Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
1   2   3   4   5   6   7   8

11

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

2002-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı 

(BMT)  tərəfindən  müntəzəm  olaraq  ölkələr  üzrə 

birbaşa  xarici  investisiyaların  (BXİ)  Cəlbetmə, 

Potensial  və  Töhfə  indeksləri  hesablanır  və  illik 

Dünya İnvestisiya Hesabatlarında (World Investment 

Report) ölkə reytinqləri dərc edilir. 



Cəlbetmə  indeksi  (attraction  index)  əsasında 

iqtisadiyyatın  həcmindən  asılı  olaraq  müəyyən  dövr 

ərzində daxil olan birbaşa xarici investisiyalara görə 

ölkələrə  reytinq  verilir.  Bu  indeks  ölkəyə    birbaşa 

xarici  investisiya  axınlarının  həcmi    və    ÜDM-də 

payı əsasında hesablanan orta göstəricidir.  Cəlbetmə 

indeksi həmçinin uzunmüddətli dövrdə birbaşa xarici 

investisiyalar üzrə orta göstəricidən istifadə edilməklə 

hesablana bilər. Siyasətçilər üçün uzunmüddətli dövrü 

müşahidə etmək daha məqsədəuyğundur, cünki:

• 

Birbaşa xarici investisiya axınları ildən ildə 



kəskin dəyişə bilər; 

• 

Birbaşa  investisiya  qərarları  bir  ildən  artıq 



dövrü  əhatə  edə  bilər    və  uzunmüddətli  öhdəlikləri 

nəzərdə tuta bilər;

• 

Birbaşa xarici investisiyaların cəlb edilməsi-



ni  artırmaq  məqsədilə  edilən  siyasi  təşəbbüslərin  və 

alətlərin səmərə verməsi uzun müddət tələb edə bilər. 

Bu indeks üzrə ölkələrə verilən reytinqlərə görə ilk 

onluğa Çin, Belçika, Sinqapur, Lüksemburq, İrlandiya, 

Çili, Qazaxıstan, Monqolustan, Türkmənistan daxildir. 

BXİ  üzrə  Potensial  indeksi  iqtisadiyyatın  birbaşa 

xarici  investisiyalara  cəlbedici  olmasının  dörd  əsas 

iqtisadi  amilini  özündə  birləşdirir.  Bunlar  a)  bazarın 

cəlbediciliyi;  b)  ucuz  işçi  qüvvəsi  və  bacarıqlar 

(səmərənin  əldə  edilməsi  üçün);  c)  təbii  resursların 

olması; və d) BXİ üçün infrastrukturun olması. BXİ 

üzrə  ümumi  potensial  indeks  bərabər  çəkilərdən 

istifadə edilməklə hər dörd determinant üzrə balların 

cəmlənməsindən alınır.

BMT  tərəfindən  2011-ci  il  üçün  BXİ-ın  potensial 

indeksi  hesablanmışdır.  Yuxarıda  qeyd  edildiyi 

kimi  bu  indeks  üzrə  reytinq  4  determinant  (bazarın 

cəlbediciliyi, ucuz işçi qüvvəsi, mövcud infrastruktur, 

təbii resursların mövcudluğu) əsasında ayrı-ayrılıqda 

müəyyənləşir və ümumi orta reytinq verilir. 144 ölkə 

arasında  ilk  onluqda    Çin,  ABŞ,  Rusiya,  Türkiyə, 

Almaniya, İndoneziya kimi ölkələr yer tutur. 

Töhfə indeksi. BXİ üzrə Töhfə indeksi BXİ-ın ölkə 

iqtisadiyyatının  inkişafında  rolunu    ölçməyə  imkan 

verir. Bu, xarici investisiyaların ÜDM-ə, məşğulluğa, 

əmək  haqqına,  ixraca,  xərclərə,  vergi  ödənişlərinə 

təsiri kimi hesablanır.

Ölkələr  yuxarıda  qeyd  edilən  göstəricilərin  hər 

birinə  təsir  effektinə  görə  iri  qrupda  birləşdirilir. 

Hər  bir  göstəriciyə  təsirə  görə  bərabər  çəkilərdən 

istifadə  etməklə  sadə  ortalama  metodu  ilə  BXİ  üzrə 

töhfə indeksi hesablanır və bu əsasda ölkələrə reytinq 

verilir.  Əgər  ölkə  üzrə  ən  azı  dörd  göstərici  varsa, 

o  zaman  həmin  ölkə  sıralamaya  daxil  edilir.  Bütün 

ölkələrdən yeddi dəyişənin hər biri üzrə göstəriciləri 

əldə  etmək  imkanları  məhdud  olduğundan  hal  – 

hazırda 79 ölkəyə reytinq verilmişdir.

World  Investment  Report-da  2011-ci  il  üçün  bir 

çox  ölkələr  üzrə  bu  indeks  hesablanmış  və  reytinq 

verilmişdir. İlk onluqda Macarıstan, Belçika, Çexiya, 

Rumıniya,  Çin,  Polşa,  Malayziya  kimi  ölkələr  yer 

tutur. Deməli BXİ-ın bu ölkələrin iqtisadiyyatlarının 

inkişafına təsiri yüksəkdir.



İndekslərin  siyasət  aləti  kimi  istifadəsi.  BXİ 

üzrə  siyasətin  əsas  məqsədi  BXİ-ın  cəlb  edilməsi 

üçün  əlverişli  şərait  yaratmaq  və  BXİ-ın  maksimal 

səviyyəsinə nail olmaqdır. İndekslər iqtisadi siyasətin 

nə qədər effektiv olduğunu ölçməyə imkan verir. Bu 

qiymətləndirmə  ölkənin  real  nəticələrinin  potensial 

imkanlarla  qarşılaşdırılması  və  BXİ-ın  töhfəsinin 

ölçülməsi,  ayrı-ayrı  ölkələr  və  ya  ölkə  qrupları 

arasında  müqayisələrin  aparılması,  müəyyən  vaxt 

çərçivəsində  davranışlardakı  dəyişmələrin  izlənməsi 

yolu ilə aparıla bilər. Bu indekslərin hesablanmasında 

ölkə  xüsusiyyətləri  nəzərə  alınmadığından  onlar 

yalnız ilkin yol göstərə bilər. Lakin, hər bir halda bu 

indekslər  siyasətin  səmərəliliyinin  ölçülməsi  üçün 

faydalı başlanğıc nöqtə ola bilər.  

Haşiyə 2. Birbaşa xarici investisiyaların cəlbetmə, potensial  və töhfə indeksləri

Mənbə : 

World Investment Report -2012, www.unctad.org



12

Pul siyasəti icmalı  2013/ II rüb

1.6  mlrd.  $  və  ya  3.5%  artaraq  47.7  mlrd.  $ 

bərabər  olmuşdur  ki,  bu  da  təqribən  3  illik 

mal  və  xidmətlərin  idxalına  kifayət  edir.  Eyni 

zamanda strateji valyuta ehtiyatları xarici dövlət 

borcundan təqribən 8 dəfə çoxdur.

AMB-nin  valyuta  ehtiyatları  isə  ilin  əvvəlindən 

8.8% artaraq 12.7 mlrd. $ çatmışdır ki, bu da 9 aylıq 

mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir. 

Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə 

nisbəti  70%-ə  yaxındır.  Ümumilikdə,  strateji 

valyuta  ehtiyatlarının  yüksək  templə  artımı 

ölkə  iqtisadiyyatının  mümkün  xarici  böhran 

təsirlərinə  qarşı  həssaslığını  azaldan  və  güclü 

“makroiqtisadi  bufer”  formalaşdıran  amildir. 

Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq 

İnvestisiya Mövqeyi əlverişlidir.

1.2.2. Məcmu tələb

2013-cü ilin 6 ayında iqtisadi artıma məcmu 

tələbin  bütün  komponentlərinin,  o  cümlədən, 

son istehlak xərclərinin, investisiyaların, dövlət 

xərclərinin artımının töhfəsi müsbət olmuşdur. 

Son  istehlak  xərcləri.  Hesabat  dövrü  ərzində 

əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə 

müqayisədə 7.1%, real olaraq isə 5.1% artmışdır. 

Adambaşına düşən pul gəlirləri nominal olaraq 

5.7%, real olaraq isə 3.7% artmışdır.

 Cari ilin 6 ayında orta aylıq əmək haqqının, 

iqtisadiyyatda  məşğul  əhalinin  sayının  və 

əhalinin istehlak kreditlərinin həcminin artması 

nəticəsində  ümumi  istehlakçı  aktivliyi  yüksək 

olmuşdur. Əhalinin pul gəlirlərinin strukturunda 

son  istehlak  xərclərinin  payı  yüksək  olaraq 

qalmışdır (Qrafik 16). İstehlak xərcləri ötən ilin 

müvafiq  dövrünə  nəzərən  14.6%  (2012  6  ay 

4.8%) artmışdır. 

Əhalinin sərəncamda qalan gəlirləri ötən ilin 

müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 14.4 

mlrd.  manat  təşkil  etmişdir.  Əhali  gəlirlərinin 

xərcləri  örtmə  əmsalı  ötən  ilin  müvafiq  dövrü 

ilə müqayisədə sabit olmuşdur. Gəlirlərin artımı 

pərakəndə  ticarət  dövriyyəsinin  də  artmaqda 

davam  etməsinə  şərait  yaratmışdır.  Ötən 

ilin  müvafiq  dövrünə  nəzərən  ümumi  ticarət 

dövriyyəsinin həcmi 9.1% artmışdır (Qrafik 17).

Cari  ilin  yanvar-iyun  aylarında  pərakəndə 

ticarət dövriyyəsi ərzaq malları üzrə 0.4% (2012 

6  ay  0.4%),  qeyri-ərzaq  malları  üzrə  21.2% 

(2012 6 ay 23.2%) artmışdır. Əhaliyə göstərilən 

pullu xidmətlərdə isə artım 7.5% təşkil etmişdir. 



Mənbə: AMB

Mənbə: AMB

Mənbə: DSK


Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə