəsdə 21-dən 

10-ə enmişdir.

Hökumət  və  ictimai  təşkilatlar.  Hesabat 

dövründə  hökümətin  istehlak  xərcləri  başlıca 

olaraq  dövlət  büdcəsindən  mal  və  xidmətlərə 

xərclər hesabına formalaşmışdır. Yanvar-avqust 

aylarında  büdcə  xərclərinin  22.5%-ni  əhaliyə 

əmək  haqqı,  pensiya  və  müavinət  ödəmələri 

təşkil etmişdir.

1.2.2.2.  İnvestisiya  xərcləri. 

2012-ci  ilin  9 

ayında  bütün  mənbələrdən  iqtisadiyyata 

investisiya  qoyuluşu  27.4%  artaraq  9.9  mlrd.

manat  təşkil  etmişdir  ki,  bu  da  ÜDM-in  25%-

nə  bərabərdir.  O  cümlədən  əsas  kapitala 

yönəldilmiş vəsaitin 79.4%-ni daxili, 20.6%-ni 

isə  xarici  mənbələrdən  yönəldilmiş  vəsaitlər 

təşkil etmişdir.



Mənbə: DSK

Mənbə: DSK

Mənbə: DSK

Mənbə: DSK


12

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

İqtisadi inkişafın inklyuzivliyinin göstəricilərindən 

biri də əhalinin yüksək keyfiyyətli sosial təminatıdır. 

Son illər ərzində keyfiyyətli sosial təminatın metod 

və  mexanizmləri  geniş  müzakirə  predmetinə 

çevrilmişdir.  Sosial  təminatın  əsasən  5  metodu 

fərqləndirilir:  a)  Sosial  sığorta  –  əvvəldən  yığılmış 



vəsaitlərin  istifadəsi  forması  b)  Sosial  yardımlar 

–  yalnız  ehtiyacı  olan  kəslərə  və  vergilərlə 



maliyyələşdirilən  yardım  növü  c)  Universal  dəstək 

– hər kəsə eyni qaydada sosial dəstəyin göstərilməsi 

d) İşəgötürənin sosial dəstəyi – iş travmaları, analıq 

məzuniyyəti,  xəstəlik  və  s.  səbəblərlə  əlaqədar 

yardımlar  e)  Yığım  fondları  –  şəxsi  sosial  yığım 

hesabları mezanizmi ilə maliyyələşmə.    

Sosial təminatın çatdırılma mexanizmlərinin dövlət 

və  özəl  sektor  arasında  bölüşdürülməsi  də  kifayət 

qədər  müzakirə  olunan  mövzulardandır.  Hər  iki 

istiqamətin xüsusiyyətləri aşağıda əks etdirilmişdir. 

Haşiyə 3. Sosial təminatın maliyyələşdirmə mexanizmləri 

Mənbə: International Labor Organization,  Social Protection for All Men and Women, 2006

Üstünlüklər

Çatışmazlıqlar

Dövlət maliyyələşdirməsi sistemi sosial 

həmrəylik və aşağı gəlirli (əmək haqqı) 

insanların rifahının yüksəldilməsi istiqamətində 

universal bir mexanizmdir. Maliyyələşmənin 

bu formasında bərabərlilik prinsipi rəhbər 

tutulmaqla hədəf qrupu əsasən ehtiyacı olan 

şəxslər götürülür. 

Dövlət maliyyələşdirilməsi hər kəsə bərabər imkanlar 

təklif etdiyindən yüksək əmək haqqı alan şəxslər 

(yüksək sosial vergi ödəyiciləri) adətən aşağı 

məmnuniyyətə malik olurlar. Xüsusilə əhalinin 

qocalması prosesinin sürətləndiyi inkişaf etmiş 

ölkələrdə, bir vergi ödəyicisinə daha çox benefisiarın 

düşdüyü halda bu mexanizmə maraq aşağı olur. 

Eyni zamanda dövlət maliyyələşdirməsi sisteminin 

mütləq dominantlıq təşkil etməsinin bəzi institusional 

problemlərə yol açmaq potensialı vardır. 

Burada əsas debat hansı tərəfin – işçilərin və işə götürənlərin yoxsa, dövlətin vergi gəlirlərindən istifadə 

etməklə (universal mexanizmlər) sosial təminat sisteminə daha çox töhvə verməsi üzərində qurulmuşdur. 

Sosial təminat fondları yarı müstəqil fəaliyyət göstərə bilərlər, istisnasız ancaq ödənişlərin icrası təmin 

etməlidirlər. Universal mexanizmlər (dövlət) isə bütün vətəndaşlar üçün eyni, bəzən isə ehtiyac meyarına 

görə dərəcələr tətbiqi nəzərdə tutulur. 

Özəl sektor maliyyələşdirməsi investisiya 

fondları modelinin seçilməsi halında effektiv 

ola bilər. Fondlar arasında güclü rəqabətin 

olması səmərəliliyi yüksəldir. Eyni zamanda 

institusional problemlərin generatoru olmayan 

özəl pensiya fondları həmçinin maliyyə 

sektorunun inkişafına təkan verməklə, 

bütövlükdə iqtisadi inkişafa töhvə vermiş olurlar. 

Özəl sektor maliyyələşdirməsinin formalaşdırdığı əsas 

risk idarəetmə riskləri ilə bağlıdır. Eyni zamanda kəskin 

rəqabət xərcləri də artıra bilər, sosial vergi ödəyiciləri 

isə şəffaflığın aşağı səviyyəsində qərar vermədə 

yanlışlığa yol verə bilərlər. Beləliklə, əsas problemələr 

idarəetmə riskləri, yüksək xərclər və aşağı şəffaflıq 

ehtimalıdır. 

Burada əsas debat hansı tərəfin – dövlətin və ya özəl sektorun (özəl pensiya fondları) 

yığılmış fondları idarəetməsi sualı üzərindədir.




Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə