Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
1   2   3   4   5   6   7   8

Pul siyasəti icmalı  2013/ II rüb

6

yüksəlməsinə imkan vermir. Beynəlxalq Əmək 



Təşkilatının məlumatına görə, hazırda dünyada 

200 mln. nəfərdən çox işsiz vardır. Bunun 45.5 

mln. nəfəri (ötən illə müqayisədə 1.5 mln. nəfər 

çox) inkişaf etmiş ölkələrin, 156 mln. nəfəri isə 

inkişaf  etməkdə  olan  ölkələrin  payına  düşür. 

Hazırda dünya ölkələrinin bəzilərində məşğulluq 

özünün  böhrandan  əvvəlki  səviyyəsini  ötmüş, 

digərlərində  məşğulluq  yüksəlsə  də  böhrandan 

əvvəlki səviyyəyə çata bilməmişdir. Digər qrup 

ölkələrdə  isə  məşğulluq  azalmışdır.  Mövcud 

dinamika  nəzərə  alınmaqla  məşğulluğun 

böhrandan  əvvəlki  səviyyəyə  çatmasının 

inkişaf  etməkdə  olan  ölkələrdə  2015-ci  ildə, 

inkişaf  etmiş  ölkələrdə  isə  2017-ci  ildə  baş 

verəcəyi gözlənilir. Məşğulluqla bağlı ən ciddi 

problem  uzunmüddətli  işsizliyin  və  gənclər 

arasında işsizliyin artımıdır. Belə ki, son 5 ildə 

qabaqcıl  ölkələrdə  uzunmüddətli  işsizlik  60% 

yüksəlmişdir.  Gənclər  arasında  işsizlik  isə  73 

mln. nəfərə (cəmi işsizliyin 36%-i) çatmışdır. 

2013-cü ilin birinci yarısında da dünya əmtəə 

qiymətlərində  yüksək  volatillik  müşahidə 

edilmişdir.  İlin  əvvəli  ilə  müqayisədə  II 

rübün  sonuna  əmtəə  qiymətləri  indeksinin  2% 

azalmasına baxmayaraq, ərzaq qiymətləri indeksi 

2%  yüksəlmişdir.  Alternativ  investisiya  aləti 

olan  qızılın  qiymətində  ötən  ilin  noyabrından 

başlayan  enmələr  cari  ildə  davam  etmişdir. 

BVF-nun  məlumatına  görə,  ilin  əvvəli  ilə 

müqayisədə qızılın 1 unsiyasının qiyməti 20.3% 

enərək  II  rübün  sonuna  1343.4  ABŞ  dolları 

təşkil etmişdir. Dünya Qızıl Şurasının açıqladığı 

son  məlumatlara  görə  isə  I  rüb  ərzində  qızıla 

olan  tələb  963  ton  olmuşdur  ki,  bu  da  ötən 

ilin  müvafiq  dövrü  ilə  müqayisədə  13%  azdır. 

Mərkəzi  bankların  qızılla  bağlı  xalis  alışı  5% 

azalaraq 109.2 tona düşmüşdür.  

Dünyanın qabaqcıl ölkələrində tələbin aşağı 

düşməsi  dünya  neft  bazarına  da  öz  təsirini 

göstərməkdədir.  Ötən  rübə  nəzərən  II  rüb 

ərzində  Brent  markalı  neftin  qiyməti  8.2% 

aşağı düşərək 103 ABŞ dolları təşkil etmişdir. 

Yaxın  Şərqdə  hərbi-siyasi  vəziyyətin  yenidən 

gərginləşməsi, İqtisadi Əməkdaşlıq və İnkişaf 

Təşkilatı  (OECD)  üzvü  ölkələrində  soyuq 

iqlim  şəraiti,  növbəti  il  üçün  qlobal  iqtisadi 

artımın nisbətən sürətlənməsi proqnozları neftə 

olan  tələbin  cüzi  artımını  proqnozlaşdırmağa 

əsas  verir.  Beynəlxalq  Enerji  Agentliyinin 

proqnozlarına görə neftə olan gündəlik qlobal 

tələb 2013-cü il ərzində 930 min/barrel, 2014-

cü il ərzində isə 1.2 mln/barrel artacaqdır. 



Mənbə: BƏT və İƏT məlumatları əsasında  

Mənbə: BVF

Mənbə: BVF

118..9


Orta qiymÿt

I röb – 112.6$

II röb – 103.3$

102..16


95

100


105

110


115

120


02.01.13 09.01.13 16.01.13 23.01.13 30.01.13 06.02.13 13.02.13 20.02.13 27.02.13 06.03.13 13.03.13 20.03.13 27.03.13 03.04.13 10.04.13 17.04.13 24.04.13 01.05.13 08.05.13 15.05.13 22.05.13 29.05.13 05.06.13 12.06.13 19.06.13 26.06.13

Qrafik 5. Brent markalı neftin qiymÿti, $




7

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

“Qaya”  nefti  ABŞ-da  əhəmiyyətli  və  aşağı 

dəyərə  (xərcə)  malik  yeni  qeyri-ənənəvi  resursa 

çevrilməkdədir.  Əgər  2004-cü  ildə  ABŞ-da  qaya 

neft istehsalı gündəlik 111 min barrel təşkil edirdisə, 

bu  2011-ci  ildə  553  min  barrelə  çatmışdır  (artım 

tempi  orta  hesabla  26%-ə  bərabərdir).  Nəticədə 

ABŞ-da  neft  idxalı  son  25  ildə  özünün  ən  aşağı 

səviyyəsinə düşmüşdür.  

Qlobal miqyasda qarşıdakı dekadada qaya neftinin 

böyük  istehsal  potensialı  mövcuddur.  Qlobal  qaya 

nefti resursları 330-1.465 mlrd. barrel intervalında 

qiymətləndirilir. Bu qlobal enerji bazarında böyük 

inqilabı  və  bir  çox  ölkələrin  aşağı  dəyərlə  enerji 

təhlükəsizliyini  təmin  edəcəkdir.  ABŞ-dan  başqa 

neft  istehlakçıları  olan  ölkələr  də  qaya  neftinin 

hasilatı ilə bağlı müəyyən işlərə başlamışlar.     

Təhlillər göstərir ki, qlobal qaya nefti istehsalının 

artımı 2035-ci ildə özünün ən pik səviyyəsinə çata 

bilər (gündəlik 14 mln. barrel). Bu isə dünya ümumi 

neft  təklifinin  12%-dir.  Qiymətləndirmələrə  görə, 

belə  artım  2035-ci  ildə  neftin  qiymətinin  Enerji 

İnformasiya  Agentliyinin  (EIA)  hazırki  qiymət 

proyeksiyası  (barrelə  görə  133$)  ilə  müqayisədə 

25-40% (barrelə görə 83$-100$, real ifadədə) aşağı 

düşməsinə gətirib çıxara bilər (Qrafik 1a).  

NİGEM  (National  İnstitute  Global  Econometric 

Model)  modeli  əsasında  neftin  real  qiymətinin 

aşağı  düşməsinin  qlobal  makroiqtisadi  təsirləri 

ölçülmüşdür.  Model  göstərir  ki,  2035-ci  ildə 

ortalama adambaşına düşən qlobal ÜDM 235-370$ 

(cari qiymətlərlə) səviyyəsinə qədər arta bilər. Lakin, 

neftin qiymətinin belə azalmasının «faydası» ölkələr 

üzrə  əhəmiyyətli  olaraq  fərqlidir.  Belə  ki,  böyük 

xalis neft idxalçıları olan Hindistan və Yaponiyanın 

ÜDM-i 2035-ci ildə 4-7% səviyyəsində, ABŞ, Çin, 

Böyük  Britaniya  və  Almaniya  iqtisadiyyatı  2-5% 

böyüyə bilər. Rusiya iqtisadiyyatı isə  əksinə 1-2% 

azala bilər. 

Neft istehsalçıları gələcək strateji dövrdə maliyyə 

itkilərinin qarşısını almaq üçün indiki neft portfellərini 

(ehtiyatlarını)  neftin  aşağı  qiymət  ssenariləri  ilə 

müqayisədə  qiymətləndirməlidirlər.  ABŞ  Enerji 

İnformasiya  Agentliyi  (EİA)  tərəfindən  ölkələr 

üzrə  dünya  neft  ehtiyatları  qiymətləndirilmişdir. 

Ümumən,  dünya  neft  ehtiyatlarının  cari  dəyəri 

169.1 trln. $, adambaşına ehtiyatların cari dəyəri isə 

122 min $ səviyyəsində qiymətləndirilir.  

Haşiyə 1. «Qaya» nefti: növbəti qlobal enerji inqilabı

Mənbə: 

Shale oil: the next energy revolution, PwC, Fevral 2013 və ABŞ Enerji İnformasiya Agentliyi, Yanvar 2013. 

Qlobal  iqtisadi  proseslər  özünün  təsirlərini 

maliyyə  bazarlarında  da  əks  etdirir.  İlin 

əvvəlindən etibarən ABŞ və Yaponiya maliyyə 

bazarlarında  fəallıq  davamlı  yüksəlsə  də 

Avropada  kəskin  volatillik  olmuş,  dövrün 

sonuna  enmələr  müşahidə  edilmişdir. 

Yaponiyada  son  dövrlərdə  yürüdülən 

dəstəkləyici  iqtisadi  siyasət  ilin  ilk  5  ayı 

ərzində maliyyə bazarlarında da fəallığın artımı 

ilə  müşayiət  olunmuşdur.  Burada  may  ayının 

ikinci  yarısından  etibarən  fəallıq  azalsa  da, 

rübün sonuna doğru yenidən yüksəlmişdir.



Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə