Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
1   2   3   4   5   6   7   8

13

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

2

 

Emal sənayesi, elektrik enerjisi, qaz və su təchizatı 



AMB-nin apardığı real sektorun monitorinqi-

nin nəticələrinə əsasən 2013-cü ilin 6 ayı ərzində 

ticarətdə  və  sənayedə  mal  ehtiyatları  azalmış, 

yeni sifarişlər artmışdır. 

2013-cü  ilin  yanvar-may  aylarında  ölkə 

iqtisadiyyatında orta aylıq əmək haqqının artımı 

ÜDM-in  strukturunda  son  istehlakın  payının 

yüksək  qalmasına  töhfə  vermişdir.  Belə  ki, 

əvvəlki ilin müvafiq dövrünə nisbətən orta aylıq 

əmək  haqqı  nominal  olaraq  6.8%,  real  olaraq 

4.8%  artaraq  408.8  manata  çatmışdır.  Əmək 

haqqı  ötən  ilin  müvafiq  dövrünə  nəzərən  neft 

sektorunda  8.7%,  qeyri-neft  sektorunda  7.1%, 

dövlət  bölməsində  1.8%,  özəl  bölmədə  11% 

artmışdır. 

Əhalinin  kredit  aktivliyinin  yüksəlməsi  də 

məcmu tələbə artırıcı təsir göstərmişdir. Belə ki, 

cari ilin I yarısında əhalinin istehlak kreditlərinin 

həcmi 21% artmışdır. 

Hökumətin  xərcləri.  Yarımillik  ərzində 

hökumətin istehlak xərcləri başlıca olaraq dövlət 

büdcəsindən mal və xidmətlərə xərclər hesabına 

formalaşmışdır.  Yanvar-may  aylarında  büdcə 

xərclərinin  44.9%-i  iqtisadiyyatın  inkişafına, 

10.3%-i  sosial  yönümlü  xərclərə,  9.2%-i  isə 

təhsilə və səhiyyəyə yönəldilmişdir.

İnvestisiya  xərcləri.  2013-cü  ilin  6  ayında 

iqtisadiyyata ümumi investisiya qoyuluşu 22.9% 

artaraq  7.4  mlrd.  manat  təşkil  etmişdir  ki,  bu 

da  ÜDM-in  27%-nə  bərabərdir.  O  cümlədən 

qeyri-neft sektoruna investisiyalar 19.5% artmış 

və  onun  ümumi  investisiya  qoyuluşlarında 

xüsusi çəkisi 69.4% təşkil etmişdir. İnvestisiya 

qoyuluşları tikintidə 24.3%, nəqliyyatda 30.6%, 

qeyri-neft sənayesində

2

 82.8% və təhsildə 28% 



artmışdır. 

Qrafik  18-dən  göründüyü  kimi,  qeyri-neft 

iqtisadiyyatında  ticari  sektora  investisiyalar 

56%, qeyri-ticari sektora investisiyalar isə 9.8% 

artmışdır.  

Əsas  kapitala  yönəldilmiş  vəsaitin 

74.9%-i  daxili,  25.1%-i  isə  xarici  mənbələr 

hesabına  formalaşmışdır.  İnvestisiyaların 

maliyyələşməsində  büdcə  vəsaitlərinin  payı 

artmışdır.

Qrafikdən  göründüyü  kimi,  investisiyaların 

44%-i  müəssisə  və  təşkilatların  vəsaitləri 

hesabına,  45.1%-i  büdcə  vəsaitləri  hesabına, 

4.7%-i  isə  bank  kreditləri  hesabına 

maliyyələşmişdir. 

Mənbə: DSK

Mənbə: DSK



14

Pul siyasəti icmalı  2013/ II rüb

1.2.3. Məcmu təklif

Cari ilin birinci yarımilində ÜDM real ifadədə 

5% artmış və nominal olaraq 27.2 mlrd. manat 

təşkil  etmişdir.  Hesabat  dövründə  neft-qaz 

sektorunda  0.7%  azalma  olmuş,  qeyri-neft 

sektorunda isə 10.9%-lik artım qeydə alınmışdır. 

Yaradılan  əlavə  dəyərin  2/3  hissəsi  məhsul 

istehsalı  sahələrinin,  1/3  hissəsi  isə  xidmət 

sahələrinin payına düşmüşdür.

İqtisadi  artım.  Yarımillik  ərzində  iqtisadi 

artımın  drayveri  qeyri-neft  sektoru  olmuşdur. 

Belə  ki,  ÜDM-in  54%-i  qeyri-neft  sektorunun 

payına düşmüşdür.

Qrafik  21-dən  göründüyü  kimi,  yanvar-

iyun  aylarında  qeyri-neft  sektorunun  bütün 

sahələrində artım müşahidə edilmişdir. Sahələr 

arasında ən yüksək artım tempi tikinti, yaşayışın 

təşkili və ictimai iaşə, rabitə və ticarətdə qeydə 

alınmışdır. 10.9%-lik artımın 2/3-i və ya 7.5% 

bəndi tikinti sahəsinin hesabına formalaşmışdır. 

Neft sənayesini nəzərə almasaq, sənayedə artım 

əsasən  qida,  maşınqayırma,  tikinti  materialları 

istehsalı, mebel sənayesindən qaynaqlanmışdır. 

Kənd təsərrüfatında isə müşahidə olunan yüksək 

artım  həm  bitkiçilik  məhsulları  istehsalında, 

həm  də  heyvandarlıqda  baş  vermişdir.  Xidmət 

sahələri arasında ən yüksək artım ictimai iaşə və 

rabitədə müşahidə edilmişdir.

Hesabat dövründə xam neft və təbii qaz hasilatı 

1.5%  azalmış,  qızıl  və  gümüş  yataqlarından 

müvafiq  olaraq  544  və  331  kq  hasilat  əldə 

edilmişdir.  Ümumilikdə  neft  sənayesi  nəzərə 

alınmadan  ticari  sektorda  artım  3.7%  təşkil 

etmişdir. Qeyri-ticari sektorda isə 13.7% artım 

qeydə alınmışdır.



İqtisadi artım üzrə gözləntilər. AMB tərəfin-

dən  aparılan  Real  Sektorun  Monitorinqinin 

nəticələrinə  görə  ilin  6  ayında  Biznes  İnam 

İndeksi


3

  (Bİİ)  yaxşılaşmışdır.  Buna  səbəb 

sənayedə  istehsalın,  ticarətdə  isə  satışın 

artmasıdır.  Eyni  zamanda  monitorinq  iqtisadi 

aktivlik  üzrə  gözləntilərin  optimist  olduğunu 

göstərir. 

Belə  ki,  RSM  nəticələrinə  əsasən  ilin 

əvvəlindən xidmətə tələb indeksi və ticarət üzrə 

satış gösləntisi indeksi artıma meyillidir. Pozitiv 

gözləntilər  eyni  zamanda  sənayenin  qida, 

tikinti  materiallarının  istehsalı  və  toxuculuq 

alt  seksiyalarında,  ticarətin  isə  mebel,  elektrik 

məişət  avadanlıqları  seqmentlərində  müşahidə 

edilmişdir.  Gözləntilərin  belə  pozitiv  olması 



Mənbə: DSK 

Mənbə: DSK 

Mənbə: AMB-nin hesablamaları

3

 



 Sənaye Biznes  İnam İndeksi =(məhsul istehsalı – məhsul ehtiyatı + istehsal gözləntisi)/3

    Ticarət Biznes  İnam İndeksi = (faktiki satış – mal ehtiyatı + satış gözləntisi)/3 




Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə