Xülasə. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını məhdudlaşdıran əsas amil


Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix08.04.2018
ölçüsü0,7 Mb.
#36733
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   19

Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



40 

min  olunmuşdur.  Suvarma  massivlərinin 

müşahidə quyuları ilə təmin olunma dərəcəsi 

müxtəlifdir.  Tədqiqat  aparılan  Samur-Ab-

şeron  massivində  543  quyu  mövcuddur  və 

hər quyuya 284 ha suvarılan sahə düşür. 

Qrunt sularının yatım dərinliyi 5 qrada-

tasiyaya  görə  qiymətləndirilir:  -  su  səviyyə-

sinin  yer  səthindən  1  m-dən  az  dərinlikdə 

yerləşdiyi  ərazilər;  1,0-1,5  m  arasında;  1,5-

2,0 m arasında; 2,0-3,0 m arasında və 5,0 m-

dən dərində yerləşdiyi ərazilər.  

2006-2011-ci  illər  ərzində  olan  məlu-

matların  analizinə  əsasən,  Samur-Abşeron 

suvarma massivinin  rayonları  üzrə suvarılan 

torpaqların  qrunt  sularının  yatım  dərinliyinə 

görə  paylanması  aparılmlşdır.  Massivdə  tor-

paqların təkrar şorlaşmasına təhlükə yaradan 

yer səthindən 1,5 m - ə qədər dərinlikdə yer-

ləşən  qrunt  suları  olan  sahələr  ərazinin 

15,7%-i  və  ya  24000  ha  təşkil  edir.  1,5-3,0 

m dərinlikdə yerləşən ərazilər 23,0% (34300 

ha)  və  qalan  ərazilərdə  isə  qrunt  sularının 

yatım  dərinliyi  3,0  m-dən  dərində  yerləşir. 

Qrunt  sularının  təhlükəli  1,5-ə  qədər  dərin-

likdə  yerləşdiyi  ərazilər  əsasən  Xaчмaz, 

Şabran, Siyəzən və Abşeron rayonları ərazi-

lərindədir,  massivin  qalan  rayonlarında  belə 

dayazda yerləşən qrunt sularına rast gəlinmir 

[5, 6]. 


Kadastr məlumatlarında qrunt sularının 

minerallaşma  dərəcəsi  yalnız  üç  qradasiya 

ilə 1,0 q/l-dən  az;  1,0-3,0 q/l və 3,0 q/l-dən 

çox  təqdim  olunmuşdur.  Monitorinq  mate-

riallarında  üçüncü  qradasiyadan  çox  mine-

rallıqlı  suların  yayılma  arealı  açıqlanmır. 

Minerallaşma  dərəcəsi  1,0  q/l-ə  kimi  olan 

qrunt  sularının  torpaqlarda  şorlaşma  yarat-

maq  təhlükəsi  yoxdur  və  şərait  imkan  ver-

diyi bütün hallarda onlardan suvarmada isti-

fadə  olunması  məqsədəuyğundur.  Belə  tor-

paqlar,  massiv  üzrə  suvarılan  torpaqlardan 

62,6% və ya 96466 hektar təşkil edir. Qrunt 

sularının  minerallaşma  dərəcəsi  3,0  q/l-dən 

artıq  olan  torpaqlar  massivin  16,5%-i  və  ya 

25361 hektarını əhatə edir. 

Beləliklə,  2006–2011-ci  illərdə  olan 

kadastr  materialları  əsasında  baxılan  massiv 

üzrə  suvarılan  torpaqların  meliorativ  vəziy-

yəti müəyyənləşdirilmlşdir. Tədqiqatların nə-

ticəsinə əsasən, qrunt sularının yatım dərinli-

yi və minerallaşma dərəcələrinə görə Samur-

Abşeron  massivi  suvarılan  torpaqlarının 

62,1%-i    (95270 ha)  yaxşı,  15,0%-i  (23121 

ha)  kafi,  7,2%-i  (11180  ha)  dayanıqsız  kafi 

və 15,7%-i qeyri-kafi vəziyyətdədir. 

2006-2011-ci  illər  ərzində  aparılmlş 

kadastr  məlumatlarına  görə  Samur-Abşeron 

massivində suvarılan torpaqların şorlaşma və 

şorakətliyə  görə  paylanması  üst  1  m-lik  qat 

üzrə  qiymətləndirilərək  onların  meliorativ 

vəziyyəti təyin edilmlşdir. 

Toplanmlş  tədqiqat  materiallarına  əsa-

sən,  Samur-Abşeron  massivi  torpaqlarının 

74,1%-i  və  ya  114264  hektarı  şorlaşmamlş 

torpaqlardır.  Massivin  suvarılan  torpaqları-

nın  qalan  hissəsi  bu  və  ya  digər  dərəcədə 

şorlaşmaya  məruz  qalmlşdır,  o  cümlədən 

5%-ə  yaxın  (7513  ha)  torpaqları  şiddətli  və 

çox şiddətli şorlaşmlş torpaqlardır. Massivin 

Xızı və Qusar rayonlarında şorlaşmlş torpaq-

lar  yoxdur.  Ən  çox  şorlaşmlş  torpaqlar 

Xaчмaz  və  Şabran  rayonlarındadır,  harada 

ki,  ümumi  suvarılan  torpaqların  8  –  45%-i 

orta və şiddətli şorlaşmlş torpaqlar təşkil edir 

[6]. 


Samur-Abşeron  massivinin  şorlaşma 

və  şorakətliyə  görə  74,4%  suvarılan  torpaq-

ları yaxşı, 21,0%-i torpaqları kafi vəziyyətdə 

və 4,9%-i və  ya 7513 hektarı  qeyri-kafi və-

ziyyətdədir. 

Tədqiqat  ərazisinin  yerləşdiyi  bölgədə 

aparılmlş kompleks eroziya tədqiqatları gös-

tərir  ki,  bölgədə  eroziyanın  bütün  mövcud 

tip  və  növləri  inklşaf  etmlşdir  [7].  Belə  ki, 

çimli  dağ-çəmən  torpaqları  yayıldığı  sahədə 

meylliyi  5

0

  olan  suayrıcıdan  100  m  aralıda 



87,4 m

3

/ha torpaq yuyulduğu halda, meylliyi 



15

0

  olan,  suayrıcıdan  564  m  aralı  məsafədə 



188 m

3

/ha torpaq yuyulmuşdur. Gilgilçay və 



Şabrançay  arasında  dağ-çəmən  yay  otlaqla-

rında  5


0

-20


0

  qədər  meylliyi  olan  ərazilərdə 

yuyulmuş  torpaqların  miqdarı  27,6-492,0 

m

3



/ha təşkil edir [7]. 

İrriqasiya  eroziyası  əsasən  bölgənin 

Quba  və  Xaчмaz  rayonlarında  daha  çox  ya-

yılmlşdır.  Külək  eroziyası  xüsusilə  Abşeron 

və Xəzər sahilində daha çox yayılmlşdır. 

Tədqiqat obyektinin yerləşdiyi bölgədə 

torpaqların  eroziyasına  dair  aparılmlş  kom-

pleks  tədqiqat  lşlərinin  nəticələrinə  əsasən 

müəyyənləşdirilmlşdir ki, ərazinin 240,7 min 

hektarı zəif, 163,7 min hektarı orta və 243,6 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



41 

min  hektarı  isə  yüksək  dərəcədə  eroziyaya 

uğramışdır [7]. 

Yuxarıda  qeyd  edilənlərlə  yanaşı  ola-

raq,  Samur-Abşeron  suvarma  massivində 

torpaqların  meliorativ  vəziyyətinə  təsir  gös-

tərən  amillərdən  biri  kimi  Xəzər  dənizinin 

səviyyəsində  baş  verən  dəylşikliklərin  rolu 

bir sıra tədqiqatlarda öz əksini tapmlşdır [4]. 

Dəniz  səviyyəsinin  qalxması  dənizkə-

narı landşaftlara öz təsirini bir neçə formada 

göstərir.  Birinci  halda  qurunun  su  altında 

qalması ilə müasir landşaft köklü sürətlə də-

ylşərək  sahilboyu  ərazilər  sualtı  landşaflara 

çevrilir.  İkinci  halda  səviyyənin  qalxması 

dənizkənarı düzənliklərdə qrunt suları səviy-

yəsinin  qalxmasına,  süxurların  və  torpağın 

fiziki-kimyəvi tərkibinin dəylşilməsinə, bitki 

örtüyünə və mikroiqliminə təsir göstərməklə 

mövcud efemerli-şorakətli yarımsəhra və ça-

la-çəmən komplekslərinin strukturu deqrada-

siyaya  məruz  qalır  və  nisbətən  humid  yul-

ğunlukollu, bataqlıq-çəmən və bataqlıq kom-

pleksləri ilə əvəz olunur. Xəzər dənizi səviy-

yəsinin qalxması nəticəsində respublika üzrə 

dənizkənarı düzənliklərdə 420 km

2

-dən artıq 



sahə su altında qalmlş və bundan 3 dəfə çox 

sahədə  qrunt  sularının  səviyyəsi  qalxmışdır. 

Xəzər dənizinin Abşeron, Şabran və Xaчмaz 

rayonunun Nabran-Muxtadır sahillərində dik 

yamaclı hündür sahələrdə dəniz quruya doğ-

ru 40-50 m-ə qədər irəliləmlşdir. Samur-Də-

vəçi düzənliyinin nisbətən alçaq sahələrində 

dəniz  500  m-ə  qədər  quru  sahəsini  örtmüş, 

sahildən 1-1,5 km aralı ərazilərdə qrunt sula-

rı  səviyyəsinin  0,2-1,0  m  qalxmasına  səbəb 

olmuşdur. Sahil xəttini təşkil edən ərazilərin 

mürəkkəb  geoloji-tektonik  quruluşa  malik 

olmasının nəticəsidir ki, sahil xəttinin və şel-

fin relyefi qeyri-sabitdir. 

Aparılmlş tədqiqat materiallarının ümu-

miləşdirilməsi  nəticəsi  olaraq,  belə  qənaətə 

gəlmək olar ki, dənizin səviyyəsinin qalxma-

sı səbəbindən ətraf ərazilərdən dənizə doğru 

gələn qrunt sularının sürəti əvvəlkinə nisbə-

tən  bir  neçə  dəfə  azalmlş  və  nəticədə  qrunt 

sularının  səviyyəsinin  qalxması  dənizətrafı 

zolağda torpaqların şorlaşma dərəcəsinin art-

masına  və  kimyəvi  tərkibinin  dəylşməsinə 

gətirib  çıxarmışdır.  Dəniz  basqısından  ya-

ranmlş  şlşmənin  kollektor-drenaj  sistemləri-

nə  təsiri  10-45  km  məsafəyə  çatır,  bu  da 

həmin  sistemlərin  suaparma  sürətinin  10-

15%-ə qədər azalması deməkdir [4]. 

Bölgədə  torpaq  istifadəçiliyin  miqyası 

genlş olduğundan onun bu günkü aqroekolo-

ji  durumu  da  xeyli  fərqlidir.  Torpağın  əsas 

aqroekoloji  parametrlərindən  biri  təbii  mün-

bitlik  xassələrinə  görə  keyfiyyət  qruplarının 

bonitet şkalasında onun dinamikliyidir. Müx-

təlif  təsərrüfat  təyinatlı  sahələrin  uzunmüd-

dətli istismarının nəticəsi olaraq torpağın tə-

bii  münbitliyinin  kəskin  şəkildə  pisləşməsi 

onun hazırkı keyfiyyət durumunda olmasına 

gətirib çıxarmışdır. Aparılmış şəxsi tədqiqat-

ların, ədəbiyyat və fond materiallarının təhli-

li nəticəsində Samur-Abşeron massivinin tor-

paqlarının  əsas  münbitlik  göstəriciləri  əsa-

sında  keyfiyyətcə  qruplaşdırılması  aparıl-

mlşdır. Müəyyən edilmlşdir ki, bölgədə kənd 

təsərrüfatı  dövriyyəsində  olan  578,6  min  ha 

torpaqların  yalnız  113  min  ha  yaxın  və 

29,2%-i  I  aqroistehsal  qrupunda  və  ya  yük-

sək qrupunda yer tutmuşdur. Çox təəssüf ki, 

bunun  da  15,3  min  (13,6%)  hektardan  bir 

qədər artıq hissəsi  kənd  təsərrüfatına  yararlı 

torpaqların  payına  düşür.  Həyati  əhəmiyyət 

kəsb edən əkin və dincə qoyulmuş torpaqla-

rın  127  min  ha-dan  ancaq  39,2  min  ha 

(30,8%) I keyfiyyət qrupuna daxildir.  Ümu-

mi  əkin  sahəsinin  64,9  min  ha  (51,2%)  II, 

21,3 min ha (16,8%), III və hətta 1,6 min ha 

(1,2%) qədəri IV keyfiyyət qrupuna transfer 

olunmuşdur. 

Ümumi  sahəsi  485  min  hektara  çatan 

çoxillik  əkmələr  altındakı  torpaqların  8,4 

min  ha  (29,9%)  yüksək  keyfiyyətli  torpaq-

lardan  ibarətdir.  Bu  torpaqların  əsas  hissəsi, 

yəni 14,3 min (50,7%) yaxşı keyfiyyətli tor-

paqlardır.  Yalnız  3,6  min  ha  (12,6%)  orta 

keyfiyyət  qrupunda  cəmlənmlşdir.  Çoxillik 

əkmələr altında istifadə edilən sahələrin cüzi 

bir hissəsi, yəni 1,9 min hektarı (6,8%) aşa-

ğıdakı keyfiyyətli torpaqlara çevrilmlşdir.  

Dövlət  Statistika  Komitəsinin  2006-

2011-ci  illər  statistik  məcmuələrinə  görə, 

massivdə  istehsal  olunan  əsas  kənd  təsərrü-

fatı  bitkiləri  –  buğda,  arpa,  tərəvəz,  meyvə, 

qarğıdalı,  kartof,  bostan  və  günəbaxan  ol-

muşdur.  Əkin  sahələrinə  görə  bütün  rayon-

larda birinci  yerdə olan taxıl bitkiləri – buğ-

da  və  arpa  əkinləridir.  Abşeron  və  Quba 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə