Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
1   2   3   4   5   6   7   8

19

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

1.2.4.5.  İnflyasiya  gözləntiləri.

  Beynəlxalq 

maliyyə  təşkilatlarının  proqnozlarına  görə 

2012-ci  ildə  inflyasiyanın  təkrəqəmli  olacağı 

gözlənilir.  Beynəlxalq  Valyuta  Fondunun  son 

hesabatına  əsasən,  2012-ci  ildə  Azərbaycanda 

orta  illik  inflyasiyanın  3%  təşkil  edəcəyi 

proqnozlaşdırılır  ki,  bu  da  MDB  və  İEOÖ-

lə  müqayisədə  müvafiq  olaraq  3.8%  və  3.1% 

aşağıdır. 

AMB  tərəfindən  müntəzəm  aparılan 

Real  Sektorun  Monitorinqinin  nəticələrinə 

əsasən  iqtisadiyyatda  qiymət  gözləntilərində 

əhəmiyyətli  artımlar  yoxdur.  2012-ci  ilin 

üç  rübü  ərzində  sənaye  sektorunda  müsbət, 

xidmət, tikinti və ticarət sektorunda isə qiymət 

gözləntiləri indeksi neqativ zonadadır. 

1.2.4.6.  Məşğulluq. 

Hesabat  dövrünün 

sonuna  ölkədə  iqtisadi  fəal  əhalinin  sayı  4639 

min  nəfər  olmuş,  onların  4394.8  min  nəfərini 

iqtisadiyyatın  və  sosial  bölmənin  müxtəlif 

sahələrində  məşğul  olan  əhali  təşkil  etmişdir. 

DSK-nın məlumatına görə yanvar-avqust ayları 

ərzində muzdla çalışan işçilərin sayı 1376.9 min 

nəfər  təşkil  etmişdir  ki,  onlardan  1339.8  min 

nəfəri qeyri-neft sektorunda, 37.1 min nəfəri isə 

neft  sektorunda  çalışmışdır.  2012-ci  ilin  9  ayı 

ərzində ölkədə 93.6 min yeni, o cümlədən 72.7 

min daimi iş yeri açılmışdır. 

AMB  tərəfindən  real  sektorun  monitorinqi 

çərçivəsində  300-dək  müəssisə  üzrə  aparılan 

müşahidələr  məşğulluğun  ümumi  artımını 

qeydə almışdır. Monitorinq aparılan müəssisələr 

arasında işçi sayının əhəmiyyətli artımı ticarət, 

tikinti  və  sənaye  sektorunda  qeydə  alınmışdır 

və  növbəti  aylarda  da  artacağı  gözlənilir.  Belə 

ki,  məşğulluq  gözləntiləri  üzrə  indeks  sənaye, 

ticarət və tikinti üzrə pozitiv, xidmət sektoru isə 

üzrə mənfi zonadadır.



Mənbə: AMB

Mənbə: AMB


20

2012-ci  ilin  9  ayında  Mərkəzi  Bank  pul 

siyasətinin  bəyan  olunmuş  başlıca  istiqamətlə-

rinə  uyğun  olaraq  öz  fəaliyyətini  inflyasiyanın  

birrəqəmli  səviyyədə  saxlanılmasına,  manatın 

məzənnəsinin 

volatilliyinin 

qarşısının 

alınmasına,  bank-maliyyə  sistemində  sabitliyin 

qorunmasına,  iqtisadiyyatın  pula  olan 

tələbatının ödənilməsinə yönəltmişdir.

2.1. Valyuta bazarı və manatın məzənnəsi

Cari  ildə  də  Mərkəzi  Bank  özünün  məzənnə 

siyasətini  dəhliz  daxilində  ABŞ  dolları/

manat  ikitərəfli  məzənnəsinin  hədəflənməsi 

çərçivəsində həyata keçirmişdir. 

Ölkənin  tədiyə  balansında  böyük  profisitin 

mövcud  olması  şəraitində  valyuta  bazarında 

təklif  tələbi  üstələmişdir.  Lakin,  məzənnənin 

əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq 

və  bununla  da  qeyri-neft  sektorunun  rəqabət 

qabiliyyətinə  neqativ  təsirləri  neytrallaşdırmaq 

üçün Mərkəzi Bank tərəfindən 9 ay ərzində 978 

mln.  $  həcmində  valyuta  sterilizasiyası  həyata 

keçirilmişdir.

Nəticədə dövr ərzində manatın ABŞ dollarına 

qarşı  məzənnəsi  mülayim  templə,  cəmi 

0.17%  möhkəmlənmişdir.  Milli  valyutanın 

məzənnəsinin  sabitliyi  ölkədə  makroiqtisadi 

 Pul və məzənnə siyasəti

II.  PUL VƏ MƏZƏNNƏ SİYASƏTİ

Cədvəl 1. 2012-ci ilin I yarımilində manatın ikitərəfli nominal və real məzənnə indeksləri, %-lə

2011-cu ilin dekabrına nəzərən

Nominal ikitərəfli məzənnə indeksi*

Real ikitərəfli məzənnə indeksi

ABŞ

100.1


95.7

Avrozona


102.7

98.1


Böyük Britaniya

97.0


93.0

Türkiyə


96.6

91.0


Rusiya

100.2


92.7

Ukrayna


101.5

99.2


Gürcüstan

99.9


98.5

İran


111.9

95.6


Qazaxıstan

101.4


94.9

Yaponiya


100.6

97.8


İsrail

104.7


99.9

Çin


99.7

95.6


Belarus

99.6


83.7

C. Koreya

98.0

93.7


*Manatın partnyor ölkənin valyutasına nəzərən məzənnələrin orta aylıq dəyişməsi nəzərdə tutulur.

Mənbə: AMB

Mənbə: AMB


21

mühitə  və  maliyyə  sektorunun  sabitliyinə 

müsbət təsir göstərmişdir.

Manatın  nominal  ikitərəfli  məzənnəsinin 

dinamikası  real  ikitərəfli  məzənnələrin 

dəyişməsinə təsir göstərmişdir. Yanvar-sentyabr 

aylarında manat heç bir milli vayutaya nəzərən 

real  olaraq  möhkəmlənməmişdir.  B.  Britaniya, 

Türkiyə, Gürcüstan, Çin, Belarus və C. Koreya 

valyutalarına nəzərən həm real, həm də nominal 

ucuzlaşma  baş  vermişdir.  ABŞ,  Avrozona, 

Rusiya, Ukrayna, İran, Qazaxıstan, Yaponiya və 

İsrail  valyutalarına  nəzərən  isə  manat  nominal 

olaraq bahalaşsa da  real olaraq ucuzlaşmışdır.

Cari  ilin  9  ayında  qeyri-neft  sektoru  üzrə 

nominal  effektiv  məzənnə  (ümumi  ticarət 

dövriyyəsi  üzrə)  0.7%  bahalaşmışdır.  Partnyor 

ölkələrdəki  inflyasiya  ilə  Azərbaycandakı 

inflyasiya  arasındakı  fərq  isə  real  effektiv 

məzənnəyə  5.9  faiz  bəndi  azaldıcı  təsir 

göstərmişdir.

Nəticədə  manatın  qeyri-neft  sektoru  üzrə 

real  effektiv  məzənnəsi  9  ay  ərzində  5.2% 

ucuzlaşmışdır.

Beləliklə,  hesabat  dövründə  Mərkəzi  Bank 

manatın ikitərəfli məzənnəsinin sabitliyini təmin 

etmişdir. Manatın real çoxtərəfli məzənnəsi isə 

ucuzlaşmışdır  ki,  bu  da  qeyri-neft  sektorunun 

rəqabət qabiliyyətinin yaxşılaşması baxımından 

müsbət haldır.

2.2. Pul siyasəti alətləri

2012-ci  ilin  9  ayında  inflyasiyaya  təsir 

göstərən  amillərin  nəzarətdə  saxlanılması  və 

onların  müəyyən  edilmiş  hədəf  çərçivəsində 

preventiv rejimdə tənzimlənməsi pul siyasətinin 

əsas  məqsədi  olmuşdur.  İqtisadi  tsikl 

indikatorlarından pul siyasətinin sərtləşməsi və 

yumşaldılması lehinə olan göstəricilərin nisbəti 

dövr ərzində sabit qalmışdır.

Son aylarda qlobal iqtisadi artım proqnozları-

nın optimistliyinin azalması, neft qiymətlərinin 

nisbətən  sabit  qalması  və  ilin  sonuna  ərzaq 

qiymətlərinin  artım  gözləntiləri  fonunda  dövr 

ərzində  faiz  dəhlizi  parametrlərində  dəyişiklik 

edilməmiş,  uçot  dərəcəsi  5.25%  səviyyəsində 

saxlanılmışdır.

Pul  kütləsinin  artım  templərinin  tənzimlən-

məsi,  eləcə  də  bank  sistemində  ehtiyatlanma 

səviyyəsinin yüksəldilməsi məqsədilə bankların 

manatda  və  qiymətli  metallarda  olan  daxili 

və  xarici  öhdəlikləri  üzrə  məcburi  ehtiyat 

norması  2012-ci  ilin  əvvəlindən  2%-dən  3%-ə 

qaldırılmışdır. 

 Pul və məzənnə siyasəti



Mənbə: AMB

Mənbə: AMB

Mənbə: AMB


22

Sterilizasiya  əməliyyatları  çərçivəsində 

2012-ci  ilin  9  ayı  ərzində  1405  mln.  manat 

məbləğində  not  emissiya  olunmuşdur.  Bundan 

728  mln.  manatlıq  not  hərraca  çıxarılaraq 

yerləşdirilmişdir.

Son hərracda notlar üzrə orta gəlirlilik 2.20% 

təşkil  etmişdir.  İlin  əvvəlində  isə  bu  göstərici 

2.84%  səviyyəsində  olmuşdur.  01.10.2012-ci 

il tarixinə dövriyyədə olan notların həcmi 11.8 

mln.  manat  təşkil  etmişdir.  Aparılmış  REPO 

əməliyyatlarının həcmi ötən ilin 9 ayına nəzərən 

9.3% azalaraq 6420 mln. manat  təşkil  etmişdir. 

Ümumilikdə,  Mərkəzi  Bankın  banklarla 

apardığı  əməliyyatlar  üzrə  likvidlik  saldosu

3

 



421mln. manat artmışdır. 

2.3. Pul təklifi 

2012-ci ilin 9 ayı ərzində pul təklifinin artımı 

iqtisadiyyatın  tələbinə  uyğun  olmuş,  manatla 

geniş pul kütləsi 12.8% artmışdır.

 Pul və məzənnə siyasəti

Qlobal maliyyə böhranının ardınca mərkəzi banklar 

pul  siyasətini  əhəmiyyətli  yumşaltmış,  hətta  qeyri-

ənənəvi  alətlərdən  geniş  istifadə  etməyə  başlamışlar. 

Qeyri-ənənəvi  alətlərə  misal  kimi  bəzi  mərkəzi 

bankların (məsələn, ECB) daha uzun müddətə (3 illik) 

bankları yenidən maliyyələşdirməsini, aparıcı ölkələrin 

mərkəzi banklarının aktivlərin alışı formasında bazara 

böyük həcmdə inyeksiyalar etməsi, mərkəzi bankların 

kommersiya  bankları  ilə  kredit  əməliyyatları  zamanı 

girov təminatı şərtlərini yumşaltması və s.-ni göstərmək 

olar.  İnkişaf  etmiş  ölkələrdə  yenidən  maliyyələşmə 

dərəcəsinin sıfır səviyyəsinə (zero bound) yaxınlaşması 

(real  olaraq  isə  neqativ  olması)  yeni  müzakirə  və 

axtarışların  başlamasına  səbəb  olmuşdur.  Hazırda 

iqtisadçılar  bu  suala  cavab  axtarışındadırlar,  “Necə 

edək ki, böhran vaxtı pul siyasətinin reaksiyası üçün 

daha  geniş  imkan  və  “space”  olsun?”.  Bununla 

əlaqədar bir təklif (Blanchard, Dell Ariccia və Mauro, 

2010)  inflyasiya  hədəfinin  artırılmasından  ibarətdir 

(məsələn,  2%-dən  4%-ə).  Bu  halda  Mərkəzi  Bank 

böhran  vaxtı  pulun  dəyərini  kəskin  ucuzlaşdırmaqla 

iqtisadiyyata  əhəmiyyətli  təsir  etmə  gücünü  əldə 

edə  bilər.  İstənilən  halda  resessiya  zamanı  yenidən 

maliyyələşmə dərəcəsini 4%-dən sıfır səviyyəsinədək 

endirən  mərkəzi  bank,  2%-dən  sıfıra  qədər  endirənlə 

müqayisədə  iqtisadi  aktivlik  üzərində  daha  böyük 

təsirə  malik  olacaqdır.  Lakin,  araşdırmalar  göstərir 

ki, bu halda əhalinin real gəlirləri ən azı 0.3% bəndi 

azala  bilər.  Şühbəsiz,  inflyasiyanın  yüksək  olması 

iqtisadiyyata  çox  fərqli  kanallar  vasitəsilə  təsir  edir. 

Bu mənada çoxfaktorlu real təsir qiymətləndiriləndən 

daha  yüksəkdir.  Xüsusilə,  belə  olan  halda  iqtisadi 

agentlərin  davranışlarının  hansı  istiqamətdə  və  necə 

dəyişəcəyi  ciddi  araşdırma  tələb  edir.  Belə  ki,  bu 

zaman  iqtisadi  agentin,  yəni  istehsalçının  məhsul  və 

xidmətlərdə  daha  tez-tez  qiymət  artımına  gedəcəyi, 

istehlakçıların  isə  bunun  nəticəsində  əsasən  yığım 

meyilli olacağı istisna edilmir. Bu isə iqtisadi aktivlik 

üzərində  neqativ  təsirlər  formalaşdıra  bilər.  Ona 

görə  də  ölkə  təcrübələrinin  sübut  etdiyi  və  özünü 

doğrultduğu  qeyri-ənənəvi  alətlərdən  istifadə  daha 

doğru olardı.



Haşiyə 7. Qiymət sabitliyi və maddi rifah

Mənbə: IMF WP 12/189, “On price stability and welfare”, iyul 2012

3

 



Dövr ərzində Mərkəzi Bankın banklarla apardığı aktiv və passiv əməliyyatların saldosu

Mənbə: AMB

Mənbə: AMB


23

Dövr  ərzində  pul  bazasının  artımı  12.4%, 

ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  isə 

30% təşkil etmişdir. Pul bazasınının həcmi daha 

çox  Mərkəzi  Bankın  ehtiyatlarından  müdaxilə 

hesabına dəyişmişdir.

01.10.2012  tarixinə  geniş  pul  kütləsi  (M3) 

ötən  ilin  müvafiq  dövrünə  nəzərən  21.3% 

artaraq  15343  mln.  manata  çatmış,  manatla 

geniş pul kütləsi (M2) isə 28.8% artaraq 12402 

mln. manata  yüksəlmişdir. 

  Geniş pul kütləsinin artımı həm nağd, həm də 

qeyri-nağd pulun artımı hesabına baş vermişdir. 

Dövr  ərzində  qeyri-nağd  pul  kütləsi  4.2% 

artmışdır  ki,  bu  da  nağdsız  ödənişlərin 

stimullaşdırlması  istiqamətində  görülmüş 

tədbirlərin nəticəsidir. 

Hesabat  dövründə  manatın  nominal  effektiv 

məzənnəsi nisbətən ucuzlaşsa da, pul təklifinin 

artımı  “Monetar  Şərait  İndeksi”

4

nin    (MŞİ) 



ümumən yumşaq qalmasına imkan vermişdir. . 

2.4. Pul siyasətinin tədqiqat bazası  

2012-ci  ilin  III  rübündə  Mərkəzi  Bankda 

makroiqtisadi  idarəetmənin  və  pul  siyasətinin 

institusional  bazasının  inkişafı  istiqamətində 

məqsədyönlü  fəaliyyət  davam  etdirilmişdir. 

Azərbaycanda  pul  siyasətinin  effektivliyinin 

artırılması  və  makroprudensial  idarəetmənin 

formalaşdırılması  istiqamətində  beynəlxalq 

platformada  gedən  müzakirələr  izlənilmiş  və 

 Pul və məzənnə siyasəti

Mənbə: AMB

Mənbə: AMB

4

 



MŞİ - pul kütləsinin və nominal effektiv məzənnənin xüsusi çəkiləri nəzərə alınmaqla orta dəyişimini xarakterizə edən bir göstəricidir.

Cədvəl 2. Pul aqreqatları, mln. manat

01.01.10


01.01.11

01.01.12


01.10.12

M0   (Nağd pul)

4147.8


5455.8

7158.2


8315.4

M1 (Nağd pul, tələb olunanadək 

əmanət və depozitlər)

5239.8

6718.9


8824.8

10053.6


M2 (Nağd pul, tələb olunanadək

müddətli əmanət və depozitlər

manatla)

6169.2


8297.5

10997.2


12402.4

M3 (Nağd pul, tələb olunanadək, 

müddətli əmanət və depozitlər, 

manat və SDV) 

8469.2


10527.5

13903.2


15343.3

 Mənbə: AMB

Mənbə: AMB


24

 Pul və məzənnə siyasəti

yerli  xüsusiyyətlər  nəzərə  alınmaqla  qabaqcıl 

təcrübənin tətbiqi imkanları araşdırılmışdır. 

Dövr  ərzində  Mərkəzi  Bankın  Pul  Siyasəti 

və  Maliyyə  Sabitliyi  Komitəsinin  fəaliyyəti 

(PSMSK)  davam  etdirilmişdir.  Komitə 

tərəfindən  makroiqtisadi  situasiya  operativ 

izlənmiş,    xarici  və  daxili  amillərin  təhlili 

aparılmış, qarşıdakı dövr üçün monetar siyasət 

çərçivəsi və makroiqtisadi proqnozlar nəzərdən 

keçirilmiş,  zəruri  pul  və  maliyyə  sabitliyi 

siyasəti qərarları qəbul edilmişdir.  

Pul  və  maliyyə  sabitliyi  siyasətinin 

formalaşması  istiqamətində  pul  siyasəti 

və  makroprudensial  tənzimləmə  rejiminin 

təkmilləşdirilməsi  ilə  bağlı  tədbirlər  həyata 

keçirilmişdir. Pul və maliyyə sabitliyi siyasətinin 

realizasiyasının  monitorinqi  aparılmış  və 

hesabatlılıq təmin edilmişdir.

2011-2014-cü  illər  üçün  strateji  plana 

uyğun  olaraq  Mərkəzi  Bankda  makroiqtisadi 

diaqnostika və tədqiqat potensialının artırılması 

işləri bir neçə istiqamətdə aparılmışdır.

Maliyyə  sabitliyinin

 

qiymətləndirilməsi 



potensialının  artırılması  məqsədilə  bank  sekto-

runda sistem risklərinin identifikasiyası prioritet 

məsələlərdən  biri  olmuşdur.  Stress-testlər  və 

maliyyə  sabitliyi  indikatorları  vasitəsilə  bank 

sektorunun davamlılığı və həssaslığı mütəmadi 

qiymətləndirilmişdir. 

Eyni  zamanda  bank  sektorunda  likvidlik 

effektinin  qiymətləndirməsi  metodologiyasının 

hazırlanması,  pul  siyasətinin  transmissiya 

effektinin assimmetrikliyinin qiymətləndirilmə-

si, effektiv məzənnə səbətindəki dəyişikliklərin 

NEM və REM-ə texniki təsirinin hesablanması, 

kapitalın  mobilliyinin  qiymətləndirilməsi  üçün 

tədqiqat işləri yekunlaşdırılmışdır.  

Ekonometrik  tədqiqatlar

  çərçivəsində 

inflyasiya,  iqtisadi  artım  və  makroiqtisadi 

tarazlıqla bağlı bir sıra tədqiqat işləri aparılmışdır. 

Bu tədqiqatların nəticələri pul siyasəti sahəsində 

taktiki  və  strateji  qərarların  qəbul  edilməsində 

istifadə olunmuşdur. 

Makroiqtisadi 

idarəetmə 

sahəsində 

intellektual  resursların  inkişafını

  nəzərdə  tutan 

xüsusi  proqramların  da  həyata  keçirilməsinə 

başlanmışdır.  Əhalinin  və  iqtisadi  subyektlərin 

iqtisadi  və  maliyyə  savadının  artırılması 

sahəsində  geniş  maarifləndirmə  tədbirləri 

görülmüşdür. 

Statistikanın qabaqcıl standartlara uygunluğu-

nu  təmin  etməklə  bank-maliyyə  sistemi 

üçün  metodoloji  dəstəyin  həyata  keçirilməsi 

çərçivəsində  Bank-maliyyə  statistikası  üzrə 

təlimatların  yenilənməsi,  hesabat  formalarının  

tərtibi  və  dizaynı,  pul  -  maliyyə  statistikasının 

BVF-nun  standartlarına  uyğunlaşdırılması 

istiqamətində işlər davam etdirilmişdir. 

AMB-də  vahid  elektron  statistik  məlumatlar 

platformasının və analitik hesabatlılıq sisteminin 

yaradılması  (ESAS)  çərçivəsində  Statistik 

və  prudensial  hesabatların  vahid  statistik 

platformada  yerləşdirilməsi  prosesi  davam 

etdirilmiş,  hesabatların  analitik  funksionallığı 

hissəsinin  hazırlanmasına  başlanmış,  ESAS 

sistemində  məlumatlar  üzrə  naviqasiya  sistemi 

qurulmuş, respondent bankların işçi heyəti üçün 

təlimlər keçirilmişdir.



25


26

İstifadə olunmuş qrafik və cədvəllər

İstifadə olunmuş qrafik və cədvəllər

Qrafiklər

Qrafik 1  Dünya iqtisadiyyatında artım 

5

Qrafik 2  ABŞ-da inam indeksləri 



6

Qrafik 3  Əmtəə qiymətləri indeksi 

7

Qrafik 4  Brent markalı neftin orta qiyməti 



8

Qrafik 5  İşsizliyin dinamikası 

8

Qrafik 6  Dünya iqtisadiyyatında resessiya ehtimalı 



8

Qrafik 7  2012-ci ilin artım proqnozlarında son düzəlişlər 

8

Qrafik 8  Yanvar-sentyabr aylarında ticarət balansı 



9

Qrafik 9  Əsas ixrac mallarının miqdar və məbləğ dəyişimi 

9

Qrafik 10  Əsas idxal mallarının miqdar və məbləğ dəyişimi 



9

Qrafik 11  Yanvar-sentyabr aylarında pul baratları üzrə daxilolmalar 

10

Qrafik 12  Strateji valyuta ehtiyatlarının kifayətliyi 



10

Qrafik 13  Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 

10

Qrafik 14  Əhalinin pul gəlirləri 



11

Qrafik 15  Orta aylıq əmək və əhalinin son istehlakının dəyişimi  

11

Qrafik 16  Qeyri-ərzaq pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu 



 

xidmətlərin dəyişimi 

11

Qrafik 17  İnvestisiya qoyuluşlarının dəyişimi 



11

Qrafik 18  Yanvar-sentyabr aylarında iqtisadi artım 

13

Qrafik 19  Qeyri-neft sahələri üzrə artım 



13

Qrafik 20  Gözləntilər 

14

Qrafik 21  Məcmu buraxılış kəsiri 



14

Qrafik 22  Azərbaycan və Dünya ərzaq İQİ 

14

Qrafik 23  Orta illik İQİ 



15

Qrafik 24  İnflyasiya və  Diffuziya indeksi 

15

Qrafik 25  İstehlak qiymətləri indeksi 



15

Qrafik 26  KİQİ və q/n SİQİ 

15



27

İstifadə olunmuş qrafik və cədvəllər

Qrafik 27  Mənzil bazarında qiymət dəyişimi 

18

Qrafik 28  Qiymət gözləntiləri indeksi 



19

Qrafik 29  Məşğulluq gözləntiləri indeksi 

19

Qrafik 30  9 ayda AMB-nin valyuta müdaxiləsi 



20

Qrafik 31  REM-in strukturu 

21

Qrafik 32  Tsikl göstəriciləri 



21

Qrafik 33  Faiz dəhlizinin parametrləri 

21

Qrafik 34  AMB-nin notları 



22

Qrafik 35  Pul kütləsinin dəyişimi 

22

Qrafik 36  Pul bazasının dəyişim faktorları 



23

Qrafik 37  M3 pul aqreqatının dinamikası 

23

Qrafik 38  Monetar Şərait İndeksi 



23

 

Cədvəllər



Cədvəl 1  İkitərəfli nominal və real məzənnə indeksləri 

20

Cədvəl 2  Pul aqreqatları 



23

 



Аzərbаycаn Rеspubliкаsının Mərkəzi Bankı

Azərbaycan, Bakı, AZ1014, R. Behbudov küç., 32

Telefon (994 12) 493 11 22

Faks (994 12) 493 55 41



www.cbar.az 

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə