Xülasə Kainatda məhəbbət (Fantastika)



Yüklə 335,66 Kb.
səhifə4/5
tarix30.12.2017
ölçüsü335,66 Kb.
#18678
növüXülasə
1   2   3   4   5

Onlar səhəri gün işi dayandırdılar. Rüstəm dostunu buraxmayıb bir həftə kənddə qonaq saxladı. Onunla gözəlliyindən doya bilmədiyi dağları, meşələri gəzdi.

Fərhad yayda yaz ömrünü yaşayan dağlara aşiq oldu. Təbiətdən zövq alaraq yaşayan insanlara həsəd apardı. O, kənddə yaşadığı müddət ərzində Rüstəmin yaxınları ilə ğörüşdü. Təbiətin gözəlliyi, insanların mehribanlığı onu dağlara bağladı. Ayrılmaq məqamı gələndə özünü saxlaya bilməyib:

- Ölüb qalınası yerlərdi. – dedi. – İmkanım olsaydı bütün ömrümü bu yerlərdə kecirərdim. Bakıda təbii gözəlliyə həsrətik... Sənin yerində olsaydım kəndi buraxıb şəhərdə yaşamazdım.

- İşə görə məcburam. Ancaq, boş vaxtım olan kimi kəndə qaçıram. İmkanın olsa, sən də gəl. Gözüm üstündə yerin var.

- Sağ ol! Hər halda xoşbəxt adamsan. Buranın bir günü şəhərin yüz gününə dəyər.

- Hə, düz deyirsən. Universitetdə işləməsəydim həmişəlik kənddə qalardım. – Kəndin yağmurlu günlərini xatırladı. – Dağların sərt üzünü görməmisən. Yağarlıq olanda yollar keçilməz olur. Həftələrlə yağan yağış kəndi iflic vəziyyətə salır. Şəhərlə əlaqə kəsilir.

- Mən biləni kəndinizdə xəstəxana yoxdu. Çətin vaxtlarda qocalar və xəstələrlə nə edirsiniz?

- Tanrı bizi unudanda əzrayıl da unudur. – Kəndin ən yalı sakini sayılan qoca kişi cavab verdi.

Fərhad uzaqdan göylərə çatmış kimi görünən əzəmətli dağları, keçilməz olan tilsimli meşələri seyr edib:

- Allah sizə kömək olsun, qardaş! – dedi. – Sizlərdən xoş təsuratla ayrılıram. Dağlar yaddaşımda cənnət kimi qaldı. – Güldü. – Xəyallarımı korlamadan getsəm yaxşıdı.

Fərhadın zarafatyana söylədiyi söz bəyaqkı qocanın xətrinə dəydi.

- Oğul, buralarda yaşamaq hər kişinin işi deyil.

O, qocanın əlini sıxıb səhvini düzəltməyə çalışdı.

- Zarafat edirəm. Sizlərə qışda qonaq gələcəyəm.

- Sağlıq olsun!

Fərhad onu yola salmağa yığışan tanışları ilə sağollaşdı.

- Rüstəm çox ləngimə. Səni gözləyəcəyəm. Beynəlxalq Geologiya İttifaqının tapşırıqlarını yerinə yetirməliyik. Topladığımız məlumatları ümumiləşdirib onlara ğöndərməliyik.

-Yaxşı.

Fərhad getdi. Rüstəm müxtəlif ərazilərin textonik xəritələrini tərtib etdi. Məqsədi yeraltı dünyaya aparan su körpüsünü tapmaq idi. O, su yolunu okeanlarda, dənizlərdə axtarmağın ağılsızlıq oduğunu bilirdi. Ona görə də, əsasən gəzdiyi ölkələrin çaylarını araşdırmışdı. Ən çox diqqətini cəlb edən su hövzəsi isə yaşadığı kəndin yaxınlığından keçən çay idi.



Rüstəm məlumatları dəqiqləşdirdikdən sonra bir neçə günlük azuqə götürüb meşəyə getdi. Araz atasının məqsədini bilirdi. Onunla getmək istədi.

Rüstəm razı olmayıb:

- Sən ananla qal! – dedi. – İkimiz də getsək onunçün pis olar.

- Ata, bəlkə, sən də getməyəsən. Axı yerin daxili nəyinə gərəkdi?

- Geri çəkilə bilmərəm. Getməliyəm. Geoloji axtarışlarla bağlı bəzi məlumatları dəqiqləşdirməlıyəm. Narahat olma. Bir həftəyə qayıdacağam.

Rüstəmgilin kəndləri bir-birinə söykənmiş hündür təpələrin döşündə idi. Təpələrlə üzbəüz meşəlikdən ibarət olan dağlıq ərazi yerləşirdi. Sıx meşə örtüyü yüksəkliyə doğru uzanıb gedirdi. Meşənin içi ilə dağın zirvəsindən gələn çay axırdı. Yağıntı və bulaq sularından qidalanan bu çay dağlıq və təpəlik əraziləri ayırır, dərə ilə axıb gedirdi.

Dağın zirvəsinə aparan yol çayın kənarı ilə gedirdi. Rüstəm çayın hər qarışına diqqət yetirərək onun orta səviyyələrinə qədər getdi. Qeyri-adiliyi ilə seçilən ərazidə dayandı. Bura meşənin sıx yeri idi. Yerin üst tərəfində qocaman, yaşı bəlli olmayan ağaclar vardı. Ağacların gövdələri yırtılmış, kökləri qabarıb torpaqdan çıxmışdı. Meşənin başqa hissələrindən fərqli olaraq burada kol-kos bitməmişdi. Qolunu açaraq kiçik ağacları ağuşuna almış qocaman küknar ağacının şimal tərəfdəki budaqları mamır bağlamışdı. Mamırlar uzanıb budaqlardan aşağı sallanırdılar. Yolun alt tərəfində isə çayın mənsəbi genişlənirdi. Su həmin yerdən lal axırdı. Kənddə gəzən söz-söhbətə görə lal su hər şeyi udurdu.

Meşənin bu hissəsində xüsusi canlanma vardı. Ətrafdakı canlı və cansız aləm insanla danışmaq istəyirdi. Ağacların altında hansısa, canlının hənirtisi duyulurdu.

Rüstəm:

- Tanrı mənə kömək ol! – deyib suya girdi.



Yay olmasına baxmayaraq dağ çayı buz kimi idi. Soyuq su adamın iliyinə işləyirdi. Soyuqdan, qorxu və həyəcandan Rüstəmin bədəni titrədi. Ancaq, o, inadından dönməyib mamırlı daşların üstü ilə addımladı. Büdrəyə-büdrəyə çayın ortalarına tərəf getdi. Sahildən uzaqlaşdıqca çay dərinləşdi. Birdən suyun altındakı güclü axın onun ayaqlarını yerdən üzdü. Rüstəm üstdən lal görünən suda burulğana düşüb çayda batdı.

O, yaxşı üzgüçü idi. Uzun müddət suyun altında qala bilirdi. Suda batanda özünü itirmədi. Nəfəsini içinə çəkib axın istiqamətində var güçü ilə üzdü. Bir qədər üzəndən sonra su axan “boru” genişləndi. Rüstəm suyun səthinə tərəf üzdü. Suyun üstünə çıxıb dərindən nəfəs aldı. Nəmli hava ciyərlərinə doldu.

- Yerin daxilində oksigen olacagını güman etmişdim. – Ətrafına boylandı. Ucu-bucağı görünməyən okeanda olduğunu anladı. – Quruya çatsaydım yaxşı olardı!

Rüstəm naməlum istiqamətdə saatlarla üzdü. Quruya rast gəlmədi. Qolları yoruldu, bədəni taqətdən düşdü.

- Bu da axırı! – deyib dayandı. Dincəlmək üçün suyun altında da olsa, torpaq axtardı. Tapmadı. Okeanın dibi kilometrlərlə uzaqda idi.

Rüstəm axıra qədər mübarizə aparmağı qərara aldı. Suyun altı ilə üzməyə davam etdi.

Daxildəki suyun tərkibi ilə xaricdəki suyun tərkibi eyni idi. Okanın müxtəlif səviyyələrində cürbəcür su heyvanları yaşayırdı. Rüstəm tez-tez dəstə ilə üzən balıqlar, tısbağalar, delfınlərlə rastlaşırdı. Xoşbəxtlikdən hələ su yırtıcılarını ilə qarşılaşmamışdı.

Rüstəm:


- Məqsədimə bu qədər yaxınkən ölə bilmərəm! – deyib var gücüylə üzməyə davam etdi. Xeyli üzdükdən sonra nəyinsə, arxasınca düşdüyünü hiss etdi. Arxaya cevrildi. Böyük bir balinanın sürətlə ona tərəf gəldiyini gördü. Bərk qorxdu. Bədəni tutuldu, əl-ayağı taqətdən düşdü.

Akulanın ağzı açıldı. Tonlarla su onun mədəsinə axdı. Akula balıqlarla birlikdə Rüstəmi də uddu. Su qulaqlardan okeana qayıtdıqda balıqlar partlaşdılar. Rüstəm balıqların içindən qalxıb akulanın qarnına toxundu. Əli dəmirə dəydi. İçəridə hava olduğu üçün akulanın gəmi olduğunu anladı. Sevindi. Cünki, bu onunçün qurtuluş idi. Gəmini başdan-ayağa ğəzdi. Heç kimlə rastlaşmadı. Gəminin haradan, neçə idarə olunduğunu, hansı istiqamətə getdiyini öyrənə bilmədi. Akulanın ağzındakı aynanın qarşısına keçdi. Rahat bir yerdə oturdu. Akula onu dənizin dibinə apardı. O, suyun dibindəki bitki örtüyü və heyvanlar aləmi ilə tanış oldu. Buranın hidrosferi yer səthinin hidrosferindən zənğin idi. Rüstəm təbiətin gözəlliyinə valeh oldu. Harada olduğunu unutdu.

- Salam, Rüstəm, necəsən?

Rüstəm səsə diksindi. Gözlərini pəncərədən çəkdi. Qarşısında balacaboy bir neçə adam gördü.

- Salam, yaxşıyam. Siz kimsiniz? Burada nə edirsiniz?

Uşağa oxşayan yaşlı kişi əsəbi halda dilləndi.

- Biz yaraltı dünyanın sakinləriyik. Əslində biz sənin kimliyini soruşmalıyıq.

- Bağışlayın, elə demək istəmirdim. –Rüstəm səhvini düzəltməyə çalışdı. – Bəyaq gəmini gəzdim. Heç kimi görmədim.

- Biz sizi okeanda gördük. – Cavan oğlan söhbətə qarışdı. – Kömək etmək istədik.

- Gəmiyə düşməyim təsadüf deyil!

- Yox. Bız yer səthində yaşayan insanların həyatını bilirik. Sizi çoxdan izləyirdik. Yeraltı dünyanı görmək istəyinizdən, su körpüsünü axtarmağınızdan xəbərdarıq. Suya batandan buraya qədər arxanızca gəlmişik.

- Uzun illər dünyanın hər yerində su kürpüsünü axtardım. Axırda onu yaşadığım kəndin yaxınlığında tapdım.

- Siz insanlara xas xüsusiyyətdir. Özünüzünkünün qədrini bilmirsiniz. Yaxınlığınızdakıları görmürsünüz.

- Düz deyirsiniz. Vaxtında ətrafıma yaxşı baxsaydım illərimi itirməzdim.

- Qalan illərini burada itirəcəyindən qorxmursan?

Rüstəmi yeni tanışlarının sözü qorxutdu. O, özünü vətənindən, el-obasından, ailəsindən ayrı təsəvvür edə bilmirdi. Axtarışları, kəşfləri də onlar üçün idi.

- Buraya gətirən körpü yəqin, buradan aparacaq...

- Çətin. Gəldiyin yerdən axar bizim okeanın daxilinədi. Əksınə axar isə yalnız okeanların dibindəndir. Özünüz heç vaxt həmin yerləri tapa bilməzsiniz.

- Yola salarsınız gedərəm!

- Biz qonaqları yalnız qəbul edirik. – Balaca adamlar yerbəyerdən dilləndilər.

Rüstəm fikirli halda yerində oturdu. Sualtı gəmi sahilə yaxınlaşdı. Onlar gəmidən düşdülər. Ətraf aləm Rüstəmi daha çox heyrətləndirdi. Burada hər şey planetin xaricindəki kimi idi.

Rüstəm:


- Biz yerin kürə şəklində olduğunu qəbul etmişik. Daxildə isə böyük boşluqlar varmış. – deyib sual dolu nəzərlərlə balaca adamlara baxdı. – Deməli, daxildə nüvə günəş rolunu oynayır! Əsl möcüzədir.

- Doğrudu. Əsl möcüzələri hələ görəcəksən...

- Hər tərəf yer səthindəki kimidir. Sadəcə hər şey kiçildilib.

- Ola bilər. – Orta yaşlı adam onu maşına dəvət etdi. – Otur planetimizi gəzək. Yolda söhbət edərik.

- Yaxşı. – Onun diqqətini üfüq xətti cəlb etdi. – Yerlə göyün birləşdiyi xətdən qalxan zolaqlar “günəşə” – nüvəyə qədər gedirdi.

Rüstəm zolaqların bulud olmadığını dəqiqləşdirdi.

- Yerlə nüvəni birləşdirən zolaqlar nədir?

- Nüvənin artıq enerjisini mantiyaya, oradan da yer səthinə ötürən hissələrdi. Bura qapalı mühit olduğu üçün enerji daxili çox qızdırır. Zolaqlar olmasa daxildə həyat olmaz. Zolaq kimi görünən yerlərin əksəriyyəti mantiya ilə nüvənin birləşdiyi yerlərdi. Nüvənin enerjisi həmin yerlərdən vulkan püskürmələri şəklində səthə çıxır.

- Vulkan krayterində 13000C istiliyin olması həmişə məni düşündürürdü. İndi aydın oldu. Yəqin ki, textonik hərəkətlər-suxurların yerdəyişməsi də bu səbəbdən baş verir.

- Əlbəttə, mantiyada baş verən proseslər yer səthində özünü göstərir. Ancaq, yer səthində gedən proseslərdə siz insanların da müdaxiləsi var.

- Nə danışırsınız? Biz təbii fələkətlərin vaxtını belə öyrənə bilmirik.

- Siz fəlakətlər üçün şərait yaradırsınız. Havanı zəhərləyirsiniz. Çirklənmiş hava təbəqələri yeri kosmik radiasiyalardan qoruya bilmir. Radiasiyalar yerin xüsusiyyətlərini dəyişir. Müxtəlif təbii fəlakətlər baş verir. Suyu çirkləndirirsiniz. Suda yaşayan canlılar məhv olur. Planetin tarazlığı pozulur. Sizin planetə vurduğunuz zərbə bizə də dəyir.

- Bizlərə kömək edə bilərsiniz. Daxildəki səliqə-səhmanı xaricdə də yarada bilərik.

- Sizlərlə əlaqə saxlaya bilmərik. Sizləri dünyamıza buraxa bilmərik. İdeyalarımız, baxışlarımız fərqlidir. Bizim əməkdaşlığımız tutmaz.

-Niyə?

- Bizi məhv edərsiniz!



- Bəs məni niyə qəbul etdiniz.

- Sən özün gəldin. Xoş məramlısan. Bizlərdən biri olub ömürlük bizimlə yaşayacaqsan.

Maşın yaraşıqlı bir binanın qarşısında dayandı. Düşdülər.

- Bu ev sənindi. Dincəl. Sakinlərimizlə tanış ol. Üç-dörd gündən sonra ağsaqqallarimizla görüşəcəksən.

- Mənim öz evim var! Ailəm var! Geri qayıtmalıyam...

- Mümkün deyil. Cəhd etsən boğularsan.

Balaca adamlar maşına oturub getdilər.

İlk günlər maraqlı keçdi. Rüstəm yaşadığı planet haqqında xeyli məlumat topladı. Yerin daxilindəki hava qatının necə yarandığını öyrəndi. Əvvəlcə, o, havanın yer səthindən xüsusi boşluqlar vasitəsilə gəldiyini güman edirdi. İsti havanın yuxarı qalxaraq boşluqlardan çıxdığını biləndə fikrini dəyişdi. Hava təbəqəsinin yerin daxilində yarandığını qəbul etdi. Xaricdəki kimi burada da oksigen yaşıllıqlar tərəfindən yaradılırdı. Ancaq, burada havanın 90%-i okanların üstü ilə uzanıb gedən yosunlar tərərindən yaradılırdı.

Rüstəm bütün günü axtarışlarda olduğundan qonşulari ilə əlaqə saxlamırdı.O, bir gün axşam evə qayıtdıqda otağında yad adamlar gördü. Onlar öz aralarında qəribə dildə nəsə danışırdılar.

Rüstəm onları qonşuları hesab edib görüşdü.

- Görüşümüzə şadam! Bağışlayın, sizlərlə görüşməyə vaxt tapa bilmədim. Yaxşı ki özünüz gəlmisınız.

Bir ağsaqqal kişi Rüstəmin başa düşəcəyi dildə:

- Camaatla qayna-qarış! - dedi. – Artıq sənin evin buradadır. Biz isə qonşuların deyilik. Planetdəki vəziyyətə nəzarət edən ağsaqqallar şurasının üzvləriyik. Düzgün qərar vermək üçün vəziyyəti yerində öyrənmək istədik. Ona görə də, yanına gəldik.

- Xahiş edirəm, məni geri qaytarın. Ailəmsiz yaşaya bilmərəm.

- Mümkün deyil. Həm də oğlun özü buraya ğəlir.

- Necə! – Rüstəm dəhşətə gəldi. – İmkan verməyin...

- Sizin izinizlə gəlir. – Orta yaşlı ağsaqqal vəziyyəti izah etdi. – İndi siz batdığınız çayda burulğana doğru irəliləyir. Beş-on sanıyədən sonra burulğan onu çəkəcək.

- Ona mane olun!

- Bacarmarıq. Biz yer səthindəki insanların gözünə görünmürük. O, özü geri qayıtmalıdır.

- Körpünün yerini dəyişdirin! Nə istəyirsiniz edin... – Qeyri ixtiyari qışdırdı. – Onu gəlməyə qoymayın!

Rüstəmin danışıq tərzi ağsaqqalları hirsləndirdi.

- Kiminlə danışdığına diqqət et! Özündən çıxma. Su öz yolu ilə axır. Onu dəyişmək asan iş deyil.

- Bağışlayın... – Ürəyini tutub qapıya söykəndi. – Xahiş edirəm, oğluma kömək edin. O, suda çox qala bilməyəcək. Üzməyi bacarmır.

- Bilirik, narahat olmayın. Adamlarımız onu gətirməyə gediblər. Suda batan kimi oğlunuzu gəmiyə götürəcəklər.

- Sağ olun! – Rüstəmi fikir götürdü. Simuzər iki itkiyə dözə biləcəkmi!

Beş-on dəqiqədən sonra bir neçə adam Azazı gətirib gəldi. O, atasını sağ- salamat görüb sevindi.

- Ata, sağ olduğunu bilirdim. Yeraltı dünyaya getdəcəyindən şübhələnmişdim.

- Nanaq arxamca gəldin. Heç ananı düşünmədin!

- Anam qaydasındadı. Səni aparmağa gəlmişəm.

- Buradan qurtuluş yoxdu. – Rüstəm köksünü ötürdü.

- Niyə! – Araz xilaskarı hesab etdiyi adamlara baxdı. – Bizi buraxmayacaqsınız?

- Buraxsaq da qayıda bilməzsiniz. Yollar yalnız okean sularının altındandı.

- İstəsəniz kömək edə bilərsiniz.

- Doğrudu. Ancaq, biz varlığımızı sizlərə bildirə bilmərik. Sizləri dünyamıza buraxmaq bizimçün fəlakət ola bilər.

- Onsuz da eyni məkanda yaşayırıq. Nədən qorxursunuz? Nə qədər...

Ağsaqqallardan biri Arazın sözünü kəsdi.

- Eyni məkanda, müxtəlif şəraitdə yaşayırıq. Bizimçün dayandığımız yer ən yüksək zirvədi. İrəli getsək istidən yanarıq. Ona görə də, yerimizlə kifayətlənir, milyon illər əvvəl yaşamış əcdadlarımızın həyatını dava etdiririk. Siz isə yüksəklikləri fəth etmək iddiasındasınız. Sizin fatehlik və hökmranlıq iddialarınıza görə yer səthi dəfələrlə dolub boşalıb.

- Bizə etibar etmirsiniz?

- İddialariniza görə ehtiyat edirik.

Rüstəm yarıciddi, yarızarafat dedi:

- Siz bizlərdən çox iddialısınız. Yerin altını da, üstünü də bilirsiniz. Hətta kainatı da gəzirsiniz. Elmdə, texnikada bizdən üstünsünüz.

- İddialarımız heç vaxt bizi məhv etməyib. Nuhun gəmisinə ehtiyacımız olmayıb. İnsani hisslərimiz bizləri qoruyub.

- Əminəm ki, insani hisləriniz bizi başa düşməyə kömək edəcək. – Araz anasını xatırladı. – Anam bizsiz yaşaya bilməz.

- Sən nahaq dəldin, oğul!

- Ata, buraya gəlməmişdən əvvəl Fərhad müəllimə məktub yazdım. Yeraltı dünyanın mövcudluğunu bildirdim. Sənin xəritələrin haqqında ona məlumat verdim.Yəqin, geri qayıtmasaq bizi axtaracaqlar.

- Pis oldu! – Qocalar öz aralarında nəsə danışdılar. – Siz burada qalın. Biz bir şey fikirləşərik.

Onlar getdilər. Rüstəm oğlu ilə baş-başa qaldı.

- Ata, bunlar bizi öldürəcəklər?

- Məncə yox. Sözlərin onları qorxutdu. Bizimlə nə edəcəklərini bilmədilər.

- Geri qaytarsılar.

- Qorxurlar. Onlar dünyamıza gixlin gedirlər. Varlıqlarını bildirmirlər.

- Bizimlə getsinlər. Hər şey aşkar olsun. Qorxu aradan qalxsın.

- Sən deyəsən, hələ vəziyyətimizi anlamırsan! Onlar bizə etibar etmirlər. – Simuzərin ağlamaqdan qızarmış gözləri, solğun çöhrəsi xəyalında canlandı. – Sən ananın yanına qayıtmalısan. O, iki itkiyə dözə bilməz.

- Necə?


- Hələ bilmirəm.

Araz düşdüyü şəraitdən razı idi. O, az vaxtda yerli əhali ilə dil tapdı. Onların sevimlisinə çevrildi. On-on iki yaşlı uşağa bənzəyən yaşıdları onu tez-tez ön və araxa hissədən balığa, ortadan boşqaba bənzəyən gəmi ilə planeti gəzdirirdi. Planetin daxili çox gözəl idi. Xaricdəki bağ-baxçalar, güllü-çiçəkli düzənliklər burada da vardı. Yalnız nüvə və mantiyanın birləşdiyi bəzi yerlərdə həyat sönmüşdü. Planetdəki yüksək enerji və nüvənin istehsal etdiyi artıq maddələrin xaric olunduğu bu yerlərin ətrafında 1000oC-dən yuxarı istilik vardı. Burada hissəciklər ətrafa səpələnmədən nizamlı şəkildə səthə doğru hərəkət edirdilər.

Vaxt keçdikcə Araz darıxmağa, anası üçün narahat olmağa başladı. Bilirdi ki, anası yoxluğundan xəbər tutsa, dözə bilməyəcək. O, saatlarla səthə axan lavaya baxır, ona qarışıb səthə çıxmaq istəyirdi.

Bir gün yenə uzaqdan hissəcikləri müşahidə edirdi.

Kimsə:

- Oğul, buradan qurtuluş yoxdu. – dedi. – Lavaya yaxınlaşsan yanarsan, suya düşsən boğularsan.



Araz arxaya çevrildi. Yaxınlığında orta yaşlı, avropoid irqinə mənsub bir kişi gördü.

- Axı bunlar kosmosa da çıxırlar.

- Özləri kainatı ğəzirlər. Qonaqları aparmırlar.

- Deməli, hardansa yer səthinə yol var.

- Əlbəttə... Gəl tanış olaq. Mən Səidəm.

- Şadam. Mən də Arazam. – Görüşdülər. – Səhv etmirəmsə, siz də yuxarıdansınız.

- Hə, dənizçi idim. Güclü fırtına gəmimizi batırdı. Yoldaşlarım həlak oldu. Mən təsadüf nəticəsində sağ qaldım. Sular məni yeraltı dünyaya gətirdi. Oğul, sən buraya necə düsmüsən?

- Atamın arxasınca gəlmışəm. O, geoloqdur. Yeraltı dünyaya gətirən su körpüsünü tapdı. Yerin daxilini öyrənmək üçün buraya gəldi. İndi əksinə aparan yolu tapa bilmir.

- Yerin üstü atana azlıq edirdi? Daxildən səthə aparan su yolları yalnız okeanların, dənizlərin altındandir. Onu tapmaq isə dəryada balıq tapmaq kimi bir şeydi.

- Sizi atamla tanış edərəm. Məncə birləşsək nəticə əldə edə bilərik.

- Yaxşı plar. Mən də sizi ailəmlə tanış edərəm.

- Ailənizlə?

- Hə, evlənmişəm. Həyat yoldaşım, uşaqlarım var. Mənimçün bura da vətəndi. Ancaq, vətənimçün burnumun ucu göynəyir. Bircə dəfə görə bilsəydim rahat ölərdim.

Araz atasını Səidin ailəsi ilə tanış etdi. Qürbət yad elliləri doğmalaşdırdı. Onlar məqsədlərinə çatanadək işləməyi qərara aldılar. Vaxta qənaət etmək üçün Rüstəmlə Səid planetin şərqində, Arazla Səidin qızı Ulduz qərbində qərbində axtarış aparmaı idi. Planet öz oxu ətrafında fırlandığından nüvə daim daxili işıqlandırırdı. Ona görə də, onlar günün çox hissəsini işləyəcəkdilər.

Ulduz ağbəniz, qaraqaş, qarağöz, xoşxasiyyət və qocaq qiz idi. Boy-buxunda atasına çəkmişdi. Atasıgil işlərini planlaşdıranda onlara kömək etmək istədiyini bildirdi. Səid köməyə ehtiyacları olduğu üçün razı oldu.

Səhəri gün onlar sözləşdikləri yerdə görüşdülər. Səid Ulduzun əvəzinə yeniyetmə oğlan uşağı gətirmişdi. O, papağını gözünün üstünə basmış, əllərini cibinə salmışdı.

Arazı başdan-ayağa süzüb dedi.

- Oğlan çox nərmə-nazikdir. Çətinliyə tab gətirməyəcək.

Araz bərk hirsləndi.

- Ay uşaq, danışığına fikir ver.

Səid tərs-tərs oğlanın üzünə baxdı. O, qızarıb başını aşağı saldı.

Ata yurdu kənddə olsa da Araz şəhərdə böyümüşdü. Daşlı-kəsəkli dağ yollarında yaxşı hərəkət edə bilmirdi. Yeniyetmə oğlan olmasaydı buralarda itib-batardı. Oğlan həmişə Arazı gözləyir, çətin yollardan birinci keçirdi. Onlar planetin qərb hissəsini tamamilə nəzərdən keçirdilər. Sonuncu gün 100 metr yüksəklikdən axan şəlalə onların diqqətini cəlb etdi. Oğlan şəlalənin kənarı ilə aşağı enmək istədi. Ayağı sürüşdü. Araz onun qolundan tutub özünə təfəf çəkməsəydi yıxılıb parşa-parça olacaqdı.

- Keçi kimi dağa-daşa dırmanırsan! Ehtiyatlı ol!

Araz yeniyetmənin oğlan olmadığını bilirdi. Ancaq, ona hörmət etdiyi üçün üstütü vurmurdu. İndi o qocaq Arazın qolları arasında titrəyirdi. Başını onun sinəsinə qoyub gizlincə ağlayırdı.

- Ulduz, məni yaman qorxutdun!

- Bağışla...

- Yaxşı... – Onun papağı yerə düşdü. Saçları çiyninə töküldü. – Niyə mənimlə oynayırdın? Etibar etmirdin?

- Yox...


- Bəs, niyə düzünü demirdin! – Araz onun üzünə toxundu. Başını qaldırıb nəmli gözlərinə baxdı. – Səni sevirəm, Ulduz,... Çox sevirəm!

Ulduz qızardı. Dili topuq çala-çala:

- Xahiş edirəm, mənə əzab vermə! – dedi. – Sən getməlisən!

Ulduz dönüb getmək istədi. Araz onun çiyinlərindən tutub buraxmadı. Alnindan öpdü.

- Sevginin bu qədər böyük hiss olduğunu bilməzdim. Səni çox sevirəm.

- Bəsdi, Araz,... – Özünü saxlaya bilməyib ağladı. – Sevirsənsə, əzab vermə.

Araz onu köksünə sıxdı.

- Sənə necə vurulduğumu bilmədim! Gəl bir az oturaq...

Onlar şəlalənin kənarında oturdular. Araz Ulduza həsrət dolu sevgi ilə baxdı. O, qızın qızarmış cöhrəsində əks olunan daxili aləminin sehrinə düşdü. Dili susdu. Ürəyi danışdı.

Evə gec qayıtdılar. Səid qızına acıqlandı.

- Bu nə vaxtın gəlişidi? Mən də sənə etibar edirdim.

Ulduz qızardı. Ona elə gəldi ki, hamı sevgisindən xəbərdardı.

- Ona yenə etibar edə bilərsiniz. – Araz qızın haldan-hala düşdüyünü görüb müdaxilə etdi. – Mərd qızınız var. Axıracan məni oğlan olduğuna inandırmaq istədi.

- İnanmadın?

- Özümü inanmış göstərdim.

Səidin həyat yoldaşı tənginəfəs halda içəri girdi.

- Səid, bizimkilər sizi axtarır.

- Ağsaqqallarınız.

- Hə.

- Xeyir ola!



- Xeyir olar. – Həyətdən səs gəldi. Bir nəfər içəri girib Səidə yaxınlaşdı. – Sizlərlə ciddi söhbətimiz olacaq. Üçünüz də yığışın gedək.

- Üçümüz kimik?

- Sən və qonaqların.

Onlar sualtı gəmi formasında olan maşına minib şəhərə yollandılar. Ərazidəki ən hündür binaya yaxınlaşdılar.

Rüstəm oğluna görə qorxdu.

- Burada nə işimiz var.

- Müəyyən məsələləri müzakirə edəcəyik.

Onlar kompüter mərkəzinə bənzəyən otağa daxil oldular. Otağın yuxarı tərəfində orta yaşlı, orta boylu kişi oturmuşdu. O, qalxıb irəli gəldi.

- Sizinlə problemimizi müzakirə etmək istəyirik.

- Axtarışlarımız sizi narahat edir?

-Həyatınızı təhlükəyə atmağınızı istəmirik. Su yolları okeanların, dənizlərin altındandır. Burada yolu tapıb özünüzü suya atsanız da yerüstü dünyada sulara qərq olacaqsınız. Varlığınızdan heç kim xəbər tutmayacaq.

- Başqa çıxış yolumuz yoxdu.

- Həmişə çıxış yolu olur. Görmək istəmirsiniz. Yaşasaniz burada da xoşbəxt olarsınız.

- Biz vətənimizə, ailəmizə bağlıyıq. Onlar üçün yaşayırıq. Siz insan sevgisinin nə olduğunu bilmirsiniz.

- Sizlərə pislik arzulamırıq. Kömək edə bilmərik. Milyon illərin sirrini açsaq dünyanın tarazlığı pozular.

- Onsuz da yeraltı dünyanın varlığı insanlara məlumdu.

- Su körpüsü haqqında sizdən başqa heç kim bilmir. – Arazı başdan-ayağa süzdü. – Oğlumuzun məktubunu nəzərə almasaq. Planetimizin xətrinə qanunlarımızı pozacağıq. Oğlanı özümüz geri qaytaracağıq.

Rüstəm çox sevindi.

- Sağ olun! Sizin xeyirxahlığınız bir ananı yaşadacaq.

- Analar müqəddəsdir. Nə vaxtsa onları incitmişiksə bizi bağışlasınlar. Oğlunuzu geri qaytarmaqda isə bizim öz səbəblərimiz var. Sabah yoldaşınız oğlunuzun arxasınca kəndə gələcək. Onu evdə tapmasa, yox olmasını hamı biləcək. Dostunuz işə qarışacaq. Məktub meydana çıxacaq... Biz sirrimizi nəyin bahasına olur- olsun qorumalıyıq.

- Bilirik! Düz edirsiniz. – Səid onunla razılaşdı. – Bizdən keçib. Xahiş edirik, oğlana kömək edin.

- Edəcəyik... Əvvəlcə onun yaddaşını təmizləyəcəyik. O, yeraltı dünyanı və bizləri xatırlamayacaq.

- Oğluma zərər verməyin! Siz ondan vermədiyinizi almaq istəyirsiniz. Tanrıdan qorxun.

- Rüstəm, narahat olma. O, sadəcə əvvəlki həyatını yaşayacaq. Sizi ölmüş biləcək. Yalnız sizin sağ olduğunuzu eşitsə, yaddaşı bərpa olunacaq. Bu isə heç vaxt baş verməyəcək.

Araz ailənin məsləhəti ilə nişanlandığı qızı xatırladı.

- Hislərimi, duyğularımı da öldürün. – dedi.

- Niyə, oğul!

- Bələ daha yaxşı olar! – Araz köksünü ötürdü. Bununla da atalar işin nə yerdə olduğunu bildilər.

- Oğul, Adiləni sevə bilməsən evlənmə. Günahkaram... Gərək səni məcbur etməyəydim.


Yüklə 335,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə