Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
1   2   3   4   5   6   7   8

17

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

8.2%-lik  qiymət  artımı  ilə  izah  olunur.  Bununla 

belə  maşın  və  avadanlıqlarının  istehsalı  üzrə 

12%,  kağız  və  karton  üzrə  11.2%,  toxuculuq 

sənayesində  12.2%  qiymət  ucuzlaşması  baş 

vermişdir. 

1.2.4.3.  Kənd  təsərrüfatı  məhsullarının 

istehsalçı  qiymətləri  (KİQİ). 

2013-cü  ilin  6 

ayında  KİQİ  illik  orta  hesabla  2.7%  artmışdır. 

Qiymət  dinamikasında  artım  əsasən  birillik 

bitkilər (3%) və heyvandarlıq məhsulları (3.6%) 

üzrə  baş  vermişdir.  Çoxillik  bitki  məhsulları 

üzrə  isə  3.6%-lik  qiymət  azalması  müşahidə 

olunmuşdur.

Qrafik  30-dan  göründüyü  kimi,  KİQİ  İQİ 

ilə  müqayisədə  daha  çox  volatilliyə  malik 

olsa  da,  onlar  eyni  dəyişmə  trayektoriyasına 

malikdirlər.  2013-cü  ilin  6  ayı  ərzində  hər  iki 

indeks  üzrə  qiymət  artımı  müşahidə  olunmuş, 

KİQİ-nin  dəyişimi  ümumi  inflyasiyanı  1.1 

faiz bəndi üstələmişdir. Bu isə kənd təsərrüfatı 

məhsullarının  qiymətlərinin  dəyişməsinin 

ümumi qiymətlərə ötürücülüyünün aşağı olması 

ilə izah olunur.

1.2.4.4. Daşınmaz Əmlak Qiymətləri. 

 DSK-


nın  məlumatına  görə,  2013-cü  ilin  6  ayında 

mənzil  bazarında  qiymətlər  ötən  ilin  müvafiq 

dövrünə  nəzərən  4.6%  artmışdır.  Təkrar  və 

ilkin  mənzil  bazarında  artım  müvafiq  olaraq 

4.6  %  və  1.6%  təşkil  etmişdir.  Təkrar  mənzil 

bazarında  ən  yüksək  qiymət  artımı  birtipli 

mənzillərdə  (5.6%),  ilkin  mənzil  bazarında 

isə  yaxşı  layihələndirilmiş  mənzillərdə  (2.9%) 

müşahidə  olunmuşdur  (Qrafik  31).  “MBA 

LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin 

məlumatına  görə,  kirayə  haqqı  ödənişləri  üzrə 

də artım müşahidə olunmuşdur. Belə ki, yaşayış 

və  kommersiya  obyektlərində  kirayə  haqqı 

dövr  ərzində  müvafiq  olaraq    10.3%  və  1.6% 

artmışdır.

Ötən  dövr  ərzində  ipoteka  kreditləşməsinin 

davam  etməsi  daşınmaz  əmlak  bazarında, 

xüsusilə  təkrar  bazarda  aktivliyə  təsir  göstərən 

amillərdən  olmuşdur.  2013-cü  ilin  6  ayında 

banklar  tərəfindən  verilən  ipoteka  kreditlərin 

həcmi 61.2 mln. manat təşkil etmişdir. 

1.2.4.5.  İnflyasiya  gözləntiləri.

  AMB 

tərəfindən  müntəzəm  aparılan  Real  Sektorun 



Monitorinqinin nəticələrinə əsasən 2013-cü ilin 

6  ayı  ərzində  qiymət  gözləntilərinin  azalması 

bütün sektorlar üzrə (sənaye, tikinti, xidmət və 

ticarət) müşahidə olunmuşdur. Daha çox qiymət 

azalması ticarət sektorunda gözlənilir . 

BVF-nun  son  hesabatına  əsasən,  2013-cü 

ildə  Azərbaycanda  orta  illik  inflyasiyanın 

3.4% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 

MDB  ölkələri  ilə  müqayisədə  3.4  faiz  bəndi, 

Mərkəzi  və  Şərqi  Avropa  ölkələrindən  1  faiz 

bəndi,  ümumilikdə  İEOÖ-dən  2.5  faiz  bəndi 

aşağıdır. 

AMB-nin  model  qiymətləndirmələrinə  görə 

Mənbə: DSK

Mənbə: DSK



18

Pul siyasəti icmalı  2013/ II rüb

də  ilin  sonuna  inflyasiyanın  pul  və  maliyyə 

sabitliyi  siyasətinin  əsas  istiqamətləri  barədə 

bəyanatında müəyyən etdiyi hədəf çərçivəsində 

olacağı proqnozlaşdırılır.

Qiymətləndirmə 

zamanı 


ARIMA 

(Autoregressive  Integrated  Moving  Average) 

modelindən istifadə olunmuşdur. Model vasitəsilə 

inflyasiyanın  müəyyən  ehtimalla  müxtəlif 

ssenarilərdə  dəyişməsi  müəyyənləşdirilmişdir 

(Qrafik  32).  Qiymətləndirmə  orta  illik 

inflyasiyanın  5-6%  səviyyəsində  olacağı 

ehtimalının daha yüksək olduğunu göstərir. 

1.2.5. Məşğulluq 

2013-cü  ilin  ikinci  rübünün  sonuna  ölkədə 

iqtisadi  fəal  əhalinin  sayı  4720.9  min  nəfər 

olmuşdur ki, onların da 94.9%-ni iqtisadiyyatın 

və sosial bölmənin müxtəlif sahələrində məşğul 

olan əhali təşkil etmişdir. DSK-nın məlumatına 

görə,  may  ayının  sonuna  muzdla  çalışan 

işçilərin sayı 1480 min nəfər təşkil etmişdir ki, 

bu  ötən  ilin  eyni  dövrü  ilə  müqayisədə  8.1% 

çoxdur. Muzdla çalışanların 97.5%-i qeyri-neft 

sektorunda, 2.5%-i isə neft sektorunda fəaliyyət 

göstərmişlər. 

AMB  tərəfindən  real  sektorun  monitorinqi 

çərçivəsində  300-dək  müəssissə  üzrə 

müşahidələr  də  məşğulluğun  yüksək  olduğunu 

göstərir.  

Qrafikdən göründüyü kimi növbəti 3 ay üzrə 

məşğulluq  gözləntilərinin  sənaye  və  tikinti 

sektoru üzrə artması, ticarət və xidmət sektoru 

üzrə azalması müşahidə olunmuşdur. 



Mənbə: AMB

Mənbə: AMB

Mənbə: DSK


19

 Pul və məzənnə siyasəti

2.1. Valyuta bazarı və manatın məzənnəsi

2013-cü  ilin  I  yarimilində  məzənnə  siyasəti 

valyuta  bazarında  tələb  və  təklif  arasında 

tarazlığın  təmin  olunmasına  və  bu  əsasda 

manatın  ABŞ  dollarına  qarşı  məzənnəsinin 

sabitliyinə yönəldilmişdir. 

2013-cü  ilin  I  yarımilində  də  Mərkəzi  Bank 

özünün  məzənnə  siyasətini  dəhliz  daxilində 

ABŞ  dolları/manat  ikitərəfli  məzənnəsinin 

hədəflənməsi çərçivəsində həyata keçirmişdir. 

Ölkənin  tədiyə  balansında  böyük  profisitin 

mövcud  olması  şəraitində  valyuta  bazarında 

təklif  tələbi  üstələmişdir.  Lakin,  məzənnənin 

əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq 

və  bununla  da  qeyri-neft  sektorunun  rəqabət 

qabiliyyətinə  neqativ  təsirləri  neytrallaşdırmaq 

üçün Mərkəzi Bank tərəfindən yarım il ərzində 

1209.3  mln.  $  həcmində  valyuta  sterilizasiyası 

həyata keçirilmişdir.

Dövr  ərzində  manatın  ABŞ  dollarına  qarşı 

məzənnəsi demək olar ki, dəyişməmiş və cəmi 

0.06% möhkəmlənmişdir. Məzənnənin standart 

deviasiyası  da  çox  kiçik  (0.02)  olmuşdur. 

Milli  valyutanın  məzənnəsinin  sabitliyi  ölkədə 

II.  PUL VƏ MƏZƏNNƏ SİYASƏTİ



Cədvəl 2. 2013-cü ilin I yarımilində manatın ikitərəfli nominal və real məzənnə indeksləri, %-lə

2013-cü ilin dekabrına nəzərən

Nominal ikitərəfli məzənnə indeksi*

Real ikitərəfli məzənnə indeksi

ABŞ

100.0


100.5

Avrozona


99.4

99.8


Böyük Britaniya

104.2


104.7

Türkiyə


106.3

103.4


Rusiya

105.2


102.9

Ukrayna


100.5

101.5


Gürcüstan

99.8


100.6

İran


99.9

84.6


Qazaxıstan

100.7


99.2

Yaponiya


116.4

117.2


İsrail

96.6


95.9

Çin


98.5

99.0


Belarus

101.8


96.1

C. Koreya

105.5

105.4


İsveçrə

101.3


100.0

*Manatın partnyor ölkənin valyutasına nəzərən məzənnələrin orta aylıq dəyişməsi nəzərdə tutulur.

Mənbə: AMB

Mənbə: AMB


Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə