Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
1   2   3   4   5   6   7   8

15

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

isə -0.3% təşkil etmişdir. Qiymət dəyişmələrində 

baş verən dəyişkliklərin əhatəliyini əks etdirən 



diffuziya  indeksi

2

  cari  ildə  baş  verən  qiymət 



artımının ötən ilin müvafiq dövrü ilə müqayisədə 

daha  aşağı  olduğunu  əks  etdirir.  Başqa  sözlə, 

istehlak səbətinə daxil olan və qiymətləri artan 

məhsulların  sayı  çoxluq  təşkil  etmiş,  qiymət 

artımının əhatəliyi isə daralmışdır.

2012-ci  ilin  9  ayında  ticarət  partnyorlarına 

daxil olan inkişaf etmiş ölkələrdə 1.1%, inkişaf 

etməkdə  olan  ölkələrdə  3.5%,  neft  ixrac  edən 

ölkələrdə isə 5.1% inflyasiya qeydə alınmışdır. 

Ümumilikdə  isə  ticarət  partnyorlarında  3.4% 

inflyasiya  müşahidə  olunmuşdur  ki,  bu  da 

Azərbaycandakı  inflyasiyadan  6.1  faiz  bəndi 

yüksəkdir.

1.2.4.2.  Sənaye  məhsullarının  istehsalçı 

qiymətləri indeksi (SİQİ).

 2012-ci ilin üç rübü 

ərzində sənaye məhsulları istehsalçılarının orta 

illik  qiymət  indeksi  6.1%  yüksəlmişdir  ki,  bu 

da  sənayenin  bir  çox  sahələrində  qiymətlərin 

artımı ilə izah olunur. Belə ki, orta illik hesabla 

istehsalçı qiymətləri geyim istehsalı üzrə 11.7%, 

mədənçıxarma sənayesi üzrə 6.8%, metallurgiya 

sənayesi  üzrə  isə  5.9%,  kimya  sənayesi  üzrə 

2.1%  artmışdır.  Bununla  yanaşı  bəzi  sənaye 

sahələrində  azalma  müşahidə  olunmuşdur. 

Rezin  və  plastik  kütlə  məmulatlarının  istehsalı 

üzrə  8.9%,  tütün  məmulatlarının  istehsalı  üzrə 

6.0%,  qida  məhsullarının  istehsalı  üzrə  5.8%, 

toxuculuq sənayesi üzrə 4.1% qiymət azalması 

baş vermişdir. Qeyri-neft sənaye məhsullarının 

qiymətləri  isə  ilin  əvvəlinə  nəzərən  1.2% 

artmışdır.

1.2.4.3.  Kənd  təsərrüfatı  məhsullarının 

istehsalçı  qiymətləri (KİQİ). 

2012-ci  ilin  9  ayı 

ərzində KİQİ illik orta hesabla 0.8% azalmışdır. 

Qiymət  dinamikasında  azalma  əsasən  birillik 

bitkilər üzrə 2.5% və çoxillik bitkilər üzrə 4.4% 

azalma  hesabına baş vermişdir. Diri heyvan və 

heyvandarlıq məhsulları üzrə isə 1.3% həcmində 

qiymət artımı müşahidə olunmuşdur.

Mənbə: DSK məlumatları əsasında AMB hesablamaları 

Mənbə: DSK 

2

 



Diffuziya indeksi – İstehlak səbətinə daxil olan və artım müşahidə olunan məhsulların sayı ilə azalanların fərqinin ümumi məhsul sayına nisbətidir

Mənbə: DSK

Mənbə: DSK 


16

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

İnflyasiyanın  hədəflənməsi  rejimi  həm  inkişaf 

etmiş,  həm  də  inkişafda  olan  ölkələr  üçün  effektiv 

siyasət rejimi ola bilər. Amerika Birləşmiş Ştatlarının 

maliyyə  institutlarında  aparılan  araşdırmalar 

nəticəsində  məlum  olmuşdur  ki,  Mərkəzi  Banklar 

inflyasiyanın  hədəflənməsi  rejimi  tətbiq  etməklə 

təkcə  aşağı  inflyasiya  həddinə  nail  olmur,  həmçinin 

maliyyə bazarlarında volatilliyi azaldır. İnflyasiyanın 

hədəflənməsi  rejiminin  maliyyə  bazarlarına  təsirini 

ölçmək  üçün  indeks  işlənib  hazırlanmış  və  Mərkəzi 

Bankların  fəaliyyət  effektivliyi  10  element  üzrə 

qiymətləndirilmişdir.  Qiymətləndirilmə  zamanı 

0-3  ballıq  sistemdən  (aşağıdan  yuxarıya)  istifadə 

olunmuşdur: 

• 

Hədəf  müstəqilliyi:  Əgər  Mərkəzi  Bank 

müstəqil  olaraq  inflyasiya  hədəfini  müəyyən  edirsə, 

bu indeksdə 3 balla qiymətləndirilir. Hədəfi hökümətlə 

birlikdə  müəyyənləşdirən  Mərkəzi  Banklar  2  balla 

dəyərləndirildiyi halda, hökumətin təyin etdiyi hədəfə 

çatmaq  istiqamətində  fəaliyyət  göstərən  Mərkəzi 

Banklar sadəcə 1 balla qiymətləndirilir. 

• 

  Hədəf  diapazonu:  Mərkəzi  Bankların 



inflyasiya  hədəfi  aralığı  3%-dən  aşağı  olarsa,  bu  ən 

yüksək  balla  qiymətləndirlir.  İnflyasiya  hədəfi  3-5% 

intervalında  olarsa  2  balla,  7%-dən  artıq  olarsa  0.5 

balla dəyərləndirilir. 

• 

İnflyasiya  hədəfinin  ölçüsü:  Ümumi 

inflyasiyanı hədəfləyən Mərkəzi Banklar 3 balla, baza 

inflyasiyanı  hədəfləyən  Mərkəzi  Banklar  isə  2  balla 

qiymətləndirilir. 

• 

Hədəfə  çatma  müddəti:  Mərkəzi  Banklar 

qısa  müddətli,  1  illik  hədəflər  müəyyənləşdirirsə, 

bu  indeksdə  3  balla  öz  əksini  tapır.  Uzun  müddətli 

inflyasiya hədəfləri müddətdən asılı olaraq daha aşağı 

bala layiq görülür. 

• 

Başqa  hədəflər:  Mərkəzi  Bankın  qarşısında 

qiymət  sabitliyindən  başqa  hədəflər  olduqda  bu 

indeksdə aşağı balla öz əksini tapır.

• 

Alternativ  lövbərin  olmaması:  Mərkəzi 

Banklar  inflyasiyanın  hədəflənməsi  siyasətini 

həyata  keçirərkən  əlavə  lövbəri  olmursa,  bu  3  balla 

qiymətləndirilir. 

• 

Hədəfdən  yayınma:  Əgər  qanunla  təsdiq 

edilmiş  qaydada,  Mərkəzi  Bankın  hədəfləri  yerinə 

yetirməkdən başqa alternativi yoxdursa, bu, ən yüksək 

balla qiymətləndirilir. İstisnalar balı aşağı salır.

• 

Hədəfə  çatmağa  məsuliyyət  daşımaq: 

Mərkəzi  Bank  qanunla  müəyyən  olunmuş  qaydada 

qoyulmuş hədəfə çatmaq üçün məsuliyyət daşıyırsa, 3 

balla qiymətləndirilir. 

• 

İnflyasiya  proqnozunun  çap  olunması: 

İnflyasiya  proqnozu  çap  edən  Mərkəzi 

Banklar  maliyyə  bazarında  volatilliyi  effektiv 

dərəcədə  azalda  bilir  və  bu  funksiya  3  balla 

qiymətləndirilir. 

• 

Alət müstəqilliyi: Təyin edilmiş   hədəfə   çat-

maq üçün Mərkəzi Bank maliyyə alətlərindən müstəqil 

olaraq istifadə edirsə, bu, inflyasiyanın hədəflənməsi 

rejiminin  daha  səmərəli  həyata  keçirilməsinə  dəlalət 

edir və yuxarı balla qiymətləndirilir.

Qeyd  edilmiş  qiymətləndirmə  metodu  ilə  Mərkəzi 

Banklar maksimum 30 bala layiq görülə bilər ki, bu 

da onun maliyyə bazarlarında volatilliyi uğurla idarə 

etməsini  və  etibarlı  maliyyə  institutu  olmasını  sübut 

edir. 

İndeksdən  istifadə  etməklə  təyin  olunmuşdur  ki, 



inflyasiyanın  birbaşa  hədəflənməsi  siyasəti  maliyyə 

bazarını  qəfil  şoklardan  və  spekulyativ  hücumlardan 

müdafiə edir. 

Haşiyə 4. İnflyasiyanın hədəflənməsi rejimi və maliyyə bazarı

*Mənbə: Applied Financial Economics, İnflation Targeting and Financial Market Volatility 

Ölkə


İndeks göstəricisi

İsveç


27

Yeni Zelandiya

27

Korea


24.5

Böyük Britaniya

26



Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə