Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
1   2   3   4   5   6   7   8

13

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

Əsas  kapitala  yönəldilən  investisiyaların 

74%-i qeyri-neft sektorunun payına düşmüşdür. 

Ümumilikdə,  qeyri-neft  sektoruna  investisiya 

qoyuluşları  ötən  ilin  müvafiq  dövründəki 

səviyyəni  31.2%  üstələmişdir.  Qeyri-neft 

sektorunun  sahələri  arasında  kənd  təsərrüfatı, 

tikinti, rabitə və informasiya texnologiyaları və 

təhsil üzrə investisiyalar xüsusilə yüksək templə 

artmışdır.

1.2.3. Məcmu təklif

2012-ci  ilin  yanvar-sentyabr  aylarında  ÜDM 

real  ifadədə  1.1%  artmış  və  nominal  olaraq 

40  mlrd.  manata  çatmışdır.  Hesabat  dövründə 

qeyri-neft  sektorunda  artım  10.2%  təşkil 

etmişdir.  Yaradılan  əlavə  dəyərin  2/3  hissəsi 

məhsul  istehsalı  sahələrinin,  1/3  hissəsi  isə 

xidmət sahələrinin payına düşür.

İqtisadi  artım.  ÜDM-in  artımı  qeyri-neft 

sektorundakı  aktivlik  hesabına  baş  vermişdir. 

Belə  ki,  ÜDM-in  yarısı  qeyri-neft  sektorunun 

payına  düşmüş  və  iqtisadiyyatın  bu  sektoru 

ümumi artıma 5% bəndindən çox artırıcı töhfə 

vermişdir.

Cari  ilin  9  ayında  qeyri-neft  sektorunun 

bütün  sahələrində  artım  müşahidə  edilmişdir. 

Sahələr arasında ən yüksək artım tempi tikinti, 

yaşayışın təşkili və ictimai iaşə, rabitə və emal 

sənayesində  qeydə  alınmışdır.  Sənayedə  artım 

əsasən  qida,  metallurgiya,  maşınqayırma  və 

kimya  sənayesindən  qaynaqlanmışdır.  Kənd 

təsərrüfatında isə müşahidə olunan yüksək artım 

həm  bitkiçilik  məhsulları  istehsalında,  həm  də 

heyvandarlıqda baş vermişdir.

Hesabat  dövründə  xam  neft  hasilatı  7.1% 

azalmış,  təbii  qaz  hasilatı  isə  5.3%  artmışdır. 

Dövr  ərzində  qızıl  və  gümüş  yataqlarından 

müvafiq olaraq 674 və 378 kq-dan çox hasilat 

əldə edilmişdir.

İqtisadi  artım  üzrə  gözləntilər.  Hökumətin, 

Mərkəzi Bankın, habelə beynəlxalq institutların 

proqnozlarına  görə  yaxın  perspektivdə  ölkədə 

iqtisadi artımın davam edəcəyi gözlənilir. BVF 

açıqladığı  son  iqtisadi  xülasəsində  Azərbaycan 

üzrə iqtisadi artımın cari il və gələn il də davam 

edəcəyini qeyd etmişdir. Fond ölkə üzrə iqtisadi 

artımı  2012  və  2013-cü  illər  üçün  müvafiq 

olaraq 3.9% və 2.7% artacağını proqnozlaşdırır

1



Bütövlükdə  BMT,  BVF,  AYİB  və  DB-nın 

proqnozları 2012-ci ildə ölkədə iqtisadi artımın 

ortalama 3.5% olacağını göstərir.

AMB  tərəfindən  aparılan  Real  Sektorun 

Monitorinqi də iqtisadi aktivlik üzrə gözləntilərin 

optimist  olduğunu  göstərir.  Belə  ki,  RSM 

nəticələrinə əsasən ilin əvvəlindən sənaye üzrə 

istehsal  və  ticarət  üzrə  satış  gösləntisi  indeksi 

artıma  meyillidir.  Pozitiv  gözləntilər  xüsusilə 

sənayenin qida, tikinti materiallarının istehsalı və 

toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, 

elekrtik  məişət  avadanlıqları  seqmentlərində 

müşahidə edilmişdir. Gözləntilərin belə pozitiv 

olması  sənayedə  realizə  olunmamış  izafi  mal 

ehtiyatının  azalmasında  da  özünü  büruzə 

Mənbə: DSK

Mənbə: DSK

1

 



Mənbə: BVF, www.imf.org / World Economic Outlook, Oktyabr 2012


14

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

vermişdir.  Ümumilikdə,  AMB  tərəfindən 

aparılan  RSM  nəticələri  son  aylar  istehsalı 

artan, dövriyyəsi çoxalan müəssisələrin sayının 

yüksəldiyini  və  bu  artımın  dayanıqlı  olduğunu 

göstərir.

Mərkəzi  Bankın  qiymətləndirmələrinə 

görə  məcmu  buraxılış  kəsiri  (MBK  –  output 

gap;  ÜDM-in  potensial  səviyyəsi  ilə  faktiki 

səviyyəsinin  fərqi)  2011-ci  ildəki  -0.5%-dən 

2012-ci ildə pozitiv zonaya daxil olaraq təqribən 

+1% təşkil edəcəyi gözlənilir. Dövlət tələbinin 

artması məcmu buraxılış kəsirinin pozitiv zonada 

qalmasında əhəmiyyətli rol oynayacaqdır.

1.2.4. Makroiqtisadi tarazlıq

Dünya  bazarlarında  ərzaq  məhsullarının 

qiymətinin artmağa başlaması və məcmu tələbin 

genişlənməsi  fonunda  ölkə  iqtisadiyyatında 

makroiqtisadi  sabitlik  təmin  edilmişdir.  2012-

ci  ilin  9  ayında  kənd  təsərrüfatı  məhsulları 

üzrə  qiymət  azalması  müşahidə  olunmuş  və 

təkrəqəmli inflyasiya səviyyəsi qorunmuşdur.

1.2.4.1.  İstehlak  Qiymətləri  İndeksi  (İQİ).  

2012-ci  ilin  9  ayında  orta  ilik  inflyasiya  1.5% 

təşkil  etmişdir  ki,  bu  da  ötən  ilin  eyni  dövrü 

ilə  müqayisədə  nəzərə  çarpacaq  dərəcədə 

aşağıdır.  Belə  ki,  2011-ci  ilin  9  ayında  ərzaq 

qiymətləri  3.4%  artdığı  halda,  2012-ci  ildə 

ərzaq qiymətləri 5.5% azalmışdır ki, bu da son 

nəticədə ümumi qiymətlərdə deflyasiya (-2.7%) 

ilə nəticələnmişdir.

Qeyri-ərzaq  malları  üzrə  orta  illik  inflyasiya 

1.2%  artmış,  ilin  əvvəlinə  nisbətən  isə  sabit 

qalmışdır.  Xidmətlər  üzrə  isə  qiymətlər  ilin 

əvvəlinə  nisbətən  0.3%  bahalaşmış,  orta  illik 

dəyişmə isə 1.4% olmuşdur.

2012-ci  ilin  9  ayında  inflyasiyanın 

dekompozisiyası üzrə təhlillər nəticəsində ümu-

mi qiymət səviyyəsinin əsasən ərzaq mallarında 

qiymət dəyişməsi hesabına formalaşdığı müəyyən 

olunmuşdur.  Belə  ki,  orta  illik  inflyasiyanın 

0.7  faiz  bəndi  ərzaq  məhsullarının,  0.4  faiz 

bəndi  qeyri-ərzaq  mallarının  və  0.4  faiz  bəndi 

xidmətlərin bahalaşması ilə əlaqədar olmuşdur.

Dövlət  tərəfindən  tənzimlənən  malların  və 

mövsümi  volatilliyə  malik  olan  məhsulların 

qiymət dəyişməsindən təmizlənərək hesablanan 

orta illik baza inflyasiyası 1.9%, ilin əvvəlindən 

Mənbə: AMB

Qeyd: Monitorinq nəticələrinin kəskin mövsümi dəyişimlərdən 

hamarlamaq üçün 3 aylıq sürüşkən orta metodundan istifadə 

olunmuşdur

Mənbə: AMB

Mənbə: DSK və ƏKT(FAO) məlumatları əsasında AMB 

hesablamaları 



Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə